Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tolstoy
Lev Nikolayeviç Tolstoy (rus. Лев Николаевич Толстой; 28 avqust (9 sentyabr) 1828[…], Yasnaya Polyana[d], Tula quberniyası[d], Rusiya imperiyası[…] – 7 (20) noyabr 1910[…], Astapovo[d], Ryazan quberniyası[d], Rusiya imperiyası) — rus yazıçı, publisist və filosof. Dünya ədəbiyyatının ən böyük yazıçılarından biridir. L. Tolstoyun yazdığı "Hərb və Sülh", "Anna Karenina" "İnsanı yaşadan nədir" əsərləri realist roman janrının ən yaxşı nümunələrini hesab olunur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə — "Allahın səltənəti qəlbimizdədir" (rus. "Царство Божие внутри нас") XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Varlı bir ailənin övladı olaraq Yasnaya Polyanada anadan olmuşdur. Çox kiçik yaşlarında əvvəl anasını, sonra atasını itirdi, qohumlarının himayəsinə keçdi. Uşaqlığından həqiqətləri incələməyə qarşı böyük bir marağı vardı.
Olster
Olster (ing. Ulster) — İrlandiyanın 4 tarixi əyalətindən biridir və hal-hazırda adanın şimalında 9 qraflığı özündə birləşdirir. Bu qraflıqlardan altısı — Antrim, Arma, Dau, Fermana, Londonterri və Tiron Şimali İrlandiyanın tərkibinə, qalan — Kavan, Doneqol və Monaxan isə İrlandiya Respublikasının ərazisi hesab edilir. Olsterdə 2 milyona yaxın insan yaşayır. Əyalətin ərazisi 24 481 km²-dir. Olsterin ən böyük şəhəri Belfastdır. Burada 500 000 insan yaşayır. Əsas dili ingilis dilidir, yayılmasına görə ikinci dil isə irland dilidir. Olsteri səhvən Şimali İrlandiyanın ərazisi kimi adlandırırlar. Erkən orta əsrlərdə bu əyaləti O’Nillər sülaləsi idarə edirdi.
Aleksey Tolstoy
Aleksey Nikolayeviç Tolstoy — rus yazıçısı. 3 dəfə Stalin mükafatı laureatı (1941, 1943, 1946) == Həyatı == Aleksey Nikolayeviç Tolstoy 10 yanvar 1883-cü ildə Nikolayevsk şəhərində (indiki Saratov vilayətinin Puqaçov şəhərində) qraf Lev Nikolayeviç Tolstoyun ailəsində anadan olmuşdur. Samara real məktəbini bitirdikdən sonra, 1901-ci ildə Peterburq Texnoloji İnstitutuna daxil olmuş, lakin ədəbiyyata olan güclü həvəsinin təsiri ilə 1907-ci ildə diplom müdafiəsi ərəfəsində təhsilini yarımçıq qoymuşdur. Elə həmin il onun “Lirika” adlı ilk şeirlər kitabı çap olunur. Bu kitabda dekadent ədəbiyyatın ciddi təsiri, simvolizmə meyil hiss olunurdu və sonralar müəllif özü bu kitabı tənqid edir. Ilk şeirlər kitabından bir il sonra “Niva” jurnalında Aleksey Tolstoyun “Köhnə qala” adlı ilk hekayəsi, 1910-cu ildə “Sağsağan nağılları” hekayələr kitabı çap olunur. Onun bir-birinin ardınca çapdan çıxmış “Mavi çaylar arxasında”, “Baməzə adamlar” (1911), “Topal mülkədar” (1912) kitablarında şifahi xalq ədəbiyyatına, Nikolay Vasilyeviç Qoqol, İvan Aleksadroviç Qonçarov və Mixail Yevqrafoviç Saltıkov-Şedrin kimi sərt realistlərin satira ənənələrinə yaradıcı meyil hiss olunurdu. Birinci dünya müharibəsində (1914) “Russkiye vedomosti” qəzetinin hərbi müxbiri kimi cəbhəyə gedir və yalnız bu zaman, tərcümeyi-halında özünün dediyi kimi, əynindən simvolizm əbasını soyunur, “əsil həyatı görür, rus xalqını tanıyır”. Beləliklə, yazıçı həyat keşməkeşlərinin mərkəzinə keçir, “həyat laylarını çevirərək onu incəsənətdə əks etdirməyə” imkan tapır. Lakin Aleksey Nikolayeviç Tolstoy 1917-ci il inqilabını əvvəlcə başa düşmür, onu düşməncəsinə qarşılayaraq 1919-cu ildə xaricə mühacirət edir, Fransada, sonralar Almaniyada yaşayır.
Etiraf (Tolstoy)
Etiraf (rus. Исповедь) — Lev Tolstoyun romanı. == Məzmun == Bu əsərin baş qəhrəmanı Tolstoyun özüdür. Dünya şöhrətli əsərlər müəllifi bu dəfə öz həyatı haqqında yazır. Keçirdiyi həyat yolunu yanlışları ilə, doğruları ilə oxuculara etiraf edir. Həyatın həqiqi mənasının axtarışında olan Tolstoyun keçdiyi gərgin, sıxıntılarla dolu həyat yolunu insan həyəcansız oxuya bilmir. Kitabı oxuduqca, bədiiliklə yanaşı aparılan elmi-fəlsəfi təhlilləri gördükcə insan Tolstoy zəkasına, onun hərtərəfli elminə heyran qalır.
Lev Tolstoy
Lev Nikolayeviç Tolstoy (rus. Лев Николаевич Толстой; 28 avqust (9 sentyabr) 1828[…], Yasnaya Polyana[d], Tula quberniyası[d], Rusiya imperiyası[…] – 7 (20) noyabr 1910[…], Astapovo[d], Ryazan quberniyası[d], Rusiya imperiyası) — rus yazıçı, publisist və filosof. Dünya ədəbiyyatının ən böyük yazıçılarından biridir. L. Tolstoyun yazdığı "Hərb və Sülh", "Anna Karenina" "İnsanı yaşadan nədir" əsərləri realist roman janrının ən yaxşı nümunələrini hesab olunur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə — "Allahın səltənəti qəlbimizdədir" (rus. "Царство Божие внутри нас") XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərmişdir. == Həyatı == Varlı bir ailənin övladı olaraq Yasnaya Polyanada anadan olmuşdur. Çox kiçik yaşlarında əvvəl anasını, sonra atasını itirdi, qohumlarının himayəsinə keçdi. Uşaqlığından həqiqətləri incələməyə qarşı böyük bir marağı vardı. Təhsilini davam etdirmək üçün Moskvaya yollandı.
Lev Tоlstоy
Lev Nikolayeviç Tolstoy (rus. Лев Николаевич Толстой; 28 avqust (9 sentyabr) 1828[…], Yasnaya Polyana[d], Tula quberniyası[d], Rusiya imperiyası[…] – 7 (20) noyabr 1910[…], Astapovo[d], Ryazan quberniyası[d], Rusiya imperiyası) — rus yazıçı, publisist və filosof. Dünya ədəbiyyatının ən böyük yazıçılarından biridir. L. Tolstoyun yazdığı "Hərb və Sülh", "Anna Karenina" "İnsanı yaşadan nədir" əsərləri realist roman janrının ən yaxşı nümunələrini hesab olunur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə — "Allahın səltənəti qəlbimizdədir" (rus. "Царство Божие внутри нас") XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərmişdir. == Həyatı == Varlı bir ailənin övladı olaraq Yasnaya Polyanada anadan olmuşdur. Çox kiçik yaşlarında əvvəl anasını, sonra atasını itirdi, qohumlarının himayəsinə keçdi. Uşaqlığından həqiqətləri incələməyə qarşı böyük bir marağı vardı. Təhsilini davam etdirmək üçün Moskvaya yollandı.
Mixail Tolstıx
Mixail Sergeyeviç Tolstıx (rus. Михаил Сергеевич Толстых; 19 iyul 1980 – 8 fevral 2017, Makeevka, Donetsk vilayəti) — Separatist Donetsk Xalq Respublikasına bağlı Somali batalyonunun komandiri, Donbass müharibəsinin aktiv iştirakçısı. Mətbuata verdiyi açıqlamalarında daha çox Givi (rus. Ги́ви) kimi tanınmışdır. Tolstıx 1980-cı ildə Ukrayna Sovet Sosialist Respublikasının Donetsk vilayətinə bağlı İlovaisk şəhərində andan olmuşdur. 1998–2000-ci illərdə Ukrayna ordusunda xidmət keçməzdən əvvəl fabrikdə fəhlə və supermarketdə mühafizəçi kimi çalışdığı məlumdur. Müsahibələrinin birində ulu babasının etnik gürcü olduğunu bildirmişdir. İlovaisk şəhərində döyüşlərin başlaması ilə Ukraynanın şərqindəki separatist hərəkata qoşulmuşdur. 2014-cü ilin sentyabr ayında Donetsk Hava Limanına nəzarət uğrunda gedən döyüşlərdə rəhbərlik etdiyi Somali batalyonu ilə birgə qatılmışdır. Adı 2015-ci ilin 15 fevral tarixində adı Avropa Komissiyasının sanksiyalı şəxslər siyahısına salınıb.
Tolstoy-Yurt
Tolstoy-Yurt (çeçen. Девкар-Эвла) kəndi Çeçenistan Respublikasının Qroznı rayonunda yerləşir. Tolstoy-Yurt kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. Tolstoy-Yurt kəndində, Qroznı bələdiyyəsinin idarəsi yerləşir, mahalın inzibati mərkəzi Qroznı şəhəridir. Kənd Qroznı şəhərindən 12 km şimal-şərqdə Terski silsiləsinin şimal ətəyində yerləşir. Ən yaxın yaşayış məntəqələri: şimalda Nikolayev kəndi və Naberejnıy kəndi, şimal-şərqdə Vinoqradnoye kəndi, cənub-şərqdə Petropavlovskaya kəndi, cənubda Qoryaçeistoçnenskaya kəndi, cənub-qərbdə Alxan-Çurt kəndi (Qroznı şəhərinin bir hissəsi) ) və şimal-qərbdə - Pravoberejnoye kəndidir. "ЭСБЕ"-yə görə, Tolstoy-Yurt (Köhnə Yurt) kəndi 1705-ci ildə qurulmuşdur. Rusiya imperiyasının bir hissəsi olaraq, Terek bölgəsinin Qroznı şöbəsinə aid idi. 1934-cü il avqustun 1-nə qədər Köhnə Yurt kəndi Nadterek rayonunun tərkibində idi. 1 Avqust 1934-cü ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Çeçen-İnquş Muxtar Vilayətinin Qroznı şəhərində, o cümlədən sərhədləri daxilində yeni bir Qroznı bölgəsi yaratmaq qərarına gəldi.
Torsten Fink
Torsten Fink (alm. Thorsten Fink‎; 28 oktyabr 1967, Dortmund, AFR) — keçmiş Almaniya futbolçusu, məşqçi. Torsten Fink 28 oktyabr 1967-ci ildə Almaniyanın Dortmund şəhərində anadan olmuşdur. Vətənində "Bavariya"nın heyətində 1997-2006-cı illərdəki çıxışı ilə tanınan Fink 9 ildə 236 matça 10 qol vurub. Yarımmüdafiəçi mövqeyində oynamış Torsten münhenlilərin heyətində 4 dəfə (1999-cu, 2000-ci, 2001-ci və 2003-cü illərdə) Bundesliqanın qalibi olub, 3 dəfə (1998-ci, 2000-ci və 2003-cü illərdə) ölkə kubokunu qazanıb. Bundan başqa, Fink 2001-ci ildə həm UEFA Çempionlar Liqası, həm də Qitələrarası Kuboku başı üzərinə qaldırıb. O, peşəkar futbolçu karyerasına 2006-cı ildə elə "Bavariya"da bitirərək, məşqçiliyə başlayıb. Avstriyanın "Zalsburq" klubunda öncə Lotar Matteus, daha sonra Covanni Trapattoninin köməkçisi işləyib. Torsten 2007-ci ildə 3-cü liqa təmsilçisi "İnqolstadt-04"ə baş məşqçi təyin edilib və 2 il bu komandanı çalışdırıb. 2009-cu il iyunun 9-da isə Bazel klubunun sükanı arxasına keçən Totsten bu postda Kristian Qrossu əvəzləyib.
Torsten Has
Torsten Has (alm. Torsten Haß‎, 21 noyabr 1970) və ya təxəllüsü ilə Kim Qodal — şair, dramaturq, romançı, yazıçı və kitabxanaçı. Məsələn, o, Bibliotheken für Dummies yazdı. Kitab 2019-cu ilin oktyabr ayında nəşr olundu və yüksək tələbat səbəbindən iki dəfə yenidən nəşr olundu. 2020-ci ilin sonuna qədər 60 000-ə yaxın kitab tələb olunub. Kitab bir neçə rəy alıb və bir çox universitetlərdə istifadə olunur. Nümunələr:Tübingen Universitetinin Kitabxanası (Baden-Vürtemberq), Boxum Universitetinin Kitabxanası (Şimali Reyn-Vestfaliya), Bingen Texniki Universitetinin Kitabxanası (Reynland-Pfalts). Bibliotheken für Dummies (2019); ilə birlikdə Detlef Şnayder-Südürland (alm. Detlev Schneider-Suderland‎) Arbeitgebermarke Bibliothek mit k(l)einem Budget : eine Einführung mit Übungen (2021) Vahīṅ dekhiye : Festschrift für Hellmut Vogeler (1996); với tư cách là một biên tập viên Das Ende der Gemütlichkeit : Entwurf eines Fundraising-Konzepts für kleinere und mittlere Wissenschaftliche Bibliotheken (2021) Dieses Buch ist für die Tonne : Einführung in den klassischen Zynismus (Kynismus) (2020); ilə birlikdə Maksimillian Şpannbruker (alm. Maximilian Spannbrucker‎) Wohnriester und Erbbau : ein aktuelles Fallbeispiel (2021) Der Verlust der Magie : Essays, Polemiken, Satiren (2021) Die Rezensionen, Bd.
Şeytan (Tolstoy)
Şeytan (rus. Дьявол) — Lev Tolstoyun povesti. 1889–90-cı illərdə yazılmış, 1909-cu ildə alternativ bir sonluqla verilmiş, 1911-ci ildə müəllifin ölümündən sonra yayımlanmışdır. Tolstoyun eyni vaxtda yazdığı "Kreyser sonatası" kimi, "Şeytan" əsəri də cinsi duyğuların nəticələrindən bəhs edir. İnsanı yolundan azdıran Şeytan əməlinə Tolstoyun bir çox əsərlərində rast gəlmək olar. Görünür, Tolstoy, öz keçirdiyi hissləri təhlil etmək üçün "Şeytan" əsərini yazmalı olub. Əsər həddən artıq dramatik ruhdadır. Sanki hər an əsərin qəhrəmanının başına qeyri-adi əhvalat gələcəyi gözlənilir. Nəhayət gəlir də… Povestin iki sonluğunun olması isə onu göstərir ki, Tolstoy sonadək də Şeytana qalib gəlmək yolunu seçə bilməmişdi… Povest Rafiq Ağayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə Yazıçı nəşriyyatında əvvəlcə 1980-ci ildə, 2-ci dəfə isə 1984-cü ildə, latın qrafikalı Azərbaycan əlifbası ilə 2017-ci ildə Bakı Kitab Klubunda "Ailə səadəti" povesti ilə birlikdə 176 səhifədə nəşr edilib. "Şeytan (povestlər)" ( (az.)).
Olster bayrağı
Olster bayrağı — Hal-hazırda İrlandiyanın şimalında 9 qraflığı özündə birləşdirən tarixi Olster vilayətinin simvollarından biridir. Bu qraflıqlardan altısı — Antrim, Arma, Dau, Fermana, Londonderri və Tiron Şimali İrlandiyanın, qalanları — Kavan, Doneqol və Monaxan isə İrlandiya Respublikasının ərazisi hesab edilir. Bayraq Olsterin ən məşhur sülaləsinin heraldik simvolları əsasında tərtib edilmişdir. Sarı fonda qırmızı Georgi xaçı, mərkəzdə isə ortasında qırmızı sağ əl təsviri olan ağ qalxan təsvir edilmişdir.
Toltek mədəniyyəti
Toltek mədəniyyəti - Kolumbdan əvvəlki Mərkəzi Amerikada arxeoloji mədəniyyət idi və bu mədəniyyətin yaradıcıları olan tolteklər eramızın 950-1150-ci illərində daha da inkişaf edən Mezoamerikan xronologiyasının Epiklassik və erkən Post-Klassik dövründə Tula, Hidalqo, Meksikada yerləşən dövlət yaratmışlar. Sonrakı Astek mədəniyyəti mənsubları Toltekləri öz intellektual və mədəni sələfləri hesab edirdi. “Toltek” sözü Naxuatl dilində "sənətkar", “usta” mənasını verir. Şifahi və yazılı Astek mənbələri Toltek İmperiyasının tarixini təsvir edərək, hökmdarların və onların işğal etdikləri ərazilərin siyahısını özündə əks etdirir. Müasir alimlər Astek rəvayətlərində əks olunanların real Toltek tarixini əks etdirib-etdirməməsi barəsində mübahisə edirlər. Bütün alimlər Astek mənbələrinin böyük bir mifoloji hissəsinin olduğunu etiraf etsələr də, bəzilərihesab edirlər ki, tənqidi müqayisəli metoddan istifadə etməklə bəzi tarixi hadisələrin dəqiqliyini sübut etmək olar. Bir qrup alim isə iddia edir ki, rəvayətlərin real tarixi mənbə kimi davamlı təhlili əbəsdir və bu Tula de Allende mədəniyyətini öyrənməyə maneə olur. Tolteklərlə əlaqəli digər mübahisəli məsələlərdən biri isə Tula abidəsi ilə Mayya şəhəri olan Çiçen-İtsa arasında memarlıq baxımından oxşarlıqların əsasında duran səbəblərin araşdırılmasıdır. Tədqiqatçılar bu iki şəhər arasında təsirin dərəcəsi və ya istiqaməti ilə bağlı hələ də yekdil fikrə nail ola bilməyiblər. Mədəniyyətin dəqiq mənşəyi bəlli olmasa da, o, çox güman ki, cənub körfəzi sahilindən olan Nonoalca və Orta Amerikanın şimalında yaşayan oturaq Çiçimek xalqlarının qaynayıb-qarışması nəticəsində meydana gəlmişdir.
Dirilmə (Lev Tolstoy)
Dirilmə (rus. Воскресение) — Lev Tolstoyun ilk dəfə 1899 – cu ildə nəşr edilmiş sonuncu romanı. Bu roman eyni zamanda Tolstoyun sağlığında nəşr edilmiş sonuncu böyük əsəridir. Əsər ilk dəfə Niva həftəlik jurnalında hissələr şəklində nəşr edilmişdir. Tolstoy bu əsərində insanlar tərəfindən hazırlanmış qanunların həmişə qüsurlu olduğunu və kilsə təşkilatlarının ikiüzlülüyünü çatdırmağa çalışmışdır. Bu əsərdə də, digər romanlarında olduğu kimi, yazıçını maraqlandıran əsas məsələ insan məsələsidir. Əgər "Hərb və Sülh" romanında Tolstoy "xalq fikrini", "Anna Karenina"da "ailə fikrini" əsas götürmüşdüsə, "Dirilmə"də onu cəmiyyət məsələsi düşündürür və öz qəhrəmanlarını cəmiyyət fonunda təsvir edir. Onun qəhrəmanlarının başına gələn fəlakətlər ilk növbədə onların yaşadıqları cəmiyyətlə, bürokratik dövlət sisteminin yaratmış olduğu həyatla bağlanılır. == Məzmunu == Əsərdə iki həyat sferası təsvir olunur: onlardan biri təbiət, digəri isə cəmiyyətdir. Təbiət insanın mahiyyətinə tam uyğun gələn sferadır: həm təbiəti, həm də insanları Allah yaratmışdır və onlar arasına heç bir ziddiyyət yoxdur.
Etiraf (Lev Tolstoy)
Etiraf (rus. Исповедь) — Lev Tolstoyun romanı. == Məzmun == Bu əsərin baş qəhrəmanı Tolstoyun özüdür. Dünya şöhrətli əsərlər müəllifi bu dəfə öz həyatı haqqında yazır. Keçirdiyi həyat yolunu yanlışları ilə, doğruları ilə oxuculara etiraf edir. Həyatın həqiqi mənasının axtarışında olan Tolstoyun keçdiyi gərgin, sıxıntılarla dolu həyat yolunu insan həyəcansız oxuya bilmir. Kitabı oxuduqca, bədiiliklə yanaşı aparılan elmi-fəlsəfi təhlilləri gördükcə insan Tolstoy zəkasına, onun hərtərəfli elminə heyran qalır.
Lev Nikolayeviç Tolstoy
Lev Nikolayeviç Tolstoy (rus. Лев Николаевич Толстой; 28 avqust (9 sentyabr) 1828[…], Yasnaya Polyana[d], Tula quberniyası[d], Rusiya imperiyası[…] – 7 (20) noyabr 1910[…], Astapovo[d], Ryazan quberniyası[d], Rusiya imperiyası) — rus yazıçı, publisist və filosof. Dünya ədəbiyyatının ən böyük yazıçılarından biridir. L. Tolstoyun yazdığı "Hərb və Sülh", "Anna Karenina" "İnsanı yaşadan nədir" əsərləri realist roman janrının ən yaxşı nümunələrini hesab olunur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə — "Allahın səltənəti qəlbimizdədir" (rus. "Царство Божие внутри нас") XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərmişdir. == Həyatı == Varlı bir ailənin övladı olaraq Yasnaya Polyanada anadan olmuşdur. Çox kiçik yaşlarında əvvəl anasını, sonra atasını itirdi, qohumlarının himayəsinə keçdi. Uşaqlığından həqiqətləri incələməyə qarşı böyük bir marağı vardı. Təhsilini davam etdirmək üçün Moskvaya yollandı.
Persea americana var. toltec
Amerika perseyası (lat. Persea americana) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin perseya cinsinə aid bitki növü. Vətəni Mərkəzi Amerika və Meksikanın yüksəkdağlı rayonlarıdır. Botaniki cəhətdən avakado giləmeyvədir. Lakin əmtəəşünaslıq təsnifatına görə çəyirdəkli meyvələr qrupuna aid edilir. Meyvəsi yumru, oval formada, bəzən armudaoxşardır. Qabığı sıx, dərivari hamar və ya çopuq, qara, bənövşəyi və ya yaşıl rəngdədir. Yetişmiş meyvələrin ətliyi qabığından asan aralanır. Meyvənin daxilində iri çəyirdəyi var. Meyvənin ümumi kütləsinin 25%-ni təşkil edir.
Lev Tolstoy Ədəbiyyat və Etnoqrafiya Muzeyi
Lev Tolstoy Ədəbi-Etnoqrafiya Muzeyi — dahi rus yazıçısı Lev Tolstoyun Çeçenistanda qalmasına həsr olunub. 1980-ci ildə Çeçenistan Milli Muzeyinin filialı kimi yaradılmışdır. == Təsviri == Muzey 1851-1853-cü illərdə Lev Tolstoyun qaldığı Staroqladovskaya kəndində yerləşir. Burada iki dostunun köməyi ilə tərcümə ilə Çeçen folklorunun nümunələrini toplamışdır. Bu onun çeçen folkloru toplamaqda ilk təcrübəsi olmuşdur. Burada o, ilk əsərini – "Uşaqlıq" hekayəsini də bitirmışdir. Muzey 1980-ci ildə Çeçen-İnquş Diyarşünaslıq Muzeyinin filialı kimi yaradılmış və 1913-cü ildə tikilmiş keçmiş məktəb binasında açılmışdır. 1914-cü ildə bu məktəb Rusiyada Lev Tolstoyun adını daşıyan ilk məktəb olub. Yarandığı gündən muzeyi keçmiş SSRİ-nin hər yerindən minlərlə insan ziyarət etmişdir. Birinci zalda təqdim olunan ekspozisiya onun yaradıcılıq fəaliyyətinin başlanğıcından, Tolstoyun yerli çeçenlərlə dostluğundan bəhs edir.