Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Toluol
Toluol (ispanca Tolu, toluan balzamı) – metilbenzol, xarakterik iyli maye olub, arenlərə aiddir. == Tarixi == Toluol ilk dəfə P.Platye tərəfindən 1835-ci ildə küknar qatranının qovulması zamanı alınmışdır. 1938-ci ildə A.Devil tərəfindən Tolu şəhərindən Kolumbiyaya gətirilmiş balzamdan ayrılmışdır ki, adını da bu şəhərin şərəfinə almışdır. == Ümumi xarakteristikası == Kəskin iyli rəngsiz uçucu mayedir, zəif narkotik təsirə malikdir. Karbohidrogenlərlə, əksər spirtlərlə, sadə və mürəkkəb efirlərlə qeyri-məhdud miqdarda qarışır, su ilə qarışmır. Işığın şüasindirma əmsalı 20o C-də 1,4969- dur. Yanandır, dumanlı alovla yanır. == Kimyəvi xassələri == Toluol üçün aromatik həlqədə elektrofil əvəzetmə və metil qrupunda radikal mexanizm üzrə kimyəvi xassələri əvəzetmə reaksiyaları xarakterikdir. Aromatik həlqədə elektrofil əvəzetmə metil qrupuna nəzərən orto- və para-vəziyyətlərdə üstünlük təşkil edir. Əvəzetmə reaksiyalarından başqa, toluol birləşmə (hidrogenləşmə), ozonoliz reaksiyalarına girir.
Qolbol
Qolbol (ing. Goalball) — görmə qüsurları olanlar tərəfindən oynanılan idman növü. 1946-cı ildə Avstriyalı Hanz Lorenzen və alman Sepp Renidl tərəfindən müharibədə gözlərini itirmiş döyüşçülərin reabilitasiyası üçün icad edilmişdir. İlk dəfə Kanadada, 1976 Yay Paralimpiya Oyunlarında tanıdılmış və 1980 Yay Paralimpiya Oyunlarında proqrama əlavə edilmişdir. Bundan etibarən, hər paralimpiya oyunları və çempionatında qolbol oyunu oynanılır. == Oyunun qaydası == Oyun hər biri üç nəfərlik iki komanda ilə oynanılır. Hər komandada maksimum üç əvəzedici var. Oyun mərkəz xətti ilə bölünən düzbucaqlı gimnaziya meydançasında oynanılır. Hər bir komandanın yalnız öz meydançasında hərəkət etmək hüququ var. Hər qapının önündə olan, əllə hiss edilə bilən cizgilər paralimpiyaçı oyunçuların özlərini yönləndirməsini təmin edir.
Tobol
Tobol (qaz. Тобыл) — Qazaxıstan və Rusiya ərazisindən axan bir çay, İrtış şayının sol və ən gursulu qolu. Çayın uzunluğu 1591 km, hövzəsinin sahəsi isə 426.000 km²-dir. == Coğrafiya == Tobol Bozbie çayının Kokpektisay çayı ilə birləşməsindən meydana gəlir. Cənubi Uralsın şərq hissəsi ilə Turqay ovalığının sərhədində formalaşır. Çayın orta və aşağı axını Qərbi Sibir düzənliyində, dolama axara malik geniş bir vadidədir. Tobol hövzəsində ümumi sahəsi 9000 km² olan 20 minə yaxın göl vardır. Sağ sahil soldan yuxarı qalxır, çünki Tobol yer qabığının dərin bir hisssəsi üzərindən axır və Kurgan senkronioriumu və Tobolo-Ubagan yüksəlişi ilə məhdudlaşır. == Hidrologiya == Qidalanmasının əsasını qar suları təşkil edir, yağış suları aşağı axarda üstünülk təşkil edir. Gursululuq yuxarı axarda aprelin birinci yarısından iyunun ortasına qədər, aşağı hissədə avqustun əvvəlinə qədər davam edir.
Torul
Torul — Qara dəniz regionunda Gümüşxanə ilinə bağlı ilçə və ilçə mərkəzi.
Robert Uolpol
Robert Uolpol (ing. Robert Walpole; 26 avqust (5 sentyabr) 1676, Houton[d], Norfolk qraflığı – 18 (29) mart 1745, Sent-Ceyms[d], Böyük London) — ingilis dövlət və siyasi xadimi, 1721-1742-ci illərdə Böyük Britaniyanın 1-ci Baş naziri. == Siyasi karyerası == 1701-ci ildə taxt-tacın irsiliyi haqqında qəbul edilən qanuna əsasən Stüartlar sülaləsindən olan krallar həmişəlik İngiltərədə bu mövqeyə iddia etmək hüququndan məhrum edildilər. Ölkənin siyasi həyatında parlament qarşısında dövlət siyasətinə görə məsuliyyət daşıyan nazirlərin rolu güclənməyə başladı. Nazirlər kabineti parlamentdə üstünlük təşkil edən partiya nümayəndələrindən formalaşdırılırdı. Annanın krallığı zamanı üstünlük viqlər partiyasının əlinə keçdi. Amma böyük büdcə kəsirinə səbəb olmuş ispan irsi uğrunda mübarizə viq hökumətinin süqutunu sürətləndirdi. Hakimiyyətə gəlmiş torilər müharibəyə son qoydular. 1713-cü il Utrext sülhünə əsasən İngiltərə Hibraltar, Menorku adasını və assienta hüququnu aldı.bu hüquqa əsasən ingilislər 30 il ərzində İspaniyanın Amerikadakı müstəmləkələrinə qul gətirmək hüququ qazandılar. Amma müqavilənin başqa maddələri, xüsusilə də İspaniyaya gətirilən ingilis mallarına qoyulan gömrüyün artırılması tori hökumətinin nüfuzunu aşağı saldı və 1714-cü ildə viqlər yenidən hakimiyyətə gəldilər.
Tool
Tool Qremmi mükafatı almış alternativ metal qrupu. 1990-cı ildə Kaliforniya ştatının Los-Anceles şəhərində yaradılmışdır. Bu tarixdən bəri qrup üzvləri barabanda Denni Keri, gitarada Adam Cons və vokalda Meynerd Ceyms Kinendir. Hazırkı gitarist 1995-ci ildən bəri qrupda yer alan Castin Kanselordur. "Tool" qrupu sadəcə ABŞ-də təqribən 9.25 milyon albom satmağa nail olmuşdur. Tool ilk albomları olan Undertowda metal tərzində, treş metal tərzinin hegemon olduğu müddətdə, daha sonra 1996-cı ildə ikinci albomları olan Aenima ilə alternativ metalın zirvəsinə çatdılar. Qrup əsasən proqressiv rok və art rok tərzinin sərhədlərini keçmiş kimi tanınır.
Françesko Toldo
Françesko Toldo (it. Francesco Toldo; 2 dekabr 1971, Padova, Veneto) İtaliyalı keçmiş futbolçu. Mövqeyi qapıçı olub. Əsasən "Fiorentina" və "İnter" klublarında oynaması ilə tanınır. O, ümumilikdə 17 mövsüm (8 "Fiorentina" və 9 "İnter") oynayıb və 15 kubok qazanıb. İtaliya milli komandasının qapıçısı kimi o, beş turnirdə çıxış edib. İtaliya millisinin gümüş medalçılara çevrildiyi 2000 Avropa çempionatında milli komandanın bir nömrəsi kimi məşhurlaşıb. O, futbol tənqidçiləri tərəfindən 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində İtaliya və dünya futbolunun ən yaxşı qapıçılarından biri kimi qiymətləndirilib.
Kamil Tolon
Kamil Özdemir Tolonçok (29 fevral 1912, Konstantinopol, Osmanlı imperiyası – 23 iyul 1978, Cenevrə) - türkiyəli təşəbbüskar, sənayeçi, iş adamı və ixtiraçı. == Həyatı == İstanbul Beylerbeyli Saatçioğullarından olan Defterdar Muhittin bəy və Behiye Hanımın altı övladının ikincisi olaraq dünyaya gəldi. Uşaqların təhsilə əhəmiyyət verdikləri və ailənin məmur olduğu üçün uşaqlarının təhsili ilə sıx əlaqəli olduqları müşahidə edildi. 1937-ci ildə Müeyyet Hanımla evləndilər, lakin evlilikləri uzun sürmədi və 1942-ci ildə boşandılar. Onların Müeyyet Hanımla evliliyindən Abatun və Barkın adlı iki qızları vardı. İkinci evliliyini 1943-cü ildə Muzaffer Biliktü ilə etdi. Bir il sonra oğlu Dara dünyaya gəlir. 1949 cu ildə qızı Cana dünyaya gəldi. == İxtiralar == Jukebox icad etdi. Bu ixtiranı Efes ailəsinə satdı.
Toluy xan
Toluy xan və ya Tuluy xan (monq. Тулуй; təq. 1191, Xamaq Monqol – 1232) — Monqol imperiyasının dövlət xadimi, hərbi lider. Çingiz Xan və Börtenin dördüncü - ən kiçik oğlu. Çingiz Xanın ölümündən sonra bir müddət Monqol imperiyasının naibi olmuşdur (1227-1229). Naib kimi özünə Böyük Noyon (monq. ᠶᠡᠬᠡ ᠨᠣᠶᠠᠨ, çin. 也可那颜) titulunu götürmüşdü. Ölümündən sonra 1251-ci ildə oğlu Münke xan tərəfindən ona imperator titulu İn-u xuan-di (Cəsur və döyüşkən imperator) və Juyçonq məbəd adı verildi. 1265-ci ildə dördüncü oğlu Xubilay tərəfindən ona daha bir titul Çinqhsianq xuan-di (Görkəmli və yardımsevər imperator) verildi.
Topol-M
RT-2UTTKh Topol-M"Topol-M" (rus. РТ-2УТТХ «Тополь-М», NATO adlandırması SS-27 "Sickle B") Rusiyanın nüvə başlığı daşıya bilən və dünyanın ən uzaqmənzilli ballistik raketidir. Sabit sürət və eyni müstəvidə hədəfə getməyən "Topol-M", hədəfə müxtəlif yollarla gedərək, bütün raketdən müdafiə sistemlərini alt-üst edir. Çox sürətlə yer dəyişdirə bilir. Onun üçün də hədəfə alınması və vurulması çox çətindir. Bu raket 11.000 km uça biləcək imkanlara malikdir və qitələrarası raketdir. Topol-M 45–47 ton ağırlığa malikdir, atom bombasından 52.5 dəfə güclü hesab olunur. Raketin uzunluğu 21.5 metrdir. Diametri isə 1.86 metrdir. Tək başlıqlıdır, lakin istənilən vaxt çox başlıqlı da ola bilir.
Canan Tolon
Canan Tolon (türk. Canan Tolon) — türk rəssamı. Kalifornitanın Emerivill şəhərində yaşayır və işləyir. O, Türkiyənin müasir təsviri incəsənətinin önəmli rəssamlarından biridir. Onun əl işləri qravüra, rəngkarlıq, rəsm, heykəltəraşlıq və quraşdırma kimi sənət növlərini özündə birləşdirir. Əsərləri Ankara, İstanbul, Kiyev, London, Los-Anceles, Nyu-York, Oklend və San-Fransiskoda keçirilən beynəlxalq sərgilərdə sərgilənib. Tolonun əsərləri müxtəlif milli və beynəlxalq kolleksiyalardadır və Türkiyə rəsm bazarında yüksək qiymətə alınır. 2010-cu ildə Canan Tolonun rəsmlərindən biri olan Qlyuk VI (2008) Türkiyədəki Sotbis hərracında xüsusilə seçilib. 2012-ci ildə "Art + Auction" rəssamı əsərləri ən çox toplanan 50 rəssamdan biri adlandırılıb. 2014-cü ildə Los Angeles Times icmalı qeyd edir ki, Tolonun rəsmləri "tanınan formalar axtarmağa meylimizi vurğulayır" və "həmçinin imicimizin pisləşən keyfiyyətinin şərhi ola bilər".
2017 Toulon Turniri
2017 Toulon Turniri (rəsmi adı fr. 45ème Festival International Espoirs Provence – Tournoi Maurice Revello) — 45-ci dəfə təşkil olunan Toulon Turniridir. Turnirin qeyri-rəsmi adı Maurise Revellonun adını daşıyır. Revello 1967-ci ildə turniri təşkil etmiş və 2016-cı ildə vəfat etmişdir. Turnir 29 may — 10 iyun 2017-ci il tarixləri arasında Provans regionunda təşkil edilmişdir. 2017-ci ildə ilk dəfə olaraq turnirdə 12 komanda iştirak etmişdir. Turnirin bu ilki qalibi keçən il titula sahib olan İngiltərə millisi olmuşdur. Onlar finalda Kot-d'İvuar millisi ilə 1-1 hesabı ilə bərabərə qalsalar da, penaltilərdə 5-3 hesabı ilə qalib gələrək altıncı dəfə turnirin qalibi oldular. == İştirakçı ölkələr == 2017-ci ilin aprel ayında dəqiqləşən 12 milli komanda aşağıdakılardır. == Məkanlar == == Heyətlər == == Qrup mərhələsi == Komandalar dörd komanda olmaqla üç qrupda mübarizə aparır.
RT-2PM Topol
Topol RS-12m, (rus: РТ-2ПМ Тополь ("Poplar"); NATO kod adı SS-25 Sickle) Rus istehsalı olan dünyanın ən uzun mənzilə sahib (10.000 km) yerdən-yerə ballistik raketi hesab edilir. 3 mərhələli olub hədəfinə sabit bir yerdən yaxınlaşmaz.; yəni istədiyi yerdən istədiyi zaman atəş aça bilər. 1 ton döyüş başlığı daşıya bilir və təxminən 45 ton ağırlığındadır. RT-2PM2 "Topol" raketləri isə 11500 kilometrə qədər məsafəyə uçur və 500 kiloton zərbəyə malikdir.
Tobol Kostanay FK
Tobol — Qazaxıstanın futbol klubu. == Heyəti == == Tarixi == 1967-ci ildə yaradılmışdır.
RT-2UTTKh Topol-M
RT-2UTTKh Topol-M"Topol-M" (rus. РТ-2УТТХ «Тополь-М», NATO adlandırması SS-27 "Sickle B") Rusiyanın nüvə başlığı daşıya bilən və dünyanın ən uzaqmənzilli ballistik raketidir. Sabit sürət və eyni müstəvidə hədəfə getməyən "Topol-M", hədəfə müxtəlif yollarla gedərək, bütün raketdən müdafiə sistemlərini alt-üst edir. Çox sürətlə yer dəyişdirə bilir. Onun üçün də hədəfə alınması və vurulması çox çətindir. Bu raket 11.000 km uça biləcək imkanlara malikdir və qitələrarası raketdir. Topol-M 45–47 ton ağırlığa malikdir, atom bombasından 52.5 dəfə güclü hesab olunur. Raketin uzunluğu 21.5 metrdir. Diametri isə 1.86 metrdir. Tək başlıqlıdır, lakin istənilən vaxt çox başlıqlı da ola bilir.
Advanced Packaging Tool
apt (advanced packaging tool) — Debian və onun üzərində hazırlanmış əməliyyat sistemlərində (məsələn: Ubuntu, Kubuntu, Edubuntu və sair) proqramların yazılması, yenilənməsi və silinməsi üçün istifadə olunan proqramdır. UNIX-tipli əməliyyat sistemləri üçün komplir olunmuş paketlərlə bərabər, mənbə kodları ilə də kökləmək olur. Paketlər internetdən alınır və ya hazır daşıyıcılardan yüklənir. Paketlərin mənbəsi /etc/apt/sources.list faylında və /etc/apt/sources.list.d/ kataloqunda saxlanılır. apt üçün qrafik qabıqlar yeni mənbələri rahat əlavə etmək, lazımsızları isə silməyə imkan verir. apt (apt-get) proqramların əmr rejimində yazılması prosesini olduqca asanlaşdırır. Qrafik interfeysi sevən istifadəçilər üçün daha rahat proqramlar – front-end və Synaptic ilə Adept daha uyğundur. Mətn-qrafik interaktiv paketi də mövcuddur (ncurses) — aptitudeistifadə edir). GNU General Public License istifadəçi razılaşması şərtlərinə uyğun olaraq pulsuz yayılır. == İmkanlar == Müxtəlif proqramlara paketlərlə işləmək üçün imkan yaradan kitabxananı ifadə edir.
Hughes Tool Company
Hughes Tool Company (1895-1929) Hovard Robard Hyuz tərəfindən 20 yaşında olarkən neft emalı üçün yaradılmışdır. 1924-1929-cu illərdə oğlu Howard Robard Hughes Jr. tərəfindən idarə olunmuşdur. 1929-cu ildə kiçik Howard Robard Hughes şirkətin bağlı olduğu Standard Oil Company şirkətini 10 milyon dollara satmışdır.