Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yevgeni Tuşenko
Yevgeni Tuşenko (rus. Евге́ний Андре́евич Ти́щенкo; 15 iyul 1991, Kanevskaya[d], Krasnodar diyarı) — peşəkar rus bokçusu, İ, 2009-cu ildən etibarən Rusiya milli komandasında çıxış edir. Olimpiya çempionu (2016), Dünya çempionu (2015), Avropa çempionu (2015, 2017), Universial çempionu (2013) və Dünya Çempionatının gümüş mükafatı (2013), Bir çox milli və beynəlxalq turnir qalibi. Belqorod Regionunda əməkdar idman ustası. == Həyatı == Yevgeni Tişenko 1991-ci il iyulun 15-də Krasnodar ərazisində Kanevskaya kəndində anadan olub, lakin sonra Belqorod şəhərinə köçüb. Məktəbin beşinci sinfində oxuyarkən boksla fəal məşğul olur, məşqçi İvan Andreyeviç Leviçevin rəhbərliyi altında boks bölməsində təhsil alıb. Məktəb səviyyəsində heç bir əhəmiyyətli nəticə göstərmədən ən yüksək nəticəsi Cənubi Federal Çempionatında mükafatçılar sırasına düşmək oldu. Tişenko müsahibədə bu sözləri bildirib: "Bu idman ilə biz bir tərəfli sevgiyə sahibik: mən onu sevdim, amma o, məni yox! Amma bütün uğursuzluqlarımın olmasına baxmayaraq, mən çox məşq etdim. Mən heç bir məşqi qaçırmadım, hətta xəstə olsam da, hələ də gəlməyə çalışdım".
Dusenia patagonica
Duseniella (lat. Duseniella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Duseniella patagonica (O.Hoffm.) K.Schum.SinonimDusenia patagonica O.Hoffm. Duseniella bicolor Suess.
Duşanka Sifnios
Duşanka Sifnios (serb. Душанка Сифниос, 15 oktyabr 1933 - 14 oktyabr 2016) ən məşhur və beynəlxalq səviyyədə müvəffəqiyyətli serb balerinalarından biri olaraq qəbul edilən serbiyalı balerina və xoreoqrafdır. == Bioqrafiya == 15 oktyabr 1933-cü ildə Skopye şəhərində anadan olmuşdur. 1953-cü ildə Belqrad Balet Liseyini bitirib, Nina Kirsanovanın sinifində oxumuşdur. Gimnaziyada təhsil alarkən, 1951-ci ildə Belqradda Milli Teatr qrupunun üzvü oldu. Gənc balerinanın istedadı fərqləndi və tezliklə solist və sonra Milli Teatrın əsas rəqqasəsinə çevrildi. == Yaradıcılığı == Onun erkən çıxışları Yugoslaviya xoreoqrafı Dimitri Parlik tərəfindən səhnələşdirilmişdir və bura "Orfey"də Evridika, "Romeo və Cülyetta"da Cülyetta daxil idi. Bu dövrdə ən müvəffəqiyyətli iki rolu, Adolf Adan tərəfindən Jizel, Béla Bartók tərəfindən "The Miraculous Mandarin" qız obrazı idi. O Jizel rolunu Belqrad Milli Teatrında 177 dəfə ifa etmişdi və bir çox Avropa şəhərlərini gəzmişdi: Venesiya, Edinburq, Vyana, Wiesbaden, Florensiya, Roma, Zürih, Berlin və Paris. O, Jizel rolu ilə Moskvanın Böyük Teatrında çıxış edərək böyük bir müvəffəqiyyətə imza atmışdı.
Milena Yesenka
Milena Yesenka (çex. Milena Jesenská 10 avqust 1896, Praqa, Sisleytaniya – 17 may 1944[…], Ravensburyuk həbs düşərgəsi) — Çex əsilli yazıçı, jurnalist və tərcüməçi. Frans Kafka ilə olan şəxsi münasibətləri ilə tanınmışdır. Frans Kafka tərəfindən 1920-ci ildə yazılmış Milenaya məktublar əsərində Kafka və Milena arasında qısa müdddət davam etmiş sevgi məktubları təsvir olunmuşdur. Siyasi fəaliyyəti səbəbindən 1944-cü ildə Nasist Almaniyası tərəfindən həbs edilərək Ravensbrük həbs düşərgəsinə göndərilmiş və elə həmin düşərgədə tutduğu böyrək çatışmazlığı səbəbindən 47 yaşında vəfat etmişdir. == Həyatı == Milena Yesenka 1896-cı ilin 10 avqust tarixində Avstriya-Macarıstan imperiyasının Praqa şəhərində, kübar cəmiyyətə mənsub bir ailədə anadan olmuşdur. Elit cəmiyyətin şərtlərini və həyat standartlarından imtina etdiyi üçün atası ilə münasibətləri pisləşmiş və atası tərəfindən ruhi əsəb xəstəxanasına göndərilmişdir. Xəstəxanaya göndərilməsinin əsəs səbəblərindən biri də yəhudi-alman kökənli şəxsə (Ernst Pollak) aşiq olması və bu sevginin atası tərəfindən rədd edilməsi idi. Ruhi əsəb xəstəxanasında qaldığı bir il, Milenanın həyatının ən ağır dövrlərindən biri hesab olunur. Mənəvi sarsıntılar keçirdən yazıçı düşdüyü vəziyyətdən xilas olmaq üçün narkotik maddələr belə qəbul etməyə başlamışdır.
Müsənna mühafəzəsi
Müsənna mühafəzəsi (ərəb. محافظة المثنى‎) — İraqın 18 mühafəzəsindən biridir. Müsənna mühafəzəsinin ərazisi 51.740 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 436.825 nəfər, inzibati mərkəzi Səmavə şəhəridir .
Uspenka (Arxangel)
Uspenka (başq. Успенка, rus. Успенка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Krasnokurt kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 36 km, kənd sovetliyindən (Şakir): 6 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 42 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (38 %), çuvaşlar (54 %) üstünlük təşkil edir.
Viktor Yuşenko
Viktor Andreyeviç Yuşşenko (ukr. Віктор Андрійович Ющенко; d. 23 fevral 1954, Sumsı vilayəti, Ukrayna SSR, SSRİ) — Ukrayna Respublikasının Dövlət və Siyasi Xadimi. Ukrayna Respublikasının 3-cü prezidenti (2005–2010). == Həyatı == Viktor Yuşşenko 23 fevral 1954-cü ildə Ukraynanın Sumsk vilayətinin Xorujevsk şəhərində anadan olmuşdur. Ata və anası kənddə müəllim olmuşlar. İqtisadçı təhsili alıb, karyerasına SSRİ Dövlət Bankının regional şöbəsində başlayıb. 1993-cü ildə Ukrayna Milli Bankının sədri təyin edilib. 1996-cı ildə dövriyyəyə buraxılan Ukrayna milli valyutasının – qrivnanın "atası" sayılır. Onun rəhbərliyi altında həyata keçirilən pul islahatı uğurlu olub, ölkə iqtisadiyyatına mənfi təsir etməyib.
Kuenka (Ekvador)
Kuenka (isp. Cuenca / Santa Ana de los cuatro Ríos de Cuenca) — böyüklüyünə görə Ekvadorun üçüncü şəhəri, Asuay əyalətinin inzibati mərkəzi. Şəhər Ekvador andlarında ("Syerra" kimi tanınan), dəniz səviyyəsindən 2 560 metr yüksəklikdə yerləşir. Şəhər 1557-ci ildə Xil Ramires Davalos tərəfindən qədim şəhər olan Tomebambanın yerində Santa Anа de los cuatro rios de Cuenca adı ilə salınmışdır. Şəhərin mərkəzində UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş və müstəmləkəçilik dövrünə aid çox sayda tarixi tikili mövcuddur. 1974-cü ildə cəmi 105 000 əhalisi olan şəhərdə 2010-cu ilin hesablamalarına görə 329 928 sakin yaşayır. Ümumilikdə aqlomerasiyanın müasir əhalisi isə təxminən 700 000 nəfərdir. İqtisadiyyatının əsasını kənd təsərrüfatı və sənaye, xüsusilə toxuculuq və yeyinti sənayesi təşkil edir, ixracat üçün kustar üsulla şlyapa istehsal olunur. Bundan başqa şəhərdə 8 universitet fəaliyyət göstərir. Onlardan ən qədimi olan Kuenka Universitetində təxminən 12 000 tələbə təhsil alır.
İbn əl-Müsənna
İbn əl-Müsənna (tam adı: Fəxrəddin Əbülfəzl İsmayıl ibn əl-Müsənna ət-Təbrizi) — Bağdadın "ən-Nizamiyyə" mədrəsəsində mühazirələr oxuyur. O, "Azərbaycan tarixi" əsərinin müəllifidir. Lakin çox təəssüf ki, bu əsər bizə qədər gəlib çatmamışdır. İbn əl-Müsənna hicri 580 (1185)-ci ildə Təbrizdə vəfat etmişdir. Görkəmli şəxsiyyətlərin kartotekasını tərtib edən İbn əl-Fuvati yazır: "Mən Təbrizdə tam mənasında gör-kəmli şəxsiyyətlər barəsində soruşanda mənə İbn əl-Müsənnanın adını çəkdilər. Mən soruşdum: "Ona bənzər ikincisi varmı?" və mənə cavab verdilər: "O, təkdir və ikincisi yoxdur".
I Rəvvad ibn Müsənna əl-Əzdi
I Rəvvad ibn Müsənna əl-Əzdi (ərəbcə: الرواد بن المثنى الأزدي) (VIII—XII) — VIII-XII əsrlərin ortalarından etibarən Cənubi Azərbaycanda hökm sürən Ravvadidlər sülaləsindən olan və Rəvvadilər dövlətinin qurucusudur. Əbbasi xəlifəsi Əbu Cəfər əl-Mənsur Yəmən Ərəblərini oraya köçürərək Yezid ibn Hatim əl-Mühəlləbini (785-786) Azərbaycan hakimi təyin etdi. Onnlardan biri, Təbrizdə məskunlaşan, Əzd qəbiləsindən olan yəmənli Rəvvad ibn Müsənna idi. Sonralar müstəqil feodal mülkiyyətinin başçısı oldu. Əl-Yəqubinin verdiyi xəbərə görə, Təbrizdən Bəzzədək bütün torpaqlar Rəvvada verilmişdi.Rəvvadın üç oğlu var idi: Məhəmməd (813-845), əl-Vəcnə və Yəhya (ö. 849).