MİNA

is. [ fars. ]
1. Metal və s. şeylərin üzərinə çəkilən rəngli şüşəvari təbəqə, çox incə və parlaq naxış.
[Kəmərin] üstü bu qədər qiymətli deyildi, mina ilə işlənmişdi. M.S.Ordubadi.

// Üzərinə mina ilə naxışlar çəkilmiş, minalı. Mina qab. Mina güldan.
– Əlim qoydum əl üstə; Mina kəmər bel üstə; Bu gün yarım gələcək; Gedim, durum yol üstə. (Bayatı).
Mina kuzənin altına çiçəklər və yarpaqlar döşənmişdi, yanında büllur qədəh, dürlü məzələr və çərəzlər vardı. Çəmənzəminli.

2. məc. Mina kimi parlaq, gözəl (obrazlı təşbehlərdə işlənir).
Bəstəboylu, mina gərdənli; Zülfü siyah, var əndamı ağ ola. M.P.Vaqif.
Zülfü şahmar, mina gərdən mötədil; Zəbərcəd gəlməli, misali-bülbül. Aşıq Ələsgər.

3. Dişi örtən parlaq, möhkəm maddə, qabıq. Dişin minası.

Омонимы

  • MİNA MİNA I is. [ fr. ] Su və ya yer altına qoyulan iri mərmi. Gül-çiçək yerinə, bülbül, yaxşı bax; Minalar əkilib indi çöllərə (B

Этимология

  • MİNA Farsca “büllur, şüşə, hamar” deməkdir. “Çöhrə” anlamında özbək dilində işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MİN-MİN
MİNA

Значение слова в других словарях