Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tefta Taşko-Koko
Tefta Taşko-Koko (alb. Tefta Tashko Koço) — Albaniya opera müğənnisi; == Həyatı == Tefta Taşko 1910-cu il noyabrın 2-də Misirin Əl-Fəyyum şəhərində anadan olmuşdur. Onun valideynləri bura 19-cu əsrdə Albaniyadan köçüb gəlmişdilər. Atasının ölümündən sonra Tefta 11 yaşında olarkən ailəsi yenidən vətənə-Korça şəhərinə qayıdır. 1927-ci ildə ailə yenidən köçməli olur. Bu dəfə isə onlar Fransanın Monpelye şəhərində yaşamağa başlayırlar. Burada Tefta, musiqi məktəbini bitirir. Hələ təhsil aldığı müddətdə Tefta, artıq müəllimlərinin diqqətini çəkmişdi. Ailənin çətin vəziyyətdə olmasına baxmayaraq o, 1932-1935-ci illərdə təhsil aldığı Paris Milli Konservatoriyasında təqaüd alırdı. Burada o Jana Sere və Leo Bermandi kimi pedaqoqlardan təhsil almışdır.
Osasko
Osasko ("Osasco") — Braziliyanın ikinci böyük şəhəri.
Kaska
Dəbilqə və ya kaska — başı yaranmış təhlükələrdən, əsasən yaralanma və zədələnmələrdən qoruyan baş geyimi. Dəbilqə, əsasən, zərbəyə davamlı materiallardan hazırlanır. Ondan müxtəlif sahələrdə (idmanda, işdə və s.) istifadə edirlər.
Blaşko xətləri
Blaşko xətləri olduqca nadir görünür və ilk olaraq 1901-ci ildə alman dermatoloqu Alfred Blaşko tərəfindən təqdim edilən, açıqlana bilməyən bir insan anatomiyası fenomenidir. Nə müəyyən bir xəstəlik, nə də bir xəstəliyin təxmin edilə bilən əlamətidir. Bir çox köçürülən və əldə edilən bədən, ya da mukoz xəstəliyi özlərini, lentlərinin vizual görünüşünü yaradan naxışlara görə izah edirlər. Onları daha müəyyən hala gətirən şey xəstədən, xəstəyə bənzər yaxınlıqda uyğunlaşmalaradır, ümumiyyətlə, onurğa ətrafında V şəklində sinə, qarın və yan tərəflər ətrafında S şəklində forma götürər. == Əlamətləri == Ən ilginci isə gedən cəsəd sindromudur. Bu xəstəliyin daşıyıcıları ölü olduqlarına inanırlar. Bu bir ağılı depressiya və intihar meylləri sindromudur. Belə ki, bu vəziyyətdə xəstə hər şeyini itirmiş olmaqdan şikayət edir. Onlar ehtiraslarını, bədəninin bir qismini ya da hamısını, ümumiyyətlə öldüyünü və gedən bir cəsəd olduğunu düşünürlər. Şizofreniyaya tutulanlar da öldüklərini, ətlərinin çürüdüyünü, bəzən də həyati orqanlarının ya da qanının olmadığını düşünürlər.Bəzən bu, xəstənin bədənində qurdların gəzişdiyini iddia etmə dərəcəsinə qədər uzanar.
Keyt Qlasko
Keyt Qlasko (ing. Keith Alexander Glascoe) — ABŞ aktyoru və yanğınsöndürəni. Keyt Qlasko "Leon" filmində canlandırdığı Benni obrazı ilə məşhurluq əldə etmişdir. Aktyorluq fəaliyyəti ilə yanaşı Nyu-York Yanğınsöndürmə Departamentində yanğınsöndürən olaraq çalışan Keyt Qlasko 11 sentyabr terror aktları zamanı Dünya Ticarət Mərkəzində baş verən yanğını söndürən zamanı binanın çökməsi nəticəsində həlak olmuşdur. Keyt Klasko hadisə nəticəsində həlak olan 347 yanğınsöndürəndən biri idi.
Takako Tezuka
Takako Tezuka (d. 6 noyabr 1970) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 41 oyun keçirib, 19 qol vurub.
Tako
Tako (isp. Taco, astek tlacopan)- ənənəvi Meksika yeməyidir ki,qarğıdalı və ya buğda tortiliya çörəyi bir doldurma ətrafında qatlanmış və ya lülələnmişdir.Tako müxtəlif doldurmalar o cümlədən mal əti, toyuq əti, dəniz məhsulları, tərəvəzlər və pendir ilə hazırlana bilər.Tako ümumiyyətlə əl ilə yeyilir və salsa sousu, avokado və ya quakamole, silantro, pomidorlar, qiymə ət, soğan və kahı ilə müşayiət olunur. Tako, Meksikada Avropalıların gəlişindən əvvəl istehlak edilməyə başlanmışdır.
Kanko erası
Kanko (寛弘) – Yaponiyada era. Çoho erasından sonra, Çova erasından isə əvvəl gəlir. Era 1004-cü ilin iyulundan 1012-ci ilin dekabrına kimi davam etmişdir. Bu erada hökmdarlıq etmiş imperatorlar İçico-tenno və Sanco-tenno idi.Murasaki Şikibu öz gündəliyini bu erada yazmışdır. == Era dəyişikliyi == 1004-cü ildə eranın adı bir sıra hadisələri vurğulamaq üçün dəyişdirilmişdir. Əvvəlki eranın başa çatmasından sonra 1004-cü ilin 7-ci ayının 20-ci günündə Kanko erası başlamışdır. == Hadisələr == 17 mart 1008 - Keçmiş imperator Kazan 41 yaşında vəfat etdi. 16 iyul 1011 - İmperator İçico hökmdarlığının 5-ci ilində səltənətdən imtina etdi. Qısa müddət sonra İmperator Sanco taxta çıxdı. 15 iyul 1011 - İçico 32 yaşında vəfat etdi.
Kaşka (Askın)
Kaşka (başq. Ҡашҡа, rus. Кашкино) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kaşka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 40 km, ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 147 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (98 %) üstünlük təşkil edir.
Kusko krallığı
Kusko krallığı (keçya dilində: Qusqu, ispan dilində: Cusco (Cuzco)) — 1197-14380 - And dağlarında mövcud olmuş, çox da böyük olmayan dövlət, XII əsrə yaxın inklər tərəfindən əsası qoyulmuş şəhər dövlət. Zaman keçdikcə müharibələr və ya dinc assimilyasiya vasitəsilə krallıq öz ərazisini genişləndirərək inklərin imperiyasına çevrilmişdir. == Tarixi == Kusko ərazisində inklər XII əsrə yaxın tayfa kimi görünmüşlər. Manko Kapakanın rəhbərliyi ilə onlar tezliklə Kusko şəhər-dövlətinin əsasını qoymuşlar. 1438-ci ildə İnk imperiyasının doqquzuncu hökmdarı Paçakutinin (1438-1471) rəhbərliyi ilə fəal işğalçılıq siyasətinə başlamışlar. Tezliklə Paçakuti Andın bütün ərazisini işğal etməyə müvəffəq oldu. Paçakuti Kusko krallığını imperiyaya çevirdi, o, federal idarəetmə sistemi yaratdı, bu idarəetmə sistemi mərkəzi hökumətdə inklərlə birlikdə dörd əyalətin yerli güçlü liderlərinin də təmsil olunmasına imkan yaradırdı. Mülahizələrə görə Maçu-Pikçu şəhərinin əsası da Paçakuti tərəfindən qoyulmuşdur. == Hökmdarları == Tarixi mənbələrə əsasən Kusko krallığının hökmdarları aşağıdakılar olmuşdur: Manko Kapak - (1200-1230) Sinçi Roka - (1230-1260) Loke Yupanki - (1260-1290) Mayta Kapak - 1290-1320 Kapak Yupanki - 1320-1350 Inka Roka - 1350-1380 Yauar Uakak - 1380-1410 Virakoça İnka - 1410-1438Kusko krallığının ilk hökmdarlarının adları məlum deyil, sonralar Kapak səhra komandiri, Sinçi lider mənasında işlənilmişdi. Sülalənin əsasının 1200-cü ildən başlandığı ehtimal olunur.
Lasko mağarası
Lasko mağarası (fr. Grotte de Lascaux) — Fransada sayına, keyfiyyətinə və saxlanma dərəcəsinə görə ən vacib paleolit abidələrindən biri. Mağaranı "ibtidai icma quruluşunun Sikstin kapellası" da adlandırırlar. Orada olan rəsm və qravyuraların dəqiq yaranma tarixi yoxdur, onun təqribən eramızdan 18-15 əsr əvvəl yarandığını ehtimal edirlər. Əvvəllər onun qədim Madlen mədəniyyətinə aid olduğunu güman edirdilər. Sonradan aparılan tədqiqatlar nəticəsində onun daha erkən Solyutr mədəniyyətinə aid olduğu təsdiq edilmişdir.
Pol Fasko
Pol Fasko (ing. Paul Fusco) - "ALF" serialını yaradıcısı.
Taeko Kavasumi
Taeko Kavasumi (d. 30 oktyabr 1972) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Tayko Hirabayaşi
Tayko Hirabayaşi (yap. 平林 たい子; 3 oktyabr 1905, Suva[d], Naqano prefekturası – 17 fevral 1972) – Yaponiya hekayə yazarı. Həyatının böyük qismini Tokioda keçirib. Müharibədən öncə fəaliyyət göstərən proletarian yazıçılardan biri olan Hirabayaşi müharibə dövründə siyasi fəaliyyətinə görə təzyiqlərlə üzləşsə də, müharibədən sonra tanınmış yazıçılardan birinə çevrilmişdir. == Həyatı == 3 oktyabr 1905-ci ildə Naqano prefekturasının Suva şəhərində anadan olmuşdur. Mərkəzi Yaponiyada kiçik bir qəsəbədə böyüyən Hirabayaşi valideynləri tərəfindən dəstək görməsə də, Qərb ədəbiyyatına böyük maraq göstərib. Yaponiyada çox oxunan fransız və rus ədiblərin əsərlərini mütaliə edib. Xüsusilə, Dostoyevski onun yaradıcılığına böyük təsir göstərib. Digər tanınmış qadın yazıçı Fumiko Hayaşi ilə yaxın dost olub.1972-ci ildə pnevmoniyadan vəfat edib. == Yaradıcılığı == Yoxsulluq və azadlıq məsələləri ilə məşğul olmağa və "Kapital" əsərini oxuduqdan sonra solçu inqilabçı qruplaşmalara qoşulub.
Taşto Murza
Taşto Murza və ya Starıe Turdaki (erz. Ташто Мурза) — Mordoviyanın Koçkurovsk rayonunda kənd. Taşto Murza kənd inzibati mərkəzi statusuna malikdir. Əhalisi 691 nəfərdir (2001). Əsasən erzyanlılardı. Kuzım çayının sahilində yerləşir. Rayon mərkəzindən 20 km aralıdır. Simbuxovo dəmiryol stansiyasından isə 3 km aralıda yerləşir. Yaşayış məntəqəsinin adı antroponimdir: xristian dininə qədər istifadə edilmiş Turdak (Turqak) sözündən yaranıb. Starıy sözü həm də izah edir ki, Yeni Turdaki kəndi də var.
Nataliya Vasko
Nataliya Lyubomirivna Vasko (ukr. Наталія Любомирівна Васько; 19 oktyabr 1972, Çervonoqrad[d], Lvov vilayəti) – Ukrayna aktrisası və televiziya aparıcısı. 1999–2019-cu illərdə Kiyev Milli Akademik Molodiy Teatrının aparıcı aktrisası olmuşdur. O, "Qur-qur yuvası" (2017) filmindəki roluna görə "İkinci planda ən yaxşı aktrisa" kateqoriyası üzrə "Qızıl Dziqa" mükafatını qazanmışdır. O, həmçinin Ukrayna Kino Akademiyasının üzvüdür. == Həyatı == Vasko 19 oktyabr 1972-ci ildə Lvov vilayətinin Çervonoqrad şəhərində anadan olmuşdur. Gəncliyində "Nağıl" uşaq yaradıcılığı teatrında fəaliyyət göstərmişdir, burada şahzadələrdən tutmuş canavarlara qədər müxtəlif rollarda çıxış etmişdir. Məktəbi bitirdikdən sonra Kiyev Milli İ. K. Karpenko-Kari Teatr, Kino və Televiziya Universitetinə daxil olmuş və 1994-cü ildə universitetdən məzun olmuşdur. 4-cü kursda Kiyev Akademik Dram və Komediya Teatrında oynamağa başlamışdır. 1999–2019-cu illərdə Kiyev Milli Akademik Molodiy Teatrının aparıcı aktrisası olmuşdur.2008-ci ildə Vasko Ukraynanın Inter telekanalında yayımlanan "Inter ilə səhər" verilişinin aparıcısı olmuşdur.
Aleksandriya Okasio-Kortez
Aleksandriya Okasio-Kortez (ing. Alexandria Ocasio-Cortez; 13 oktyabr 1989, Bronks, Nyu-York ştatı, ABŞ) — ABŞ siyasətçisi və ABŞ Nümayəndələr Palatasının üzvü.
Eduardo Blasko Ferrer
Eduardo Blasko Ferrer (1956 – 12 Yanvar 2017) — İspaniya — İtaliyalı dilçi. Ferrer Sardiniyada yerləşən Kalyari Universitetinin professoru idi. O, daha çox Sardiniya dili haqqında bir neçə tədqiqatların müəllifi kimi tanınır. Blasko Ferrer Barselona anadan olmuş, Bastiya şəhərində vəfat etmişdir. == Kitabları == Grammatica storica del catalano e dei suoi dialetti con speciale riguardo all'algherese. Tübingen: G. Narr, c1984. La lingua sarda contemporanea : grammatica del logudorese e del campidanese : norma e varietà dell'uso : sintesi storica. Cagliari : Della Torre, c1986. Storia linguistica della Sardegna. Tübingen : Niemeyer, 1984.
Visente Blasko İbanyes
Visente Blasko İbanyes — ispan yazıçısı. == Həyatı == Visente Blasko İbanyesin "Apokalipsisin dörd atlısı" (1916), "Bizim dəniz" (1918) romanlarında Birinci dünya müharibəsi təsvir edilir. Bəzi hekayələri ("Qatar tüfeylisi", "Dənizdə" və s.) Azərbaycan dilinə tərcümə olunmuşdur. Valensiya əsərləri arasında "Xutor" və "Kurtizanka Sonnika"dır. "Qan və qum" romanında matadorun həyatı və eşqi təsvir edilir.
Vasko da Qama
Vasko da Qama (1469 və ya təq. 1460, Sineş[d], Portuqaliya – 24 dekabr 1524, Koçin[d], Hindistan) — portuqaliyalı dəniz səyyahı. Avropadan Hindistana dəniz vasitəsilə səyahət etmiş ilk avropalı səyyah. == Həyatı == Manuel Vasko da Qama 1469-cu ildə anadan olub. 1497-ci ildə Portuqaliya kralı I Manuel Hindistana dəniz yolunu kəşf etmək üçün Vasko da Qamanın başçılığı ilə o ölkəyə dəniz ekspedisiyası göndərdi. O, Afrika qitəsini keçərək Hind okeanına çıxmış və qitənin şərq sahilindəki Malindi limanında ərəb dənizçisi Əhməd ibn Məcidi özünə losman götürərək, onun köməyi ilə Hindistanın Kalikut (indiki Kojikode) şəhərinə gəlir və bununla da Hindistana dəniz yolunu kəşf edir. Hindistanla ticarəti öz əllərində saxlayan ərəb tacirləri portuqalların bura gəlişindən narahat olaraq, Kalikut hakiminin sahilə çıxan portuqalları həbs etdirməsinə nail olurlar. Buna cavab olaraq Vasko da Qama gəmiyə baxmağa gələn hind əyanlarını buraxmır. Racənin əyanlar üçün göndərdiyi qayığı isə atəşə tuturlar. Vasko da Qama buradan çoxlu ədviyyat alaraq Avropaya qayıdır.
Asko (Fransa)
Asko (fr. Asco, kors. Ascu) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Qolo-Morozalya kantonuna daxildir. Kommunanın dairəsi — Korte. Kommunanın INSEE kodu — 2B023. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 129 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 74 nəfərdən (15-64 yaş) 35 nəfəri iqtisadi fəal, 39 nəfəri qeyri-fəal (fəaliyyət göstəricisi 47,3%, 1999-cu ildə 38,0%) olmuşdur. Fəaliyyətdə olan 35 nəfərdən 33 nəfəri (19 kişi və 14 qadın) işləyir, 2 nəfər işsiz (1 kişi və 1 qadın) olub.
Kask dili
Kask dili — kaskların danışdığı, Hind-Avropa dil ailəsinə aid olmayan ölü dil. Tunc dövründə Anadolunun Pont regionunda danışılırdı. Dildəki adlara və toponimlərə görə bəzən hatt dili ilə əlaqələndirilir. Kask dilinin abxaz-adıq dilləri ilə əlaqəsi də mümkün variantlar arasındadır. "Kask" adı çərkəzlərin köhnə adı ilə sinonim ola bilər. Kask konfederasiyasına daxil xalqlardan biri olan abesla abxaz və digər Şimali Qafqaz xalqları ilə qohum ola bilər. Buna görə də kaskların çərkəzlərin və digər Qafqaz xalqlarının əcdadları olduğu iddia edilir. Başqa bir nəzəriyyəyə görə, kask dilinin zan dillərindən biridir, laz və meqrel dilləri ilə əlaqəlidir.
Orsolya Kaso
Orsolya Kaso (d. 22 noyabr 1988) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Orsolya Kaso, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Tako Qaçeçiladze
Tamara "Tako" Qaçeçiladze (gürc. თამარა "თაკო" გაჩეჩილაძე, 17 mart 1983, Tbilisi) — Gürcüstan müğənnisi, bəstəkarı və aktrisası. O, Gürcüstanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == Tamara Qaçeçiladze vətəni olan Gürcüstanı 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edə bilmək üçün Gürcüstanın GPB telekanalının təşkil etdiyi milli seçim turunda "Me and My Funky" adlı mahnı ilə iştirak etmiş və onuncu yerdə qərarlaşaraq, yarışmada məğlub olmuşdur. Daha sonra müğənni 2009-cu ildə "Stephane & 3G" qrupunun üzvü olaraq Gürcüstanın Avroviziya üçün keçirdiyi milli seçim turuna yenidən qatılmışdır. Qrup ifa etdikləri "We Don't Wanna Put In" mahnısı ilə seçim turunda qələbə qazansa da, mahnının siyasi mesaj daşıması səbəbindən Gürcüstanın müsabiqədə iştirakı təxirə salınmışdır. Tamara Qaçeçiladze "Keep the Faith" mahnısı ilə Gürcüstanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Müğənni 9 may tarixində baş tutan yarımfinal mərhələsində səhnə almış və səsvermədə 11-ci yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. == Həyatı == Tamar Qaçeçiladze 17 mart 1983-cü ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olmuşdur.
Task bar
Kompüter elmlərində tapşırıqlar paneli (ing. taskbar) monitorun aşağı hissəsində hazırda fəaliyyətdə olan açıq əməliyyatları və lazım olan proqramların, həm də ən vacib və ən zəruri proqramların nişanları yerləşir. Bu paneldə bəzi nişanlar artıq mövcud olurlar, qalanları isə sonrada əlavə etmək olar. 1995-ci ildən etibarən bu panel istifadəçi interfeysinin kompüterdə ayrılmaz hissəsinə çevrilib.