Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Topbağ
Topbağ — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Qəbələ rayonunun Zalam kənd inzibati ərazi vahidinin Topbağ kəndi Yenikənd kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Topbağ kəndi Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Topbağ kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Əsl adı Topabağdır. Yaşayış məntəqəsini inqilabdan əvvəl mövcud olmuş Vəndamdərə kəndinin əhalisi əvvəllər zoğal və fındıq bağları olan indiki sahədə salmışdılar. Oykonim topa (sıx) və bağ (ağaclıq) sözlərindən ibarət olub, "sıx ağaclığı olan kənd" mənasındadır. Ərazisində bir neçə övliyalar olduğuna görə kənd topa şəklində olan bu ziyarətlərdən adını götürüb. == Coğrafiyası və iqlimi == Kənd Vəndam və Dəmiraparan çaylarının suayrıcında, Şəki, Qəbələ yaylasında yerləşir. Rayon mərkəzi ilə arası 30 km-dir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 532 nəfər əhali yaşayır.
Topdağ
Topdağ (Babək) — Babək rayonu ərazisində dağ. Araz çayı sahilindədir. Hündürlüyü 785 m. Topdağ (Zəngilan) — Zəngilan rayonu ərazisində dağ. Yerli əhali arasında Topunqəlbisi adı ilə tanınır.
Toplar
Toplar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Toplar oyk. Gədəbəy r-nunun Böyük Qaramurad i.ə.v.-də kənd. Kiçik Qafqaz dağlarının ətəyindədir. Yerli məlumata görə, yaşayış məntəqəsini Ataxan kəndindən Topu Məhəmmədhəsən adlı şəxs saldığı üçün onun ləqəbilə Topular adlanmışdır. Sonralar tələffüzdə ad təhrifə uğramış, “u” səsi adın tərkibindən düşmüş və kəndin adı Toplar şəklində qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 191 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Topçaq
Topçaq düzü — Cəbrayıl rayonunun ərazisində yerləşir. == Ad açımı == Vaxtı ilə "Topçaq" düzü haqqında bir yazımızda bu adın "topa yer", dəyirmi yer" mənalarını verdiyini göstərmişdik (Bax: Qıraxdın, Gəyən və Topçaq toponimlərinin etimologiyası. – Azərbaycan onomastikası problemləri. B., 1990, s. 107-108). Bu fikri hörmətli xalq yazıçımız Sabir Əhmədliyə istinadən şərh etmişdik. Bu düzün təsvirini "Azığa doğru" romanında verən yazıçı yazır ki, babaların dediyinə görə, Topçaq vaxtı ilə müharibə meydanı olub. Bu el- obada Topçaq kimi tamaşalı yer olarmı? Bir düzdü, bir meydandı, məcməyi kimi dəpdəyirmidi. Toponimik, etnonimik araşdırmalar göstərir ki, T o p ç a q\\Topçak\\ Tobıçak bir etnosun adıdır.
Tövrat
Tövrat (Ərəb dili:توراة İvrit dili : תּוֹרָה Torah ) — qədim ibrani dilində bu kəlmənin ilkin mənası "qanun", "təlim" yaxud "öyüd-nəsihət" olub. Zamanla yəhudi Müqəddəs Yazılarının ilk 5 kitabına Tövrat adı verildi. Bəzən Tövrat dedikdə, bütün yəhudi qanunu və ya bütün Əhdi-Ətiq nəzərdə tutulur. Tövrat Tanaxın ilk beş fəslinə verilən addır. Onlara Musanın Beş Kitabı da deyilir. Ancaq bu kitabların yazılması, e.ə. 1500-cü illərdə yaşadığı güman edilən Musa ilə tarixi əlaqəsi şübhəlidir. Tövratı aldığı güman edilən Musanın iddia edilən ömür illəri ilə Tövratın yazılması arasında min ilə yaxın vaxt var. Kitablar Yaradılış və Daşqın kimi fəsillərdə Şumer mifologiyasına dair çoxsaylı izahatları ehtiva edir və bu hekayələrin bir neçə əsrlər ərzində (bəziləri Babil sürgünündən qayıtdıqdan sonra) yəhudi ruhaniləri tərəfindən yazıldığı güman edilir. == Tövratın yəhudi Müqəddəs Yazılarında yeri == Yəhudilərin Müqəddəs Yazıları 39 kitabdan ibarətdir.
Tokat
Tokat — Türkiyənin Tokat ilinin inzibati mərkəzi. Qaradəniz bölgəsində yer alan Tokat şimalında Samsun, şimal-şərqində Ordu, cənub və cənub-şərqində Sivas, cənub-qərbində Yozğad, qərbində Amasiya ilə həmsərhəddir. 2009-cu ilin siyahıyaalmasına görə 129.879 sakinə sahib idi. Əhalinin sayı 2018-ci ildə 201.294 nəfərə çatmışdır.
Topaz
Topaz — qiymətli daşdır. Kimyəvi formulu- Al2[SiO4][FOH]2Rumbik sinqoniyanın rumbik-dipiramida sinfində kristallaşır.Tez-tez yaxşı inkişaf etmiş və böyük kristallarda tapılır. Kristalları prizmatik habitusda olur. Qeyri-mükəmməl ayrılma qabiliyyətinə malikdir. Sərtliyi 8, xüsusi çəkisi 3,5-dir. Rəngi sarı, bənövşəyi, ağ, qonurudur.Şüşə parıltılıdır. Şəffafdır. Penevmatogen proses nəticəsində əmələ gəlmişdir. Peqmatitlərdə və həmçinin qreyzenlərdə tapılır. Qreyzen- maqmatogen mənşəli süxurların pnovmatogen-hidrotermal dəyişmələrə məruz qalmış növlərinə deyilir.
Toqat
Tokat ili — Türkiyədə il. Şimalda Samsun, şimal-şərqdə Ordu, şərq və cənubda Sivas, cənub-qərbdə Yozqat və qərbdə Amasya rayonları ilə həmsərhəddir. Rayonlarından Yeşilyurt və Sulusaray İç Anadolu Bölgəsində qalır. 1943-cü ildə Taşova, 1944te Artova və Turhal, 1954-cü ildə Almus, 1987-ci ildə Bazar və Yeşilyurt, 1990-cı ildə Sulusaray və Başçiftlik rayonları yaradılıb. 2010 TÜİK məlumatlarına görə mərkəz rayonla birlikdə 12 rayon, 77 beldə və 609 kənd vardır. == Xarici keçidlər == "1980 Genel Nüfus Sayımı: Tüm idari birimler (Şehir, belde, köy): Tokat İli" (türk). Türkiye İstatistik Kurumu. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-4..
Total
Total Fransa nın neft şirkəti. Dövlət Neft Şirkəti ilə Fransanın «Total» şirarasında Xəzər dənizinin Azərbaycan sektorunda «Abşeron» dəniz yatağı blokunun kəşfiyyat, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sənədə əsasən, Dövlət Neft Şirkəti layihədə 40, «Total» şirkəti isə 60 faiz iştirak payına malikdir. Kəşfiyyat dövründə Dövlət Neft Şirkətinin ortaq neft şirkətinin payına düşən bütün xərc və məsrəflərin maliyyələşdirilməsi podratçı tərəfin üzərinə düşür. Qazılacaq «Abşeron» bloku Xəzər dənizində Bakıdan 100 km aralıda, dənizin təxminən 500 metr dərinliyində yerləşir. Layihədə tərəflərin pay iştirakı belədir: ARDNŞ - 40%, Total - 60%. Yataqda kəşviyyat müddəti 3 il təşkil edəcək və zərurət olarsa daha 2 il uzadılacaq. Kəşviyyət dövründə bütün xərcləri Total ödəyir. ARDNŞ geoloqlarına görə, yataqda ən azı 200 mlrd. kubmetr qaz və 100 mln.
Toxta
Toxta xan - Qızıl orda xanı. 1291-ci ildə Noğay xanın köməyi ilə taxta gəlmişdi. Hakimiyyətə gələn kimi rusların yarım-müstəqilliyini ləğv etmək üçün qardaşı Tudanı hücuma göndərdi. O 1293-cü ildə 14 şəhəri yandırdı. Xan özü Tver şəhərinə hücuma keçdi və Vladimir-Suzdal knyazı Dmitri Aleksandroviçi taxtdan qovdu. Ruslar arxivlərində "Batu geri döndü" yazırdılar. == Hakimiyyət == Tezliklə Toxta və Noğay xan düşmənə çevrildilər. Toxta xan qaynatası Salçiday ilə müttəfiq oldu. Salçiday Tuluy xanın kürəkəni idi. 1300-cü ildə Noğay xanla döyüşdə məğlub olan Toxta geri çəkildi.
Nömrələr (Tövrat)
Saylar — Tanax və Əhdi-Ətiqin ilk beş kitabı olan Tövratın dördüncü kitabı. Ümumi olaraq 36 babdan formalaşmışdır. Latın dilində nömrə mənasına gələn Numerus sözündən yaranmışdır. İvrit dilində adı olan Ba-Midbar "çöldə" mənasını verir. İsrail övladlarının Musamın liderliyində Misirdən qaçdıqdan sonra çöldə başlarına gələnləri izah edir.
Saylar (Tövrat)
Saylar — Tanax və Əhdi-Ətiqin ilk beş kitabı olan Tövratın dördüncü kitabı. Ümumi olaraq 36 babdan formalaşmışdır. Latın dilində nömrə mənasına gələn Numerus sözündən yaranmışdır. İvrit dilində adı olan Ba-Midbar "çöldə" mənasını verir. İsrail övladlarının Musamın liderliyində Misirdən qaçdıqdan sonra çöldə başlarına gələnləri izah edir.
Tohtar Afuzov
Tohtar Afuzov (krımtat. Tohtar Afuzov, Тохтар Афузов; 16 yanvar 1901, Alupka, Tavriya quberniyası[d] – 1942, Simferopol) — krım tatar rəssamı, krım tatar təsviri sənətinin ilk mütəxəssislərindən biridir. == Həyatı == Tohtar Afuzov 16 yanvar 1901-ci ildə Tavrika quberniyasının Yalta qəzasının Alupka kəndində anadan olmuşdur. Yaradıcılıq fəaliyyətinə XX əsrin 30-cu illərində başlamışdır. 1920-1930-cu illərdə Moskvada, Vasili Meşkov adına rəssamlıq məktəbində təhsil almışdır. Daha sonra Sergey Stroqanov adına Moskva Dövlət İncəsənət və Sənaye Akademiyasında oxudu. Həmçinin, müxtəlif respublika və ümumittifaq sərgilərində iştirak etmişdir. Təhsilini aldıqdan sonra Tohtar Afuzov vətəninə qayıtdı və Krım mənzərələrini çəkməyə başladı. 1930-1940-cı illərdə “Parlaq bir gecədə ev” (1937), “Albalı. Natürmort "(1940), "Dəniz mənzərəsi "(1940) və digər rəsm əsərlərini yaratdı, hansılar ki indi Simferopol İncəsənət Muzeyi və Tavrida Mərkəzi Muzeyində saxlanılırlar.
Toktar Əbubəkirov
Toktar Əubəkirov (qaz. Тоқтар Оңғарбайұлы Әубәкіров; rus. Токтар Онгарбаевич Аубакиров; d. 27 iyul 1946, Karağandı) — təqaüdçü Hava Qüvvələri zabiti və keçmiş kosmonavt. Sovet İttifaqı Qəhrəmanı (1988). == Həyatı == Toktar Əubəkirov 1946-cı ilin 27 iyulunda Qazaxıstan SSR-nin Karağandı oblastında anadan olmuşdur. 8 illik orta məktəbi bitirdikdən sonra Temirtau tökməxanasında işləməyə başlamışdır. 1965-ci ildə Armavir Hərbi Aviasiya İnstitutuna qoşulmuşdur. 1975-ci ildə M.Qromov Test Pilot Məktəbinə qəbul olunana qədər SSRİ Hava Qüvvələrində Uzaq Şərq sərhədlərində döyüş pilotu kimi xidmət vermişdir. == Test pilot karyerası == 1976-1991-ci illərdə test pilotu kimi fəaliyyət göstərmişdir.
Toktar Əubəkirov
Toktar Əubəkirov (qaz. Тоқтар Оңғарбайұлы Әубәкіров; rus. Токтар Онгарбаевич Аубакиров; d. 27 iyul 1946, Karağandı) — təqaüdçü Hava Qüvvələri zabiti və keçmiş kosmonavt. Sovet İttifaqı Qəhrəmanı (1988). == Həyatı == Toktar Əubəkirov 1946-cı ilin 27 iyulunda Qazaxıstan SSR-nin Karağandı oblastında anadan olmuşdur. 8 illik orta məktəbi bitirdikdən sonra Temirtau tökməxanasında işləməyə başlamışdır. 1965-ci ildə Armavir Hərbi Aviasiya İnstitutuna qoşulmuşdur. 1975-ci ildə M.Qromov Test Pilot Məktəbinə qəbul olunana qədər SSRİ Hava Qüvvələrində Uzaq Şərq sərhədlərində döyüş pilotu kimi xidmət vermişdir. == Test pilot karyerası == 1976-1991-ci illərdə test pilotu kimi fəaliyyət göstərmişdir.
Topbağ bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Topdağ (Babək)
Topdağ — Babək rayonu ərazisində dağ (hünd. 786,6 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Naxçıvan düzü sahəsində, Araz su anbarının sahilindəki alçaq burunu əmələ gətirən zirvə. Qaraçuq qəsəbəsindən 1,75 km qərbdədir. Üst Pleystosenin allüvial-prolüvial çöküntülərdən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında yerləşir.
Toplak iyesi
Toplax iyesi
Topraq Sağlam
Topraq Sağlam (türk. Toprak Sağlam) — Türkiyəli aktrisa. == Həyatı == Topraq Sağlam 1985-ci ildə oktyabrın 9-da İstanbulda anadan olub . Evdar xanım Handan Sağlam və rəssam Şakir Sağlamın ailəsində dünyaya gələn Topraq ailənin yeganə övladıdır . O , ibtidai təhsilini İqbaliyə İbtidai Məktəbində , orta təhsilini General Əli Rza Ərsin liseyində almışdır. Ali təhsillidir — Müjdət Gəzən Sənət Mərkəzi Konservatoriyasının Teatr bölümünü bitirmişdir .
Voltat dağları
Voltat (alm. Wohlthat‎) — Antarktidanın Kraliça Mod Torpağında, Orvin dağ massivindən şərqdə yerləşən dağ silsiləsi. Voltat adı Yeni Şvabiyaya təşkil olunan ekpedisiyanın təşkilatçısı Helmut Voltatın şərəfinə adlandırılmışdır. 1960-cı ildən Sovet Antarktik ekspedisiyası tərəfindən araşdırılmışdır. Voltat və Mülin-Qofman dağlarının araşdırılması bir çox məsələlərə aydınlıq gətirməyə imkan vermişdir. Bu ekspedisiya zamanı Bıstrov qayası (71°47′ c. e. 12°34′ ş. u.) 1961-ci ildə xəritəyə salınmışdır. 2003-cü ildı "Antarktida — Rusiya 2003" ekpedisiya çərçivəsində bir necə adsız zirvələr fəth edilmiş və yeni coğrafi adlar meydana gəmişdir: Jukov piki (71°36′ c.
Əhməd Topatan
Əhməd Topatan (əsl adı: Daniel) — aktyor, Türkiyə ermənisi. == Həyatı == Əhməd Topatan 1916-cı ildə Tarsusda anadan olub. Topatan 1975-ci il iyunun 26-da 59 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Aktyor İstanbulda dəfn olunub. == Fəaliyyəti == Erməni mənşəli aktyor 1953-cü ildə “Drakula İstanbulda” filmi ilə diqqəti cəlb edib. İlk filmi isə 1950-ci ildə çəkilən “Çete” olub. Aktyorluğa gec yaşda başlayan Əhməd Topatan daha çox ciddi görkəmli, təmkinli caniləri canlandırıb. Amma onun müsbət obrazları da filmoqrafiyasında az deyil. 1964-cü ildə “Topqapı”, 1965-cui ildə “Son darbe”, 1967-ci ildə “Krallar ölmez” və 1971-ci ildəki “İntiqam kartallı” filmləri onun yaradıcılığına diqqəti daha da artırıb. 100-dən artıq filmdə rol alıb.
Bidens torta
Bidens torta (lat. Bidens torta) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Məhmət Topal
Mehmet Topal (d. 3 mart 1986, Malatya) Türkiyəli futbolçu. "Fənərbaxça"nın şərəfini qorumaqdadır.
Tokat ili
Tokat ili — Türkiyədə il. Şimalda Samsun, şimal-şərqdə Ordu, şərq və cənubda Sivas, cənub-qərbdə Yozqat və qərbdə Amasya rayonları ilə həmsərhəddir. Rayonlarından Yeşilyurt və Sulusaray İç Anadolu Bölgəsində qalır. 1943-cü ildə Taşova, 1944te Artova və Turhal, 1954-cü ildə Almus, 1987-ci ildə Bazar və Yeşilyurt, 1990-cı ildə Sulusaray və Başçiftlik rayonları yaradılıb. 2010 TÜİK məlumatlarına görə mərkəz rayonla birlikdə 12 rayon, 77 beldə və 609 kənd vardır. == Xarici keçidlər == "1980 Genel Nüfus Sayımı: Tüm idari birimler (Şehir, belde, köy): Tokat İli" (türk). Türkiye İstatistik Kurumu. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-4..