"Bizim inqilabımız" (rus. Наша революция) — Lev Trotskinin 1906-cı ildə N. Trotski təxəllüsü altında yazdığı kitab. Kitab 1904—1906-cı illər ərzində yazılan məqalələr toplusundan ibarətdir. Məqalələr içərisində ən mühüm və məşhuru axırıncı olan "Yekunlar və perspektivlər" oldu. O, XX əsrin əvvəlində inqilabçıların mühitində böyük əks-səda doğurmuşdur; məqalədə iddia edilir ki, Rusiya İmperiyası kapitalizmin "ikinci eşelon"unun geridə qalmış ölkəsidir və nəticə olaraq dövlət və hökmdardan hərtərəfli asılı olan Rusiya burjuaziyası "zəif" adlandırılmışdır. Kitabda Trotski "permanent inqilab" konsepsiyası və A. Parvus, K. Kautski və P. Milyukovun əsərlərinə əsaslanan "qeyri-bərabər və qarışıq inkişaf qanunu" anlayışının formalaşmasını başa çatdırdı; Trotskinin təsəvvürlərinə görə, Rusiya İmperiyasının iqtisadiyyatını sənaye-ticarət təbəqəsi deyil məhz proletariat iflic edə bilər və onun payına gələcək inqilabda mühüm rol oynamaq nəsib olub. Trotskinin planlarına görə, bu inqilab milli zəminində başlamalı, internasional çərçivəsində inkişaf etməli və ümümdünya səviyyəsində bitməlidir. Beləliklə, Rusiya dövlətinə Rusiya və Avropanı birləşdirə biləcək inqilabi yüksəlişinin "detonator"u rolu düşürdü.
Bizim inqilabımız | |
---|---|
rus. Наша революция | |
| |
Janr | publisistika, siyasət |
Müəllif | Lev Trotski |
Orijinal dili | rus dili |
Yazılma ili | 1904—1906 |
Nəşr ili | 1906 |
Nəşriyyat | Nikolay Qlaqolevin kitab nəşriyyatı (1906) |
Vikianbarda əlaqəli mediafayllar |
O illərdə Leninin siyasi mövqesindən bir az daha solcu olan və sonrakı tənqidçilərin xeyli təhrif etdiyi Trotskinin baxışları 1920—1930-cu illərdə Sovet Rusiyasında Trotskinin leninizmə qarşı olan əsas "cəfəngiyatı" hesab edilməyə başlandı. Kitab və sonuncu məqalə bir çox dillərə tərcümə edilmişdir və dəfələrlə nəşr edilirdi; 1922-ci ildə SSRİ-də "Bizim inqilabımız"ın fraqmentlərinin olduğu Trotskinin "1905" kitabı nəşr olunmuşdur.
1905-ci il dekabrın 3-də baş tutan həbsindən sonra Peterburq Fəhlə Deputatları Sovetinin başçısı Lev Trotski Krestı həbsxanasında özünün "permanent inqilab" konsepsiyasının formalaşdırılmasını əsasən başa çatdırmışdır[1]; Trotski bu əsərini 1905-ci il inqilabı zamanı Rusiya İmperiyasının işçilərinin oynadığı "olduqca mühüm" rolunun "böyük təəssüratı" altında olaraq tamamlamışdır[2][3][4][5]. Onun dustaq yoldaşlarının söylədiklərinə görə, nəzəriyyəsi üzərində işlədiyi müddətdə Trotskinin kamerası "bir növ kitabxanaya çevrilmişdir"[6][7]. Məhkəmə və sürgündən qaçışdan sonra Trotski fikirlərini bir sıra məqalələrdə yazmış və çıxışlarında səsləndirmişdir, ancaq "torpaq rentası haqqında tədqiqat" itirilmişdir və işıq üzünü görməmişdir[8]. 1906-cı ildə bu əsərlər "Bizim inqilabımız" adlı kitabda toplanılmışdır. "Yanvarın 9-dək", "Müxalifətdə kapital", "Dövlət Dumasını necə hazırlıyırdılar", "Prof. Milyukova açıq məktub" və "Cənab P. Struve siyasətdə" (bu məqalə daha öncə N. Taxotski təxəllüsü ilə dərc olunmuşdur[8]) — topluya daxil olan əsas məqalələrdən idilər. Kitabın sonuncu məqaləsi "Nəticələr və perspektivlər" permanent inqilabın müəllif konsepsiyasının formalaşması mənasında Xüsusi əhəmiyyət kəsb edirdi[9][10], onun adı Parvusun bənzər adlanan məqaləsinə istinad idi[11][12], Trotskinin məhz sonuncu məqaləsi "qızğın mübahisə" (ing. bitter controversy) mövzusuna çevrilmişdir[13][14].
Kitab çapdan çıxandan sonra Çar Rusiyasının polisi tirajı müsadirə etmişdir, bunun nəticəsində də inqilabçının əsərləri oxuculara yalnız bir neçə nüsxədə gəlib çatdı[15][16]. Bunla belə Qanlı bazar günü hadisələrindən öncə yazılan "Yanvarın 9-dək" kitabçasında Trotski belə qənaətə gəlmişdi ki, "Rusiyanı yalnız proletariat xilas edə bilər" və qabaqcadan xəbər verirdi ki, yaxın aylar və ya hətta həftələr ərzində "Ümumrusiya silahlı üsyanı" başlayacaq[17] (həmçinin bax, Rusiyada 1905-ci il inqilabı).
Trotskinin dörd cildli tərcümeyi-halını yazan Yuri Felştinski və Georgi Çernyavski hesab edirdilər ki, Trotskinin hazırladığı inqilabi prosesin yeni konsepsiyasının ən əsas müddəalarından biri və "Bizim inqilabımız"ın tərkib hissəsi o idi ki, orada Rusiya İmperiyasının XIX — XX əsrin əvvəlində kapitalizmin "ikinci eşelon" ölkəsi olması faktı təsdiqlənirdi və qeyd olunurdu ki, bu imperiya daima daha inkişaf etmiş ölkələrə (Qərbi Avropa) çatmağa çalışırdı[9][18][19]. Trotskinin fikrincə, mütləqiyyətə əsaslanan Rusiya "innovativ irəliləyiş etmək" iqtidarında deyildi. Müəllif ölkənin Kiyev Rus dövlətinə nisbətən geridə qalmasından tutmuş "böyük islahatlar" və təhkimçilik hüququnun ləğv edilməsinə qədər olan tendensiyanın ən ümumi cəhətlərini izləməyə çalışırdı; şəxsi asıllığının ləğv edilməsinin əsas məqsədi imperiyanın silahlı qüvvələrinin formalaşdırılması və vergi yığımını asanlaşdırmaq idi, azad olunmuş kəndlilərə üçün isə real perspektivlər yaradılmırdı[20]. Yuri Felştinski və Georgi Çernyavskinin fikrincə, Trotski göstərirdi ki, texniki, təsərrüfat və digər xarici nailiyyətlərin götürülməsi Rusiya İmperiyasını sürətli iqtisadi inkişafa aparmadı; başqa sözlə, ənənəyə çevrilən digər ölkələrə çatmaq meyli real qərb həyat səviyyəsi və texniki inkişafı gətirmədi[9]. Amma Rusiya İmperiyasının geriliyi total deyil idi, bu da onu Avropa ilə ümumi sərhədləri olmayan ənənəvi Asiya cəmiyyətlərindən (XX əsrin əvvəlində Hindistan və Çin kimi) fərqləndirirdi[21].
Inkişaf etmiş ölkələrə çatmaq tendensiyası, o illərdə əsasən təsərrüfat və idarəetmə müstəqilliyi üçün çalışan ictimai təşkilatların təşəbbüsü ilə yox, hökümdara yaxın olan təbəqələr tərəfindən qəbul etdirilmişdir.
Müstəqil iqtisadi və siyasi həyatı ilə fərqlənən Avropa şəhərlərində olan "Orta Əsrlərə qarşı duracaq fundamental institutu"nu bu tendensiya yarada bilmirdi[9]. O vaxtlar Rusiya şəhərləri yalnız qala tipli[22] inzibati, hərbi və maliyyə mərkəzləri sayılırdılar[23][24].
XIX əsrin ikinci yarısında kapitalist sənayesinin geniş inkişafı bizdə başlayanda, o, şəhər sənətkarlığı deyil, əsasən kəndli kustarçılığın üstünə düşdü[22][K 1]. |
Felştinski və Çernyavskinin versiyasına görə, Trotski ona diqqət yönəldirdi ki, Rusiya İmperiyası və onun sələfləri, marksizm ideyalarına uyğun olaraq[25], yavaş-yavaş təkamül edən primitiv cəmiyyət üzərində üstqurum kimi inkişaf edirdi. Dövlət özünüqoruma instinktinə tabe olaraq[26] təkmilləşir və möhkəmlənirdi və beləcə cəmiyyətə nisbətən daha müstəqil və güclü quruma çevrilirdi. Trotskiyə görə, bu, ilk növbədə tatar-monqol, Polşa-Litva və İsveçin yürüşləri olmaqla, xarici təzyiq altında baş verirdi. Belə təzyiqə dözmək üçün böyük güc tələb olunurdu, buna görə də hökumət cəmiyyətin istehsal etdiyi maddi və qeyri-maddi resursların qeyri-proporsional böyük payını özünə götürürdü, eləcə də fəal şəkildə Qərbdən borca pul götürürdü[27][28]. Həmçinin, dövlətin eyni zamanda zorakılıq və nəzarət üçün güclü aparata ehtiyacı var idi, yəni sərt iyerarxiya (hərbi) strukturuna[9], hansı ki Trotskinin hesablamalarına əsasən, dövlət büdcəsinin yarıdan çoxunu alırdı və ölkə həyatını bürokratiyaya çevirirdi. Bu zaman əsas maliyyə yükü iqtisadiyyat cəhətdən vəziyyətləri onsuz da pis olan[22] kəndlilərin üzərinə düşürdü, belə şəraitdə isə onların halı daha da sarsılırdı[29].
Dövlət [Rusiya] rus cəmiyyəti tərəfindən gələn stimulların təsiri altında deyil, Avropanın güclü dövlətlərinin düşmən təzyiqi altında formalaşıb[30][K 2]. |
Trotskiyə görə, Qərbdən fərqli olaraq Rusiya İmperiyasında dövlətin özü təbəqə yaratdı (bu fikri öncə Milyukov bildirmişdir[22][24]) və ilk növbədə hərbi sənaye olmaqla müasir sənayenin təməlini qoydu[26]. Buradan Trotski nəticə çıxardırdı ki, praktiki olaraq tüfeyli yaşam sürən Rusiya burjua sinfi obyektiv olaraq zəifdir və mütləqiyyətə əsaslanan hakimiyyət tərəfindən tam asılıdır, bu sinif mütləqiyyətin təsərrüfat və siyasi alternativi ola bilmirdi və müstəqil sosial subyekt olmağa qadir deyil idi (Qərbi Avropa ölkələrindən fərqli olaraq)[31][32]. Başqa sözlə, imperiyanın ticarət və sənaye təbəqəsi dövlətdən hərtərəfli asılılığa məhkum edilmişdir, yəni nəticədə hökmdara tabe idi. Trotskinin fikirlərindən nəticə çıxırdı ki, Rusiyanın şəraitində "ölkəni yarıfeodal qalıqlardan təmizləmək"[30] və çarizmi devirməyə qadir olan sırf burjua inqilabının baş verməsi mümkün deyildi[9][33]. Gələcək xalq komissarının analizinə əsasən, Rusiya çarizmi Avropa mütləqiyyəti və Asiya despotizmi arasında olan aralıq şəklində idi[34]. Həm Rusiya tarixinin, həm də Rusiya cəmiyyətinin XX əsrin əvvəllərində sinfi strukturunun məhz bu xüsusiyyətləri onu göstərirdi ki, Rusiya İmperiyasının iri qabaqcıl müəssisələrdə toplanmış[35] və xarici sahibkarların implantasiya edilmiş[36] proletariatına inqilabda mühüm rol oynamaq işi düşmüşdür[37]. Trotski hesab edirdi ki, orta sinifin olmadığı süni sistemin daxili münaqişələrinə görə inqilab qaçılmaz idi[38].
Hətta rus fikri və elmi belə dövlət məhsulu kimi görsənir[22][K 3]. |
Qərbin böyük dövlətlərinə xas olan və rus çarlarına Avropa siyasətinə müntəzəm olaraq hərbi yolla müdaxilə etmək imkanı yaradan atributlardan ibarət imperiyanın görünən gücü yalnız istər xarici, istərsə də daxili təhdidlərdən təhlükəsizlik illüziyasını yaratmaq üçün idi[28]. Trotskinin fikirlərinə əsasən, Rusiya proletariatının az sayda olması fəhlələrin hakimiyyəti inqilab yolu ilə ələ keçirilməsi üçün əhəmiyyətli maneə deyil idi, xüsusən ona görə ki, məhz işçilər ölkənin dəmir yolu şəbəkəsinin fəaliyyət göstərməsini təmin edirdilər, bu şəbəkəsiz isə ölkənin bütövlüklə iqtisadiyyatı fəaliyyət göstərə bilmirdi[39] ("min tətil edən dəmiryolçular siyasi cəhətdən ölkə boyu səpələnmiş kəndlilərdən daha səmərəlidilər"[40]). Başqa sözlə, Rusiya proletarlarlarına hakimiyyətə gəlmək belə asandır, nəinki onların Qərbi Avropalı həmkarlarına[41][42], bu cür fəhlə hökumətin "embrionu" Trotskinin idarə etdiyi Peterburq Şurası idi[1].
Gələcək xalq müdafiə komissarı yaxınlaşan inqilabın hərbi aspektlərinə də toxunurdu. Artıq 1906-cı ildə Trotski hərbi mübarizənin partizan taktikasına qarşı çıxış edirdi, o, əhalinin (xüsusilə sosializm ideyalarını dəstəkləyən fəhlələr arasında) kütləvi silahlandırılması və açıq döyüşdə burjua düşmənini məğlub etməyə qadir olan müntəzəm ordunun qurulmasının tərəfdarı idi[43].
İnqilabı silahlandırmaq bizdə ilk növbədə işçiləri silahlandırmaq deməkdir [K 4]. |
Professor Devid Devis "1905" kitabının ingilis dilində versiyasının icmalında Trotskinin dörd "aydın işlənmiş ideyaları" (ing. clear elaboration of ideas) haqqında yazırdı, hansılar ki onun 1905-ci ildə aldığı təcrübədən irəli gəlirdilər və onlar birlikdə inqilabçıya rus inqilabi fikirlər tarixində "fərqli mövqe" (ing. distinctive position) yaratdılar. Devis gələcək xalq komissarın bu ideyalarına bunları aid edirdi: Rusiyanın dövlət xüsusiyyətlərini və Rusiya İmperiyasında inqilabın qərb presedentlərinə zidd şəkildə baş verməsinin tam dərk edilməsi; tarixin gedişinin insanların səmərəli hesablanması ilə deyil, onların aktiv əməliyyatlara hazırlığı ilə müəyyən olunduğunun etiraf edilməsi; inqilabda hərbi qüvvələrinin əhəmiyyətini və ordunun hakimiyyət uğrunda mübarizənin yekun nəticələrin hesablanmasında böyük rolunun dərketməsi; Fəhlə Deputatları Sovetinin vacibliyini İnqilab İnstitutu səviyyəsində anlayışı[44]. Bu zaman Trotskinin permanent inqilab imkanları haqqında əsas tezisinin çatışmazlığı son nəticədə müəllifin 1905-ci il hadisələrinin digər iştirakçılarını narahat edən suallara cavab vermək istəməməsi idi: Sosial Demokrat Partiyasının və Sovetlərin arasında əlaqəsi, proletariatın kəndlilərlə qarşılıqlı münasibətləri haqqında, eləcə də kütlənin instinkti və ayrı-ayrı adamların realist müdrikliyi arasında əlaqələr; bütün bu bəndlər Trotskinin o vaxtı güman etdyi kimi "hamar deyil" idilər[45].
Felştinski və Çernyavski qeyd edirdilər ki, 1920-ci illərin sonlarında və 1930-cu illərin əvvəllərində Trotski permanent inqilabını xarakterizə edən ümumi müddəaları daha dəqiq formullaşdırmışdır; o, onları "qeyri-bərabər və qarışıq inkişaf qanunu" adlandırmışdır[10][46][47][48][49]. Əslində, qanunun müddəaları Trotskinin hələ əsrin əvvəlində işıq üzü görmüş "Bizim inqilabımız" kitabında da yerləşdirilmişdir[9][50], bu fikir ilə Amerikalı tarixçi Corc Lixthaym da razı idi. O, qeyd edirdi ki, "Stalin" və "Permanent inqilab" kitablarındaki daha yetkin ifadələrin əslində əsas tezis ilə fikir ayrılığı yoxdur[51][52][53][54], onlar ancaq tezislərin sonraki tənqidlərdən müdafiə vasitəsidilər[55].
Trotskinin yazdığı kimi, qeyri-bərabər və qarışıq inkişaf qanunu istehsaledici qüvvələrin inkişafının (həmçinin bax Marksist məktəb) və hansısa ölkədə (inkişaf dövrünün hər hansısa mərhələsində) proletariatın siyasi rolu arasında birbaşa əlaqələrin mütləq şəkildə olmasını inkar edirdi[56]. Xüsusilə XX əsrin əvvəlində ABŞ istehsalat səviyyəsinə görə Rusiya İmperiyası üzərində on qat üstünlüyünün olmasına baxmayaraq, Rusiya proletariatının siyasi rolu, Trotskinin fikrinə görə, ABŞ ilə müqayisə edilməz dərəcədə çox idi[57][58].
Professorlar Hovard və Kinq "Bizim inqilabımız" kitabını rus inqilabçı sosializmin əsərlərinin içərisində ən radikal sayırdılar[59] və hesab edirdilər ki, Trotskinin ideyaları əvvəlcə Karl Marks tərəfindən söylənilən və Georgi Plexanov və Vladimir Leninin əsərlərində inkişaf edilən fikri inkar edirdilər ("sənaye cəhətdən daha çox inkişaf etmiş ölkə az inkişaf etmiş ölkəyə yalnız onun öz gələcəyinin mənzərəsini göstərir") və beləliklə, gələcək xalq komissarının inqilabi ideyaları Rusiyanın qərbliləşdirmə prosesinin yolu barədə təsəvvürü dəyişirdi. Trotski siyasi iqtisadiyyat prinsiplərini formalaşdırdı, bunun sayəsində o, Rusiya İmperiyasının çar modernləşdirilməsinin həm strukturunu, həm də ziddiyyətlərinin dərk edilməsinə istənilən digər nəzəriyyəçidən daha çox yaxınlaşdı. Hovard və Kinqin fikirlərinə görə, Trotski iddia edirdi ki, necə ki Rusiya keçmişdə inkişaf etmiş Qərbin izi ilə getmirdi, helə də onun gələcək yolu başqa idi[60]; xüsusilə, inqilabçı imperiya ərazisində sosializmin demokratik yolu ilə quruculuğuna qarşı idi[61].
Ümumdünya inqilabın həm zəruriliyi, həm də qaçılmazlığı fikri Trotskinin mühakimələrinin tərkib hissəsi oldu[9]. "Avropa və inqilab" bölməsi "Yekunlar və perspektivlər" məqaləsində sonuncu idi və Felştinski və Çernyavskinin fikrincə, müəllif onu ən sanballı hesab edirdi. Orada deyilirdi ki, Rusiya proletariatı burjua inqilabının müvəqqəti konyukturası sayəsində hakimiyyətə gəlsə belə, o, mütləq şəkildə dünya reaksiyası tərəfindən düşmənçiliklə qarşılaşacaqdı, çünki digər ölkələrin, hər şeydən əlavə, çar borclarının ödənilməsi[35][62] və özlərinin kapitalının təhlükəsizliyində[63] maraqları var idi; eyni zamanda Rusiya işçiləri inqilab başlayandan sonra dünya proletariatının köməyinə ümid edə bilərdilər. Trotski deyirdi ki, əgər Rusiyanın proletar hakimiyyəti özbaşına qalsa, onda o, istənilən digər geridə qalmış ölkə kimi istər-istəməz əksinqilabla məhv ediləcək. Beləliklə, proletariatın öz siyasi hökmranlığının taleyini (və nəticə etibarilə bütün Rusiya inqilabının taleyini) Avropada sosialist inqilabının taleyi ilə bağlamaqdan başqa yolu yox idi[64][65][66]. Trotski hesab edirdi ki, beynəlxalq burjuaziya rus inqilabını sarsıtmaq istəsə, Qərbi Avropa işçiləri Rusiya yoldaşlarının tərəfini tutacaqlar[35][67]; o, Avropa ölkələrinin proletariatını istər Rusiya burjuaziyasından, istər də imperiyanın kəndlilərindən daha etibarlı müttəfiq hesab edirdi[68]; imperiyanın aqrar problemi inqilabın hazırlanmasına imkanlar yaradırdı, lakin inqilabi dəyişikliklərin həyata keçirilməsindən sonra mane olurdu[69].
Felştinski və Çernyavski qeyd edirdilər ki, konsepsiyanın yaradıcısı detallara varmırdı və güman edirdi ki, rus inqilabının beynəlxalq səviyyəyə çatmağın konkret vaxtı və yollarını əvvəlcədən bilmək mümkün deyil. Oxuculara yalnız başa salınırdı ki, permanent inqilab əsrlər deyil, nisbətən yaxın perspektivin məsələsidir. Əsərini boş xəyalpərəstlik saymasınlar deyə, Trotski göstərdiyi sxemlərin konkret tarixi hadisələrdən asılılığını dəfələrlə vurğulayırdı[70][71][72]. Permanent inqilab knsepsiyanın mahiyyəti isə, Felştinski və Çernyavskinin fikrincə, onda idi ki, sosialist inqilabı milli zəmində yaranacaq, beynəlmiləl zəmində inkişaf edəcək və beynəxlaq zəmində bitəcək[35][73][74][75]. Ancaq Trotski qeyd edirdi ki, əgər inqilab təkcə Rusiya sərhədlərində bitərək inkişaf etmiş ölkələrə yayılmasa, onda inqilabın nəticələri iqtisadiyyat, mədəniyyət və sosiumun primitivliyi səbəbindən "eroziya" və "məhv edilməyə" gətirib çıxardacaqlar[67][76][77]. Professor Nikolay Vasetski 1990-ci ildə bu prinsipi "ya hər şey, ya da heç nə" kimi ifadə etmişdir[78][79]
Şərq inqilabı qərb proletariatını inqilabi idealizmlə yoluxdurur və orada düşmənlə "rusca" danışmağa başlamaq istəyini yaradır[80][K 5]. |
İsrailli tarixçi Şmuel Qalay marksizm nəzəriyyəsinin XX əsrin əvvəllərində üzləşdiyi problemləri təhlil edərkən, qeyd etmişdir ki, Vladimir Lenindən fərqli olaraq Trotski 1905-ci il hadisələrə daha nəzəri cavab verməyə bacarmışdır: dövrünün marksist fikrinə zidd olaraq Sankt-Peterburq şurasının rəhbəri belə nəticəyə gəldi ki, proletariatın inqilab potensialı onun yoxsulluq və sayı ilə deyil, "kapitalist iqtisadiyyatını iflic" etmək bacarığı ilə ölçülür. Əslində məhz buna əsaslanaraq, Trotski sosialist inqilabının azsaylı iş sinfinə malik, geridə qalmış dövlətlərdə də mümkünlüyü barədə nəticə çıxardırdı[81].
Rus tarixi üzrə professor və Amsterdam Universitetinin Şərqi Avropa Araşdırmalar İnstitutunun direktoru Bruno Naarden qeyd edirdi ki, Trotski permanent inqilabı Rusiya və Avropanı birləşdirə biləcək fenomen hesab edirdi. XX əsrin əvvəllərində bu tezis yeni deyildi, çünki ilk belə ideyaları hələ Karl Marks və Fridrix Engels səsləndirmişdilər və həmin vaxt Qərbi Avropa sosialistləri bu ideyaları "oynadırdılar" (ing. toyed)[82]. Rusiyalı iqtisadçı, iqtisad elmləri doktoru Yeqor Qaydar hesab edirdi ki, Trotskinin kitabında açıq-aydın göstərilir ki, rus inqilabı Qərbdə inqilabi yüksəliş üçün təkən vermək qadirindədi, bu fikir helə o illərdə Rusiya cəmiyyətində geniş vüsət almışdır. Həmçinin, bu ideyaya əsasən "sosialist Avropa" öz növbəsində Rusiya İmperiyasının ərazisində sosializmi qurmağa kömək edəcək (vahid "Avropa Birləşmiş Ştatları" çərçivəsində[83]). Qaydarın versiyasına əsasən, bu zənciri düşüncələr Rusiyanın sosial-iqtisadi böhranını "radikal partiyanın əməllərinin dar məntiqinə" "soxuşdurmağa" (rus. затолкать) şərait yaradırdılar və "dünyəvi din ilə siyasi praktikanı" birləşdirməyə imkan verirdilər[41][84][85].
Ona da şübhə etmək olmaz ki, Qərbdə sosialist inqilabı bizə işçi sinfinin müvəqqəti hökmranlığını bilavasitə və birbaşa sosialist diktaturasına çevirməyə imkan yaradacaq[86][K 6]. |
Professor İver Neyman qeyd edirdi ki, "Bizim inqilabımız" əsərində Trotski dünyanın bəzi hissələrinə "eksklüziv tarixi missiya" verir: Trotski üçün mütərəqqi Avropa ilə sivilizasiya sözü eyni məna daşıyırdı, dünyanın qalan hissəsi isə ona müxtəlif dərəcədə vəhşi görsənirdi. Başqa sözlə, Trotski üçün Rusiyanın qərb inkişafından asılılığı həm indiki zamanda, həm keçmişdə və habelə gələcəkdə "aşınılmaz" (ing. adamant) görsənirdi[87]. Professor Riçard Staytsın fikrincə Trotskinin Parvusla "yüksək intellektual tərəfdaşlığı" helə bir nəzəriyyə yaratmışdır ki, hansı ki rusiyalı işçilərə daha çox karqo kultu kimi gəlirdi. Bu kult artıq o illərdə Sakit okean adalarının sakinləri arasında yayılmışdır və ona əsasən, xaricdən hər hansısa qüvvə gələcəkdi və torpaq və digər nemətləri paylayacaqdı[88].
Professor Orest Martışin "Yekunlar və perspektivlər" məqaləsinin Trotskinin permanent inqilab haqqında öz təsəvvürlərini izah etdiyi birinci mənbə olduğu haqda danışarkən qeyd edirdi ki, müəllif "həvəslə" Aleksandr Parvusun mülahizələrini dəstəklədi ki[89], əgər sosial-demokratiya gələcək Rusiya inqilabına rəhbərlik edəcəksə, onda yeni hökumətin elə onun özü tərəfindən formalaşdırması məntiqli olardı, nəticədə Trotskinin fikrincə, burjua inqilabı demək olar ki dərhal sosialist növünə çevriləcək. Martışin iddia edirdi ki, məhz bu ideya permanent inqilab nəzəriyyəsi kimi şöhrət qazanmışdır və bu konsepsiya "hadisələrin sürətləndirilməsi" cəhdindən ibarətdir, hansının ki sayəsində arasında kapitalizm mərhələsi olan iayrı-ayrı vaxtlarda baş verə biləcək iki inqilabın qarşısı alınacaqdı[90], başqa sözlərlə, geridə qalmış Rusiyanın ərazisində burjua respublikasının qurulması mümkün deyildi[69]. Professor Yan Tetçer özünün yazdığı Trotskinin bioqrafiyasında onun "Bizim inqilabımız" və "1905" işlərini müzakirə edərkən israr edirdi ki, onların sintezi orijinaldır[91][92][93], baxmayaraq ki inqilabçının konsepsiyalarının bir sıra elementləri Parvus, Kautski, Milyukov[94] və bir sıra sosialist inqilabçılarının[95][96] (Mixail Qots da daxil olmaqla[97][98]) işləri sayəsində 1906-cı ilə qədər tanınmış idi. Başqa sözlə, Trotski Parvusun istifadə etdiyi zəminləri nümunə götürərək, XX əsrin əvvələrində yazılmış əsərlərin konsepsiyalarından fərqli olan permanent inqilab nəzəriyyəsini yarada bildi[99][100][101]. Professor Perri Anderson "Yekunlar və perspektivlər" (Nəticələr və perspektivlər) məqaləsini marksizmi tarixində elmi xarakterli ilk strateji siyasi təhlili hesab edirdi[102].
1917-ci ildə Rusiyada baş verən hadisələrin Trotskinin proqnozlarının təsdiqi sayan[103][104] Trotskinin bioqrafi İsaak Doyçer inqilabçının həyatına həsr etdiyi əsərində "Yekunlar və perspektivlər" məqaləsini elə bir iş adlandırırdı ki, hansında ki müəllif "permanent inqilabı" nəzəriyyəsinin tam və demək olar ki riyazi dəqiqliklə qısa izahını vermişdi ("öz inkişafının zirvəsinə çatmışdır"[105]): Trotski "əzəli cərəyanlar" perspektivində Rusiya tarixinin yaxında baş vermiş mühüm hadisələri təhlil etmişdir və Rusiya inqilabının dünyada yerini müəyyənləşdirmişdir. Doyçer həmçinin hesab edirdi ki, Trotski birmənalı şəkildə inqilabın gələcəyi barədə öz baxışlarını dövrünün marksistlərin ümumi baxışlarına qarşı qoymuşdur, hansılar ki "köhnə kapitalist ölkələrində" inqilab üçün mühitin artıq hazırlandığını hesab edirdilər və "sosializmin qələbəsini" öncə Qərbdə baş verəcəyini gözləyirdilər (eyni vaxtda Şərq ölkələrində burjuaziya hələ yeni hakimiyyətə gəlmiş olacaqlar): Trotskinin əsəri sosialist inqilabının perspektivlərini yenidən formalaşdırdı və ya hətta radikal şəkildə təkrar yoxlamadan keçirtdi, belə bir hadisə isə 1848-ci ildə nəşr olunan "Kommunist Manifesti" əsərindən bəri baş verməmişdir[106]. Doyçerin versiyasına görə, Trotskinin mətn təhlilinə olan "nifrəti" inqilabçıya kitabını marksizm yaradıcılarının faydalı sitatları ilə doldurmağa mane oldu[40]. Doyçer həmçinin əlavə edirdi ki, Trotski bir an təsəvvür edə bilməzdi ki, rus inqilabı on illərlə təcriddə yaşamalı olacaq[71]: inqilabçının "ağlına gəlməzdi ki" proletar partiyası uzun müddət kəndli əksəriyyətinin iradəsinə qarşı böyük ölkə idarə edə biləcək[107].
Los-Anceles Kaliforniya Universitetinin professoru və Macarıstan Elmlər Akademiyasının sabiq prezidenti İvan Berendin diqqətini o, çəkirdi ki, dünya inqilabının zəruriliyini iddia edən Trotski əslində Engels və Marksın hələ 1847-ci ildə yazdığı (SSRİ-də ancaq 1937-ci ildə nəşr olunmuşdur) "Alman ideologiyası" adlı elmiş işindən olan tezisini təzədən formullaşdırdı. Marksizmin qurucularının ideyası belə idi ki, yüksək inkişaf etmiş cəmiyyət olmasa inqilab yalnız yoxsulluğun yayılmasına gətirib çıxaracaq və ən zəruri uğrunda mübarizə yenidən başlayacaq[76][108].
"Bizim inqilabımız" dərc edildikdən sonra Trotski sosialist nəzəriyyəçiləri və praktiklərinin dairələrində şöhrət qazandı, amma Felştinski və Çernyavskinin sözlərinə görə, onların əksəriyyəti konsepsiyaya kəskin mənfi münasibətlə və ya ən azı şübhə ilə yanaşdı[74]. Bununla belə uzun kapitalizm mərhələsindən yayınmaq imkanları haqqında olan fikirlər Trotskinin mövqeyini Parvusda olanı ilə xeyli fərqləndirirdilər[109]. Həmçinin, Trotskinin baxışları Leninin o illərdə olan siyasi mövqeyindən azca daha solçu idilər, xüsusən də kəndlilərin gələcək inqilabda rolu məsələsində[110][111][112][113]. Trotski kəndlilərə proletariat diktaturasının "kiçik tərəfdaşı" rolunu verirdi[114][115][116][117], daha sonra İosif Stalin bu fikir ayrılığını "həddən artıq şişirtdi" (rus. magnified out of all proportion)[118] və ya "saxtalaşdırdı"[119], beləcə o, permanent inqilabını Trotskinin leninizmə qarşı olan əsas cəfəngiyata çöndərdi[120][121][122][123][124][125][126].
Bununla belə hələ 1905-ci ildə Roza Lüksemburq, Kautski və Lenin öz işlərində "permanent inqilaba" istinad verirdilər[127][128]. Lenin permanent inqilabın ideyalarına Birinci Dünya Müharibəsi illərində yenidən qayıtdı[129]. Həmçinin menşeviklər Aleksandr Martınov, Yuli Martov, Pavel Akselrod və Fyodor Dan[130] Trotskinin konsepsiyasını müzakirə etmişdilər, baxmayaraq ki sonradan Rusiya fəhlələrin hakimiyyəti ələ keçirməyin mümkünsüzlüyünü əsas gətirərək tədricən ona qarşı soyuq davranmağa başladılar (Trotskizmin növbəti qısa oçerkini boş arzu hesab etdilər[15][131][132]). Məsələn, hələ 1905-ci ilin martında Martınov "İskra" jurnalında "İnqilabi perspektivləri" (rus. Революционные перспективы) ümumi başlıqlı silsilə məqalələr dərc etdi[133][134][135], orada o, Rusiyada şəhər burjua demokratiyasının var olduğuna dair tezisi müdafiə edirdi, hansının ki, onun fikrincə, müəyyən inqilabi potensiyası var idi[136]. Bununla belə 1905-ci il aprelin son ongünlüyündə Cenevrə konfransında menşevik fraksiyası Rusiya İmperiyasında sosialist inqilabının mümkünlüyünə ixtiyar verən qətnamə qəbul etdi, amma şərt onda idi ki, sonradan rus inqilabı inkişaf etmiş Qərbi Avropa ölkələrinə də keçə biləcək[68], bir il sonra isə 1906-cı ilin mart ayında menşeviklər Parvus və Trotskinin nəzəriyyəsindən təsirlənən öz platformalarını paylaşdılar[137].
Nəticədə "Bizim inqilabımız" kitabı, hansında ki müəllif Rusiyada proletar inqilabını görmüşdür[101][138][139], Trotskinin siyasi fikrində yeni mərhələnin başlanğıcı olmaqla bərabər həmçinin onu XX əsrin əvvəllərin sosial-demokrat hərəkatında təcridinə səbəb olmuşdur[140] — o, "doğmalar arasında yad" oldu[15]. Bununla belə XX əsrin sonunda XXI əvvəllərində toplanmış məlumatlar Trotskinin Rusiya İmperiyasının son illərində iqtisadiyyatının analizi ümumlikdə doğru olduğunu təsdiq edirdilər[141][142][143].
Trotskinin kitabı leqal şəkildə[16] N M Qlaqolevin nəşriyyatında çap olunmuşdur. XX əsrin ortalarında orijinal çap nadir biblioqrafiya hesab edilirdi[14]; xüsusilə 1990-cı ildə professor Nikolay Vasetski 1920-ci illərin sonundan etibarən SSRİ-də ilk dəfə aparılan Trotskinin işlərinin yenidən hazırlanması işləri zamanı inqilabdan əvvəlki nəşri tapa bilmədi[144].
Kitabda toplanmış məqalələrin bir hissəsi 1906-cı ildən də öncə ayrıca kitabçalar şəklində çıxırdı:
Bəzən yanlış olaraq kitabın özündən əvvəl çıxarıldığı hesab edilən[145] "Yekunlar və perspektivlər" məqaləsi 1917-ci ilin oktyabrından sonra "səhih" şəkildə ayrıca kitabça formatında çap edildi[14], həmçinin ilin sonunda "Rus inqilabının perspektivləri" adı ilə Berlində rus dilində buraxıldı[51]. Müharibənin nəticəsi kimi Avropa sosialist inqilabın olacağını bildirən sonuncu fəsil və əvvəlki fəsilin son iki cümləsi Birinci Dünya müharibəsi dövrünün senzurasına hörmət olaraq alman nəşrinə əlavə edilməmişdir[146].
1919-cu ildə "Yekunlar və perspektivlər" məqaləsi Sovet Rusiyasında ayrıca nəşr şəklində buraxılmışdır[144] və geniş şöhrət qazanmışdır[147].
1922-ci ildə Moskvada Trotskinin "1905" adlı kitabı çıxdı, hansı ki 1905-ci ilin hadisələri barədə olan və müəllifin bir qədər əvvəl nəşr etdiyi iki mətini "Bizim inqlabımız" və 1909-cu ildə Drezdendə buraxılan və alman dillində olan "Rußland in der Revolution" kitabı əsasında tərtib edilmişdir. Bunun nəticəsində "1905" kitabını bəzən 1909-cu ilə aid edirlər, 1922-ci ildə Moskva tirajını isə təkrar nəşr hesab edirlər.