is. [
ər. ]
1. Tikili, mülk, ev. Gözəl və yüksək bina. Məktəb binası. Daş bina. Yeni teatr binası.
– [Mədəd] vağzalın böyük binasından keçib, relslərin üstündən adlayaraq, depoya tərəf getdi. M.İbrahimov.
Ferma müdiri … məni binaya apardı. İ.Əfəndiyev.
Oynamaq üçün teatr binası yox idi. S.Rəhman.
// Məc. mənada.
Musiqi binasının möhkəm təməlini təşkil edən 12 sütun 12 əsas məqamı və 6 bürc isə 6 avazatı təmsil edirdi. Ü.Hacıbəyov.
Sevgi və məhəbbət binasının davamı onun möhkəm bir təməl üzərində qurulmasından asılıdır. M.S.Ordubadi.
2. dan. Bünövrə, özül, təməl, əsas. Evin binası. Dəmir-beton bina. Anbarın binası daşdandır.
// Məc. mənada.
Azərbaycan(lıların) danışdığı dilin şivəsi çox isə də, binası və kökü birdir. F.Köçərli.
□ Bina edilmək – bax
bina olunmaq.
Bina etmək –
1) təsis etmək, əsasını qoymaq.
…Bu qəzetənin idarəsində mən elə bir yoldaşa rast gəldim ki, onun … yoldaşlığı ilə “Molla Nəsrəddin” məcmuəsini bina etdim. C.Məmmədquluzadə;
2) məc. düzəltmək, təşkil etmək, qurmaq.
Oldu siçanlarda əyan macəra; Eylədilər təziyə bəzmin bina. S.Ə.Şirvani.
Bina ol(un)maq – tikilmək, qurulmaq, təsis edilmək, əsası qoyulmaq.
Bu əski imarətin tarixini bilirsinizmi? Kim tərəfdən bina olmuş? S.S.Axundov.
[İsgəndərzadə:] Bu kənd bina olandan məktəb görməyibdir. Ə.Haqverdiyev;
// Məc. mənada.
Bu qəzet kim, olub cahanda bina; Bunu kim ixtira edib, aya? S.Ə.Şirvani.
Bina qoymaq –
1) tikmək, təsis etmək, qurmaq, özül atmaq.
Məşədi Əsgər tərəqqi edəndən sonra, öz köhnə muzdur yoldaşlarından bir neçələrini başına yığıb, onlara əl tutmaq üçün gəmiçilik şirkəti bina qoydu. S.M.Qənizadə;
// Məc. mənada.
[Süleyman bəy:] Budur, iki ildir mənimlə dostluq binası qoyublar. Ə.Haqverdiyev;
2) məc. köhn. Həll etmək, çarə düşünmək, əncam çəkmək.
[Səkinə xanım:] İndi dur get, Əzizbəyi bura çağır, görüm bu işə nə bina qoyur? M.F.Axundzadə;
3) qəsd etmək, istəmək, başlamaq, təşəbbüs etmək.
[Məşədi] istədi dükan qonşusu ilə politika söhbəti bina qoysun. Ə.Haqverdiyev.
Binası qoyulmaq – bax
bina olunmaq.
Həmin binası qoyuldu möhkəm; Gülümsər kainat, gülümsər həyat. S.Vurğun.
Binasını qoymaq –
1) bax
bina etmək;
2) məc. başlamaq.
Qara köpək … Qaraca qızın səyi ilə azacıq sakit oldu və axırda pişiyə də dəyməyib onunla dostluq binasını qoydu. S.S.Axundov.
3. Çıx.
halda: binadan – ibtidadan, lap əvvəldən, əzəldən.
Ənliyi-kirşanı neylər camalın; Sən elə gözəlsən binadan, Pəri. M.P.Vaqif.
Pəriyəm, söylərəm şahü gədadan; Qafiyə dilpəsənd gərək binadan. Aşıq Pəri.
Çünki olar ilə başdan, binadan; Birevli kimiyiz ata-babadan. Q.Zakir.