Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nutsara Tomkom
Nutsara Tomkom (7 iyul 1985) – 2016-cı ildən Fənərbaxçanın şərəfini qoruyan toppaylayıcısı. == Karyerası == Nutsara karyerasına ölkəsinin Vatbangkhongnoy klubunda başlamışdır. Azərbaycandakı karyerası isə 2010-cu ilə təsadüf edir. Azərreyl Bakıya transferindən sonra voleybolçu uğurlu çıxışı ilə diqqət çəkməyə başlamışdır. Bu səbəbdən də klubu ilə yeni müqavilə imzalayıb 2011–12 mövsümünü də Azərreyldə keçirmişdir.Tomkom 2012–13 mövsümünü də Bakıda keçirmişdir. Belə ki, o Azərreyli digər bir Bakı klubu İqtisadçıya dəyişmişdir. 2013-cü ildə dünyanın ən yaxşısı seçilmişdir. Burada Azərbaycan çempionatının gümüş medallarına da yiyələnən voleybolçu Azərbaycandakı legioner həyatını sonlandırmamağı qərara almışdır.2013-cü ildə Rabitə Bakıya transfer olunan voleybolçu burada bir-birindən dəyərli təcrübələr qazanmışdır. Rabitədə karyerasında ilk dəfə olaraq Çempionlar Liqasının "dördlər finalı"nda oynayan voleybolçu komandası ilə birlikdə üçüncülük yaşaması ilə yanaşı bir şəxsi mükafat da qazanmışdır.
Folsom
Folsom — Preri Platosunda (ABŞ) Paleolit dövrünə aid arxeoloji mədəniyyət. Bu termin ilk dəfə Kolorado Təbii Tarix muzeyinin direktoru Dade Figins tərəfindən 1927-ci ildə istifadə edilmişdir. İlk dəfə Nyu -Meksiko ştatında Folsom şəhəri yaxınlığında aşkar edilmişdir. Folsom düşərgələri bizon ovçularının müvəqqəti sığınacaqları olmuşdur. Kolorado ştatının şimal-şərqində uzun müddət istifadə olunmuş Lindenmeyer düşərgəsi müstəsnalıq təşkil edir. Buradan ocaq yeri, bizon, dəvə və s. heyvan sümükləri, daş nizə ucluqları, daş bıçaqlar, qaşovlar, muncuq və s tapılmışdır.
Taldom
Taldom — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Toluol
Toluol (ispanca Tolu, toluan balzamı) – metilbenzol, xarakterik iyli maye olub, arenlərə aiddir. == Tarixi == Toluol ilk dəfə P.Platye tərəfindən 1835-ci ildə küknar qatranının qovulması zamanı alınmışdır. 1938-ci ildə A.Devil tərəfindən Tolu şəhərindən Kolumbiyaya gətirilmiş balzamdan ayrılmışdır ki, adını da bu şəhərin şərəfinə almışdır. == Ümumi xarakteristikası == Kəskin iyli rəngsiz uçucu mayedir, zəif narkotik təsirə malikdir. Karbohidrogenlərlə, əksər spirtlərlə, sadə və mürəkkəb efirlərlə qeyri-məhdud miqdarda qarışır, su ilə qarışmır. Işığın şüasindirma əmsalı 20o C-də 1,4969- dur. Yanandır, dumanlı alovla yanır. == Kimyəvi xassələri == Toluol üçün aromatik həlqədə elektrofil əvəzetmə və metil qrupunda radikal mexanizm üzrə kimyəvi xassələri əvəzetmə reaksiyaları xarakterikdir. Aromatik həlqədə elektrofil əvəzetmə metil qrupuna nəzərən orto- və para-vəziyyətlərdə üstünlük təşkil edir. Əvəzetmə reaksiyalarından başqa, toluol birləşmə (hidrogenləşmə), ozonoliz reaksiyalarına girir.
Volkov
Volkov — Ruslarda daha çox işlədilən soyad. Nikolay Volkov (böyük) — aktyor (1900-1985) Nikolay Volkov (kiçik) — aktyor (1934-2003) Vladimir Volkov — Aktyor Oleq Volkov — Rusiya publisisti.
Ölkəm
Ölkəm — 1928-ci ildə Asəf Zeynallının Cəfər Cabbarlının "Sevimli ölkəm" şeirinə bəstələdiyi romans. == Yazılma tarixi == Cəfər Cabbarlı 1919-cu ildə 20 yaşı olarkən "Ölkəm" adlı şeiri yazıb. Şeir "Azərbaycan" qəzetinin 1 yanvar 1919-cu ildə çapdan çıxmış 92-ci buraxılışında «Sevimli ölkəm» adı ilə oxuculara təqdim olunub. O zaman şeir altı bənddən ibarət idi. Ancaq sovet ittifaqı dövründə, Asəf Zeynallı bu şeirə musiqi bəstələyəndə onun iki bəndi istifadə olunmadı. Buna səbəb bu iki bənddə sovet ideologiyasına zidd sətirlərin mövcudluğu idi. Asəf Zeynallı isə Cəfər Cabbarlının bu şeirinə 1928-ci ildə 19 yaşında "Ölkəm" romansını bəstələyib. Bununla da Azərbaycan musiqi tarixində klassik Avropa romansının ilk nümunəsi meydana gəlir. Romans yalnız 1931-ci ildə ifa olundu. Milan Opera Teatrında öz 4 illik təhsilini bitirmiş 33 yaşlı Bülbül "Ölkəm" əsəri ilə tanış olur.
Adrian Volkov
Adrian Markoviç Volkov (rus. Адриан Маркович Во́лков; 1829 və ya 19 (31) avqust 1827 – 1873 və ya 1 (13) fevral 1873, Sankt-Peterburq) — Rusiya janr rəssamı. == Həyatı == Adrian Volkov. A.S.Puşkinin son atəşi 1841-1861-ci illərdə Volkov Rəssamlıq Akademiyasında oxudu. 1855-ci ilə qədər Adrian professor Fyodor Bruninin yanında tarixi rəsm dərslərinə yiyələnirdi, daha sonra "xalq səhnələrinin boyanması" sinfinə keçdi. 1852-ci ildə Kiçik Gümüş Medal, 1853-cü ildə Böyük Gümüş Medal qazandı. 1855 və 1857-ci illərdə kiçik gümüş medallar aldı. 1858-ci ildə "Sankt-Peterburqda qarınqulaq sırası" rəsminə görə Akademiyanın Kiçik Qızıl Medalı ilə mükafatlandırıldı. 1860-cı ildə "Dayandırılmış nişan" rəsm əsərinə görə Qızıl Medalla təltif edildi. 1861-ci ildə "Sankt-Peterburqda qarınqulaq sırası" əsərin görə sinif rəssamı adını aldı.
Arda (Tolkin)
Árda (kv: /'arda/) — C. R. R. Tolkinin legendariumunda Yer kürəsinin adı, "Üzüklərin hökmdarında" və əlaqəli əsərlərdə bütün qeyd olunan yerləri özündə cəmləşdirən bir dünya, aləm. Faktiki olaraq bu Tolkinin icad etdiyi mifik tarixdə Yer planeti və günəş sistemidir. Ardada bir neçə dəniz və okean, Orta Dünya və Aman qitələri, İkinci Dövrdə mövcud olan nəhəng Númenor adası və Tolkinin qaralamalarında qeyd etdiyi digər torpaqlar yerləşirdi. == Ümumi məlumat == Arda Tolkinın kosmologiyasında Eä kainatının bir hissəsidir. O, Eä-nın qalan hissəsi kimi, Ainur Musiqisi vasitəsilə İlúvatarın övladları yəni elflər və insanlar üçün yaradılmışdır. Tolkin kosmologiyasında Günəş, Ay, ulduzlar və digər göy cisimləri bu planetin orbitində olduğundan, onlar da Ardanın bir hissəsi hesab olunur, ona görə də Arda bəzən “Günəş sistemi” kimi təxmin edilir. Göy cisimlərsiz bu Planetin özü isə Ambar və ya İmbar adlanır. Əvvəldən Arda yastı formasında idi, burada yerləşən qitələr nəhəng Ekkaya (kv. Ekkaia) və ya Vaya (kv. Váya; ing.
Azercell Telekom
Azercell – GSM, UMTS və LTE texnologiyaları üzrə xidmət göstərən Azərbaycan mobil rabitə şirkətidir. "Azercell Telekom" MMC ən çox bazar payı və 4.5 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil operatorudur. Şirkətin ilk təsisçiləri Türkiyənin "Türkcell İletişim Hizmetleri A. Ş." şirkəti və Azərbaycan Respublikasının Rabitə Nazirliyi olub. "Azercell Telekom" BM 1996-cı ilin yanvarında təsis edilmiş və həmin ilin dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlamışdır. 1998-ci ildə Azercell dünya telekommunikasiya sektorunda öncədən ödəmə sistemini (SimSim) tətbiq edən ilk şirkətlərdən biri oldu. 1 aprel 2008-ci ildən etibarən "Azercell Telekom" MMC adlanmağa başlayıb. Azercell beynəlxalq Telia Company şirkətlər qrupunun tərkibində olub. Telia Company-nın Avrasiyada mobil rabitə sahəsində telekommunikasiya holdinqlərindən biri olub. 2008-ci ildən Azercell şirkətinin sərmayədarı Türkiyənin "Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A. Ş," şirkəti olub.Payları tam olaraq Azərbaycan dövlətinə məxsus olan "Azerbaijan International Telecom" (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti və Niderland qanunvericiliyinə əsasən yaradılmış "Fintur Holdings B. V." şirkəti arasında 5 mart 2018-ci il tarixində Türkiyədə təsis edilmiş və "Azercell Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətin yeganə təsisçisi olan "Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A. Ş." ("Azertel") şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanmışdır.Azercell Telekom MMC ISO 9001:2008, ISO 10002:2014, IIP (Investors In People) — İnsanlara Sərmayədar (İS) və EN15838 (müştərilərlə əlaqələrin yüksək səviyyəsinə zəmanət) beynəlxalq standartlarına sahibdir. === Əhatə dairəsi və rominq === Fəaliyyəti ərzində Azercell-in əhatə dairəsinə əhalinin 98,80%, respublika ərazisinin isə 94,40% daxil edilmişdir.
Con Tolkin
Con Ronald Ruel Tolkin (ing. John Ronald Reuel Tolkien; /dʒɒn ˈrɒnld ˈruːəl ˈtɒlkiːn/; 3 yanvar 1892[…], Blumfonteyn, Azad Oranj Dövləti[…] – 2 sentyabr 1973[…], Bornmut, Dorset[d][…]) — ingilis yazıçısı, linqvisti və filoloqu, "Hobbit və ya oraya və geriyə" povestinin, "Üzüklərin hökmdarı" trilogiyasının və "Silmarillion" romanının müəllifi kimi məşhurdur. Tolkin 1925–1945-ci illərdə Oksfordda yerləşən Pembrok Kollecində ingilis və anqlosakson dilləri üzrə, 1945–1959-cu illərdə isə ingilis dili və ədəbiyyatı üzrə professor dərəcəsində işləmişdir. Digər məşhur ingilis yazıçısı Klayv Lyuislə birlikdə "İnklinqlər" ədəbi cəmiyyətinin üzvü olmuşdur. 28 mart 1972-ci ildə kraliça II Elizabet tərəfindən ona Britaniya İmperiyası ordeninin komandoru dərəcəsi verilmişdir. Tolkinin vəfatından sonra, oğlu Kristofer atasının qeydləri və əlyazmaları əsasında bir neçə əsər, o cümlədən "Silmarillion"u nəşr etdirdi. Bu kitab, "Hobbit" və "Üzüklərin hökmdarı" ilə birlikdə Arda adlı xəyali dünya və onun bir hissəsi olan Orta dünya haqqında nağıllar, şeirlər, hekayələr, süni dillər və ədəbi esselərin toplusunu təşkil edir. 1951–1955-ci illərdə Tolkin bu toplunun böyük hissəsini adlandırmaq üçün "legendarium" (ing. Legendarium) ifadəsini istifadə etmişdi. İlk kitabı olan "Hobbit"i 1937-ci ildə nəşr etdirir.
Delta Telekom
Delta Telekom — Azərbaycanda telekommunikasiya şirkəti. == Yaranması == XXI əsrin astanasında dünya üzrə peyk rabitəsi istiqamətində kifayət qədər bahalı kanallardan qənaətlə istifadə edən peyk rabitə vasitələri tətbiq olunurdu. Odur ki, Azərbaycanda da analoji texnologiyanın istifadəsinə ehtiyac duyulurdu. Mövcud təlabatı nəzərə alaraq, Delta Telecom korporativ şəbəkənin yaradılması üzrə layihələr işləməyə başladı. İlk layihədə Zaqafqaziyada yeganə olan Mərkəzi Peyk Rabitə Stansiyası tikilib istifadəyə verildi. Başlanğıcda bu stansiya vasitəsilə Azərbaycan Beynəlxalq Bankının bir neçə məntəqələri ilə baş ofisi arasında rabitə yaradıldı. Rabitənin keyfiyyəti sınaqdan keçirildikdən sonra Azərbaycan Beynəlxalq Bankının, Dövlət Gömrük Komitəsinin bölgələrdəki məntəqələrini baş ofisləri ilə birləşdirən korporativ peyk rabitə şəbəkəsi quruldu. Hal-hazırda Azərbaycan Beynəlxalq Bankı, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, AzərCot, MKT-Cotton, AMEA Seysmoloji Ölçmələr Mərkəzi, AP Moller Mayersk kimi təşkilatlar Delta Telekomun müştəriləridir.
Dotkom köpüyü
Dotkom köpüyü (ing. dot-com bubble) — 1990-cı illərin sonlarında internet üzərindən qurulmuş şirkətlərə yatırılan investisiyalar nəticəsində yaranmış iqtisadi köpüyüdür. Sürətlə inkişaf edən internet şirkətlərinin investorlar üçün cəlbedici olmağı, bu sahəyə həddindən artıq yatırılan maliyyəyə səbəb oldu. Dotkom köpüyü zamanı, kapital bazarlarının dəyərinin yüksək sürətdə artmasına misal olaraq NASDAQ indeksini gətirmək olar. Texnoloji şirkətlərin hökmranlıq etdiyi NASDAQ indeksi, 1995 və 2000-ci illər arasında 1000 punktdan 5000-dən yuxarı punkta qədər yüksəldi . 1995 və 2000-ci illər arasında beş qat artan NASDAQ indeksi 10 mart 2000-ci ildə 5,048.62 punkt ilə kulminasiyaya çatmışdır. 4 oktyabr 2002-ci il tarixində 1.139.90 punkta qədər enən indeks, ümumilikdə 76.81% azalmışdır. 2001-ci ilin sonunda, dotcom şirkətlərinin əksəriyyəti müflis olmuşdur. Hətta Cisco, Intel və Oracle kimi nəhəng mavi çip şirkətlər, səhm dəyərlərinin 80%-dən çoxunu itirdi. 2000-ci ildə qalxdığı zirvəyə yenidən çıxmaq üçün, NASDAQ indeksinə düz 15 il lazım oldu.
Oleq Volkov
Oleq Vasilyeviç Volkov (21 yanvar (2 fevral) 1900, Sankt-Peterburq – 10 fevral 1996, Moskva) — Rusiya publisisti. == Həyatı == Oleq Vasilyeviç Volkov 21 yanvar 1900-cu ildə Sankt-Peterburqda dvoryan ailəsində doğulmuşdu. V.Nabokovla birlikdə Tenişev məktəbini bitirmiş, Moskvada Nansenin diplomatik missiyasında, Aclara kömək komitəsində tərcüməçi işləmişdir. Vətəndaş müharibəsində ağlar tərəfdən vuruşduğuna görə 1928-ci ildə həbs olunmuş, 27 il həbs və sürgün həyatı keçirmiş, 1955-ci ildə bəraət almışdır. İngilis və fransız dillərini gözəl bilən Volkov həmin dillərdən rus dilinə, rus dilindən fransız dilinə tərcümələr etmişdir. “O dolu düşməliydi…” (1974), “Cığırın sonunda” (1977), “Kudeyarın xəzinəsi” (1963), “Orada hər bir daş canlıdır” (1985), “Belə olmaz, qadağandır” (1976), “Hamı cavabdehdir” (1989) və s. kitabların müəllifidir. Rusiya Federasiyasının Dövlət Mükafatına layiq görülmüş yazıçı 1996-cı ildə Moskvada vəfat edib. O.Volkov “Zülmətə eniş” (və ya “Zülmətə enərkən”) xatirə-romanında Azərbaycan milli mübarizləri mövzusunu hələ 1928-ci ildən, Butırka həbsxanasında onlarla tanış olduğu vaxtdan diqqətdə saxlamış, bir sıra müsavatçılarla dost olmuşdur. O, xalqımızın davranışına, özünü ləyaqətlə aparmasına, azərbaycanlıların həmrəyliyinə və birliyinə, bir-birinə münasibətlərinə yüksək qiymət vermişdir.
Slovak Telekom
Slovak Telekom (keçmişdə Slovenské telekomunikácie və Slovak Telecom olaraq adlandırılmışdır, sabit xətt məhsullarında istifadə edən marka, 2006-cı ilin Mart ayından 2012-ci ilin Yanvar ayına qədər T-Com olmuşdur. 2012-ci ilə gəlindiyində mobil məhsullar və sabit xətt məhsullarında ancaq bir marka mövcuddur: Telekom) — Slovakiya'da fəaliyyət göstərən ən böyük telekommunikasiya şirkətidir. == Sahiblik == 2015-ci ildə Slovakiya Respublikası, olan payını (49%) Deutsche Telekom-a olan payını satmışdır. İndi tamamilə Deutsche Telekom-a aiddir. == Üfüqdəki Slovak Telekom Satışı == Slovak hökuməti Slovak Telekom'da bir azlıq hissəsinin satışı üçün bir addım daha atmışdır. 2015-ci ilin Aprel ayında dövlət varlığının birjanı ehtiva edəcək şəkildə satılması üçün vasitələri genişlədən özəlləşdirmə üçün, qanununda ediləcək bir dəyişikliyi təsdiqlədi. 2015-ci ilin May ayında Deutsche Telekom, Slovakiya hökumətinin 49% hissəsinin hamısının 900 Milyon €-a alacağını açıqlamışdır. == Ölkə Səviyyəsində 4G/LTE Şəbəkəsi Başladıldı == Slovak Telekom, 2013-ci ildə ilk Slovak operatoru olan Slovakiyanın beş şəhərində 4G/LTE şəbəkəsini başlatmışdır. Şəbəkə 1800 MHz'də işləyir və 73Mbit/saniyə endirmə və 23Mbit/saniyə yükləmə maksimum nəzəri sürəti təqdim edir. Dövrə Açarlı Geri Dönüş (DAGD), səsli zənglərin və qısa ismarıcların, 2G/3G dövrə açarlı şəbəkə istifadəsi ilə LTE qurğularına göndərilməsini təmin edir.
Telekom QVK
Telekom — 2012-ci ildə yaradılmış Azərbaycan qadın voleybol klubu. Rabitə Bakı voleybol klubunun ikinci komandası sayılır. == Tarixi == 2012-ci ildə fəaliyyətinə start vermiş komanda əsas komanda Rabitədən fərqli olaraq kiçik büdcə ilə qurulmşdu. Maraqlısı budur ki, klubun prezidenti Rabitənin rəhbəri Cəlil Cəfərov deyil digər bir iş adamı Şahlar Məmmədov idi. İlk dəfə olaraq 2012-13 sezonunda Azərbaycan Superliqasında çıxış etmişdi. Həmin mövsüm liqanı altıncı yerdə bitirən komanda avrokuboklara qatılmaq şansını əldən verdi. 2013-14 mövsümünə ciddi hazırlaşmaq üçün ciddi transfer ataklarına keçən komanda Cessika Volker kimi güclü amerikan voleybolçu ilə müqavilə imzalaya bildi.
Türk Telekom
Türk Telekom — 1995-ci il aprel ayının 24-də poçt, telefon və teleqraf xidmətlərinin müstəqil fəaliyyətə başlamasından sonra yaradıldı. 2005-ci ilin noyabr ayında aparılan özəlləşdirmə nəticəsində şirkətin səhmlərinin 49%-i Səudiyyə Ərəbistanına məxsus Oger Telecoma satılmış, bu vaxt kabel tv və kabel dəqiq xidmətləri Türksədə köçürülmüşdür. Türkiyənin bütün telefon və internet xidmət təmin ediciləri içində öz təşkilatı infrastrukturuna sahib tək firma mövqesindədir. Ümumi müdirliyini Paul Doany etməkdədir. == Türk Telekomun bu ankı vəziyyəti == Türk telekom özelleştirldiginden bəri 4 ortaq icra edilməkdədir.
Uotkom gölü
Volkov (Avurğazı)
Volkov (başq. Волков, rus. Волково) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Tukay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 30 km, kənd sovetliyindən (Tukay): 10 km. ən yaxın dəmiryol stansiyasından (Şöngəkgöl stansiyası): 50 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (88%) üstünlük təşkil edir.
İqor Talkov
İqor Vladimiroviç Talkov (rus. Тальков, Игорь Владимирович) (d. 4 noyabr 1956, Tula vilayəti, Şyokino rayonu - 6 oktyabr 1991, Sankt-Peterburq) — sovet rok musiqiçisi, müğənnisi, bəstəkarı, şairi, kino aktyoru. == Yaradıcılığı == Yaradıcılığının ilk illərində "Aprel", "Kaleydoskop", "Elektroklub" qrupları ilə birgə işləyib. Bu müddətdə bir sıra musiqilər yazmış, amma onları ifa etmək imkanı olmamışdır. Geniş ictimaiyyətə ilk dəfə olaraq 1987-ci ildə "İlin Musiqisi" (rus. Песня Года) festivalında ifa etdiyi "Чистые пруды" mahnısından sonra tanınmışdır. Bundan sonra öz yazdığı mahnıları ifa etmək məqsədilə "Спасательный круг" adlı qrupu yaratmış və tezliklə bir sıra qastrollarda iştirak etmişdir. == Ölümü == 1991-ci il 6 oktyabr tarixində Sankt-Peterburqda "Yubiley" idman sarayında silahla atəş açılaraq qətlə yetirilmişdir.
Davit Volkov
Davit Volkov (3 iyun 1995, Tbilisi) — Azərbaycan Premyer Liqasında çıxış edən Sabahın gürcüstanlı futbolçusu.
Uolkot Balestier
Uolkot Balestier (13 dekabr 1861, Roçester[d], Nyu-York ştatı – 6 dekabr 1891, Drezden) — gənc yaşda vəfat edən, ilk növbədə Rudyard Kipling ilə əlaqəsi ilə yadda qalan perspektivli Amerika yazıçısı, redaktoru və naşiri idi.Onun bacısı Karolin Starr Balestier 1891-ci ildə Kiplinqlə evləndi.
Telekom VK
Telekom — 2012-ci ildə yaradılmış Azərbaycan qadın voleybol klubu. Rabitə Bakı voleybol klubunun ikinci komandası sayılır. == Tarixi == 2012-ci ildə fəaliyyətinə start vermiş komanda əsas komanda Rabitədən fərqli olaraq kiçik büdcə ilə qurulmşdu. Maraqlısı budur ki, klubun prezidenti Rabitənin rəhbəri Cəlil Cəfərov deyil digər bir iş adamı Şahlar Məmmədov idi. İlk dəfə olaraq 2012-13 sezonunda Azərbaycan Superliqasında çıxış etmişdi. Həmin mövsüm liqanı altıncı yerdə bitirən komanda avrokuboklara qatılmaq şansını əldən verdi. 2013-14 mövsümünə ciddi hazırlaşmaq üçün ciddi transfer ataklarına keçən komanda Cessika Volker kimi güclü amerikan voleybolçu ilə müqavilə imzalaya bildi.
Dorukhan Toköz
Dorukxan Toköz (türk. Dorukhan Toköz; 21 may 1996, Əskişəhər) — "Trabzonspor"da yarımmüdafiə mövqeyində çıxış edən türk futbolçu. == Klub karyerası == === Əskişəhərspor === Dorukxan futbola "Əskişəhərspor" klubunda başlamışdır. 2015-ci ilin yanvar ayında peşəkar karyerasına başlamışdır. 2014–2015-ci illər mövsümündə rəsmi qarşılaşmalarda forma geyinməmişdir. Klubunda ilk rəsmi oyununa 3 dekabr 2015-ci ildə Türkiyə kubokunda "Mənəmən Bələdiyyəspor" ilə oynadıqları qarşılaşmada çıxmışdır. Həmin qarşılaşma "Əskişəhərspor"un 1-0 üstünlüyü ilə başa çatmış, qolu da məhz Dorukxan vurmuşdur. Türkiyə Super Liqasında ilk oyununa isə 20 dekabr 2015-ci ildə 2-1 hesabı ilə məğlub olduqları "Başakşəhər" qarşılaşmasında çıxmışdır. 2016–2017-ci illər mövsümündə Türkiyə 1-ci Liqasına düşən "Əskişəhərspor"da daha çox forma geyinməyə başladı. Həmin mövsümdə 24 qarşılaşmada forma geyinmiş və 2 qol vurmağı bacarmışdır.
Dorukxan Toköz
Dorukxan Toköz (türk. Dorukhan Toköz; 21 may 1996, Əskişəhər) — "Trabzonspor"da yarımmüdafiə mövqeyində çıxış edən türk futbolçu. == Klub karyerası == === Əskişəhərspor === Dorukxan futbola "Əskişəhərspor" klubunda başlamışdır. 2015-ci ilin yanvar ayında peşəkar karyerasına başlamışdır. 2014–2015-ci illər mövsümündə rəsmi qarşılaşmalarda forma geyinməmişdir. Klubunda ilk rəsmi oyununa 3 dekabr 2015-ci ildə Türkiyə kubokunda "Mənəmən Bələdiyyəspor" ilə oynadıqları qarşılaşmada çıxmışdır. Həmin qarşılaşma "Əskişəhərspor"un 1-0 üstünlüyü ilə başa çatmış, qolu da məhz Dorukxan vurmuşdur. Türkiyə Super Liqasında ilk oyununa isə 20 dekabr 2015-ci ildə 2-1 hesabı ilə məğlub olduqları "Başakşəhər" qarşılaşmasında çıxmışdır. 2016–2017-ci illər mövsümündə Türkiyə 1-ci Liqasına düşən "Əskişəhərspor"da daha çox forma geyinməyə başladı. Həmin mövsümdə 24 qarşılaşmada forma geyinmiş və 2 qol vurmağı bacarmışdır.
Françesko Toldo
Françesko Toldo (it. Francesco Toldo; 2 dekabr 1971, Padova, Veneto) İtaliyalı keçmiş futbolçu. Mövqeyi qapıçı olub. Əsasən "Fiorentina" və "İnter" klublarında oynaması ilə tanınır. O, ümumilikdə 17 mövsüm (8 "Fiorentina" və 9 "İnter") oynayıb və 15 kubok qazanıb. İtaliya milli komandasının qapıçısı kimi o, beş turnirdə çıxış edib. İtaliya millisinin gümüş medalçılara çevrildiyi 2000 Avropa çempionatında milli komandanın bir nömrəsi kimi məşhurlaşıb.O, futbol tənqidçiləri tərəfindən 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində İtaliya və dünya futbolunun ən yaxşı qapıçılarından biri kimi qiymətləndirilib.