Madam Tüsso muzeyi

Madam Tüsso (ing. Madame Tussauds) — məşhur mum heykəllər muzeyi. Muzey Mariya Tüsso tərəfindən 1777-ci ildə yaradılmışdır və ilk mum fiquru Voltereə məxsus olmuşdur.[1]

Madam Tüsso muzeyi
Madame Tussauds
Xəritə
Əsası qoyulub 1839
Açılış tarixi 1835
Təsisçi
Ölkə
Yerləşir Vestminster borosu
51°31′22″ şm. e. 0°09′18″ q. u.HGYO
madametussauds.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həmçinin, burada bir çox Hollivud ulduzlarının : Ancelina Coli, Tom Kruz, Orlando Blum, Bred Pitt, Leonardo DiKaprio, Cennifer Lourens, Odri Hepbern və s.; bir çox populyar ulduzlarının : The Beatles, Maykl Cekson, Beyons, Ledi Qaqa, Castin Timberleyk, Madonna; məşhur futbolçuların : Zinəddin Zidan, Devid Bekhem, Kriştiano Ronaldo, Lionel Messi və s. məşhur insanların mum fiqurları var.

Madam Tüsso muzeyinin hal-hazırda bir çox şəhərlərdə filialları var. Buna Honq-Konq, London, Amsterdam, Berlin və digər şəhərlər aiddir. Bu muzeyin yaradılması Madam Tüsso (Madame Tussauds) ilə bağlıdır. O, mum heykəllər hazırlayaraq sərgilər keçirirdi ki, bu da müasir Madam Tüsso muzeylərinin yaranmasına səbəb olmuşdur.

Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mumdan hazırlanmış heykəl-fiquru da müxtəlif ölkələrin və epoxaların görkəmli dövlət xadimləri və siyasətçilərinin fiqurları sırasında öz fəxri yerini tutmuşdur. Mum-fiqurun müəllifi, muzeyin əməkdaşı Stiv Sueysdur (o kraliça II Elizabetin və Kuba lideri Fidel Kastronun fiqurlarının da müəllifidir).[2]

Madam Tüsso muzeyinin tarixi XVIII əsrdə başlamışdır və Mariya Tüssonun (tam adı ing. Marie Grosholtz) həyatına dayanır. O, 1761-ci ildə Fransada doğulmuşdur və yeniyetmə yaşlarında mum heykəltəraşlığına maraq göstərməyə başlamışdır. Mariya, Strasburqda yaşayan və anatomik mum fiqurlar düzəldən Filip Kurtiz adlı həkimin yanında təhsil almış və onun rəhbərliyi altında ilk mum fiqurlarını hazırlamışdır.[3] Kurtiz onun təlimçisi olmaqla yanaşı, dəstəkləyici rol oynayaraq ona sənətində irəliləməyə yardım etmişdir.

1789-cu ildə başlayan Fransa inqilabı Madam Tüssonun həyatını kəskin dəyişdirdi. İnqilabın gedişində o, edam edilmiş şəxslərin mum maskalarını hazırlamaq üçün seçilmişdi. Bu maskalar arasında kral ailəsindən olan şəxslərin də maskaları var idi. Mariya Tüssonun hazırladığı mum fiqurlar və maskalar zaman keçdikcə populyarlaşdı və o, 1802-ci ildə Britaniyaya köçmək qərarına gəldi[4].

Britaniyada Madam Tüsso ilk dəfə olaraq mum fiqurlar sərgisini yaratdı və bunu ölkə daxilində səyahət edərək təqdim etdi[5]. 1835-ci ildə isə Londonda, Beyker Strit (ing. Baker Street) adlı yerdə ilk daimi sərgisini açdı. Bu sərgi müvəffəqiyyət qazandıqdan sonra, onun əsərləri Avropada geniş tanınmağa başladı. Tüsso 1850-ci ildə vəfat etsə də,[6] onun mirası davam etdi və bu muzey böyüməyə davam etdi.

Bu gün Madam Tüsso muzeyi yalnız Londonda deyil, bütün dünyada məşhur yerlərdə fəaliyyət göstərir və tarixdən tutmuş müasir dövrə qədər bir çox məşhur şəxslərin mum fiqurlarını sərgiləyir.

  1. İngiltərə Kampları [ölü keçid]
  2. "LONDONUN MƏŞHUR MADAM TÜSSO MUZEYİNDƏ Heydər ƏLİYEVİN MUMDAN HAZIRLANMIŞ HEYKƏL-FİQURU QOYULMUŞDUR" (az.). azertag.az. 15-12-2007. 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-17.
  3. The Law Journal Reports Volume 96. E.B. Ince. səh. 328.
  4. Wells, John C. Tussaud's // Longman Pronunciation Dictionary. London: Pearson Longman. 2009. ISBN 978-1-4058-8118-0.
  5. "Marie Tussaud Facts, information, pictures | Encyclopedia.com articles about Marie Tussaud". Encyclopedia.com. 16 June 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2016.
  6. Du Plessis, Amelia. "England—Madame Tussauds". Informational site about England. 13 December 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 July 2011.