Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kotlas
Kotlas (rus. Ко́тлас) — Rusiya Federasiyasının Arxangelsk vilayətində yerləşən şəhər. Kotlas rayonunun və Kotlas şəhər dairəsinin mərkəzidir. Əhalisi — 61 902 nəf. (2017). == Etimologiyası == Yerli tarixçi və tədqiqatçı A.V. Kuznetsovun sözlərinə görə, Arxangelsk vilayətində yerləşən Kotlas şəhərinin adı ilə yanaşı, Rusiyanın bir çox onlarla oxşar adı Rusiyanın Şimalına səpələnmişdir. Çox vaxt kiçik çaylara, dərələrə aiddirlər. Məsələn, Voloqda rayonunun Nyuksen bölgəsində Kotlas çayı axır. == İqtisadiyyatı == Kotlas iqtisadiyyatının əsasını dəmir yolu və əlaqəli müəssisələr təşkil edir. Bu sənaye bütün gəlirlərin 40-45% -ni Kotlas şəhərinin büdcəsinə gətirir.
Topçaq
Topçaq düzü — Cəbrayıl rayonunun ərazisində yerləşir. == Ad açımı == Vaxtı ilə "Topçaq" düzü haqqında bir yazımızda bu adın "topa yer", dəyirmi yer" mənalarını verdiyini göstərmişdik (Bax: Qıraxdın, Gəyən və Topçaq toponimlərinin etimologiyası. – Azərbaycan onomastikası problemləri. B., 1990, s. 107-108). Bu fikri hörmətli xalq yazıçımız Sabir Əhmədliyə istinadən şərh etmişdik. Bu düzün təsvirini "Azığa doğru" romanında verən yazıçı yazır ki, babaların dediyinə görə, Topçaq vaxtı ilə müharibə meydanı olub. Bu el- obada Topçaq kimi tamaşalı yer olarmı? Bir düzdü, bir meydandı, məcməyi kimi dəpdəyirmidi. Toponimik, etnonimik araşdırmalar göstərir ki, T o p ç a q\\Topçak\\ Tobıçak bir etnosun adıdır.
Socas
Socas- İranın Zəncan ostanınınd Xudabəndə şəhristanının Socasrud bəxşində şəhər və bu bəxşin mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,577 nəfər və 1,345 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Tokaş
Tokaş və ya Nan (özb. tandir non, uyğ. tonur nan, qazax/qırğız: тандыр-нан, tandır nan) _ Orta Asiyada bir təndir çörəyidir. Şərqi Türkistan ilə Qazaxıstan, Qırğızıstan və Özbəkistanda geniş olaraq hazırlanır.
Total
Total Fransa nın neft şirkəti. Dövlət Neft Şirkəti ilə Fransanın «Total» şirarasında Xəzər dənizinin Azərbaycan sektorunda «Abşeron» dəniz yatağı blokunun kəşfiyyat, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sənədə əsasən, Dövlət Neft Şirkəti layihədə 40, «Total» şirkəti isə 60 faiz iştirak payına malikdir. Kəşfiyyat dövründə Dövlət Neft Şirkətinin ortaq neft şirkətinin payına düşən bütün xərc və məsrəflərin maliyyələşdirilməsi podratçı tərəfin üzərinə düşür. Qazılacaq «Abşeron» bloku Xəzər dənizində Bakıdan 100 km aralıda, dənizin təxminən 500 metr dərinliyində yerləşir. Layihədə tərəflərin pay iştirakı belədir: ARDNŞ - 40%, Total - 60%. Yataqda kəşviyyat müddəti 3 il təşkil edəcək və zərurət olarsa daha 2 il uzadılacaq. Kəşviyyət dövründə bütün xərcləri Total ödəyir. ARDNŞ geoloqlarına görə, yataqda ən azı 200 mlrd. kubmetr qaz və 100 mln.
Tobias Anselm
Tobias Anselm (24 fevral 2000-ci ildə Avstriyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Avstriyalı futbolçudur. == Klub karyerası == === Liferinq === Anselm Red Bull Zalsburq akademiyası vasitəsilə inkişaf etmişdir. Anselm 2016-cı ildə Zalsburq U-19 komandası ilə UEFA Gənclər Liqasında iştirak etmişdir. O, klub ilə turnirin qalibi adını əldə etmişdir. Anselm öz peşəkar karyerasında debütünü 22 sentyabr 2017-ci ildə Blau-Vayb Linz klubuna qarşı oyunda etmişdir. O, 80-ci dəqiqədə Nikolas Meysteri əvəz etmişdir. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. O, klub ilə ilk qolunu 25 may 2018-ci ildə Viener Neuştadt klubuna qarşı oyunda vurmuşdur. Anselm 94-cü dəqiqədə qolla yadda qalmış və komandası rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 24 iyul 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Tobias Asser
Tobias Asser (ing. Tobias Michael Carel Asser; 28 aprel 1838[…], Amsterdam – 29 iyul 1913[…] və ya 29 iyun 1913, Haaqa) — yəhudi əsilli hollandiyalı vəkil və hüquqşünas. 1911-ci ildə Alfred German Fridlə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. Tobias Asserə Nobel sülh mükafatı 1899-cu ildə Haaqada keçirilən sülh konfransındakı arbitraj sahəsində gördüyü işlərə görə verilmişdir. == Həyatı == Tobias Asser Karl Daniyel Asserin oğlu və Karel Asselin nəvəsi olaraq Amsterdamda anadan olmuşdur. Amsterdam Universiteti və Leyden Universitetində hüquq təhsili almışdır. Tobias Asser daha sonra Amsterdam Universitetində hüquq üzrə professor olmuşdur. Tobias Asser Con Vestleyk və Qustav Lorin-Jakkemin ilə birgə Beynəlxalq hüquq və Müqayisəli hüquq jurnalını (fr. Revue de Droit International et de Législation Comparée) təsis etmişdir. Bundan başqa, 1873-cü ildə Beynəlxalq Hüquq İnstitutunun qurucularından biri olmuşdur.1899 və 1907-ci illərdə keçirilən hər iki Haaqa Sülh Konfransında da Niderlandın nümayəndəsi olaraq təmsil olunmuşdur.
Tobias Bekett
Tobias Bekett (ing. Tobias Beckett) — "Ulduz müharibələri" franşizasında personaj. İlk dəfə 2018-ci ildə çəkilmiş "Han Solo: Ulduz müharibələri. Hekayələr" filmində nümayiş olunmuş, burada Vudi Harrelson tərəfindən canlandırılmışdır. O, "Qırmızı şəfəq" cinayət sindikatında işləyən oğru və Han Solonun müəllimidir. Bekket sonradan Soloya xəyanət etmiş və nəticədə onun tərəfindən öldürülmüşdür. == Personaj == === Yaradılması === Personaj Robert Lüis Stivensonun "Dəfinələr adası" romanından dəniz qulduru Con Silverə əsaslanmışdır. Ssenari müəllifləri Lourens və Conatan Kezdan "Solo" filminin ssenarisini yazmağa başlamazdan əvvəl kitabı yenidən oxumuşdur. Onlar Bekett və Han Solo arasında "Dəfinələr adası" romanından Silver və Cim Hokins arasındakı münasibətə oxşar bir şey yaratmağa çalışmışdırlar.. === Canlandırılması === ABŞ aktyoru Vudi Harrelson "Han Solo: Ulduz müharibələri.
Tobias Franek
Tobias Franek (29 iyul 1996) — Avstriyalı peşəkar kişi BMX velosipedçisi. Tobias Franek Avstriyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Tobias Franek 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 34.356 saniyəlik nəticəsi ilə 76-cı yeri tutdu.
Tobias Volf
Tobias Conatan Ansel Volf (Tobias Jonathan Ansell Wolff 19 iyun 1945[…], Birminqem) Amerikalı qısa hekayə yazıçısı, memuarist, romançı və yaradıcı yazı müəllimidir. O, memuarları, xüsusən də “Bu oğlanın həyatı” (1989) və “Fironun ordusunda” (1994) kitabları ilə tanınır. Dörd hekayə kolleksiyası və iki roman yazmışdır. == Biblioqrafiya == === Romanlar === Ugly Rumours (1975) ISBN 0048231177 The Barracks Thief (1984) (qısa hekayə) ISBN 0-88001-049-5 Old School (2003) ISBN 0-375-40146-6 === Kolleksiyalar === In the Garden of the North American Martyrs (1981) ISBN 0-88001-497-0 Hunters in the Snow (1981) Back in the World (1985) The Collected Short Stories ISBN 0-7475-3153-6 The Night in Question (1997) ISBN 0-679-78155-2 Our Story Begins: New and Selected Stories (2008) ISBN 978-1-4000-4459-7 === Redaktə edilmiş əsərləri === Matters of Life and Death: New American Stories (1983) ISBN 0-931694-17-5 Best American Short Stories (1994) The Vintage Book of Contemporary American Short Stories (1994) ISBN 0-679-74513-0 === Qeyri-bədii əsərləri === This Boy's Life (1989), 1950-ci illərdə uşaqlığı haqqında olan xatirələri ISBN 0-8021-3668-0 In Pharaoh's Army (1994), Vyetnam müharibəsində əsgər olaraq gördüyü təcrübələri haqqında xatirələri.
Totnis funtu
Totnis funtu — İngiltərənin Devon qraflığının Totnis şəhərində dövriyyədə olan alternativ regional valyuta . Bu xüsusi inkişaf qrupunun şəhərin inkişafı üçün nəzərdə tutduğu konsepsiyanın bir hissəsidir. == Tarixi == Totnis funtu ideyası 2007-ci ilin mart ayında Totnisin iqtisadiyyat və yaşama imkanlarını müəyyənləşdirən qrup tərəfindən irəli sürülüb. Qrup bildirirdi ki, "iqtisadi lokalizasiya keçid dövrünün əsas aspektlərindədndir və həm yerli iqtisadiyyatı mıhkəmləndirir, həm də pulların kənara axmasının qarşısını alır". == Gözləntilər == Təşəbbüskarlar yerli funtun tətbiqindən aşağıdakı faydaları gözləyirlər : Dövriyyədə olan pul vasitəsi ilə yni münasibətlər yaranacaq İnsanlar pulu hara xərclədiklərini düşünəcəklər Yerli ticarət həvəsləndiriləcək Turistlər yerli müəssisələrdən istifadəyə həvəsli olacaqlar == İstifadəsi == 1 Totnis funtu 1 funt sterlinqə bərabərdir. 2008-ci ilin dekabrında Totnis funtu eBay sistemində £ 13,02 satılıb. 2008-ci ilin sentyabrına 70 yerli müəssisə Totnis funtu qəbul edib.. == Buraxılışı == Totnis funtu yerli Colourworks firmasında çap edilir.
Toydaş dağı
Toydaş dağı – Вabək rayonu ərazisində dağ (hünd. 1312,7 m). Naxçıvan dağarası çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin suayırıcısında zirvə. Sirabçayın sağ sahilində, Sirab kəndindən 1,3 km şimal-şərqdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan Alt Miosen yaşlı andezit-dasit və kvarslı andezit tərkibli ekstruziv günbəzdir. Cənub-qərb və şimal-şərq yamaclarında iki daha kiçik, eynitərkibli maqmatik kütlə açılır, həmçinin şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılma pozulmaları izlənilir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarında müşahidə edilən Sirab sinklinalını şimal-şərqdən hüdudlandıran Naxçıvan dərinlik fay qırılmasının yatan qanadında yerləşir.Konusvari formadadır, subvulkandır.
Valtteri Bottas
Valtteri Bottas (fin Valtteri Viktor Bottas; 28 avqust 1989, Nastola[d], Pyayat-Hame) — Finlandiyalı yarış sürücüsü, Formula-1 pilotu. GP3 seriyasının 2011 mövsümünün çempionu.
Yakov Tolçan
Yakov Moiseyeviç Tolçan (rus. Яков Моисеевич Толчан; 13 avqust 1901 – 1993) — SSRİ operatoru, rejissor. == Həyatı == 1954-cü ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirmişdir. Kinoda 1924-cü ildən fəaliyyət göstərir. Rejissor, operator kimi bədii və sənədli filmlər çəkmişdir. Həmçinin 1931–1957-ci illər ərzində Ümumittifaq Kinematoqrafiya İnstitutunda dərs demişdir. D.Vertovun "Dünyanın altıncı hissəsi" və s. filmlərinin çəkilişində iştirak etmişdir. "Vip üzərindən körpü" (1928), "Günəş Qərbdən doğur" (1933) və s. filmləri çəkmişdir.
Ambruaz Tomas
Şarl Luis Ambruaz Tomas (fr. Charles Louis Ambroise Thomas; 5 avqust 1811, Meç — 12 fevral 1896, Paris) — fransız opera bəstəkarı, Fransa İnstitunun üzvü, 25 il Paris konservatoriyasının direktoru. Uşaqikən Tomas əla musiqi qabiliyyətinə malik olmuşdur. Atasının rəhbərliyo altında məşhurlaşır. Paris konservatoriyasında Durlenin (harmoniya), Leskürün (kompazisiya nəzəriyyəsi), Kalkbrennerin (fortopiano) tələbəsi olmuşdur. Daha sonra 3 il İtaliyada yaşadıqdan sonra 1866 cı ildə ilk Minyon və sonra 1868 ci ildə Hamlet operalarını yazır. Hər iki opera bütün məşhur opera səhnələrini dolaşmış olur. Daha sonra Qaraçı, Betti və Tufan, Raymon kimi operalarını yazır. 1852 ci ildən Paris konservatoriyasında dərs demiş 1871 ci ildən isə ona rəhbərlik etmişdir. Bəstəkar Jül Massne onun parlaq tələbələrindəndir.
Antonia Tomas
Antoniya Lora Tomas (ing. Antonia Laura Thomas; 3 noyabr 1986) — Böyük Britaniya aktrisası. "Misfits" serialında Alişia Beyli roluna görə tanınır. == Karyerası == Antonia Tomas London şəhərində anadan olub və böyüyüb. Uşaqlıqda Antonia Çelsi İncəsənət Kollecinə daxil olur. Lakin daha sonradan teatr dərnəklərinə yazılır və 2001-ci ildə Gənc Tamaşaçılar Teatrına daxil olur və qastrollarda iştirak edir. 2006-2009-cu illərdə Bristol şəhərində yaşayır və Old Vik teatr məktəbində təhsil alır. 2009-cu ildə televiziyada ilk rolunu Misfits teleserialında alır. Bu serialda Antonia Alişia Beyli rolunu ifa edir. Qısa zamanda serial böyük populyarlıq qazanır və 2010-cu ildə BAFTA (British Academy of Film and Television Arts) mükafatına layiq görülür.
Demien Tomas
Demien Tomas (ing. Damien Thomas) - Böyük Britaniya aktyorudur.
Katolikos Tomas
Katolikos Tomas - Albanların LXX (70-ci) katolikosu. == Katolikosluğu == Haqqında heç bir məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Klarens Tomas
Klarens Tomas (23 iyun 1948) — Amerikalı vəkil, 1991-ci ildən bəri ABŞ Ali Məhkəməsinin hakimi. Ali Məhkəmədəki ikinci Afrikalı Amerikalıdır. ABŞ Ali Məhkəməsinin onilliklərdəki ən mühafizəkar hakim hesab edildi. Atası ailəsini erkən tərk etdiyi üçün anası və babası tərəfindən böyüdülmüşdür. Gəncliyində zənci tələbələrin irqi ayrı-seçkiliyə qarşı etirazlarına qatıldı. Vusterdə Müqəddəs Xaç Kollecini və Yel Universiteti Hüquq Fakültəsini bitirib. 1974–1977-ci illərdə Missuri Baş Prokurorluğunda, 1979–1981-ci illərdə senator Con Denfortun köməkçisi olmuşdur. 1981-ci ildə ABŞ-nin İnsan Haqları üzrə Təhsil Katibinin köməkçisi oldu və 1982-ci ildə Məşğulluq Bərabərliyi Komissiyasının prezidenti seçildi. 1990-cı ildə Prezident Corc Buş onu Kolumbiya Bölgəsi Apellyasiya Məhkəməsinin hakimi təyin etdi. Ağır cinayətlər törətmiş əqli cəhətdən geri qalan insanlar üçün edam cəzasının tətbiqini dəstəkləmək də daxil olmaqla bir sıra məsələlərdə sərt fikirləri ilə tanınır.
Sen-Tomas
Sen-Tomas — ABŞ-nin Vircin adaları, Karib dənizində yerləşən Amerika Birləşmiş Ştatlarının birləşməmiş ərazisi. Ada, ərazinin paytaxtı — Şarlotta Amaliya limanı. Əhalisi (2010-cu ilin siyahıya alınması üzrə) 51 634 nəfərdir. ABŞ Vircin adalarının ümumi əhalisinin 48,5% . Ərazisi — 80,91 km². == Tarixi == Ada əvvəlcə təxminən 1500 il əvvəl Siboney qəbiləsinin hindilər tərəfindən məskunlaşmışdı. Onları avaraki qəbiləsi və sonra kariblər əvəz etdi. Sen-Tomas Amerikaya ikinci səfəri zamanı 1493-cü ildə Xristofor Kolumb tərəfindən aşkar edildi. Tezliklə adada olan hindilər Avropalıların gətirdiyi xəstəliklərdən öldülər və adanın bir yarım əsrdə quldurları tərəfindən istifadə edildi. 1917-ci ildə, Sen-Tomas Sen Con, Santa Kruz və kiçik olan adaları ilə birlikdə ABŞ Danimarkadan 25 milyon dollar almışdı.
Sent-Tomas
Sen-Tomas — ABŞ-nin Vircin adaları, Karib dənizində yerləşən Amerika Birləşmiş Ştatlarının birləşməmiş ərazisi. Ada, ərazinin paytaxtı — Şarlotta Amaliya limanı. Əhalisi (2010-cu ilin siyahıya alınması üzrə) 51 634 nəfərdir. ABŞ Vircin adalarının ümumi əhalisinin 48,5% . Ərazisi — 80,91 km². == Tarixi == Ada əvvəlcə təxminən 1500 il əvvəl Siboney qəbiləsinin hindilər tərəfindən məskunlaşmışdı. Onları avaraki qəbiləsi və sonra kariblər əvəz etdi. Sen-Tomas Amerikaya ikinci səfəri zamanı 1493-cü ildə Xristofor Kolumb tərəfindən aşkar edildi. Tezliklə adada olan hindilər Avropalıların gətirdiyi xəstəliklərdən öldülər və adanın bir yarım əsrdə quldurları tərəfindən istifadə edildi. 1917-ci ildə, Sen-Tomas Sen Con, Santa Kruz və kiçik olan adaları ilə birlikdə ABŞ Danimarkadan 25 milyon dollar almışdı.
Stafford Tomas
Tomas Patten Stafford (ing. Thomas Patten Stafford; 17 sentyabr 1930, Vezerford[d], Oklahoma) — ABŞ astronavtı, HHQ briqada generalı. == Fəaliyyəti == 1952-ci ildə ABŞ Hərbi Dəniz Akademiyasını bitirmişdir. 1962-ci ildə ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar üzrə Milli İdarəsinin (NASA) astronavtlar qrupuna daxil edilmişdir. 1965-ci il dekabrın 15–16-da "Cemini-6" kosmik gəmisinin 2. pilotu kimi kosmosa uçmuş (U. Şirra ilə birlikdə), 25 saat 51 dəqiqə ərzində Yer ətrafında 17 dövr etmişdilər. 1966-cı ilin iyulun 3–6-da "Cemini-9" kosmik gəmisinin komandiri kimi kosmosa uçmuş (Y. Sernanla birlikdə), 72 saat 21 dəqiqə ərzində Yer ətrafında 45 dövrə vurmuşdur (1.8 milyon kilometrdən çox). 1969-cu ilin mayın 18–26-da "Apollon-10" kosmik gəmisində Ayın süni peyki orbitinə çıxmış (C. Yanq və Y. Sernanla birlikdə), kosmik gəmidən ayrılan Ay kabinəsində Ayın səthinə 15 km yaxınlaşmışdır (Y. Sernanla). 8 saatdan sonra Ay kabinəsi təkrar kosmik gəmi ilə birləşmişdir. Uçuş 192 saat 3 dəqiqə davam etmişdir.
Tomas Addison
Tomas Addison (ing. Thomas Addison; 2 aprel 1793 – 29 iyun 1860[…], Brayton, Şərqi Susseks qraflığı[d]) — İngiltərə həkimi, klinisisti və patanatomu. == Həyatı == Tomas Addison 2 aprel 1793-ci ildə İngiltərədə anadan olmuşdur. O, Edinburq tibb məktəbini bitirmiş, London xəstəxanalarında işləmişdir. Ağciyərin patologiyasına aid qiymətli əsərləri var. Addison böyrəküstü vəzinin Addison xəstəliyini ilk dəfə təsvir etmişdir. O, 29 iyun 1860-cı ildə, 67 yaşında Brayton şəhərində vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Benjamin, John. Addison, Thomas // Dictionary of Scientific Biography. 1.
Tomaş Pesyar
Tomaş Pesyar (d. 22 avqust 2002) — Slovakiyalı üzgüçü. Tomaş Pesyar Slovakiyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Tomaş Pesyar birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 54:00.7 saniyəlik nəticə ilə 40-cı yeri tutdu və yarışı başa vurdu.
Tomaş Rositski
Tomaş Rositski (çex. Tomáš Rosický; d. 4.11.1980, Praqa, Çexiya) — çex futbolçu.