Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tudeşk
Tudişk – İranın İsfahan ostanının İsfahan şəhristanının Kuhpaya bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,940 nəfər və 1,100 ailədən ibarət idi.
Tuson
Tuson (ing.
Tüədo
Tuado — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 457 nəfərdir. Oykonim talış dilindəki tıı (tut) və do (ağac) sözlərindən ibarət olub (-a mənsub, bildirir), “tut ağacı” mənasındadır. Görünür, kəndin salındığı ərazidə və ya yaxınlığında çoxlu tut ağacı olduğu üçün belə adlanmışdır. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tuado və Köhnə Gəgir kəndləri Gəgiran kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Tuado kəndi olmaqla Tuado kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Təsək
Təsək — adətən gecələr başa qoyulan toxunulmuş və ya parçadan tikilmiş papaq.
Hyundai Tucson
Hyundai Tucson — Cənubi Koreya şirkəti olan Hyundai Motor Company-nin istehsal etdiyi krossover. Tucson Hyundai-ın ən tanınmış modellərindəndir. Bu model avtomobildən 1 milyondan çox satılmışdır.
Sursok muzeyi
Sursok muzeyi - Livanın paytaxtı Beyrutda müasir incəsənət muzeyi. Muzey Beyrutun Əşrəfiyyə rayonunda tarixi Ru Sursok küçəsində yerləşir. Bu küçədə XVIII əsrdə Sursoklar və Bustroslar ailələri tərəfindən əzəmətli binalar inşa edilmişdir. Sursok muzeyinin binası italyan və xüsusilə Venesiya və Osmanlı arxitektyrasının güclu təsiri altında olan Livan arxitekturasının ən gözəl nümunələrindən biridir. Beyrutun zadəgan dairəsi içərisində daha çox müvəffəqiyyət qazanan varlı Nikola Sursok XIX əsrin sonlarında bu muzeyin binasını öz villası kimi tikdirmişdi. 1961-ci ildə vəfat edən Nikola Sursok öz villasını Beyrut şəhərinə vəsiyyət etmişdir . Onun arzusuna uyğun olaraq villa muzey kimi yenidən qurulmuşdur . Muzey 1961-ci ildə müasir Livan rəssamlarının əsərləri ilə öz qapılarını tamaşaçılar üçün açdı. Bu hadisə Livanın mədəni həyatında böyük əks-səda doğurdu . Bu günədək muzeydə Livan və xarici ölkə rəssamlarının əsərlərindən ibarət yüzdən çox sərgi təşkil edilmişdir.
Tumsoy-Lam
Tumsoy-Lam (çeç. Tumsoyn lam) — Çeçenistan Respublikasının İtum-Kali və Şatoy rayonlarının sərhəddində Arqun vadisində yerləşən dağ zirvəsi. Böyük Qafqaz dağlarının şərq hissəsində Martan və Arqun çaylarının arasında yerləşən bu Tumsoy-Lam dəniz səviyyəsindən 2072 metr, digər məlumatlara görə 2074 metr yüksəklikdə yerləşir. Adının mənası Tumsoylular dağı kimi tərcümə olunur. Əsas vadinin əks tərəfində, yaylada və azmeylli yamaclarda şimala doğru Tumsoy-lam silsiləsindən şərqə doğru - Martan çayının mənbəyindən Arqun çayına qədər yerləşir. Silsilənin uzunluğu 11 km-dir. Şimal-şərqə doğru Borzoy, Tumsoy kəndləri, cənubda isə Enista, Xurika və Basxa kəndləri üzərində ucalır. Bu dağ "İmperator Rusiya Coğrafiya Cəmiyyəti"nin Qafqaz bölməsində xatırlanır: 3 avqust 1873-cü ildə Tumsoy-Lam dağından rus naturalist, statistik və etnoqraf N.K.Zeydlits yol salmışdır. Pagirevin göstəricisində Tumsoy aulu və Tumsoy-Lam dağının adı qeyd olunub. Tumsoy-Lam dağının yamacında yaşayış qülləsi var.
Mariya Tüsso
Mariya Tüsso ing. Anna Maria "Marie" Tussaud; 1 dekabr 1761, 7 dekabr 1761 və ya 1760, Strasburq, Fransa krallığı – 16 aprel 1850[…], London) — kolleksiyaçı, 1835-ci ildə Madam Tüsso muzeyi onun mum fiqurlar kolleksiyası əsasında yaradılmışdır. Londonun bu məşhur muzeyi Britaniya paytaxtının görməli yerlərindən biri sayılır.Mariya Tüsso mum heykəl düzəltməyi anasının xidmətçilik etdiyi Filips Kertisdən öyrənib.
Oqnevoy meşok
Atəş kisəsi və ya oqnevoy meşok (rus. огневой мешок) — iki və ya üç tərəfdən kütləvi və cəmləşmiş atəş hücumu həyata keçirmək əvvəlcədən təyin edilmiş ərazi sahəsi. Qarşı tərəfə ən qısa zamanda maksimum ziyan vurmaq üçün hərbi hissənin atəş sistemi daxilində təşkil olunur. Bu, həm cəbhənin ön xəttində, həm də müdafiənin dərinliklərində yerləşə bilər. Bundan Əfqanıstanda sovet qoşunlarına qarşı dəfələrlə tətbiq olunmuşdur. Birinci Qarabağ müharibəsi zamanı həyata keçirilmiş "Çeildağ" əməliyyatı əsnasında ermənilər tərəfindən Azərbaycan hərbçilərinə qarşı da istifadə edilmişdir. Həmçinin, eyni taktikadan İkinci Qarabağ müharibəsi zamanı baş tutan Hadrut döyüşündə Azərbaycan hərbçiləri tərəfindən istifadə edilmişdir.
Madam Tüsso muzeyi
Madam Tüsso (ing. Madame Tussauds) — Məşhur mum heykəllər muzeyi. Muzey Mariya Tüsso tərəfindən 1777-ci ildə yaradılmışdır və ilk mum fiquru Voltereə məxsus olmuşdur. Həmçinin, burada bir çox Hollivud ulduzlarının : Ancelina Coli, Tom Kruz, Orlando Blum, Bred Pitt, Leonardo DiKaprio, Cennifer Lourens, Odri Hepbern və s.; bir çox populyar ulduzlarının : The Beatles, Maykl Cekson, Beyons, Ledi Qaqa, Castin Timberleyk, Madonna; məşhur futbolçuların : Zinəddin Zidan, Devid Bekhem, Kriştiano Ronaldo, Lionel Messi və s. məşhur insanların mum fiqurları var. Madam Tüsso muzeyinin hal-hazırda bir çox şəhərlərdə filialları var. Buna Honq-Konq, London, Amsterdam, Berlin və digər şəhərlər aiddir. Bu muzeyin yaradılması Madam Tüsso (Madame Tussauds) ilə bağlıdır. O, mum heykəllər hazırlayaraq sərgilər keçirirdi ki, bu da müasir Madam Tüsso muzeylərinin yaranmasına səbəb olmuşdur. Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mumdan hazırlanmış heykəl-fiquru da müxtəlif ölkələrin və epoxaların görkəmli dövlət xadimləri və siyasətçilərinin fiqurları sırasında öz fəxri yerini tutmuşdur.
Abadə Təşk
Abadə Təşk — İranın Fars ostanının Neyriz şəhristanının Abadə Təşk bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,213 nəfər və 1,614 ailədən ibarət idi.
Donald Tusk
Donald Tusk (pol. Donald Franciszek Tusk; 22 aprel 1957[…], Qdansk) — Avropa İttifaqı Şurasının keçmiş prezidenti.