Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Orasına burasına (mahnı)
Artemisia prasina
Artemisia prasina (lat. Artemisia prasina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Eugenia prasina
Eugenia prasina (lat. Eugenia prasina) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Rasina dairəsi
Rasina dairəsi (serb. Расински управни округ) — Serbiyanın mərkəzi hissəsində dairə. Varvarin Trstenik Çiçevats Kruşevats Aleksandrovats Brus Dairənin ərazisində 232 552 serb (96,1 %), 3265 qaraçı (1,3 %) və başqa xalqlar yaşayırlar (2011).
Drasena
Drasena (lat. Dracaena) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi.
Krаpinа
Krapina (xorv. Krapina) — Xorvatiyanın şimalındakı Krapinsko-Zaqorskaya vilayətinin inzibati mərkəzi olan şəhər. Şəhər mərkəzinin əhalisi 4,482 nəfər olduğu halda, şəhərin ümumi əhalisi 12,480 nəfərdir. Krapina Xorvatiyanın dağlıq Zaqorje bölgəsində yerləşir və Zaqreb və Varazdin şəhərlərindən 55 kilometr məsafədədir.
Pradina
Pradina (fr. Pradinas, oks. Pradinàs) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Barakvil-Sovter kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12045. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 28 km cənub-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 367 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 206 nəfər arasında (15-64 yaş) 153 nəfər iqtisadi fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.3%, 1999-cu ildə 67.0%).
TRASEKA
TRASEKA (abreviatur ing. TRACECA — Transport Corridor Europe-Caucasus-Asia — Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) — Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilmişdir. Avrasiya İpək Yolu ideyasının hazırda yenidən gündəmə gəlməsi Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi-TRASEKA-da öz təzahürünü tapmışdır. TRASEKA dəhlizi ilə nəqliyyat axını ilbəil artır. TRASEKA-nın məqsədi yalnız xüsusi iqtisadi maraqlarla məhdudlaşmır, o, həm də zəngin tarix və mədəniyyətin gələcək üçün qorunub saxlanmasını təmin edir. TRASEKA ərazisindən keçdiyi ölkələrin iqtisadi inkişafının ayrılmaz hissəsidir və eyni zamanda qarşılıqlı inteqrasiya və səmərəli əməkdaşlıq üçün güclü bir alətdir. Avropa İttifaqı bütün ənənəvi marşrutlara əlavə kimi TRASEKA proqramını təklif edir. Bu layihə Avropa ittifaqının TRASEKA üzv -dövlətlərinə dair qlobal strategiyasına uyğun olaraq, aşağıdakı məqsədlərə xidmət edir: Alternativ nəqliyyat marşrutları vasitəsilə Avropa və dünya bazarlarına çıxışı təmin etməklə, bu respublikaların siyasi və iqtisadi sabitliyinə yardım göstərməsi.
Tracyina
Tracyina (lat. Tracyina) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Traksiya
Traksiya və ya Dartma — sınıqlarda və onurğa sütünü xəstəliklərində istifadə olunan ortopedik metod. Onurğanın traksiyası əzələ kontrakturalarını azaldır, sinir sıxılmaları zamanı dekompressiya törədir, fəqərəarası diskin daxili təzyiqini azaldır . Traksion müalicə ortoped-travmatoloji və nevroloji profilli xəstələrin reablitasiyasında fəqərəarası disk fraqmentlərinin protruziyasının azaldılması, fəqərəarası diskin yerdəyişməsi zamanı, onurğada əyrilik olduqda, bir çox reflektor pozulmalarda istifadə olunur .
Tuamina
Lərgə (lat. Vicia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Bu bitkini ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Yem məqsədi üçün onun dənindən, yaşıl kütləsindən və küləşindən istifadə edilir. Toxumun tərkibində 23-34% zülal, 24-45% sulu karbonlar, 0,5-0,7% yağ, 4,0-4,6% sellüloza və 2,0-2,5% kül vardır. Lərgə dəni dad keyfiyyətinə və həzm olunmasına görə noxud və mərcimək dənindən geri qalır. Ondan sənayedə yüksək keyfiyyətli kazein kleyi alırlar. Faner, parça və plastmas alınmasında istifadə olunur. Yaşıl kütləsində 20% xam zülal, 2,9% yağ, 42,8% azotsuz ekstraktiv maddələr var. Küləşində 6,8% protein və 15,4% azotsuz ekstraktiv maddələr olur.
Krapina
Krapina (xorv. Krapina) — Xorvatiyanın şimalındakı Krapinsko-Zaqorskaya vilayətinin inzibati mərkəzi olan şəhər. Şəhər mərkəzinin əhalisi 4,482 nəfər olduğu halda, şəhərin ümumi əhalisi 12,480 nəfərdir. Krapina Xorvatiyanın dağlıq Zaqorje bölgəsində yerləşir və Zaqreb və Varazdin şəhərlərindən 55 kilometr məsafədədir.
Pasina
Horminum (lat. Horminum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Pasina Adans.
Aşina
Aşina — Göytürklərin ali hakimiyyətinin soyu. Əfsanəyə görə Aşina soyu bir dişi qurddan törəmişdir. == Soyun tarixi == Hunlar çinlilərə məğlub olduqdan sonra xan Aşina 500 ailə ilə jujanların (avarların) yanına gəlib Altayın cənubunda məskən saldı, onların vassalı oldu. Bu türklər Mərkəzi Asiya, Altay, Böyük Çöl ərazisində yaşayır, dəmirçiliklə məşğul olur, filiz əridirdilər. Aşina soyu Dulu və Nuşibi qollarına ayrılırdı. Tibetdə, Çində, Altaylarda və böyük Sibir çöllərində yaşayan türklər haqqında kitab yazan rus türkoloqu Lev Qumilyovun "Qədim türklər" kitabında yazılır: "635-ci ildə Dulu və Nuşibi tayfaları özünüidarə hüququ qazandılar. 5 Dulu və 5 Nuşibi tayfa rəisləri yerli zadəganlardan təyin olundu. Bunlar şada, yəni xana qan qohumu olan adamlara bərabər tutulurdu. Onların hər birinə hakimiyyət rəmzi kimi ox təqdim olundu. "On ox" türkləri adı belə yarandı (bunlan Çulo xanın oğlu igid və nəcib Aşina şeni etdi).
Federiko Qravina
Federiko Karlos Qravina (isp. Federico Carlos Gravina y Nápoli; 12.8.1756, Palermo — 9.3.1806, Kadis) — hersoq San-Migelin oğlu (kral III Karlın nigahdan kənar oğlu da hesab edilir) ispan admiralı Trafalqar döyüşünün əsas iştirakçılarından biri. Kartahanda dəniz məktəbini bitirmişdir. 12 yaşından qardemarin rütbəsi ilə donamada, sonralar miçman kimi Santa Klara freqatında Braziliyada xidmət emişdir. İlk kamandirlik təcrübəsini Santa-Katalina adası yaxınlığındakı Vozneseniza adasının höcumla alınmasında qazanmışdır. 1777 ci ildə onun freqatı qəzaya uğrayır. Xoşbəxtlikdən sağ qalanların içində Qravina da olur. 1778 ci ildə İspaniyaya qayıdaraq, sahil mühafizə gəmisində leytenant kimi xidmətə girir. 1779 cu ildə ilk gəmi, San-Lui onun sərəncamına verilir. Bu gəmidə Qravina Gibraltarın mühasirəsində iştirak etmişdir.
Grazina Zayac
Qrajina Zayonts (pol. Grażyna Zając; 1959, Labovis[d], Kiçik Polşa voyevodluğu[d]) — polyak türkoloqu, tərcüməçi, filologiya elmləri doktoru, professor. == Həyatı və yaradıcılığı == Qrajina Zayonts 1959-cu ildə Polşada, Karpat dağlarının quzeyindəki Labova rayonunun Labovis (Labowiec) adlı küçük bir kənddə doğulmuşdur. Anası polyak dili və ədəbiyyatı müəllimi, atası meşə mühəndisi olmuşdur. Orta məktəbin ilk üç yılını Labovis, son beş ilini Labova (Labowa) qəsəbəsində oxuduqdan sonra 1974-1978-ci illərdə Novı Sonc (Nowy Sacz) şəhərində lisey bitirmişdir. Liseydən məzun olduqdan sonar Krakov Yagellon Universiteti (Uniwersytet Jagiellonski) Şərq Dilləri İnstitutuna qəbul olunmuş və Türkoloji bölümündə təhsil almışdır. 1981-ci ildə burs qazanaraq İstanbul Universiteti nəzdində Türk dili və kültürü ilə bağlı yay kurslarına qatılmışdır. 1983-cü ildə Jan Ciopinski rəhbərliyi ilə Əhməd Həmdi Tanpınarın yaradıcılığı ilə bağlı magistr dissertasiyasını uğurla tamamlayaraq Şərq Dilləri İnstitutunda müəllimliyə başlamışdır. 1993-1995-ci illərdə Ankarada doktorantura təhsili almışdır. 1995-ci ildə “Orxan Kamalın həyatı və əsərləri” mövzusunda dissertasiya müdafiə edərək elmlər doktoru adını almışdır.
Melaleuca thapsina
Melaleuca thapsina (lat. Melaleuca thapsina) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Metaseiulus gramina
Metaseiulus gramina (lat. Metaseiulus gramina) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Pyasina çayı
Pyasina — Krasnoyarsk diyarı ərazisindən axan çay. Uzunluğu 818 km, hövzəsinin sahəsi 182 min. km² təşkil edir. Taymır yarımadası ərazisindən axaraq Kara dənizi. nə tökülür. «Pyasin» Nenes dilində hamar, düz, meşəsiz torpaq anlamında işlədilir. Bu Tundra anlamını verir. Uzunluğu — 818 km, hövzəsinin sahəsi 182 min. km² təşkil edir. Pyasino gölündən başlanğıcını götürən çay Şimali Sibir çökəkliyindən axaraq Bırrınqa dağları uaxınlığından axaraq Pyasin köfəzinə tökülür.
Qrajina Zayonts
Qrajina Zayonts (pol. Grażyna Zając; 1959, Labovis[d], Kiçik Polşa voyevodluğu[d]) — polyak türkoloqu, tərcüməçi, filologiya elmləri doktoru, professor. Qrajina Zayonts 1959-cu ildə Polşada, Karpat dağlarının quzeyindəki Labova rayonunun Labovis (Labowiec) adlı küçük bir kənddə doğulmuşdur. Anası polyak dili və ədəbiyyatı müəllimi, atası meşə mühəndisi olmuşdur. Orta məktəbin ilk üç yılını Labovis, son beş ilini Labova (Labowa) qəsəbəsində oxuduqdan sonra 1974-1978-ci illərdə Novı Sonc (Nowy Sacz) şəhərində lisey bitirmişdir. Liseydən məzun olduqdan sonar Krakov Yagellon Universiteti (Uniwersytet Jagiellonski) Şərq Dilləri İnstitutuna qəbul olunmuş və Türkoloji bölümündə təhsil almışdır. 1981-ci ildə burs qazanaraq İstanbul Universiteti nəzdində Türk dili və kültürü ilə bağlı yay kurslarına qatılmışdır. 1983-cü ildə Jan Ciopinski rəhbərliyi ilə Əhməd Həmdi Tanpınarın yaradıcılığı ilə bağlı magistr dissertasiyasını uğurla tamamlayaraq Şərq Dilləri İnstitutunda müəllimliyə başlamışdır. 1993-1995-ci illərdə Ankarada doktorantura təhsili almışdır. 1995-ci ildə “Orxan Kamalın həyatı və əsərləri” mövzusunda dissertasiya müdafiə edərək elmlər doktoru adını almışdır.
Qrasiya Deledda
Qrasiya Deledda (it. Grazia Deledda; 27 sentyabr 1871[…], Nvoro[…] – 15 avqust 1936[…], Roma[…]) — italyan yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1926). Ədəbiyyat sahəsində Nobel mükafatı alanların siyahısında dünya miqyasında tanınmış müəlliflərlə yanaşı ən qızğın mütaliə həvəskarına da heç nə deməyən adlara da təsadüf olunur. İtalyan yazıçısı Qrasiya Deleddanı tam əsasla ikinci qisim yazıçılara aid etmək mümkündür. Ötən əsrin 20-30-cu illərində yaradıcılıqları böyük rezonans doğuran, yüksək intellektləri və şəxsi nüfuzları ilə dünya miqyaslı proseslərə təsir göstərən, kitabları yüz minlərlə nüsxə tirajla çıxan bir sıra müəlliflərin iddiaçılar sırasında olmasına baxmayaraq, mükafatın "özü üçün yazan" sadə italyan qadınına verilməsi müəyyən mənada təəccüblü görünməyə bilməz. Qrasiya Deledda Sardiniyada, Nuoro adlı kənddə doğulmuşdu. Atası hüqquşünas, anası isə savadsız kəndli qadın idi. Ailələri yerli meyarlar baxımından imkanlı sayılırdı. Mədəni həyata gəldikdə isə kənddə elə qapalı mühit vardı ki, sakinlər italyanca deyil, latın dilinə yaxın yerli dialektdə danışırdılar. Xanım Deledda özü doğma kəndini istehza ilə "bürünc dövrünün yaşayış məskəni" adlandırmışdı.
Qravina Federiko
Federiko Karlos Qravina (isp. Federico Carlos Gravina y Nápoli; 12.8.1756, Palermo — 9.3.1806, Kadis) — hersoq San-Migelin oğlu (kral III Karlın nigahdan kənar oğlu da hesab edilir) ispan admiralı Trafalqar döyüşünün əsas iştirakçılarından biri. Kartahanda dəniz məktəbini bitirmişdir. 12 yaşından qardemarin rütbəsi ilə donamada, sonralar miçman kimi Santa Klara freqatında Braziliyada xidmət emişdir. İlk kamandirlik təcrübəsini Santa-Katalina adası yaxınlığındakı Vozneseniza adasının höcumla alınmasında qazanmışdır. 1777 ci ildə onun freqatı qəzaya uğrayır. Xoşbəxtlikdən sağ qalanların içində Qravina da olur. 1778 ci ildə İspaniyaya qayıdaraq, sahil mühafizə gəmisində leytenant kimi xidmətə girir. 1779 cu ildə ilk gəmi, San-Lui onun sərəncamına verilir. Bu gəmidə Qravina Gibraltarın mühasirəsində iştirak etmişdir.
Qravina adaları
Qravina adaları (ing. Gravina Islands) — Alyaskanın cənub-şərqində, Sakit okeanın isə şimal-şərqində yerləşir. Onlar qərbdə Klarens boğazı və şərqdə Revilyahihedo kanalı ilə həmsərhəddir. Qrupun ən böyük adaları bunlardır: Qravina, Annett, Dyuk və Meri. İspan tədqiqatçısı Xasinto Kaamaqno 1792-ci ildə Qravina adalarını Federiko Qravinanın şərəfinə adlandırır.
Qravina adası
Qravina adası (ing. Gravina Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Adanın uzunluğu 34 km, eni 15 km, sahəsi 246 km²-dir. 2000-ci il siyahıyaalınmasına görə, adada 50 nəfər yaşayırdı. Yaxın adalara olan məsafə: Revilyahihedo adasına (şimal-şərqdə) — təxminən 300 metr, Annett adasına (şərq) — təxminən 2,2 kilometr. Ketçiken hava limanı adanın şimal hissəsində yerləşir. Ada 1792-ci ildə ispan səyyahı Xasinto Kaamaqno tərəfindən kəşf edilmişdir; Trafalqar döyüşündə iştirak etmiş ispan admiralı Federiko Qravinanın şərəfinə bir qrup adaya Qravina adını verir. Növbəti il ingilis səyyahı Corc Vankuver bu adı adalardan birinə tətbiq edərək onu təsdiq edir. 2005-ci ildə bərə xidmətini əvəz edəcək, qonşu Qravina və Revilyahihedo adalarını birləşdirəcək körpü üçün layihə təklif edilir. Siyasətçilərin səs-küylü bəyanatlarına və bir neçə yüz milyon dollar məbləğində pul ayrılmasına baxmayaraq, tikintiyə başlanılmır.
Saraşina Nikki
Saraşina Nikki (更級日記, azərb. Saraşina gündəliyi‎) – Heyan dövründə yaşamış bir saray xanımı tərəfindən 1059-cu ildən sonra yazılan nikki. Şəxsi adı naməlumdur, əsasən Suqavara no Takasuenin qızı və ya Xanım Saraşina kimi xitab edilir. O, alim, şair və saray rəsmisi olan Suqavara no Miçizanenin nəslindən idi. "Saraşina Nikki" dövrün Heyan gündəliklərindən fərqlənir; həcm baxımından genişdir və müəllifin 12 yaşından 50 yaşına qədər olan həyatını təsvir edir. Müəllif atasının vitse-hakim olduğu Kazusa əyalətində böyümüşdür. 1020-ci ildə ailə ilə birlikdə Yaponiyanı səyahət edərək Kiotoya gəlmişdir. Gündəlikdə Fuci dağını, təbiət möcüzələrini və 3 aylıq səyahətində qarşılaşdığı insanları təsvir etmişdir. Daha sonra Kiotoda qalmış, lakin dini ziyarətlərə davam etmişdir. Qısa müddət ərzində imperatorluq şahzadəsinin xidmətçisi kimi fəaliyyət göstərdikdən sonra Şinano əyalətinin hakimi Taçibana no Toşimiçi ilə evlənmiş və 3 uşağı olmuşdur.