Toydaş dağı

Toydaş dağı – Вabək rayonu ərazisində dağ (hünd. 1312,7 m). Naxçıvan dağarası çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin suayırıcısında zirvə. Sirabçayın sağ sahilində, Sirab kəndindən 1,3 km şimal-şərqdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan Alt Miosen yaşlı andezit-dasit və kvarslı andezit tərkibli ekstruziv günbəzdir. Cənub-qərbşimal-şərq yamaclarında iki daha kiçik, eynitərkibli maqmatik kütlə açılır, həmçinin şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılma pozulmaları izlənilir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarında müşahidə edilən Sirab sinklinalını şimal-şərqdən hüdudlandıran Naxçıvan dərinlik fay qırılmasının yatan qanadında yerləşir.[1]

Toydaş dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1312,7 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Konusvari formadadır, subvulkandır.

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.