Tobias Asser (ing. Tobias Michael Carel Asser; 28 aprel 1838[2][3][…], Amsterdam – 29 iyul 1913[2][3][…] və ya 29 iyun 1913[4], Haaqa[5]) — yəhudi əsilli hollandiyalı vəkil və hüquqşünas. 1911-ci ildə Alfred German Fridlə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. Tobias Asserə Nobel sülh mükafatı 1899-cu ildə Haaqada keçirilən sülh konfransındakı arbitraj sahəsində gördüyü işlərə görə verilmişdir.
Tobias Asser | |
---|---|
ing. Tobias Michael Carel Asser | |
| |
Doğum tarixi | |
Doğum yeri | Amsterdam, Niderland |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Haaqa, Niderland |
İxtisası | hüquqşünas |
Təhsili |
Amsterdam Universiteti Leyden Universiteti |
Fəaliyyəti | hüquqşünas, hakim, siyasətçi, vəkil, professor, diplomat, universitet müəllimi[d] |
Mükafatları | 1911 Nobel sülh mükafatı |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tobias Asser Karl Daniyel Asserin oğlu və Karel Asselin nəvəsi olaraq Amsterdamda anadan olmuşdur. Amsterdam Universiteti və Leyden Universitetində hüquq təhsili almışdır. Tobias Asser daha sonra Amsterdam Universitetində hüquq üzrə professor olmuşdur.
Tobias Asser Con Vestleyk və Qustav Lorin-Jakkemin ilə birgə Beynəlxalq hüquq və Müqayisəli hüquq jurnalını (fr. Revue de Droit International et de Législation Comparée) təsis etmişdir. Bundan başqa, 1873-cü ildə Beynəlxalq Hüquq İnstitutunun qurucularından biri olmuşdur.[6]
1899 və 1907-ci illərdə keçirilən hər iki Haaqa Sülh Konfransında da Niderlandın nümayəndəsi olaraq təmsil olunmuşdur.[6] İlk konfransdakı Daimi Hakimlik Məhkəməsinin qurulmasındakı xidmətlərinə görə 1911-ci ildə Nobel sülh mükafatına layiq görülmüşdür. 1902-ci ildə ABŞ və Meksika hökumətləri arasındakı anlaşılmazlıqlarla bağlı keçirilən məhkəmədə iştirak etdi. Eyni zamanda Haaqa Beynəlxalq Hüquq Akademiyasının qurulmasında xidmətləri oldu. Buna baxmayaraq, sağlığında bu akademiyanın qurulmasını görə bilmədi.[6]
Ölümündən sonra Beynəlxalq fərdi və ictimai hüququ, Avropa hüququ və Beynəlxalq Ticarət Anlaşılmazlıqları haqqında tədqiqatlar aparan və Tobias Asserin xatirəsinə Tobias Maykl Asser İnstitutu olaraq adlandırılan tədqiqat institutu quruldu. Bu institut hələ də Haaqada fəaliyyət göstərir.