Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Trotski
Lev Davidoviç Trotski (rus. Лев Дави́дович Тро́цкий, əsl soyadı Bronşteyn; 26 oktyabr (7 noyabr) 1879, Bereslavka[d], Xerson quberniyası, Rusiya imperiyası – 21 avqust 1940[…], Koyoakan[d]) — Marksist inqilabçı və nəzəriyyəçi, Sovet siyasi xadimi, Qırmızı ordu qurucusu və ilk rəhbəri, trotskizm nəzəriyyəsinin banisi. Trotski əvvəlcə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Menşevik İnternasionalist qanadını dəstəkləyirdi. O 1917-ci il Oktyabr İnqilabı baş verməmiş, tez bir zamanda Bolşeviklərə qoşulmuş və nəhayət Rusiya Sosial Demokrat Fəhlə (bolşeviklər) Partiyasında lider olmuşdur. RSFSR-in və SSRİ-nin ilk illərində o, Xarici İşlər üzrə Xalq Komissarı kimi və sonra Hərbi Dəniz İşləri üzrə Xalq Komissarı rütbəsi ilə Qırmızı Ordunun yaradıcısı və komandanı kimi xidmət etmişdir. 1920-ci illərdə Stalinin siyasəti və yüksəlişinə qarşı və Sovet İttifaqında bürokratiyanın artan roluna qarşı apardığı uğursuz mübarizədən sonra, Trotski hakimiyyətdən kənarlaşdırılmış (Oktyabr 1927), Kommunist Partiyasından xaric edilmiş (Noyabr 1927) və sonda, 1929-cu ildə Sovet İttifaqından sürgün olunmuşdur. Meksikada sürgündə olarkən, Trotski, IV İnternasionalın başçısı kimi, Sovet İttifaqındakı Stalin bürokratiyasına qarşı çıxmağa davam etmişdir. Avropa faşizminə qarşı Qırmızı Ordunun müdaxiləsinin ilk təbliğatçısı, Trostski, Stalinin Hitlerlə imzaladığı "qarşılıqlı toxunulmazlıq paktı"na qarşı çıxmışdır. 1940-cı ilin avqustunda Stalinin əmrilə Meksikada ispaniyalı Sovet agenti Ramon Merkader (Ramón Mercader) tərəfindən qətlə yetirilmişdir. Onun SSRİ-də qalan ailə üzvlərinin əksəriyyəti həbs olunmuş və edam edilmişdir.
Lev Trotski
Lev Davidoviç Trotski (rus. Лев Дави́дович Тро́цкий, əsl soyadı Bronşteyn; 26 oktyabr (7 noyabr) 1879, Bereslavka[d], Xerson quberniyası, Rusiya imperiyası – 21 avqust 1940[…], Koyoakan[d]) — Marksist inqilabçı və nəzəriyyəçi, Sovet siyasi xadimi, Qırmızı ordu qurucusu və ilk rəhbəri, trotskizm nəzəriyyəsinin banisi. Trotski əvvəlcə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Menşevik İnternasionalist qanadını dəstəkləyirdi. O 1917-ci il Oktyabr İnqilabı baş verməmiş, tez bir zamanda Bolşeviklərə qoşulmuş və nəhayət Rusiya Sosial Demokrat Fəhlə (bolşeviklər) Partiyasında lider olmuşdur. RSFSR-in və SSRİ-nin ilk illərində o, Xarici İşlər üzrə Xalq Komissarı kimi və sonra Hərbi Dəniz İşləri üzrə Xalq Komissarı rütbəsi ilə Qırmızı Ordunun yaradıcısı və komandanı kimi xidmət etmişdir. 1920-ci illərdə Stalinin siyasəti və yüksəlişinə qarşı və Sovet İttifaqında bürokratiyanın artan roluna qarşı apardığı uğursuz mübarizədən sonra, Trotski hakimiyyətdən kənarlaşdırılmış (Oktyabr 1927), Kommunist Partiyasından xaric edilmiş (Noyabr 1927) və sonda, 1929-cu ildə Sovet İttifaqından sürgün olunmuşdur. Meksikada sürgündə olarkən, Trotski, IV İnternasionalın başçısı kimi, Sovet İttifaqındakı Stalin bürokratiyasına qarşı çıxmağa davam etmişdir. Avropa faşizminə qarşı Qırmızı Ordunun müdaxiləsinin ilk təbliğatçısı, Trostski, Stalinin Hitlerlə imzaladığı "qarşılıqlı toxunulmazlıq paktı"na qarşı çıxmışdır. 1940-cı ilin avqustunda Stalinin əmrilə Meksikada ispaniyalı Sovet agenti Ramon Merkader (Ramón Mercader) tərəfindən qətlə yetirilmişdir. Onun SSRİ-də qalan ailə üzvlərinin əksəriyyəti həbs olunmuş və edam edilmişdir.
Troiski (Arxangel)
Troiski (başq. Троицкий, rus. Троицкое) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Krasnokurt kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 28 km, kənd sovetliyindən (Şakir): 6 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 42 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (52 %), çuvaşlar (39 %) üstünlük təşkil edir.
Trotski (dəqiqləşdirmə)
Trotski (film, 1993) Trotski (film, 2009) Trotski (teleserial, 2017) — Rusiya televiziya serialı.
Trotski (soyad)
Trotski — soyad. Lev Trotski — Marksist inqilabçı və nəzəriyyəçi, Sovet siyasi xadimi. Sergey Trotski — Ssenari müəllifi, aktyor.
Bizim inqilabımız (Trotski)
"Bizim inqilabımız" (rus. Наша революция) — Lev Trotskinin 1906-cı ildə N. Trotski təxəllüsü altında yazdığı kitab. Kitab 1904—1906-cı illər ərzində yazılan məqalələr toplusundan ibarətdir. Məqalələr içərisində ən mühüm və məşhuru axırıncı olan "Yekunlar və perspektivlər" oldu. O, XX əsrin əvvəlində inqilabçıların mühitində böyük əks-səda doğurmuşdur; məqalədə iddia edilir ki, Rusiya İmperiyası kapitalizmin "ikinci eşelon"unun geridə qalmış ölkəsidir və nəticə olaraq dövlət və hökmdardan hərtərəfli asılı olan Rusiya burjuaziyası "zəif" adlandırılmışdır. Kitabda Trotski "permanent inqilab" konsepsiyası və A. Parvus, K. Kautski və P. Milyukovun əsərlərinə əsaslanan "qeyri-bərabər və qarışıq inkişaf qanunu" anlayışının formalaşmasını başa çatdırdı; Trotskinin təsəvvürlərinə görə, Rusiya İmperiyasının iqtisadiyyatını sənaye-ticarət təbəqəsi deyil məhz proletariat iflic edə bilər və onun payına gələcək inqilabda mühüm rol oynamaq nəsib olub. Trotskinin planlarına görə, bu inqilab milli zəminində başlamalı, internasional çərçivəsində inkişaf etməli və ümümdünya səviyyəsində bitməlidir. Beləliklə, Rusiya dövlətinə Rusiya və Avropanı birləşdirə biləcək inqilabi yüksəlişinin "detonator"u rolu düşürdü. O illərdə Leninin siyasi mövqesindən bir az daha solcu olan və sonrakı tənqidçilərin xeyli təhrif etdiyi Trotskinin baxışları 1920—1930-cu illərdə Sovet Rusiyasında Trotskinin leninizmə qarşı olan əsas "cəfəngiyatı" hesab edilməyə başlandı. Kitab və sonuncu məqalə bir çox dillərə tərcümə edilmişdir və dəfələrlə nəşr edilirdi; 1922-ci ildə SSRİ-də "Bizim inqilabımız"ın fraqmentlərinin olduğu Trotskinin "1905" kitabı nəşr olunmuşdur.
Mənim həyatım (Trotski)
Mənim həyatım: avtobioqrafik təcrübə (rus. Моя жизнь: Опыт автобиографии) — Oktyabr inqilabının təşkilatçılarından biri, Qırmızı Ordunun yaradılmasında əsas rol oynamış inqilabçı Lev Trotskinin (1879-1940) tərcümeyi-halı. Trotski əsəri Almatıda və Türkiyədə yaşayarkən yazmışdır; ilk dəfə 1929-1930-cu illərdə nəşr edilmişdir. Müəllifin bioqraflarının fikrincə, kitab keçmiş xalq komissarının əsərləri arasında ən yaxşılarından biridir və geniş oxucu kütləsinin marağına səbəb olub. Bu “polemik” əsərdə Oktyabr hadisələrinin mühüm tarixi təfərrüatları var və açıq-aşkar antistalinist oriyentasiya hiss olunur – orada sovet lideri ilk dəfə “görkəmli ortabab” kimi təsvir olunur. Kitab dünyanın bir çox dillərinə tərcümə olunub; ilk dəfə 1991-ci ildə SSRİ-də qanuni olaraq nəşr edilmişdir.
Trotski (teleserial, 2017)
"Trotski" (rus. Троцкий) — Aleksandr Kott və Konstantin Statskinin rejissorluğu ilə çəkilmiş 8 seriyalı Rusiya televiziya serialı. Serial Lev Trotskinin həyatını və onun XX əsrin siyasi hadisələrindəki rolunu əks etdirir. Premyerası 6 noyabr 2017-ci ildə Pervıy kanalda baş tutmuşdur. Serialın dünya premyerası Kannda keçirilən MIPCOM beynəlxalq televiziya sərgisində olub. 1940-cı ilin mayında Mexikonun ucqar ərazilərində polis geyimində olan kommunistlər rus inqilabının keçmiş lideri Lev Trotskinin evinə hücum edirlər. Onlar bir neçə saat ərzində evi atəşə tuturlar, lakin Trotski və xanımı müəmmalı şəraitdə sağ qalırlar. On bir illik sürgündə, demək olar ki, bütün yaxınlarını və doğmalarını itirmiş Trotski anlayır ki, əbədi düşməni İosif Stalin onu ömrünün sonuna qədər təqib edəcək. Onun əlindən qaçmaq mümkündür, lakin gizlənmək olmaz. Beləliklə, Trotski döyüşə başlayır.
Yeni Troiski (Avurğazı)
Yeni Troiski (başq. Яңы Троицкий, rus. Малый Нагадак) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Terəpə kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Terəpə): 7 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 10 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (100 %) üstünlük təşkil edir.
Yeni Troiski (Bakalı)
Yeni Troiski (başq. Яңы Троицкий, rus. Новотроицкое) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Şərəli kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 7 km, kənd sovetliyindən (Köhnə Şərəli): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 82 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (86%) üstünlük təşkil edir.
Yeni kurs (Trotski)
"Yeni kurs" (rus. Новый курс) — Lev Trotski tərəfindən yazılmış və 11 dekabr 1923-cü ildə "Pravda" qəzetində dərc edilmiş məqalə; sonradan yeni materiallarla tamamlandı və eyni başlıq altında ayrıca broşüra kimi nəşr olundu. Trotski bu əsərində bolşeviklər Partiyasının tədricən bürokratikləşməsi mövzusunda öz müşahidələrini açıqladı və mübarizə vasitəsi kimi SSRİ-də bütövlükdə birpartiyalı sistemin saxlanılması şərti ilə partiya həyatının demokratikləşdirilməsini təklif etdi. Məqalə mühüm təbliğat materialına çevrildi və onun ideyaları bolşeviklər sıralarında, xüsusən də Moskvada kifayət qədər dəstək aldı; Trotskinin fikirləri sovet gəncləri arasında da məşhur idi. “RK(b)P daxilində hakimiyyətin yenidən bölüşdürülməsi” kursu əsas sovet liderlərinin qarşılıqlı tənqidinə səbəb oldu, onlar Trotskinin “partiya yoldaşları” ilə şəxsi münaqişələrini bu əsərin ortaya çıxmasına səbəb kimi gördülər və bu işdən imtina etdilər. 1924-cü ilin yanvarında XIII partiya konfransında konfrans iştirakçıları Trotskinin tərəfdarlarını partiyada “xırda burjua” cərəyanı kimi xarakterizə edirdilər. Sonrakı illərdə Yeni kursun rədd edilməsi Sovet İttifaqının tarixində dönüş nöqtəsi oldu. Broşür dünyanın bir çox dillərinə tərcümə edilmiş və dəfələrlə təkrar nəşr edilmişdir.
Yuxarı Troiski (Bakalı)
Yuxarı Troiski (başq. Үрге Троицкий, rus. Верхнетроицкое) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Şərəle kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 10 km, kənd sovetliyindən (Köhnə Şərəle): 2 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 85 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (42%), kuryaşenlər (37%) üstünlük təşkil edir.
Treska
Treska (lat. Gadus) — Treskalar fəsiləsinə aid balıq cinsi. Ümumilikdə cinsə üç növ daxil edilsə də, hazırda Mintay növü də bura daxil edilir.
Tropik
Tropiklər (q.yun. τροπικός(κύκλος) — döngə dairəsi) — Yerin iqlim qurşaqları. Tropik bölgələr üçün isti iqlim xarakterikdir.
Troyka
Troyka (at qoşqusu) — köhnə rus at qoşqusudur.
Rokki
Rokki (ing. Rocky) — 1976-cı ildə istehsal olunmuş ABŞ filmidir. Film 3 Oskar mükafatına layiq görülmüşdür. Filmdə uydurulmuş boksçu Rokki Balboanın həyatından söhbət açılır. Bu film əsas ilham mənbəyini əfsanəvi "Boks Kralı" Məhəmməd Əlinin Çak Vepnerlə olan döyüşündən götürür. Çak Vepner 1975-ci ildə keçirilən yarışmada Məhəmməd Əliyə məğlub olmuşdur. Rokkinin prototipi Çak Vepner. Həqiqətən də, Çak Vepner Məhəmməd Əlini 9-cu raundda nokdauna göndərmişdir. Lakin 15-ci raundda Məhəmməd Əli dayanmadan xeyli sayda ağır zərbələr endirərək onu nokauta salmışdır.Beləcə, Məhəmməd Əli döyüşün qalibi olmuşdur. Apollo Kridin prototipi Məhəmməd Əlidir.
Röşti
Röşti (alm. Rösti‎, [ˈrøːʃti]) və ya rööşti - əsasən kartofdan hazırlanan məşhur İsveçrə yeməklərindən biridir. Başlanğıcda Bern Kantonunda yaşayan fermerlər tərəfindən hazırlanan bu səhər yeməyi hazırda bütün İsveçrə ərazisində, həmçinin qərb dünyasının bir çox restoranlarında yeyilir. İsveçrənin bir çox sakinləri Röştinin Milli yemək olduğunu hesab edir. Bu gün Röşti masaya qoyulduqda, tez-tez yanına "Spinat und Spiegelei" (ispanaq və qızardılmış yumurta), servelat və ya Fleischkäse kimi digər yeməklər də əlavə olunur. Həmçinin, hər hansı bir standart qarnir yeməyi əvəz etmək istəyən insanlar restoranlarda daha çox Röştini sifariş edirlər. Röşti kiçik dilimlərə bölünmüş və yağda qızardılmış kartofdan hazırlanır. Həmçinin, çiy və ya bişmiş kartof qarışığından da istifadə edilə bilər. Klassik röşti donuz ətindən hazırlanmış bekonla da zənginləşdirilə bilər (Emmentaler Röşti). Bern kantonunda artıq bişmiş kartoflara bir çay qaşığı qəhvə və süd əlavə olunur və daha sonra qızardılır.
Tiski
Tiksi (saxa Тиксии) — Saxa Respublikasının Bulun ulusunun mərkəzi olan, şəhər tipli qəsəbə. Rusiyanın ən ucqar şimal ərazisində yerləşən dördüncü yaşayış mənyəqəsidir (Dikson, Xatanqa, Dikson). Şəhər qütb en dairəsi daxilində, Lena deltası yaxınlığında, Laptevlər dənizinin Tiksi buxtasında yerləşir. Şimal dəniz yolu üzərində dayanacaq məntəqəsi kimi 1933-ci ildə əsası qoyulmuşdur. Bir il öncə isə Tiksinin yaxınlığında 1932-ci ildə Qütb stansiyası istifdəyə veilmişdir. 1957-ci ildə Qütb qeokosmofizik abservatoriya istifadəyə verilir. 1939-ci ildə yaşayış məntəqəsinə şəhər tipli qəsəbə statusu verilir. 1941—1944-ci illərdə burada SSRİ-nin daxili konvoy məntəqəsi rolunu oynayırdı. Halbu ki, bu ərəfələr ərazidə almanların sualtıqayıqları və torpedo katerləri yerləşirdi (gizli baza). Gəmiçilik Gəmiçilik üçün cəmi 3 aydan az müddətdə yararlı olur.
Torki
Torki (ing. Torquay — Böyük Britaniyada, İngiltərədə (İngiltərə Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Toska
Toska (it. Tosca) — Cakomo Puççininin İllika Luici, Cüzeppe Cakozanın librettosu əsasında yazmış olduğu 3 pərdəli opera. Əsərin ilk premyerası 14 yanvar 1900-cu ildə Romada olmuşdur. Toska pyesi V. Sardu tərəfindən yazılmış və xüsusi olaraq aktrisa Sara Bernara həsr edilmişdir. Əsərin ilk primyerası 24 noyabr, 1887 c ildə Parisin Port-Sen-Marten teatrında olmuşdur. Cakomo Puççini pyesə Milanın it. Filodrammatico səhnəsində baxır. Culio Rikordiyə 7 may 1889 cu ildə yazdığı məktubda, pyes əsasında opera yazmaq üçün Sardunun razılığını almağı ona tapşırır. Libretto yazmaq üçün Verdi və Franketti hər ikisi maraq göstərirlər. Sonuncu razılıq alaraq hətta operanı yazmağa başlayır, lakin son anda Rikordinin səyi nəticəsində icazə Cakomo Puççiniyə nəsib olur.
Trofi
Trofi İsrail Müdafiə Qüvvələri tərəfindən istifadə edilən aktiv müdafiə sistemidir. Həm ağır, həm də yüngül zirehli maşınlara yaxınlaşan raketləri və ya döyüş raketlərini zərərsizləşdirmək üçün istehsal olunur. Trophy, RAFAEL və İsrailin Elta şirkəti ilə müştərək şəkildə hazırlanmışdır. İstehsalçılara görə, bu model silah texnologiyasında bir etalon olacaqdır. Bu sistem əvvəlcə İsrail istehsalı Merkava əsas müharibə tankını tamamlamaq üçün istehsal edilmişdir. Dizaynında F/G lent atışa nəzarət sistemi olan sistemin avtomobildə 4 düz polad panel antenası var. Bu antenalar 360° bucaq altında maşının ətrafını müşahidə altında saxlayır. Hər hansı bir silahdan atəş edildikdə, daxili kompüter gələn silahın yaxınlaşma bucağını tapır. Yaxınlaşan silah tam müəyyən edildikdən sonra, kompüter təxmini vaxtı və onu təsirsiz hala gətirmək üçün lazım olan bucağı hesablayır. Avtomobilin hər iki tərəfində növbə ilə işləyən rampalar var.
Maks Bröske
Maks Bröske (alm. Max Bröske‎; d. 25 iyul 1882, Köniqsberq - ö. ?) — 1912 Yay Olimpiya Oyunlarında Almaniya İmperiyasını təmsil etmiş alman avarçəkən. Avarçəkən kimi kişilərin səkkizlik avarçəkmə idmanı üzrə Almaniya İmperiyasına bürünc medal qazandırmışdır.
Massimo Troizi
Massimo Troizi (it. Massimo Troisi; 19 fevral 1953 – 4 iyun 1994, Lido di Ostiya[d] və ya Roma) italyan aktyor, film rejissoru və yazıçı. 1992-ci ildə çəkilmiş Il Postino qısa filmində oynadığı Ruoppolo obrazı ilə şöhrət qazanmışdır. == Həyatı == Troizi Neapol yaxınlığında San Giorgio a Kremano kəndində geniş bir ailədə dünyaya göz açmışdır. Atası dəmiryolu mühəndisi idi. Çəkdiyi filmlərin bir çoxunda yaşadığı ailə təcrübələrini əks etdirmişdir. Orta məktəbdən məzun olduqdan dərhal sonra Troizi pərəstiş etdiyi yazar Pyer Paolo Pazolininin təsirləri ilə yazıçılıq fəaliyyətinə başlamışdır. 1969-cu ildən etibarən uşaqlıq dostları ilə birgə kənddəki kiçik bir teatr zalında çalışmağa başlamışdır. Anasının vaxtsız ölümündən təsirlənən Troizi psixoloji sarsıntı keçirərək zökəm xəstəliyinə tutulmuşdur. 1976-cı ildə müalicə üçün ABŞ-yə getməli olan Massimonun yol və əməliyyat xərcini dostları qarşılamışdır.
Nikolay Tomski
Nikolay Vasilyeviç Tomski (əsl soyadı — Qrişin; 1900–1984) — görkəmli sovet heykəltaraş-monumentalisti, pedaqoq, professor. SSRİ xalq rəssamı (1960). Sosialist Əməyi Qəhrəmanı (1970). SSRİ rəssamlıq akademiyasının prezidenti (1968–1983). Nikolay Vasilyeviç Qrişin 19 dekabr 1900-cü ildə Ramuşevo kəndində dəmirçi ailəsində anadan olub. 1914-cü ildə atası cəbhəyə gedən Nikolay bütün Birinci dünya müharibəsi illərində faktiki olaraq ailə başçısı olur. Vətəndaş müharibəsi başlayanda Nikolay Tomski Qırmızı orduya qatılır, döyüşür və yaralanır. Nikolay Tomski Ramuşevada təxminən 20 il yaşamışdır. Sonra o, Köhnə Rusiyaya qayıdır. Burada o, təsviri incəsənətə maraq göstərir, çoxlu şəkillər çəkir, dramatik dərnəyə yazılır, mütəşəkkil surətdə qiymətli insanlardan, peredvijnikçi Vasili Svaroqdan öyrənməyə təşəbbüs göstərir.
Praski Vitti
Praski Vitti (Vitalij Petrovič Petrov; rus. Виталий Петрович Петров), 17 sentyabr 1936) — Sovet və Rusiya rəssamı. O həmçinin şair Andrey Voznesenskinin şeirləri üçün şəkillər çəkir .