Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Françesko Toldo
Françesko Toldo (it. Francesco Toldo; 2 dekabr 1971, Padova, Veneto) İtaliyalı keçmiş futbolçu. Mövqeyi qapıçı olub. Əsasən "Fiorentina" və "İnter" klublarında oynaması ilə tanınır. O, ümumilikdə 17 mövsüm (8 "Fiorentina" və 9 "İnter") oynayıb və 15 kubok qazanıb. İtaliya milli komandasının qapıçısı kimi o, beş turnirdə çıxış edib. İtaliya millisinin gümüş medalçılara çevrildiyi 2000 Avropa çempionatında milli komandanın bir nömrəsi kimi məşhurlaşıb. O, futbol tənqidçiləri tərəfindən 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində İtaliya və dünya futbolunun ən yaxşı qapıçılarından biri kimi qiymətləndirilib.
Miçal Tomko
Miçal Tomko (11 yanvar 1994) — Slovakiyalı peşəkar kişi BMX velosipedçisi. Miçal Tomko Slovakiyanı beynəlxalq yarışlarda təmsil edir. Miçal Tomko 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 38.094 saniyəlik nəticəsi ilə 84-cü yeri tutdu.
Böyük Toko
Böyük Toko (saxa Улахан Токо) — Rusiya Federasiyası Saxa Respublikasının cənub-şərq hissəsindəki Aldan dağlarında, Amur vilayəti ilə sərhəd yaxınlığında yerləşən göl. Neryunqri rayonunda, Neryunqridən 450 km məsafədə, Xabarovsk diyarı ilə inzibati sərhəddən 90 km qərbdə yerləşir. Göl Alqama çayının hövzəsinə aiddir. Sahildə daimi yaşayış yerləri yoxdur, ərazi baxımından Böyük Toko Təbiət Qoruğunun bir hissəsidir. Göldən qərb istiqamətində kiçik bir məsafədə Elqinski kömür yatağı yerləşir. Böyük Toko 82,6 km² bir sahəsi olan Stanovo silsiləsindəki ən böyük göldür və buzlaq tərəfindən işlənmiş tektonik çökəklikdə yerləşir. Kiçik buzlaq mənşəli qolları olan yuvarlaqlaşdırılmış, şimala doğru uzanan bir su anbarı şəklindədir. Göl mütləq yüksəkliyi 950–1100 m və ümumi sahəsi 10 min km²-dən çox olan Tokinski yaylasında yerləşir. Tokinski hövzəsi adlanan yayla, cənubdan və cənub-şərqdən Tokinski Stanikov silsiləsi, şimaldan Aşağı Qonamski silsiləsi, qərbdən Ninganski silsiləsi və şərqdən Üçuro-İdyumski silsiləsi ilə həmsərhəddir. Su kənarının hündürlüyü 903 m-ə bərabərdir.
Bez nazvaniya
Bez nazvaniya (rus. Без названия, azərb. İsimsiz‎) — Nikolay Noskovun beşinci studiya albomu. Albom məşhur istehsalçı Horst Schnebel studiyasında Almaniyada qeydə alınıb.
Ndzvani (Anjuan)
Anjuan və yaxud Ndzvani (kom. Ndzwani, fr. Anjouan, ərəb. أنجوان‎‎) — Hind okeanında Komor adaları qrupunda yerləşən ada. Ndzuani muxtariyyət vahidi kimi Komor adalarına daxildir. İnzibati mərkəzi və ən böyük şəhəri Mutsamududur. Eyni adlı ərazisində 2007-2008-ci illərdə tanınmamış separatçı dövlət olub. Mohamed Bacar rəhbərlik etdiyi bu qondarma dövlət Afrika Birliyi və Komor adalarının birlikdə apardığı hərbi əməliyyatla ləğv edildi. Bacar Mayotta adasına qacaraq canını qurtardı. Bu əməliyyatlar zamanı 3 nəfər öldü, 11 dinc sakin olmaqla 21 nəfər yaralandı və 100 nəfər həbs edildi.
Nazanin Boniadi
Nazənin Bünyadi (ing. Nazanin Boniadi, fars. نازنین بنیادی‎, [nɒːzæˈniːn bonjɒːˈdiː], 22 may 1980, Tehran) — Britaniya aktrisası. Nazənin Bünyadi 22 may 1980-ci ildə Tehranda doğulub. Valideynləri London şəhərinə mühacirət ediblər. Orda ailə istəyinə görə biologiya fakültəsinə qəbul olub. Nazənin Bünyadi hal hazırda Nuru İmanovilə sevgi yaşayır.
Nazanin Bonyadi
Nazənin Bünyadi (ing. Nazanin Boniadi, fars. نازنین بنیادی‎, [nɒːzæˈniːn bonjɒːˈdiː], 22 may 1980, Tehran) — Britaniya aktrisası. Nazənin Bünyadi 22 may 1980-ci ildə Tehranda doğulub. Valideynləri London şəhərinə mühacirət ediblər. Orda ailə istəyinə görə biologiya fakültəsinə qəbul olub. Nazənin Bünyadi hal hazırda Nuru İmanovilə sevgi yaşayır.
Polyo
Polyö (fr. Pollieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Qoyko
Qoyko — ad. Qoyko Arneri — Yuqoslaviyalı üzgüçü. Qoyko Doqo — Serbiyalı şair. Qoyko İvkoviç — Serbiya futbolçusu. Qoyko Kaçar — Serbiya futbolçusu. Qoyko Mitiç — Yuqoslaviyalı kinoaktyor. Qoyko Piyetloviç — Serbiyalı su polosu qapıçısı. Qoyko Vuçiniç — Serbiyalı həndbolçu. Qoyko Zek — Serbiya futbolçusu.
Talka
Talca - Çili şəhəri. Ərazisi 232 km². Əhalisi 201.797 nəfərdir. (2002).
Tello
Tello- kişilərin və qadınların qarışıq bir qrupda çeçələ barmaqla çiyin səviyyəsində bir-birindən tutaraq çiyinləri aşağı-yuxarı yırğalamaqla iki- orta və sürətli templi hissələrdən ibarət olan, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Şahbuz, Culfa, Babək rayonlarındakı folklor kollektivlərinin repertuarlarına daxil edilən ən qədim yallı-qız adından irəli gələn mahnı yallısıdır.
Tokio
Tokio və ya Tokyo (yap. 東京 ) — Yaponiyanın paytaxtı. Ölkənin əsas iqtisadi və mədəniyyət mərkəzi. Tokio Körfəzi sahilində liman şəhəri Tokio, Edo (körfəz qapısı) adı ilə tanınmışdı. Edo Qalası XII əsrdə güclü samuray qəbilənin-i Edo ailəsinin yurdu olaraq yapon tarixində meydana çıxdı. 1603de Tokugawa Şogunluğu banisi Tokugawa Ieyasu, Edoyu zərbənin rəhbərliyinin paytaxtı etdi. Şogunluk rejimi altında Edo, Yaponiyanın mədəni və iqtisadi, siyasi sahədə mərkəzinə inkişaf etmişdir. 1868-ci ildə Zərbənin hakimiyyətinə son qoyan İmperator Meiji, 3 sentyabr 1868-ci il tarixli Edonun adını Tokio etməsinə dair imperator fərmanı ilə Kioto Edo qalasındakı qədim zərbənin sarayına köç edib, qədim paytaxt Kioto şərqdə paytaxt olduğuna görə şəhərin adı Tokioya dəyişdi. Tokio, 12 sentyabr 1923-cü ildəki zəlzələdən böyük zərər gördü. Zəlzələdən sonra şəhər yenidən inşa edilib və bu dövrdə ətrafında şəhərətrafılar təşəkkül etməyə başladı.
Tokyo
Tokio və ya Tokyo (yap. 東京 ) — Yaponiyanın paytaxtı. Ölkənin əsas iqtisadi və mədəniyyət mərkəzi. Tokio Körfəzi sahilində liman şəhəri Tokio, Edo (körfəz qapısı) adı ilə tanınmışdı. Edo Qalası XII əsrdə güclü samuray qəbilənin-i Edo ailəsinin yurdu olaraq yapon tarixində meydana çıxdı. 1603de Tokugawa Şogunluğu banisi Tokugawa Ieyasu, Edoyu zərbənin rəhbərliyinin paytaxtı etdi. Şogunluk rejimi altında Edo, Yaponiyanın mədəni və iqtisadi, siyasi sahədə mərkəzinə inkişaf etmişdir. 1868-ci ildə Zərbənin hakimiyyətinə son qoyan İmperator Meiji, 3 sentyabr 1868-ci il tarixli Edonun adını Tokio etməsinə dair imperator fərmanı ilə Kioto Edo qalasındakı qədim zərbənin sarayına köç edib, qədim paytaxt Kioto şərqdə paytaxt olduğuna görə şəhərin adı Tokioya dəyişdi. Tokio, 12 sentyabr 1923-cü ildəki zəlzələdən böyük zərər gördü. Zəlzələdən sonra şəhər yenidən inşa edilib və bu dövrdə ətrafında şəhərətrafılar təşəkkül etməyə başladı.
Toledo
Toledo (isp. Toledo) — İspaniyanın mərkəzi hissəsində yerləşən şəhər, Toledo və Kastiliya – La-Mança əyalətinin paytaxtı. Madriddən cənub-qərbdə Taxo çayının üzərində yerləşir. Əhalisinin sayı 2007-ci ildə 78 618 nəfər olub. 1986-cı ildə Toledo şəhəri Yuneskonun Ümumdünya irsi siyahısına daxil edilib.
Tolik
Tolik (Tarix Əliyev, 6 iyun 1979, Bakı) — Azərbaycanlı prodüser, təşkilatçı, televiziya aparıcısı. Tarix Tahir oğlu Əliyev 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. Atası Tahir Tarix oğlu Əliyev neftçidir. Anası Sara Heybət qızı Cəfərova qarmon müəlliməsidir. 1986-cı ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 141 nömrəli məktəbin 1-ci sinfinə daxil olur. Daha sonra orta təhsilini 146 nömrəli məktəbdə davam etdirir. Bir dəfə, 1998-ci ildə ailəli olub, 1 il sonra isə boşanıb. 2002–2004-cü illərdə Almaniyada müvəqqəti yaşadığı dövrdə Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan diasporasının təşkil etdiyi tədbirlərdə iştirak edib. 2004-cü ildən, Azərbaycana qayıtdığı gündən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP-ın Pirallahı rayon təşkilatının tədbirlərində fəal iştirakına görə fəxri fərmana layiq görülüb.
Toçka
Toçka – taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir (NATO kod adı:SS-21 Scarab). Kolomna "Maşınqayırma konstruktor bürosu"nda istehsal edilən bu sistem Toçka-U (9К79–1) adını almışdır. Sistemin yüklənməsi və hazır vəziyyətə gətirilməsi üçün 16 dəqiqə vaxt lazım olur. Kompleksə daxildir: 9М79 (Toçka-U üçün — 9M79M) müxtəlif tipli mərmi başlıqlı raketlər; Atıçı qurğu 9P129 (9PП129М-1); Nəqledici-yükləyici maşın 9Т218; Nəqledici maşın 9Т238; Avtomatlaşdırılmış nəzarət-sınaq maşını 9V819–1; Texniki xidmət maşını 9V844; Arsenal qurğusu komlekti 9F370–1. Kolomna KBM-də dörd növ raket hazırlanmışdır: Birinci versiya uçuş məsafəsi 70 km. olan 9M79 Sonakı təkmilləşdirilmiş versiyası 9M79M 120 km uçuş məsafəsinə malikdir. 9M79MKU versiyası tank əleyhinə özü hədəfi axtaran sistemlə təchiz olunmuşdur. Uçuş məsafəsi 120–185 km-dir. 9M79MP versiyası radar qurğuları əleyhinə mübarizə aparmaq üçün passiv radar idarəetmə sistemi ilə təchiz olunmuşdur. Uçuş məsafəsi 120 km-dir.
Federika Rokko
Federika Rokko (25 noyabr 1984) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Federika Rokko, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Fosko Sinibaldi
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], VII arondisman, Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). == Həyat və yaradıcılığı == Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.
Hideki Tojio
Hideki Toco (yap. 東条 英機; d. 30 iyul 1884, Tokio — 23 dekabr 1948, Tokio) — Yaponiyanın 40-cı baş naziri, Yaponiya İmperator ordusunun ordu generalı, hərbi cinayətkar. == Karyerası == 1933-cü ildə general-mayor rütbəsi almış və Ordu Nazirliyi nəzdində Fərdi dairə naziri vəzifəsini yerinə yetirmişdir. 1934-cü ildə 24-cü piyada briqadasının komandiri, 1935-ci ildə Kvantun ordusunun komandanı təyin edilmişdir. Millətçi, faşist və militarist olması ilə yanaşı, həm də tez qərar vermək qabiliyyətinə görə "Ülgüc" (カミソリ Kamisori) ləqəbini almışdı. == Ölümü == 1945-ci ildə Yaponiyanın ABŞ-yə qeyd-şərtsiz təslim olmasından sonra ABŞ generalı Duqlas Makartur 40 yapon "cinayətkar"ının tutulması haqqında əmr vermişdir. Toconun Setaqayadakı evi jurnalistlərlə əhatəyə alınmışdı. 8 sentyabr 1948-ci ildə ABŞ ordu polisləri evi mühasirəyə aldılar. Toco tapança ilə özünü öldürmək istəsə də, xilas edilmişdi.
Jelko Kalaç
Jelko Kalaç - futbolçu. == Həyatı == 16 dekabr 1972-ci il tarixində Avstraliyanın Sidney şəhərində anadan olmuş futbol qapıçısıdır.
Jelko Komşiç
Jelko Komşiç (bosn. Željko Komšić; xorv. Željko Komšić; serb. Жељко Комшић; 20 yanvar 1964, Sarayevo) — Bosniya və Herseqovinanın rəyasət heyətinin hazırkı sədri olan xorvat siyasətçi. Komşiç Demokratik Cəbhəni qurmaq üçün 2012-ci ildə Sosial Demokrat Partiyasından ayrılanadək partiyanın tanınmış simalarından biri idi. Üç partiyalı prezidentliyə xorvat üzvü vəzifəsinə seçilsə də, bir çox Bosniya xorvatı onu federasiyada çoxluq təşkil edən boşnak seçicilər tərəfindən seçildiyi üçün onların maraqlarını təmin edən qanunsuz nümayəndə adlandırdı. == Həyatı == Komşiç Sarayevoda Bosniya xorvatı Marko Komşiç və Bosniya serbi Danitsa Staniçin ailəsində anadan olub. Anası Sarayevonun mühasirəsi zamanı mənzilində qəhvə hazırlayarkən Serb Respublikası Ordusunun snayperçisi tərəfindən öldürülüb. Bir çox mənbəyə görə, bu hadisə onun depresiya nöqtəsi idi, çünki o zamanlar Bosniya və Herseqovina Respublikasının Ordusunda xidmətə başlamışdı. Komşiç hərbi xidmətlərə görə verilən ən yüksək dövlət ordeni olan Qızıl Zanbaq ordeninə layiq görülüb.
Jelko Raznatoviç
Zelko Raznatoviç (serb-xorvatca Željko Ražnatović, azərb.transkripsiyası {Jel'ko Rajnatoviç}—keçmiş Yuqoslaviyanın serb əsli hərbçisi, siyasətçisi, sahibkarı, futbol klubunun prezidenti və kriminal avtoriteti. == "Srvena Zvezda"nın azakeşi == Bu tanınmış hərbçi ABŞ tərəfindən "sərt qatil və soyqırımçı" kimi ittiham olunur. Fakt budur ki, Serbiyada aparılan etnik təmizləmə zamanı Raznatoviç "Srvena Zvezda" fanatlarına dəyib-toxunmayıb. Elə buna görə də "Srvena Zvezda"lılar Bosniyadakı soyqırıma dəstək veriblər.
Jelko Yoksimoviç
Jelko Yoksimoviç (Serb: Жељко Јоксимовић, d. 20 aprel 1972, Belqrad, Yuqoslaviya) Serb müğənni. 2004 Avroviziya Mahnı Müsabiqəsində Serbiya və Monteneqronu "Lane Moje" adlı mahnı ilə təmsil edən müğənni 2-cilik əldə etmişdir. 2006 Avroviziya Mahnı Müsabiqəsində Bosniya və Herseqovinana 3-cülük qazandıran Hari Mata Hari qrupunun səsləndirdiyi "Lejla" adlı mahnının və 2008 Avroviziya Mahnı Müsabiqəsində Serbiyana 6-cılıq qazandıran Yelena Tomaşeviçin səsləndirdiyi "Oro" adlı mahnının bəstəkarıdır. 2008-ci ildə Belqradda təşkil edilən Avroviziya Mahnı Müsabiqəsi serverlik vəzifəsini öz üzərinə götürmüşdür. Son olaraq "Ljubav" albomuyla Balkanların ən yaxşı sənətçilərindən biri olduğunu göstərmişdir. Avropanın müxtəlif yerlərində xüsusilə Balkanlarda böyük konsertlər verir.
Kenci Toçio
Kenci Toçio (d. 26 may 1941) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Kristian Telyo