Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kuruş
Kuruş - (öncədən quruş) bir çox ölkələrdə fərqli zamanlarda istifadə edilen pul vahidi. Osmanlı vaxtında Kuruş, Türkiyədə ilk dəfə 1687 (hicri 1099)-ci ildə sultan II Süleyman'ın dönəmində istifadə edilmişdir.
Quruş
Quruş — Dağıstanın Doqquzpara rayonunda kənd. Yaşayış məskəni kimi Quruş kəndi onun tərkibində tək formalaşmışdır. == Coğrafi mövqeyi == Quruş kəndi Şalbuzdağ dağının cənub-şərq yamacında, Usuxçay vadisində, Usuxçay kəndindən 17 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2002-ci ildə kənd əhalisinin sayı 804 nəfər, 2012-ci ildə isə 816 nəfər olmuşdur. Son illər kənd əhalisinin sayında eniş müşahidə olunur və bu ilə olan məlumata görə Quruş kəndində 787 nəfər yaşayır. Quruş kəndinin əhalisi tarixən iki nəsl şaxəsinə bölünür - tuxumlar (türkcə) və ya uymaxlar (ləzgicə): Xaytakar, Qilevar, Tetesar, Falakar, Kızırar, Kirtar, Misriyar, Zanqavar, Avurar, Kuldurar, Xebeşar, Çuvallar. Kənd bir neçə məhəlləyə bölünür: Paqvay kiler, Vene kiler, Kirtar və Kamavaybur. == Tarixi == 1886-cı ildə Quruş kəndində 718 həyət və 4761 nəfər var idi. Əhalinin 2536 nəfəri kişi, 2225 nəfəri isə qadın idi. 71451 baş qoyun, 1767 at və 2189 baş iri buynuzu heyavan mövcud idi.
Tubus
Tulus
Tulus — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Tulus Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Oykonimin qəd. türkdilli tolos/teles tayfasının adı ila bağlılığı güman edilir. Orxon-Yenisey yazılı abidələrində tolis kimi qeyd olunan tuluslar e.ə. III əsrdə Orta Asiyada yaşamış teles adlı tayfanın varisləri hesab edilir. VII əsrdə onlar Qərbi Türk Xaqanliğına daxil olmuş, XIII əsrdə monqolların tərkibində Yaxın Şərqin istilasında iştirak etmişlər.
Turdus
Qaratoyuq (lat. Turdus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinə aid heyvan cinsi.
Turut
Turut düzü — Şəki rayonu ərazisində düz. Turut (İran) — İranda kənd.
Turşu
Turşu — metal atomu və ya mürəkkəb ion molekulu ilə əvəz oluna bilən hidrogen atomlarından və turşu qalığından ibarət olan mürəkkəb maddə. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən dissosiasiya zamanı kation kimi yalnız hidrogen ionu əmələ gətirən elektrolitlərə turşu deyilir. Turşular tərkibinə, əsaslığına və qüvvətliliyinə görə təsnif edilir. Tərkibinə görə turşular iki qrupa bölünür: oksigensiz və oksigenli. Oksigensiz turşular: HF, HCl, HBr, H2S, HCN və s. Dövri sistemin VI və VII qrup qeyri-metallarının hidrogenli birləşmələrinin suda məhlulları oksigensiz turşuların nümayəndələridir. Oksigenli turşular: HNO3, H2SO4, H3PO4 və s. Turşuların tərkibindəki metalla əvəz oluna bilən hidrogen atomlarının sayı turşuların əsaslığını və turşu qalığının valentliyini göstərir. Əsaslığına görə turşular birəsaslı (HF, HCl, HNO3, HCOOH və s.), ikiəsaslı (H2SO4, H2S, H2C2O4 və s.), üçəsaslı (H3BO2, H3PO4 və s.) və dördəsaslı (H4P2O4 və s.) olur. Turşuların qüvvətliliyi onların su məhlullarında əmələ gələn hidrogen ionlarının qatılığı, yəni dissosiasiya dərəcəsi ilə müəyyən edilir.
Bos taurus taurus
Bos taurus taurus (lat. Bos taurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin bos taurus növünə aid heyvan yarımnövü. İnək təsərrüfatı ətraf mühit üçün çox böyük gərginlik yaradır. Bu barədə BMT-nin Elm və İctimai Maraqlar Mərkəzin məlumat verir. Birincisi, ət emalı sənayesinin mənfi nəticələrindən biri meşələrin məhv edilməsidir. Amazon cəngəlliklərində əvvəllər mövcud olan sahənin təqribən 70 faizi indi iribuynuzlu mal-qara üçün otlaq kimi istifadə edilir. ABŞ-də ət emalı məqsədilə heyvanların yemlənməsi üçün becərilən qarığdalının 80 faizi, soyanın 90 faizi və taxılın təqribən 70 faizə yaxını məsrəf olunur. İkincisi, kənd təsərrüfatı heyvanları planetdə bütün içməli suyun 58 faizini mənimsəyir, belə ki, bir litr südün istehsalı üçün 9 litrə yaxın su sərf edilir. Bu heyvanlar həmçinin eroziya hallarının 55 faizinə, pestisidlərdən istifadə hallarının 37 faizinə səbəb olur. İnəklər qlobal istiləşməyə gətirib çıxardan buxar qazlarından biri olan metan buraxır.
Asetilsalisilli turşu
Asetilsalisilli turşu, aspirin, (lat. Acidum acetylsalicylicum, ing. Acetylsalicylic acid) — analgetik (ağrıkəsici), temperatur salan, qan duruldan təsirli dərman preparatı. Ağ xırda iynəuclu kristallı poroşok, otaq temperaturunda suda az həll edilir, qaynar suda, spirtdə tez həll edilir. Alman kimyaçısı Feliks Hofman tərəfindən 1897-ci ildə sintez edilib. Ona 6 mart 1899-cu ildə patent alıb. Hofman revmatizmdən əziyyət çəkən atasınına kömək üçün dərman tipi axtarakən onu kəşf edib. Asetilsalisilli turşusu satışda "aspirin" adı ilə tanınır.
Faik Türün
Faik Türün (17 oktyabr 1913 və ya 1914, Bursa, Xudavəndigar vilayəti – 15 fevral 2003, İstanbul) — Türkiyə ordusunun general-mayoru və siyasətçisi. 1950–1953-cü illərdə Türk Briqadasının tərkibində Koreya müharibəsinin iştirakçısı olmuşdur. Müharibədə fərqləndiyinə görə Faik Türün ABŞ ordusu komandanlığı tərəfindən "Gümüş ulduz"la təltif edilmişdir. Türkiyə Quru Qoşunlarının 3-cü Ordu və 1-ci Ordu birləşmələrinə komandanlıq etmişdir. Faik Türün 1970-ci illərdə "sosialist" fikirli şəxslərə qarşı represiyalarda ən çox adı hallanan generallardan idi. O, 9 mart 1971-ci il tarixində o zamankı Türk Hava Qüvvələrinin komandanı general Muhsin Baturun rəhbərliyi altında reallaşması planlaşdırılan hərbi çevriliş planının qarşısını alan əsas şəxs sayılırdı. Güclü sosialist meyllərə sahib yeni bir hökumət qurmaq üçün çevriliş etməyi düşünən bu zabitlərə və onlarla əlaqəli jurnalistlərə, yazıçılara qarşı "Balyoz Əməliyyatı"na (Ziverbey villası ilə əlaqəli) başçılıq etmişdir. Bu əməliyyat zamanı bir neçə jurnalist və siyasətçi Ziverbəy villasında siyasi rəqiblərinə işgəncə verilməsinin arxasında Faik Türünün durduğu iddia edirdilər. Ordudan təqaüdə çıxdıqdan sonra 1977-ci ildə Manisanı təmsil edən mühafizəkar və sağ yönümlü Ədalət Partiyasından millət vəkili olaraq Türkiyə parlamentinə seçilmişdir. == Həyatı == Faik Türün 1913-cü il oktyabrın 17-də Bursada anadan olmuşdur.
Neoseiulus tunus
Neoseiulus tunus (lat. Neoseiulus tunus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Nuruş Əliyev
Nuruş Əlihəsən oğlu Əliyev (1911, Aşağı Qaramanlı, Cavad qəzası – 1995, Xıllı, Neftçala rayonu) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə balıqçı, kənd sovetinin sədri, rayonda sənaye kombinatını direktoru və uzun müddət Nuruş Əliyev adına kolxozun sədri işləmişdir.
Purus çayı
Purus (port. Rio Purus) — Amazon çayının sağ qolunu təşkil edən və uzunluğu 3200 km olan çay. Çayın mənbəyi Perunun And dağlarının şərq ətəklərindən başlayır. Sonradan Braziliya ərazisinə keçərək Amazon düzənliyinə keçir. Yağışlar mövsümündə çay daşır. Gilli sahilləri asanlıqla yuyulur. Mənsəbə 2000 km qalmış dərinliyi 15 metrə çatır. Mənsəbdə hündürlük okean səviyyəsindən 33 metrdə yerləşir. Bu səbəbdən çay gəmiçilik üçün əlverişlidir. Burada astanalara rast gəlinmir.
Qarışıq turşu
== Tərkibi == Göy bibər - 6 kq Göy pomidor - 4 kq Kök - 4 kq Kələm - 4 kq Albalı (heyva, üzüm və s.) yarpaqları - zövqə görə. Duz - 250 qram == Hazırlanma qaydası == Hazırlamaq üçün göy bibər, göy pomidor, kök, 4 yerə bölünmüş kələm götürülür, doğranılır və bankalara yığılır, aralarına albalı, heyva, üzüm yarpaqları yığılır ki, turşunun (şorabanın) dadını yaxşılaşdırsın. Üstündən 5 litr suya duz tökülür. Bir neçə gündən sonra artıq duzlu suyu boşaltmaq lazımdır. Bunu günaşırı etməklə 1 həftədən sonra turşunu yoxlayırlar, xarab olmuşlarını götürürlər. Belə şorabanı sirkə ilə də hazırlamaq olar. Onda 1,5 litr suya 1 litr sirkə və 400 qram duz götürmək lazımdır. == Mənbə == Evdarlıq, Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1990. səh.240.
Tulus (Sisyan)
Tulus — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km cənub-şərqdə yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə qeyd edilmişdir. Kəndin adı təhrif edilərək erməni mənbələrində Tolors kimi verilir. == Toponimi == Toponim qədim türk tayfalarından olan tolos, teles etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 728-ci ilə aid mənbədə adı çəkilir. Həmin mənbədə dеyilir ki, kənddə cəmi 2 xristian ailəsi yaşayır Qədim türkmənşəli Tulus tayfasının adındandır. XIII əsr tarixçisi Rəşid-əd-Din monqolların tərkibində tulas adlı tayfa olduğunu qеyd еdir.
Turdus bewsheri
Turdus bewsheri (lat. Turdus bewsheri) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Turdus boulboul
Bozqanad qaratoyuq (lat. Turdus boulboul) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Turdus cardis
Yapon qaratoyuğu (lat. Turdus cardis) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Turdus celaenops
Turdus celaenops (lat. Turdus celaenops) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Turdus chiguanco
Turdus chiguanco (lat. Turdus chiguanco) — qaratoyuq cinsinə aid heyvan növü.
Turdus chrysolaus
Turdus chrysolaus (lat. Turdus chrysolaus) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Turdus dissimilis
Turdus dissimilis (lat. Turdus dissimilis) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Turdus falcklandii
Turdus falcklandii (lat. Turdus falcklandii) — qaratoyuq cinsinə aid heyvan növü.
Turdus feae
Turdus feae (lat. Turdus feae) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Turdus fulviventris
Turdus fulviventris (lat. Turdus fulviventris) — qaratoyuq cinsinə aid heyvan növü.