Lev Nikolayeviç Tolstoy

Lev Nikolayeviç Tolstoy (rus. Лев Николаевич Толстой; 28 avqust (9 sentyabr) 1828[1][2][…], Yasnaya Polyana[d], Tula quberniyası[d], Rusiya imperiyası[5][6][…]7 (20) noyabr 1910[2][3][…], Astapovo[d], Ryazan quberniyası[d], Rusiya imperiyası[7][8]) — rus yazıçı, publisistfilosof. Dünya ədəbiyyatının ən böyük yazıçılarından biridir. L. Tolstoyun yazdığı "Hərb və Sülh", "Anna Karenina" "İnsanı yaşadan nədir" əsərləri realist roman janrının ən yaxşı nümunələrini hesab olunur.[10]

Lev Tolstoy
rus. Толсто́й Лев Никола́евич
Təxəllüsü Л. Н. Т., Л. Н.[4]
Doğum tarixi 28 avqust (9 sentyabr) 1828[1][2][…]
Doğum yeri
Vəfat tarixi 7 (20) noyabr 1910[2][3][…] (82 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Dəfn yeri
  • Yasnaya Polyana[d]
Uşaqları 13
Fəaliyyəti yazıçı, dramaturq, filosof, romançı, pedaqoq, esseist, uşaq ədəbiyyatı yazıçısı, gündəlik yazıçısı[d], nasir, publisist, esperantoçu, pasifist, şair, hekayə yazıçısı[d]
Fəaliyyət illəri 1847–1910
Əsərlərinin dili fransız dili, rus dili
İstiqamət ədəbi realizm
Janrlar hekayə, povest[d], dram
Tanınmış əsərləri
Üzvlüyü
Mükafatları 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni Medal For defence of Sebastopol
"1853–1856-cı illər müharibəsinin xatirəsinə" medalı
Medal In memory of 50th anniversary of defence of Sevastopol
İmza
tolstoy.ru
Vikimənbənin loqosu Lev Tolstoy Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə — "Allahın səltənəti qəlbimizdədir" (rus. "Царство Божие внутри нас") XX əsrin Mahatma QandiMartin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərmişdir.

Varlı bir ailənin övladı olaraq Yasnaya Polyanada anadan olmuşdur. Çox kiçik yaşlarında əvvəl anasını, sonra atasını itirdi, qohumlarının himayəsinə keçdi. Uşaqlığından həqiqətləri incələməyə qarşı böyük bir marağı vardı. Təhsilini davam etdirmək üçün Moskvaya yollandı. Çalışqan, savadlı bir tələbə olaraq uğur və sevgi qazandı. Fransızcasını inkişaf etdirmiş, Volteri və J. J. Russonu oxumuş, bu iki yazardan güclü təsirlənmişdi. O, Yasnaya Polyanaya geri döndü və yoxsul kəndlilər arasına qatıldı. Bu ərəfələrdədə yazdığı ilk əsəri "Uşaqlıq" adlanırdı.

Bir müddət sonra orduya çağırıldı, Qafqaza yollandı. Qafqaz xalqlarının yoxsulluq içində yaşayışinı ilk realist hekayələrində qələmə aldı. 1854-cü ildə Krım müharibəsinə zabit olaraq qatıldı. Sonra əsgərliyi başa vurub Peterburqa getdi. Bir qisim əsərlərini olduqca sakit keçirdiyi o illərdə yazdı. Yenə də içində axdardığını tapmayan bir ruh çalxalanırdı. Qərbi Avropa ölkələrində uzun bir gəzintiyə çıxdı. Almaniya, Fransa, İsveçrəyə səyahət etdi. Məmləkətinə dönüşündə yenə Yasnaya Polyanaya yerləşdi. Zadəganlıq titulundan, yüksək həyatdan sıxılırdı. Kəndində bir məktəb açdırdı. Bu məktəb maarifçiliktədris baxımından yeni bir qurum idi. Rahatlığa qovuşduğuna qənaət etdikdən sonra 1862-ci ildə evləndi.

Tolstoy evləndiyində həyat yoldaşı Sofiya Bers 18 yaşında idi. Bu evlilik onun düzənli bir həyat həsrətinə son qoyacaqdı. Evləndikləri gün oxuması üçün həyat yoldaşına əvvəlki həyatı, özəlliklə də yanlarında çalışan qadın qullarla olan münasibətlərini anlatdığı gündəliklərini vermiş və əvvəlki həyatındakı etdiyi səhvləri öyrənməsini istəmişdi. Qadın hərisliyinə baxmayaraq, evlilikləri ömrünün sonuna kimi davam etdi.

Bu evlilikdən 13 uşaqları oldu; bu uşaqlardan 3-ü öldü. Əsərlərindən ən qüvvətli olanı iki romanı "Hərb və Sülh" ilə "Anna Karenina"nı bu zamanlarda yazdı. Həyat yoldaşı əsərlərini yazmağında ən böyük köməkçisi idi. Hətta "Hərb və Sülh" əsərini 9 dəfə düzəliş edərək yazmışdır. Aradan bir müddət keçdikdən sonra yenidən, bu səfər əvvəlkilərdən daha şiddətli bir mənəvi sarsıntıya uğradı. Geniş xalq kütləsinin, özəliklə rus kəndlisinin yoxsul, pərişan vəziyyəti onu çox kədərləndirirdi. Bütün sərvətini kəndlilərə payladı, hər halıyla onlar kimi yaşamağa başladı. Kor-kobud geyinir, geydiyi hər geyimi özü tikirdi. Dəyişməyən tək tərəfi bezib usanmadan yazmasıydı. "Kreyser sonatası", "Ağa və kölə", "Qaranlıqların Gücü", "İman nədir", "İncilər", "Kilsə və Dövlət", "Etiraflarım" hamısı bu illərin məhsuludıur.

Əsərlərində insanlığın cürbəcür məsələlərinə toxunan Tolstoyun dünya ölçüsündə bir sənət və fikir dəyəri vardır. Öz ölkəsinin ictimai-siyasi problemlərini, xalqının yaradılışını, yaşayışını həqiqətən böyük bir ustalıqla əks etdirməsidir. Realist ədəbiyyatın ən böyük təmsilçilərindən olduğu qədər, bir filosof, bir maarifçi olaraq da şöhrət qazanmışdı. Yuxarıda adıçəkilənlərdən savayı "Diriliş", "Gəncliyim", "Uşaqlıq", "Hacı Murad", "Ayaqlanış", "Sergey ata", "Tanrı Bizim İçimizdədir", "Kazaklar", "Təsadüf", "İki Süvari" kimi əsərləri vardır. Dünyagörüşü və yaradıcılığında islam dini böyük yer tutur.

Ölümü

Lev Tolstoyun xəstəliyi xəbəri həm ən yüksək dairələrdə, həm də Müqəddəs Sinodun üzvləri arasında böyük əks-səda doğurdu[11] Onun səhhətinin vəziyyəti və işlərinin vəziyyəti barədə sistemli şəkildə Daxili İşlər Nazirliyinə və Moskva Dəmir Yolları Jandarm İdarəsinə şifrəli teleqramlar göndərilirdi[12] Sinodun fövqəladə məxfi iclası çağırıldı, bu iclasda baş prokuror Lukyanovun təşəbbüsü ilə Lev Nikolayeviçin xəstəliyinin kədərli nəticəsi olduğu halda kilsənin münasibəti barədə məsələ qaldırıldı. Amma məsələ müsbət həllini tapmayıb. Altı həkim Lev Nikolaeviçi xilas etməyə çalışsa da, o, yalnız onların kömək təkliflərinə cavab verib: "Allah hər şeyi düzəldəcək"[13] Özündən nə istədiyini soruşduqda o, "İstəyirəm ki, heç kim məni narahat etməsin" dedi. Ölümündən bir neçə saat əvvəl böyük oğluna söylədiyi, lakin həkim Makovitskinin eşitdiyi son mənalı sözləri: "Seryoja… həqiqət… Mən çox sevirəm., hamını sevirəm…" 7 noyabr 1910-cu ildə ağır və ağrılı xəstəlikdən[14] sonra 83 yaşında Lev Nikolayeviç Tolstoy stansiya rəisi İvan Ozolinin evində vəfat etdi.9 noyabr 1910-cu ildə Yasnaya Polyanada Lev Tolstoyun dəfn mərasiminə bir neçə min insan toplaşdı[15] Toplananlar arasında yazıçının dostları və yaradıcılığının pərəstişkarları, yerli kəndlilər və moskvalı tələbələr, habelə hakimiyyət orqanlarının Yasnaya Polyanaya göndərdiyi dövlət qurumlarının və yerli polisin nümayəndələri, Tolstoyla vida mərasiminin anti-peyğəmbərlərlə müşayiət oluna biləcəyindən ehtiyat edənlər də var idi. -hökumətin açıqlamaları, hətta bəlkə nümayişə çevrilir.

1910-cu il noyabrın 10-da Lev Tolstoy Yasnaya Polyanada, meşədəki dərənin kənarında dəfn edildi, orada uşaqlıqda qardaşı ilə birlikdə necə "sirr" saxladığı "yaşıl çubuq" axtarırdılar. bütün insanları xoşbəxt etmək. Mərhumun tabutunu məzara endirəndə orada olanların hamısı ehtiramla diz çökdülər. Marksizmin təsirilə özündə yaratdığı mülkiyyət mövzusundakı radikal fikirləri səbəbindən bütün sərvətini kəndlilərə payladı, hər halıyla onlar kimi yaşamağa başladı. Buna görə ailəsiylə problemləri yarandı. Xiristian anarxiyasının inkişafına çalışdığı kitabı "Tanrının varlığı içimizdədir" kitabıyla yeni bir xiristianlıq cərəyanı yaratması pravoslav kilsəsi tərəfindən qovulmasına səbəb oldu. Tolstoy ömrünün son illərini büsbütün dərbədər bir şəkildə keçirdikdən sonra bir küskünlük nəticəsində evini buraxıb yollara düşdü. Astapovo dəmiryol stasiyasında ölü olaraq tapıldı. Ölümünə sətəlcəmin səbəb olduğu deyildi. Həyatı boyunca yaşayışın necə bir şey olduğunu anlamağa çalışdı. Əsərlərində bunu əskiksiz olaraq qələmə almağı hədəf seçmiş ən böyük rus yazarlarından biri olaraq ədəbiyyat və dünya tarixində özünəməxsus yer tutur.

Lev Tolstoyun qəbri

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Tolstoyun ilk hekayəpovestlərinin bir qismi Qafqaz həyatı ilə bağlıdır. Sonralar yazdığı məşhur "Kazaklar" və "Hacı Murad" povestlərinin və başqa əsərlərinin materiallarını da Tolstoy Qafqazda toplamışdır. 1854-cü ildə Tolstoy hərbi qulluq zamanı Sevastopola, döyüşən orduya dəyişilir. Hərbi qulluq zamanı o, rus, bəlkə də dünya ədəbiyyatında müharibə səhnələrini düzgün, real təsvir edən özünün gözəl "Sevastopol hekayələri"ni yazır. Ən məşhurları Tolstoyun "Müharibə və Sülh", "Anna Karenina", "Dirilmə" romanları kimi əsərləridir; avtobioqrafik trilogiya "Uşaqlıq", "Yeniyetməlik", "Gənclik" romanları "Kazaklar", "İvan İliçin ölümü", "Kreutzer Sonatası", "Ata Sergius", "Hacı Murad"; "Sevastopol hekayələri" esselər silsiləsi; "Canlı cəsəd", "Maarifçilik meyvələri" və "Qaranlığın gücü" dramları; avtobioqrafik dini-fəlsəfi əsərləri "Etiraf" və "Mənim inancım nədir?", müharibə əleyhinə "Tanrının Padşahlığı sənin içindədir", "Yenidən düşün!", "Zorakılıq qanunu və sevgi qanunu" və s.

Artıq 1855-ci ildə L. Tolstoy tanınmış bir yazıçı kimi Sevastopoldan Peterburqa qayıdaraq "Ailə xoşbəxtliyi" əsərini çap etdirir. O, 1862-ci ildə "Yasnaya Polyana" adlı pedaqoji jurnal buraxmağa müvəffəq olur. 1863–1869-cu illərdə "Hərb və sülh" romanı üzərində işləmişdir. Dünya ədəbiyyatında belə geniş planda yazılmış kamil əsər tapmaq çətindir. G. Plexnov və A. Lunaçarski Tolstoy dühasını yüksək qiymətləndirib onun "Hərb və sülh" romanını dünya ədəbiyyatında ən gözəl əsər hesab edirdilər. "Hərb və sülh" romanındən sonra dünya şöhrəti qazanan əsəri "Anna Karenina" romanı olmuşdur.

Tolstoy 1880–1890-cı illərdə "İvan İliçin ölümü" (1884–86), "Xolstomer" (1885), "Kreyser sonatası" (1887–1889), "Sergey ata" (1898), "Cəhalət hökmranlığı" (1886), "Maarifin bəhrələri" (1891) əsərlərini yazmışdır.

Ömrünün altmış ilini bədii yaradıcılığa həsr etmiş və dünya ədəbiyyatında ən yüksək yerlərdən birini tutan L. Tolstoy 1910-cu il noyabr ayının 22-də Yasnaya Polyanada dəfn olunmuşdur.

Tolstoy və Azərbaycan

[redaktə | mənbəni redaktə et]

O, hələ 1880-ci ilin martında şair Afanasi Fetə məktubunda yazırdı ki, Azərbaycan mütəfəkkiri və şairi Mirzə Şəfi Vazehin əsərlərini oxuyub və onları yüksək qiymətləndirir.

L. Tolstoyun hekayələri ilk dəfə Azərbaycan dilinə 1882-ci ildə tərcümə olunub. XIX əsrin sonları və XX əsrin əvvəllərində L. Tolstoyun əsərlərinə Azərbaycanda çıxan "Kaspi", "İttifaq", "Səda", "Təzə həyat" qəzetlərində geniş yer verilib.

1894-cü ildə Bakı şəhər rus-müsəlman məktəbinin direktoru Sultanməcid Qənizadə L. Tolstoyun "Birinci araqçəkən" komediyasını azərbaycan dilinə tərcümə edib və ona həvəskar səhnədə quruluş verib.

1895-ci il dekabrın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında Lev Tolstoyun "Zülmətin hakimiyyəti" pyesinin premyerası oldu.

Azərbaycan dilində yeni dünyəvi dərsliklərin ilk tərtibçiləri Rəşidbəy Əfəndiyev və Abbas Səhhət bu işdə Lev Tolstoyun "Əlifba" kitabının prinsipini, yəni qrammatik qaydalarla oxu prosesində tanış olmaq prinsipini əsas götürüblər.

Tədris rus dilində aparılan müxtəlif şəhər orta təhsil müəssisələrinin şagirdləri də uşaq əsərlərinin tərcüməsi ilə məşğul olublar. İlk belə bir cəhdi Bakı şəhəri 2 nömrəli rus-müsəlman məktəbinin şagirdi Hacıağa Abbasov (sonralar Azərbaycanın Xalq artisti) göstərib. "Allah gec eləyər, güc eləyər" hekayəsi onun tərcüməsində 1906-cı ildə nəşr olunub.

1907-ci ildə Hacıağa Abbasov məktəbin direktoru Sultanməcid Qənizadə ilə birlikdə Yasnaya Polyanaya gəlir və L. Tolstoyun hekayəsini Azərbaycan dilinə özünün tərcüməsində yazıçıya hədiyyə edir. L. Tolstoy isə ona üzərində avtoqrafı olan "Hərb və sülh" romanını bağışlayır.

S. Qənizadə nəinki L. Tolstoyun ömrünün sonunadək yazıçı ilə məktublaşır, xalq maarifi məsələləri ilə bağlı ondan məsləhətlər alır, həm də tez-tez Yasnaya Polyanaya baş çəkirdi.

  1. Hərb və sülh (film, 1956) / War and Peace

"Tolstoy velosipedi"

[redaktə | mənbəni redaktə et]

Tolstoy velosiped sürməyi 67 yaşında öyrənib. Bu ifadə heç nə üçün gec olmadığını bildirmək üçün istifadə edilir.

  • Alməmmədov A. L. Tolstoy və Azərbaycan ədəbiyyatı: "Dərs vəsaiti".-B., 1972.- 112 s.
  • Arif M. L. N. Tolstoy: (vəfatının 50 illiyi).- B., 1960.-58 s.
  • Azərbaycan Sovet Ensiklopediyası.- B., 1986.- C. 9.-S.308–309.
  • Sənətkara töhfə: dahi rus yazıçısı Lev Nikolayeviç Tolstoyun anadan olmasının 150 illiyinə həsr olunur /Tərt.ed. Əkbər Ağayev.- B.: "Yazıçı", 1978.- 166 s.
  • Asif Hacılı. Qurani Kərim rus ədəbiyyatında. Bakı, 2009
  1. 1 2 Başqırdıstan Ensiklopediyası (rus.). Башкирская энциклопедия, 2005. 4344 с.
  2. 1 2 3 4 Morson G. S., Bell A. Leo Tolstoy / Russian writer / Arts & Culture > Literature > Novels & Short Stories > Novelists > L-Z / Also known as: Count Lev Nikolayevich Tolstoy, Leo Tolstoi // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
  3. 1 2 Лакшин В. Я. Толстой Л. Н. // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 7.
  4. Л. Н. История моего детства (rus.). // Современник / под ред. А. С. Пушкин, П. А. Плетнёв, А. А. Краевский, В. Ф. Одоевский, П. А. Вяземский СПб: Иван Иванович Панаев, Николай Алексеевич Некрасов, 1852. Т. XXXI, вып. 9. С. 5–104.
  5. 1 2 Венгеров С. Толстой, Лев Николаевич (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1901. Т. XXXIII. С. 448–457.
  6. 1 2 Толстой Лев Николаевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  7. 1 2 http://www.biography.com/people/leo-tolstoy-9508518.
  8. 1 2 Archivio Storico Ricordi. 1808.
  9. 1 2 https://www.biography.com/people/leo-tolstoy-9508518.
  10. "ƏLAMƏTDAR VƏ TARIXI GÜNLƏR TƏQVIMI" (PDF). 2022-03-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-06-12.
  11. Петров Г. И. Болезнь и смерть Толстого // Отлучение Льва Толстого / Под ред. В. Ф. Реута. — М.: Знание, 1964. — 128 с. — 75 000 экз. Архивная копия от 19 декабря 2013 на Wayback Machine. (#empty_citation)
  12. Маковицкий Д. П., 1979–1981, Т. 90, кн. 4, с. 430. (#empty_citation)
  13. Шифман А. И., 1978, Глава VIII, с. 42 (#empty_citation)
  14. Шифман А. И., 1978, Глава 4. Уход и смерть Л. Н. Толстого, с. 156 (#empty_citation)
  15. Никелл У. Смерть Толстого и жанр публичных похорон в России. Дата обращения: 3 мая 2013. Архивировано 10 июня 2015 года (#empty_citation)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]