Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tonni Marinqqi
Tonni Marincci (10 iyun 1959 — 15 sentyabr 2019) — İndoneziyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Tonni Marincci İndoneziyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Tennis
Tennis (ing. lawn tennis) — iki nəfər və yaxud hərəsində iki nəfər olan iki komanda arasında oynanılan bir oyundur. Bu oyunun əsas qaydaları ondan ibarətdir ki, hər bir oyunçu verilmiş topu rəqibinə tərəf elə atmalıdır ki, rəqibi topa cavab zərbəsi vura bilməsin. Belə zərbələr zamanı top ağ cizgi ilə işarələnmiş zonaya düşməlidir. Tennis meydançası kort adlanaraq 3 zonaya bölünür: gil zonası (qırmızı və yaşıl), bərk zona (o cümlədən sement və yə asfalt) və ot zonası. Bütün dünyada məşhur olan bu oyun 1896-cı ildən etibarən Olimpiya oyunlarının proqramına daxil edilmişdir. Doğma vətənimizdə ilk dəfə rəsmi olaraq 1995-ci ildə Azərbaycan Tennis Federasiyası yaradılmışdır. == Elementlər == Kort — Tennisdə rəqiblər kort adlanan meydanda mübarizə aparırlar. Bu meydan dördbucaqlı formasında olur və futbolda olduğu kimi iki hissəyə bərabər ölçüdə bölünür. Əgər futbolda meydanı mərkəz xətti ayırırsa tennisdə bu funksiyanı xüsusi setka daşıyır.
Tonik
Tonik - qazlı alkoqolsuz içkidir. Tonik içinə xinin qatılmış sodaya verilən addır. Tonikdən kokteyllərdə çox istifadə edilir. İlk dəfə bu alkoqolsuz içkidən Hindistan və Afrikada malyariya xəstəliyi ilə mübarizə etmək üçün istifadə edilmişdir. Tibbdə tonik yalnız qaz və xinindən ibarət alkoqolsuz içkidir. Bir zamanlar Britaniya Ost-Hindistan şirkəti toniki alkoqol içki cin ilə qatışdırırlar ki, xinin dadı itsin. Bununla da populyar olan cin-tonik kokteyli meydana çıxır. Xinin hesabına Tonik güclü antibiotik kimi istifadə edilir.
Azərbaycanda tennis
Tennis Azərbaycan üçün yad idman növü olmayıb. Azərbaycana tennisi neft mədənlərində işləyən almanlar və ingilislər gətiriblər. Belə ki, Bakıda ilk dəfə tennis kortu 1907-ci ildə Suraxanıda neft milyonçusu Nobelin bağında qurulub. Bu fakta əsasən də Azərbaycanda tennisin tarixi 1907-ci ildən hesablanır. == Tarixi və inkişafı == İllər ötdükcə Azərbaycanda tennislə məşğul olanalrın sayı artmağa başladı və nəticədə çempionat oyunlarına start verildi. Tennis üzrə ilk Azərbaycan çempionatı 1927-ci ildə keçirilib. İlk Azərbaycan çempionları kişilər arasında P. Mostman, qadınlar arasında isə A. Buravseva olublar. 1928-ci ildə Azərbaycanın tennis üzrə yığma komandası ilk dəfə beynəlxalq yarışlara qatılıb. Birinci Zaqafqaziya Spartakiadasında iştirak edən Azərbaycan komandası, gümüş medala sahib çıxa bilmişdir. 1950–80-ci illəri Azərbaycan tennisinin ən uğurlu dövrü kimi qeyd eləmək olar.
Bonnie Tyler
Bonnie Tayler (8 iyun 1951) — Uelsli müğənni. Yaradıcılığının ən aktiv dövrü XX əsrin 70–80-ci illəri olub. Bonnie Tyler 2013 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı "Believe In Me" mahnısı ilə təmsil etmiş və Böyük Britaniyaya 19-cu yeri qazandırmışdır.
Conney Duarte
Conney Xesus Duarte Yanez (7 fevral 2000-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Karakas klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Klub karyerası == Duarte öz peşəkar karyerasında debütünü 11 fevral 2017-ci ildə Araqua klubuna qarşı oyunda etmişdir. O, 76-cı dəqiqədə Reyner Kastronu əvəz etmişdir. Həmin görüşdə Karakas rəqibinə 2–1 hesabı ilə məğlub olmuşdur.
Lev Tornik
Lev Tornik (yun. Λέων Τορνίκιος) — XI əsr Bizans generalı və zadəganı. O, 1047-ci ildə əmisi, Bizans imperatoru IX Konstantin Monomaxa qarşı üsyan qaldırır. Lev Tornik Frakiyadakı ordusu ilə paytaxt Konstantinopol şəhərinə doğru yürüş etmiş və onu mühasirəyə almışdır. İki uğursuz hücum cəhdindən sonra geri çəkilən Tornikin ordusu fərarilik etmiş, özü isə imperatora sadiq qüvvələr tərəfindən əsir götürülmüşdür. O, 1047-ci ilin Milad bayramında kor edilmişdir. Onun sonrakı həyatı haqqında heç bir məlumat yoxdur. == Həyatı == Lev Tornik Adrianopol şəhərində anadan olmuşdur. O, erməni və ya gürcü əsilli tanınmış torniklər zadəgan ailəsinin üzvü idi. Onun həməsri Mixail Psell Lev Torniki "qısaboylu, hiyləgər, qürurlu və iddialı" bir insan kimi təsvir etmişdi.
Pontiy Pilat
Ponti Pilat (lat. Pontius Pilatus) — Yəhudi əyalətinin V prefekti, Suvarilər rəisi. İosiv Flaviy və Taçit onu prokurator adlandırsalar da 1961 ci ildə aşkar edilmiş, Pilatın yaşıdı olan Kesari yazısında göstərilir ki, 6-41 ci illərdə o, prefekt vəzifəsini daşımışdır. Əhdi-Cədidə görə sinedrionun (dini şuranın) başçısı Kaiafanın təkidinə baxmayaraq, Ponti Pilat məhkəmədə İsaya ölüm hökmü verməkdən üç dəfə çəkinmişdir. Pilatın həyat yoldaşı Klavdiya Prokula İsanın yuxusunda ona əzab verdiyini söyləyərək onu öldürməməyi ərindən israrla xahiş edir.Buna görə də bəzi xristian təriqətlərində onun adı - Klavdiya Prokula əziz tutulur. “Onlar bağırırdılar: Onu çarmıxa! Çarmıxa! O, üçüncü dəfə onlara dedi: O nə bəd iş görmüşdür? mən Onu öldürmək üçün heç bir səbəb görmürəm ki, Onu cəzalandırım, buraxacağam. Lakin onlar gurultu ilə bağırırdılar ki, o, çarmıxa çəkilsin; və rahibin çığırtıları da onlara qatışmışdır.
Stolüstü tennis
Stolüstü tennis və ya Pinq Ponq, 2 və ya 4 oyunçunun bir-birlərinə topu irəli geri vurmasıyla oynanan bir oyundur. == Tarixçəsi == Bu idmanın salon tennisi adıyla bilinən ən köhnə şəkli 1880-ci illərdə Hindistan və Cənubi Afrika dakı İngilis ordu zabitləri tərəfindən oynanardı. Siqar qutularının qapaqlarını raketka, yuvarlaşdırılmış şərab şüşəsi probkalarını da top olaraq istifadə edərdilər. Tor kimi də kitabları istifadə edirdilər. 1890-cı illərdə İngiltərədə bu oyunun digər versiyaları inkişaf etdirildi. Bunlar "whiff whaff" və "gossima" kimi dəyişik adlara sahib idilər və Parker Brothers firması masaya qurula bilən portativ tor, üstü torlu kiçik bir top və miniatür raketkalardan ibarət olan salon tennisi avadanlığı satmağa başladı. 1900-cü ildə Amerikanı ziyarət edən İngilis Jeyms Qib (James Gibb), dönərkən yanında bəzi içi boş selüloid toplardan gətirdi və yoldaşlarıyla salon tennisini bu topları istifadə edərək oynamağa başladı. Qib, topun raketkaya və masaya çarpdığı zaman çıxardığı səsi təmsil edən "ping pong" adını işlətməyə başladı. Lakin 1901-ci ildə İngilis idman avadanlığı istehsalçısı olan Jon Jakves (John Jacques) "Ping Pong" adını öz adına qeydiyyat etdirdi və bu adın Amerika haqqlarını Parker Brothers firmasına satdı. Onlar da yeni avadanlığlarını bu adla çıxardılar.
Tennis kortu
Tennis kortu — tennis oynamaq üçün düzbucaqlı meydança. Tennis meydançası yaratmaq üçün müxtəlif səthlərdən istifadə olunur. Hər bir səthin xüsusiyyətləri oyunun oyun stilinə təsir göstərir.
Tonina Toriyelli
Tonina Toriyelli (22 mart 1934) — İtaliya müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində İtaliyanı "Amami se vuoi" mahnısı ilə təmsil etmişdir.
Tonino Querra
Tonino Querra (it. Tonino Guerra;16 mart, 1920, Rimini – 21 mart, 2012) — İtaliya şairi, yazıçısı və ssenaristi. == Həyatı == Tonino Querra 16 mart 1920-ci ildə Rimini şəhəri yaxınlığında yerləşən kiçik Santarkancelo-di-Romanya kommunasında anadan olmuşdur. O, bütün ömrünü bu yerlərdə keçirmişdir. Urbino universitetinin pedaqogika fakültəsini bitirmişdir. Yazıçılığa hələ nasist konslagerində başlamışdır. 1953-cü ildən Tonino Querra kinofilmlərə ssenari yazmağa başlamışdır. Həmin filmlər klassik dünya kinosunun qızıl fonduna daxil edilmişdir. O, Cüzeppe de Santis, Mario Bolonyini, Damiano Damiani, Mario Moniçelli, Taviani qardaşları kimi rejissorlarla işləmişdir. Mikelancelo Antonioni onun ssenariləri əsasında "Macəra", "Gecə", "Tutqunluq", "Qırmızı səhra", "Şəkilböyütmə", "Zabriski Poynt" və s.
Tonkin körfəzi
Bakbo körfəzi (vyet. Vịnh Băc Bô; çin. 北部湾) və ya Tonkin körfəzi (fr. Golfe du Tonkin) — Cənubi Çin dənizinin Çin (Quansi-Çjuan Muxtar Rayonu, Quandun vilayəti, Haynan vilayəti) və Vyetnam (Bakbo rayonu) sahillərində yerləşən körfəzi. Şərqdən sərhədi Leyçjoubandao yarımadası və Haynan boğazı ilə ayrılan Haynan adası ilə müəyyən edilir. Bakbo körfəzinin uzunluğu 330 km, girişdə eni 241 km, dərinliyi 82 m-ə qədərdir. Əsas limanı Hayfondur. 4 avqust 1964-cü ildə ABŞ Prezidenti Lindon B. Conson Şimali Vyetnam qüvvələrinin Bakbo körfəzində iki dəfə Amerika esmineslərinə hücum etdiyini iddia etmişdir. Bu, ABŞ-nin Vyetnam müharibəsində iştirakına əsas olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Беседнов Л. М. Рыбы Тонкинского залива.
Tonkin stiraksı
Tonkin stiraksı (lat. Styrax tonkinensis) — stiraks cinsinə aid bitki növü.
Tonvil (rayon)
Tonvil (fr. Thionville) — Fransanın Qrand Est regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mozel. Suprefektura — Tonvil. Rayon əhalisi 2006-cı ildə 264 200 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 25 nəf / km². Rayon sahəsi — 941 km².
Totnis funtu
Totnis funtu — İngiltərənin Devon qraflığının Totnis şəhərində dövriyyədə olan alternativ regional valyuta . Bu xüsusi inkişaf qrupunun şəhərin inkişafı üçün nəzərdə tutduğu konsepsiyanın bir hissəsidir. == Tarixi == Totnis funtu ideyası 2007-ci ilin mart ayında Totnisin iqtisadiyyat və yaşama imkanlarını müəyyənləşdirən qrup tərəfindən irəli sürülüb. Qrup bildirirdi ki, "iqtisadi lokalizasiya keçid dövrünün əsas aspektlərindədndir və həm yerli iqtisadiyyatı mıhkəmləndirir, həm də pulların kənara axmasının qarşısını alır". == Gözləntilər == Təşəbbüskarlar yerli funtun tətbiqindən aşağıdakı faydaları gözləyirlər : Dövriyyədə olan pul vasitəsi ilə yni münasibətlər yaranacaq İnsanlar pulu hara xərclədiklərini düşünəcəklər Yerli ticarət həvəsləndiriləcək Turistlər yerli müəssisələrdən istifadəyə həvəsli olacaqlar == İstifadəsi == 1 Totnis funtu 1 funt sterlinqə bərabərdir. 2008-ci ilin dekabrında Totnis funtu eBay sistemində £ 13,02 satılıb. 2008-ci ilin sentyabrına 70 yerli müəssisə Totnis funtu qəbul edib.. == Buraxılışı == Totnis funtu yerli Colourworks firmasında çap edilir.
Çorniy burnu
Çorniy burnu (ukr. Чорний) — Krımın qərbində, Çornomorski rayonu ərazisində yerləşən burun. Qara dənizin Karkinit körfəzinin daxilinə uzanır. Mejbodnoe kəndindən qərbdə yerləşir. Sahillərində Yarılqaç buxtası vardır. Burunda 1939-cu ildə mayak və naviqasiya işarəsi quraşdırılmışdır.
Aldo Tonti
Aldo Tonti (it. Aldo Tonti) - İtaliyanın məşhur kino operatorlarından biridir.
Bonni Hant
Bonnie Lynn Hunt (22 sentyabr 1961, Çikaqo, İllinoys) Emmy, Golden Globe namizədlikləri olan, Amerikalı aktrisa, rejissor, komediyaçı və yazıçıdır. == Bioqrafiyası == === İlk illəri === Bob və Alice Huntun qızıdır. Valideynlərinin adları, Hantın qurduğu şirkətin adını (Bob & Alice) ilhamlandırmışdır. 3 böyük qardaşı (Patrick, Kevin, Tom) 2 böyük bacısı (Cathy və Carol) və Helen adlı kiçik qardaşı var. Hunt Katolik məktəblərində təhsil almışdır. Bunlar St. Ferdinand və Notre Dame Liseyidir. 1982-ci ildə Chicago-Nortwestern Memoroial Xəstəxanasında xərçəng tibb bacısı olaraq işləmişdir. 1986-cı ildə "İkinci şəhər" (The Second City) tamaşasında "İmpulsiv bir şey" (An Impulsive Thing) cəmiyyətinin tərkibində çıxış edərək öz qabiliyyətlərini nümayiş etdirdi. === Şəxsi həyatı === 1988-ci ildə Hunt bir bankir olam John Murphy ilə evlənmişdir, lakin 6 iyun 2006-cı ildə David Lettermanın şou proqramında yenidən tək olduğunu bildirmişdir.
Bonni Rayt
Bonni Rayt (ing. Bonnie Francesca Wright; 17 fevral 1991, London) — İngilis aktrisa və rejissordur. Daha çox Harri Potter film seriyasındakı Cinni Uizli rolu ilə tanınır. == Həyatı == === İlk İllər === Bonni Rayt Gary və Şeila Tig Rayt uşağı olaraq 17 fevral 1991-ci ildə London şəhərində dünyaya gəlmişdir. Levis adında qardaşı var. Orta təhsili üçün Prior Ueston İbtidai məktəbində və daha sonra Londonda Kral Alfred Məktəbində oxudu. Setdə olarkən Bonni bir müəllimin köməyi ilə dərslərini davam etdirdi. Film sahəsindəki böyümənin film biliklərinə və maraqlarına kömək etdiyini söylədi. 2009-cu ildə Harri Potter və Ölüm Hədiyyələrinin çəkilişləri zamanı London İncəsənət Universitetinin London Əlaqə Kollecində oxumağa başladı. 2012-ci ildə Rayt rejissorluq sənətində bakalavr dərəcəsi ilə universiteti bitirdi.
Bonni Tayler
Bonnie Tayler (8 iyun 1951) — Uelsli müğənni. Yaradıcılığının ən aktiv dövrü XX əsrin 70–80-ci illəri olub. Bonnie Tyler 2013 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı "Believe In Me" mahnısı ilə təmsil etmiş və Böyük Britaniyaya 19-cu yeri qazandırmışdır.
Conni Briseno
Xuan Antonio "Conni" Brisenyo (ing. Juan Antonio "Johnny" Briceño; 17 iyul 1960, Orandj Uolk[d]) — 12 noyabr 2020-ci ildən etibarən Belizin beşinci və indiki Baş naziri və 2016-cı ildən Birləşmiş Xalq Partiyasının lideri olan Beliz siyasətçisi. == Həyatı == Brisenyo 17 iyul 1960-cı ildə Orandj Uolkda anadan olub. Atası Elixio Brisenyo 1980-ci illərdə dövlət naziri idi, lakin 1985-ci ildə ittihamda iştirak edən qardaşı və qardaşı oğlunun adları ilə birgə ABŞ-a marixuana və kokain gətirməkdə günahlandırıldı.Brisenyo 1978-ci ildə Muffles Kollecindən məzun oldu. 1980-ci ildə Müqəddəs İohann Kollecindən və 1985-ci ildə Ostin Texas Universitetindən bakalavr dərəcəsi almışdır.1990-cı ildə Brisenyo və qardaşı Ceyms daha sonra internet, TV xəbərləri və radio xidmətləri təminatçısı olan kabel televiziya provayderi "Centaur Communications"-ı qurdular.Brisenyo və həyat yoldaşı Rossananın üç oğlu var. 24 noyabr 2020-ci ildə Baş nazir vəzifəsinə başlamasından iki həftə sonra COVID-19 diaqnozu qoyulduğunu və vəziyyətinin yaxşı olduğunu bildirdi. == Fəaliyyəti == Brisenyo ilk dəfə 1993-cü ildə Orandj Uolk seçki dairəsindən Beliz Nümayəndələr Palatasına seçildi və 1994-cü ildə Orandj Uolk Şəhər Şurasına seçilmək üçün namizəd oldu.1994-cü ildə Brisenyo Birləşmiş Xalq Partiyasının həmsədri, 1996-cı ildə partiyanın lider müavini seçildi. BXP 1998 seçkilərində qalib gəldikdə, Brisenyo Baş nazir köməkçisi və Təbii Sərvətlər və Ətraf Mühit Naziri seçildi.2004-cü ilin avqust ayında Ralf Fonsekanın kabinetdən uzaqlaşdırılması da daxil olmaqla bir çox islahat tələbi irəli sürən, G-7 ittifaqı olaraq bilinən bir qrup nazirə rəhbərlik etdi. Baş nazir Səid Musa bu tələbləri yerinə yetirə bilmədikdə qrup istefa etdi, lakin Musa sonradan Fonsekanın istefası istisna olmaqla bütün tələbləri qəbul etdi və G-7 nazirləri kabinetdə qaldı. Brisenyoya artıq Maliyyə Naziri vəzifəsi də həvalə olundu.
Conni Depp
Con Kristofer "Conni" Depp II (ing. John Christopher «Johnny» Depp II; 9 iyun 1963[…], Ouensboro[d], Kentukki) — ABŞ aktyoru. 1984-cü ildən filmlərdə çəkilir. Ən məşhur rollarından biri Cek Sərçədir ("Karib dənizinin quldurları" trilogiyası). 3 dəfə "Oskar"a namizəd olub, Tim Burtonun "Suini Todd-Fleet küçəsinin şeytan bərbəri" filmindəki obrazına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb. Tim Burtonun filmləri Conni Deppə böyük uğur qazandırdı. 2012-ci ildə o, "Ginnesin Rekordlar Kitabı"nda, ilə 75 milyon dollar qazanan, ən bahalı aktyor kimi seçilmişdir. Kino sahəsinə olduğca çox töhfələr verməyinə rəğmən,hələ də "Oskar" mükafatını qazana bilməyib. == Həyatı == Anasının 12 yaşında aldığı gitara ilə "garage rock" tərzində musiqilər ifa etməyə başladı. 15 yaşında bir rock musiqiçisi olmaq arzusu ilə məktəbi tərk etdi.
Conni Hollidey
Jan-Filip Lo Smet, ya da səhnə adı ilə Conni Hollidey (15 iyun 1943[…], Parisin 9-cu rayonu, Fransa – 5 dekabr 2017, Marn-la-Kokett[d], Fransa) — Fransız rok musiqi bəstəkarı, söz müəllifi, analitik və aktyordur. Xüsusilə Fransanın Elvis Preslisi deyə də adlandırılır. Dünyaca tanınmış, Rok və Rok-n-roll musiqi müğənnisidir.
Conni Huan
Conni Huan (5 oktyabr 1962) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Conni Huan Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Conni Huan Kanadanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Conni Huan Kanadanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.