Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tayler
Taylor — Böyük Britaniyanın və ABŞ soyadı və verilmiş adı.
Albert Tayler
Albert Tayler (d. 4 yanvar 1872; Hamilton, Birləşmiş Ştatlar - ö. 25 iyul 1945; Kumberland, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında gümüş medal qazanıb. Albert Tayler 1872-cü ilin 4 yanvar günündə Birləşmiş Ştatların Ohayo ştatının Hamilton şəhərində anadan olub. 1945-ci ilin 25 iyul tarixində isə Men ştatının Kumberland şəhərində ömrünün 73-cü yaşında vəfat edib. Albert Tayler 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. Şüvüllə tullanma yarışlarında mübarizə aparan Tayler 3.30 metr nəticəyə imza atdı və I Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Bonni Tayler
Bonni Tayler (ing. Bonnie Tyler - 8 iyun 1951) — Uels əsilli müğənni. Əsl adı Geynor Hopkins (Gaynor Hopkins) olan Taylerin yaradıcılığının ən aktiv dövrü XX əsrin 70–80-ci illəri olub. Bonni Tayler 2013 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı "Believe In Me" mahnısı ilə təmsil etmiş və Böyük Britaniyaya 19-cu yeri qazandırmışdır. Geynor Hopkins Uelsin Skuene şəhərində 1951-ci il 8 iyun tarixində anadan olub. Atası Qlindur kömür mədənçisi və anası Elsi evdar qadın idi. Hopkins ailəsi dörd qız və iki oğul böyüdüb, onlar dörd otaqlı evdə yaşayırdılar. Onun böyük bacıları gözəl musiqi zövqlərinə malik idilər və onlar Taylerdə Elvis Presli ,The Beatles kimi ifaçılara maraq oyatdılar. Hopkinslər ailəsi çox dindar protestant idilər. Onun ilk ictimai çıxışı uşaq ikən məhz ibadətgahda olub.
Con Tayler
Con Tayler (ing. John Tyler, 29 mart 1790[…] – 18 yanvar 1862[…], Riçmond, Virciniya, Amerika Konfederativ Ştatları) — Amerika Birləşmiş Ştatlarının 10-cu prezidenti (1841–1845) və 10-cu vitse-prezidenti (4 mart-4 aprel 1841). Con Tayler seçim yolu ilə deyil, vitse-prezident kimi, özündən əvvəlki prezident Vilyam Henri Harrisonun vəfat etməsindən sonra hakimiyyətə gəlmiş ilk ABŞ prezidentidir. Viqlər partiyasının nümayəndəsi olmasına baxmayaraq, hakimiyyəti dövründə demokratların mövqeyini dəstəkləmiş və hakimiyyətinin sonunadək Konqreslə gərgin münasibətlərdə olmuşdur. Tayler 1841–1845-ci illərdə prezident olmuşdur. 1861-ci ildə ABŞ-də cənub ştatlarının şimaldan ayrılmasına çağırışla bağlı Vətəndaş müharibəsi başlamışdır. Cənublular Taylerin də iştirak etdiyi (o, həmin vaxt Nümayəndələr Palatası Konfederasiyasının üzvü olmuşdur) konfederasiya yaratmışlar. Nəticədə cənubluların digər liderləri ilə yanaşı ona şimallılar tərəfindən dövləti cinayətdə ittiham elan edilmişdir. Tayler 1862-ci ildə (müharibə üç il sonra başa çatmışdır) vəfat etmişdir. İngilis əsilli əcdadları 200 əvvəl Virciniyada məskunlaşmış Con Tayler 1790-cı il martın 29-da Vilyamsburqda anadan olub.
Culiya Tayler
Culiya Tayler (ing. Julia Gardiner Tyler; 4 may 1820[…] və ya 17 may 1820, Lonq-Aylend, Nyu-York ştatı – 10 iyul 1889[…], Riçmond) — ABŞ siyasətçisi, 10-cu Prezidenti Con Taylerin həyat yoldaşı. Doğum tarixi dəqiq məlum deyil (4 may və ya 29 aprel).
Tayler Hamilton
Tayler Li Hamilton (5 yanvar 1999-cu ildə anadan olub) — Çempionşip təmsilçələrindən olan Hall Siti klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. Barkvort səkkiz yaşı olarkən Hall Siti klubuna qəbul olunmuş və 2016-cı ilin iyul ayında klub ilə müqavilə imzalamışdır. O, öz peşəkar karyerasında debütünü 22 avqust 2017-ci ildə İngiltərə Liqa Kubokunda Donkaster Rovers klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Hall Siti rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur.
Uot Tayler
Vot Tayler(ing. Walter "Wat" Tyler; 4 yanvar 1341 — 15 iyun 1381) — 1381-ci ildə orta əsr İngiltərəsində baş verən böyük kəndli üsyanının başçısı. Vot Tayler 4 yanvar 1341-ci ildə Kent qraflığında anadan olmuşdu. Dəmirçi idi. Onun gənclik həyatı «Life and Adventures of Wat Tyler, the Brave and Good» (1851) kitabın müəllifi tərəfindən əks olunub. Vot Tayler 15 iyun 1381-ci ildə öldürüldü. XIV əsrin sonlarında Qərbi Avropa ölkələrini taun xəstəliyi bürüdü. Xalq bunu «qara ölüm» xəstəliyi adlandırırdı. Əhalinin üçdə biri qırıldı. Parlament yoxsulları az miqdarda əmək haqqı ilə işləməyə məcbur edirdi, boyun qaçıranlara ağır cəza verilirdi.
Vot Tayler
Vot Tayler(ing. Walter "Wat" Tyler; 4 yanvar 1341 — 15 iyun 1381) — 1381-ci ildə orta əsr İngiltərəsində baş verən böyük kəndli üsyanının başçısı. Vot Tayler 4 yanvar 1341-ci ildə Kent qraflığında anadan olmuşdu. Dəmirçi idi. Onun gənclik həyatı «Life and Adventures of Wat Tyler, the Brave and Good» (1851) kitabın müəllifi tərəfindən əks olunub. Vot Tayler 15 iyun 1381-ci ildə öldürüldü. XIV əsrin sonlarında Qərbi Avropa ölkələrini taun xəstəliyi bürüdü. Xalq bunu «qara ölüm» xəstəliyi adlandırırdı. Əhalinin üçdə biri qırıldı. Parlament yoxsulları az miqdarda əmək haqqı ilə işləməyə məcbur edirdi, boyun qaçıranlara ağır cəza verilirdi.
Leksi Tayler
Leksi Tayler (16 may 1983 və ya 16 may 1979) — amerikalı pornoaktrisa və model. İlk böyüklər filmini 2003-cü ildə "Real XXX Letters 3" filmi ilə çəkib. Tayler italyan/ispan əsillidir. O, gənc yaşlarında diqqətləri üzərinə çəkib və 2008-ci ildə "Porno Oskarları" olaraq xarakterizə edilən AVN Mükafatlarında iki mükafat qazanmağı bacarıb.
Tayler Parkford
Tayler Parkford (ing. Tyler Parkford; 1 mart 1985, Lonq-Biç, Kaliforniya) — amerikalı musiqiçi. Los-Ancelesdə qurulmuş Mini Mansions qrupunun vokalisti və klaviatura ifaçısıdır. O, həmçinin launj pop dueti Mister Goodnite-ın üzvüdür. Parkford Arctic Monkeys və The Last Shadow Puppets qrupunun konsertlərində çıxış edir. Parkford Kaliforniyanın Lonq-Biç şəhərində böyüyüb. Uşaq ikən klassik fortepiano təhsili alıb və sonra gitara çalmağı öyrənib. Santa Cruz, Kaliforniya Universitetində kino məktəbində daxil olub. Məhz orada gələcək qrup yoldaşı Zak Daues ilə tanış olmuşdur. Üçlük 2009-cu ildə Queens of the Stone Age qrupunun basçısı Maykl Şumen ilə birlikdə Mini Mansions qrupunu yaratmışdır.
Letisiya Kristian Tayler
Letisiya Kristian Tayler (ing. Letitia Christian Tyler, 12 noyabr 1790 – 10 sentyabr 1842, Ağ Ev) — ABŞ siyasətçisi, 10-cu Prezidenti Con Taylerin həyat yoldaşı.
Uot Tayler üsyanı
Uot Tayler üsyanı — İngiltərədə 1381-ci ildə Uot Taylerin başçılığı ilə baş vermiş böyük üsyan. Şəhərlərin artması nəticəsində, fransız feodalları kimi, ingilis feodalları da öz mülklərindən daha çox gəlir götürməyə çalışırdılar. XIV əsrin sonlarında Qərbi Avropa ölkələrini taun xəstəliyi bürüdü. Xalq bunu «qara ölüm» xəstəliyi adlandırırdı. Əhalinin üçdə biri qırıldı. Parlament yoxsulları az miqdarda əmək haqqı ilə işləməyə məcbur edirdi, boyun qaçıranlara ağır cəza verilirdi. Xalq təbliğatçıları meydana gəldi. Təbliğatçı Con Boll hamının bərabər olması ideyasını irəli sürdü və buna görə həbs olundu.
Zak Tayler Eysen
Zak Tayler Eysen (ing. Zach Tyler Eisen) — keçmiş ABŞ səs aktyoru. Ən çox Avatar: Aanq haqqında əfsanə serialının baş personajını səsləndirdiyinə görə tanınır.
Drayver
Drayver (ing. Driver) yaxud sürücü — kompüterin funksiyalarını idarə edən bir növ proqramdır. Bu proqram kompüterin əməli yaddaşı (RAM), video kartı , səs gücləndiriciləri, faksı, internet modemləri, prinetri, Bluetoothu və s. idarə edir. Belə ki, yeni alınmış kompüterə əməliyyat sistemi yüklədikdən sonra dərhal "sürücüləri" yükləmək lazımdır. Sürücülərin hamısı eynitipli deyil, onları yükləməzdən əvvəl əməliyyat sistemini, kompüterin və cihazın markasını düzgün seçmək lazımdır. Əks halda sürücü kompüterlə uzlaşmayacaq. Adətən sürücülərin həcmi 2–20 MB arası olur. Sürücülər disklərdə çox yayılsalar da, onları daha çox internetdən yükləyirlər. Sürücünü bir diskdən (original diskdən) başqa diskə (pirat diskə) köçürdükdə sürücü etibarlı olmur.
Kraysler
Chrysler — 1925-də ABŞ-də qurularaq daha sonrakı illərdə də Dodge markasını satın alaraq 1930-cu illərdə Amerikanın ən geniş xidmət şəbəkəsinə sahib markası halına gələn avtomobil firması. 1980-ci illərdə Mitsubishi markası ilə ortaq istehsallar etmiş və iflasın eşiyindən Voyager-Grand voyager modeli ilə dönmüşdür. Chrysler, Dodge, Plymouth və Jeep markaları adı altında istehsal etmişdir. Dodge, Jeep və Chrysler, 2000 İyununda Daimler-Benzin satın almasıyla Daimlər Chrysler avtomobil qrupunun parçası halına gəlmişlər. Bu ortaqlığın ilk məhsulu da 2002-ci ildə 3 milyon km test edilərək bazara çıxardılan, Amerikadakı adıyla Liberty, Avropadakı adıyla Cherokeedir. Şirkət 2007-ci ildə zərər etdiyi üçün yüzdə 80.1 hissəsi 7.41 milyard dollara Cerberus şirkətinə satılmışdır.
Treyder
Treyder (ing. Trader «tacir, alverçi») — öz təşəbbüsü ilə hərəkət edən və ticarət prosesindən birbaşa qazanc əldə etməyə çalışan tacir. Ümumiyyətlə, birjada qiymətli kağızların (səhmlər, istiqrazlar, fyuçerslər, opsionlar) ticarəti deməkdir. Treyderlərə xarici valyuta (forex) və əmtəə bazarlarında (məsələn, "taxıl alverçisi") treyderlər də deyilir: ticarət treyderlə həm birja, həm də birja olmayan bazarlarda həyata keçirilir. Treyder müştərilərin istəyi və ya onların adından əməliyyat aparan digər treyderlərlə qarışdırılmamalıdır: broker, diler, distribyutor. Treydinq — ticarət treyderin birbaşa işidir: mövcud bazar vəziyyətini təhlil etmək və ticarət müqavilələri bağlamaq. Peşəkar treyderlər — maliyyə qurumlarında və ya müəssisələrdə (banklar, sığorta şirkətləri, pay fondları, brokerlər, dilerlər) işləyirlər. Ümumiyyətlə xüsusi bir təhsili və müvafiq fəaliyyət üçün lisenziyası var. Pulla və şirkətlərinin və ya müştərilərinin maraqları naminə əməliyyatlar həyata keçirirlər. Rusiya qanunlarına görə, bu cür treyderlərdən fərdi sertifikatlar tələb olunur (əvvəllər FFMS tərəfindən verilirdi, indi bununla Rusiya Bankı məşğul olur).
Triller
Triller — insanda gərgin həyəcanlanma, narahatlıq hissi yaradan filmə deyilir. Əksər filmlərin süjetində rast gəlinən triller elementi bu janrda rejissor tərəfindən xüsusilə istifadə olunur. Triller tamaşaçıların qaçılmaz gördüklərini gecikdirməklə yaranır və qaçmağın təhlükə və ya qeyri-mümkün göründüyü vəziyyətlərdə qurulur. Tamaşaçılardan vacib məlumatları ört-basdır etmək, döyüş və təqib səhnələri ümumi üsullardır. Trillerdə həyat adətən təhlükə altında olur, məsələn, qəhrəman təhlükəli vəziyyətə düşdüyünü dərk etməməsi kimi. Trillerlərin personajları bir-biri ilə və ya bəzən mücərrəd ola bilən xarici qüvvə ilə toqquşur. Qəhrəman tez-tez qaçış, missiya və ya sirr kimi bir problemlə qarşılaşır.
Taylor
Taylor — Böyük Britaniyanın və ABŞ soyadı və verilmiş adı.
Taymer
Taymer (timer) – akustik sistemi idarə etmək, tarix və zamanı izləmək və başqa işlərlərdə gərəkli olan zaman intervallarını ölçmək üçün istifadə olunan hesablama sistemində: registr (yüksəksürətli yaddasaxlama sxemi), xüsusi sxem (kristal), yaxud sistem proqramı. Taymerin impulsları sinxronlaşmanın sistem tezliyi əsasında alına bilərsə də, o, sistem saatı deyil. Sistemlərin çoxunda kəsilmə taymerləri olur ki, onlar cari proqramın icrasını dayandırır və idarəetməni əməliyyat sisteminə verir Taymerlər İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kraysler binası
Kraysler Binası (ing. Chrysler Building) — Nyu-York şəhərində yerləşən, Art-Deko tərzində göydələn. Manhettenın şərq tərəfindəki Turtle Bay bölgəsində yerləşən bina, 42-ci prospekt ilə Leksinqton prospektinin kəsişdiyi nöqtədədir. 319 metr yüksəkliyində olan göydələn, açılışından 11 ay sonra tamamlanan Empayr Steyt Bildinq onu keçənə qədər, dünyanın ən yüksək binası ünvanına sahib idi. 1973-cü ildə Dünya Ticarət Mərkəzinin inşası ilə Nyu-Yorkdakı üçüncü ən yüksək bina olan Chrysler Binası, 11 sentyabr hücumları zamanı Dünya Ticarət Mərkəzinin dağılmasından sonra yenidən şəhərdəki ikinci ən yüksək bina oldu. 2007-ci ilin dekabr ayında Bank of America binasının hündürlüyü əlavə edilmiş antenası ilə 365.8 metr olduqdan sonra, Kraysler yenidən şəhərin üçüncü ən hündür binası oldu. 2007-ci ildə açılan New York Times Binası isə Kraysler Binası ilə eyni hündürlüyə malikdir. Art-Deko memarlıq sahəsində klassikləşmiş nümunələrdən biri olaraq göstərilən Kraysler Binası, bir çox müasir memar tərəfindən Nyu-Yorkdakı ən gözəl bina hesab olunur. 2007-ci ildə Amerikanın AİA tərəfindən nəşr olunan "Ən sevimli memarlıq siyahıları" adlı siyahıda doqquzuncu yeri tutdu. Bu göydələnin bir hissəsi 1930-cu ildən 1950-ci illərin ortalarına qədər Kraysler şirkətinin ofisləri olaraq istifadə olunsa da, şirkətin binanın tikilməsində heç bir rolu olmayıb.
Kurtis Strayker
Körtis Strayker (ing. Kurtis Stryker) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Polis vəzifəsini yerinə yetirir. Qara qüvvələrə qarşı vuruşur.
La-Trankler
La-Trankler (fr. La Tranclière) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Pon-d'En kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01425. Kommuna Paris şəhərinin 380 km cənub-şərqində, Lion şəhərindən 55 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 11 km cənubda yerləşir. 2010-ci ildə əhalinin sayı 301 nəfər təşkil edirdi. 2010-cu ildə 189 (15-64 yaş) əmək qabiliyyətli insanlar arasında 142 nəfər iqtisadi cəhətdən aktiv, 47 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi% 75,1, 1999-cu ildə 75,1%). 142 aktiv sakindən 137 nəfər işləyirdi (78 kişi və 59 qadın), 5 işsiz var (1 kişi və 4 qadın).
Request Tracker
Request Tracker — sorğuları işləmək üçün pulsuz sistemdir. Request Tracker anlayışını müxtəlif cür konfiqurasiya etmək olar. Request Tracker e-poçtla göndərilən insident məlumatını avtomatik qeydiyyata alır və bu məlumatı göndərən istifadəçiyə bilet verir. İnformasiya verilənlər bazasında saxlanılır.
Trayqen adası
Trayqen adası (isp. Isla Traiguén) — Çilinin Çonos arxipelaqına daxil olan ada. Sahəsi 520,2 km² təşkil edir. Maksimal hündürlüyü 701 metrdir.
Triller (mahnı)
Thriller — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Triller (sinql)
Thriller — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Triller filmi
Triller — insanda gərgin həyəcanlanma, narahatlıq hissi yaradan filmə deyilir. Əksər filmlərin süjetində rast gəlinən triller elementi bu janrda rejissor tərəfindən xüsusilə istifadə olunur. Triller tamaşaçıların qaçılmaz gördüklərini gecikdirməklə yaranır və qaçmağın təhlükə və ya qeyri-mümkün göründüyü vəziyyətlərdə qurulur. Tamaşaçılardan vacib məlumatları ört-basdır etmək, döyüş və təqib səhnələri ümumi üsullardır. Trillerdə həyat adətən təhlükə altında olur, məsələn, qəhrəman təhlükəli vəziyyətə düşdüyünü dərk etməməsi kimi. Trillerlərin personajları bir-biri ilə və ya bəzən mücərrəd ola bilən xarici qüvvə ilə toqquşur. Qəhrəman tez-tez qaçış, missiya və ya sirr kimi bir problemlə qarşılaşır.
Triller filmləri
Triller — insanda gərgin həyəcanlanma, narahatlıq hissi yaradan filmə deyilir. Əksər filmlərin süjetində rast gəlinən triller elementi bu janrda rejissor tərəfindən xüsusilə istifadə olunur. Triller tamaşaçıların qaçılmaz gördüklərini gecikdirməklə yaranır və qaçmağın təhlükə və ya qeyri-mümkün göründüyü vəziyyətlərdə qurulur. Tamaşaçılardan vacib məlumatları ört-basdır etmək, döyüş və təqib səhnələri ümumi üsullardır. Trillerdə həyat adətən təhlükə altında olur, məsələn, qəhrəman təhlükəli vəziyyətə düşdüyünü dərk etməməsi kimi. Trillerlərin personajları bir-biri ilə və ya bəzən mücərrəd ola bilən xarici qüvvə ilə toqquşur. Qəhrəman tez-tez qaçış, missiya və ya sirr kimi bir problemlə qarşılaşır.