Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
TV Tuner
TV Tuner - televizor üçün nəzərdə tutulmuş siqnalları rəqəmli formata çevirən qurğu. TV Tuner vasitəsilə antennanı və ya TV üçün PAL, SECAM və ya NTSC formatlı siqnalları göndərəbiləcək qurğu ilə birləşdirilir. Sonra bu qurğunun içində həmin siqnallar emal olunur və kompüterə ötürülür. Bu üsulla kompüterdə televizora baxmaq, istənilən videotəsviri rəqəmli formata salmaq mümkündür.
Künər
Künər vilayəti (puşt. کونړ, fars. کنر‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Künər vilayətin sahəsi 4.942 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 407.8 min nəfər, inzibati mərkəzi Əsədabad şəhəridir. Vilayətin Pakistanla 175 km-lik sərhəddi var. == Əhalisinin etnik tərkibi == Əhalisinin 95%-ni puştunlar, 5%-ni nuristanilər və digər xalqların nümayəndələri təşkil edir. == İnzibati quruluşu == Vilayət inzibati cəhətdən Əsədabad, Mərəvara, Bar Künər, Danqam, Nari, Qaziabad, Şaygal və Şiltan, Vata Pur, Çapa Dara, Dara-i-Peç, Nərəng, Çavkay, Nurgal, Xas Künər və Sirkanay rayonlarına bölünür.
Tunes
Tunes (lat. Thunnus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin skumbriyakimilər dəstəsinin skumbriyalar fəsiləsinə aid heyvan cinsi. Tunes balıq sənayesində mühüm rol oynayır. Onların çox ovlanması bir neçə tunes tövünün nəsli kəsilmək təhlükəsi yaradıb. Tunesin cinsinə aid bəzi fərdlərin uzunluğu 3,5 metrə çatır. Dünyada qeydə alınan ən böyük kütləyə malik tunesin kütləsi 635 kq olub.
Tülər
Tülər — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Tülər oyk., sadə. Quba r-nunun Tüləkəran i.ə.v.-də kənd. Ağçayın sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi adını ərazidəki dağın adından almışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1110 nəfər əhali yaşayır.
Alex Turner
Aleksandr Devid Törner (ing. Alexander David Turner; 6 yanvar 1986, Şeffild, Yorkşir və Hamber[d]) — İngiltərə musiqiçisi. Rok qrupu Arctic Monkeys-in mahnı yazarı və frontmanıdır. Onun hər bir albomu Böyük Britaniyada hit olmuşdur. Yeddi "Brit", bir "Ivor Novello" və bir "Mercury Prize" laureatıdır. Aleksin həmçinin klassik üslublu pop mahnıları buraxdığı The Last Shadow Puppets adlı başqa bir qrupu da var. Aleks Törner Şeffildin High Green məhəlləsində böyüyüb. 2002-ci ildə 15 yaşıda olarkən üç dostu ilə birlikdə Arctic Monkeys qrupunu formalaşdırıb. Onların ilk studiya albomu olan "Whatever People Say I Am, That's What I'm Not" 2006-cı ildə buraxılmışdır. Bu albom Britaniya tarixində ən sürətli satılan debüt albomu kimi yadda qalıb.
Erigeron tener
Erigeron tener (lat. Erigeron tener) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Haldun Taner
Haldun Taner — Türkiyə yazıçısı, jurnalist. == Həyatı == Haldun Tanerı 16 mart 1915-ci ildə İstanbulda anadan olmuşdur. Orta təhsilini 1935-ci ildə Qalatasaray Sultanisində bitirib məzun olandan sonra dövlət tərəfindən təhsilini davam etdirmək üçün Almaniyaya — Heidelberq Universitetinə göndərilib. 1938-ci ildə ağır vərəm xəstəliyinə görə təhsilini yarım qoyub vətəninə qayıdır. 1938–1942-ci illərdə Erenköy Sanatoriyasında müalicə olunur. Ali təhsilini 1950-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Alman Filalogiyası bölməsində tamamlamışdır. 27 may 1960-cı ildəki hərbi çevrilişi nəticəsində universitetdən uzaqlaşdırılan və 147-lər adlanan alimlər arasında idi. == Yaradıcılığı == Ədəbiyyat yaradıcılığına gənclik illərində yazdığı eskizlərlə başlamışdır. "Töhmət" adlı ilk hekayəsi 1946-cı ildə Yedigün jurnalında "Haldun Yağcıoğlu" təxəllüsü ilə çap edilmişdir. Yazıçılıqla yanaşı İstanbul Universiteti Qəzetçilik İnstitutunda, Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsində, İstanbul Universiteti Ədəbiyyat Fakültəsində ədəbiyyat, sənat tarixi ve teatr dərsləri verən Haldun Taner, Milliyət Qəzetində redaktor işləyərkən, 7 may 1986-cı ildə İstanbulda vəfat etmişdir.
Hüner Coşkuner
Hüner Coşkuner (1 aprel 1963, İstanbul – 4 fevral 2021) — Türkiyə müğənnisi.
Künər vilayəti
Künər vilayəti (puşt. کونړ, fars. کنر‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Künər vilayətin sahəsi 4.942 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 407.8 min nəfər, inzibati mərkəzi Əsədabad şəhəridir. Vilayətin Pakistanla 175 km-lik sərhəddi var. == Əhalisinin etnik tərkibi == Əhalisinin 95%-ni puştunlar, 5%-ni nuristanilər və digər xalqların nümayəndələri təşkil edir. == İnzibati quruluşu == Vilayət inzibati cəhətdən Əsədabad, Mərəvara, Bar Künər, Danqam, Nari, Qaziabad, Şaygal və Şiltan, Vata Pur, Çapa Dara, Dara-i-Peç, Nərəng, Çavkay, Nurgal, Xas Künər və Sirkanay rayonlarına bölünür.
Məstan Günər
Məstan Günər (tam adı: Əliyev Məstan Rəsul oğlu) — şair, publisist, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü (1976), Azərbaycan komsomolu mükafatı laureatı (1976), Azərbaycan Dövlət mükafatı laureatı (1980). Məstan Günər 1935-ci il iyulun 25-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olmuşdur. Tovuz şəhərində orta məktəbi bitirdikdən sonra APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1953-1957). İlk şerləri "Sosializm kəndi" rayon qəzetində dərc olunmuşdur. Lakin respublika mətbuatına 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap etdirdiyi "İsti köynək", "Körpü" şerləri ilə çıxmışdır. Həmin vaxtdan ciddi bədii yaradıcılığa başlamışdır. Publisistik və tənqidi məqalələrlə də çıxış edir. Onun ilk qələm təcrübələri, bir sıra lirik şerləri "Məstan Dəmirçioğlu", "Məstan Əsrikli", "Məstan Məsum" təxəllüsü ilə çap edilmişdir. İlk kitabları "Qartal", "Məsum Əliyev", "Məstan Əliyev", "Məstan" imzaları ilə dərc olunmuşdur. Son üç kitabı "Məstan Günər" təxəllüsü ilə nəşr edilmişdir.
Sarıüzgəc tunes
Sarıüzgəc tunes (lat. Thunnus albacares) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin skumbriyakimilər dəstəsinin skumbriyalar fəsiləsinin tunes cinsinə aid heyvan növü.
Taner Taktak
Taner Taktak — azərbaycanlı yarımmüdafiəçi futbolçu Taktak 1990-cı ildə anadan olub. Peşəkar karyerasına 2007-ci ildə Hollandiyanın “Fortuna”sında başlayıb. Sonra o, Türkiyənin “Hacettepe” klubunda oynayıb və elə buradan Belçikaya yola düşüb. Taner Türkiyənin yeniyetmə yığmalarında (U-17, U-18, U-19) oynayıb və burada 46 matçda iki qol vurub. 3 iyul 2012-ci ildə “Sumqayıt” futbol klubu növbəti transferini həyata keçirib. Komandanın yeni oyunçusu Belçikanın 2-ci liqasının “Patro Eysden” klubundan azərbaycanlı Taner Taktakdır. Müqavilə 1+1 sistemi üzrə imzalanıb.
Taner Yıldız
Taner Yıldız (3 aprel 1962) — Türk siyasətçi, elektrik mühəndisi. 22., 23. və 24. Dövr Ədalət və İnkişaf Partiyası Kayseri millət vəkili və Türkiyə respublikasın Enerji və Təbii Qaynaqlar Naziridir. 3 Aprel 1962 tarixində Yozğadın Boğazlıyan mahalına bağlı Dəvəçipinar Qəsəbəsində dünyaya gəldi. Lisey təhsilini Kayseri Liseyində tamamladı. İstanbul Texniki Universiteti Elektrik-Elektronik Fakültəsi Elektrik Mühəndisliyi Hissəsini bitirdi. Kayseri Elektrik İstehsal Şirkətinin İdarə heyəti Üzvü, Kayseri və Ətrafı Elektrik TAŞ-ının İdarə heyəti Üzvü və Ümumi Müdiri olaraq vəzifə yerinə yetirdi. 2002 ümumi seçkilərində Əİ Partiyasından Kayseri millət vəkili namizədi oldu, 22. Dönəmdə Türkiyə Böyük Millət Məclisinə girdi.
Tanər Akçam
Altuğ Tanər Akçam (türk. Taner Akçam; 23 oktyabr 1953, Ərdahan, Türkiyə) – türkəsilli Almaniya tarixçisi və sosioloqu. O, Erməni soyqırımı məsələsini açıq müzakirəyə çıxaran ilk türk alimlərindən biri olmaqla, həmin mövzuda qabaqcıl beynəlxalq nüfuza malikdir. Akçam türk və erməni tərəflərinin soyqırım haqqında məlumatlarını uyğunlaşdırmağı, milli stereotiplərin dəstəklənməsi üçün istifadə etməyi təklif edir: "Biz məsələni yenidən analiz və hər iki cəmiyyəti analizimizin mərkəzinə qoymalıyıq. Bu paradiqma dəyişikliyi hər iki cəmiyyətin bir-birinə alışması və bir-birini öyrətməsi üçün yeni mədəni mühitin formalaşdırılmasına imkan verəcək." . Akçam Türkiyənin Ardahan ilinin Ölçək kəndində Dursun və Pəriham Akçamların ailəsində anadan olub. 1976-cı ildə Ankarada yerləşən Orta Doğu Teknik Universitetini bitirib. 1974-cü ildə Türkiyənin Kiprə ordu çıxarması əməliyyatının əlehinə keçirilən tələbə hərəkatında iştirak etdiyinə görə həbs edilib. 1975-ci ildə şəhərdə elanlar və plakatlar yaydığına görə həbs edilib (Akçam qeyd edir ki, "o zaman, əlində indi Milli Təhlükəsizlik İşləri Üzrə Dərnək Müdürlüyü adlanan qurumdan icazə olmasına baxmayaraq həbs edilmiş və 3-5 gün ərzində polis şöbəsində saxlanmışdır.) Bakalavrı bitirib, həmin universitetdə aspirant təhsili aldığı dövrdə, 9 mart 1976-cı ildə kürd azlıqlarla bağlı jurnalın nəşrində iştirak etdiyinə görə həbs edilib. "Devirimci Gençlik" (İnqlabçı Gənclik) "Devirimci Yol" (İnqlabçı Yol) adlı radikal təşkilatın nəşri idi.
Tanər Ölməz
Taner Ölmez (9 avqust 1986, Tuncəli) — Türkiyəli kino aktyoru. 2019–2021-ci illərdə "Mucize Doktor" teleserialında "Ali Vefa" rolunu canlandırmışdır. 2021-ci ildə aktrisa Ece Çeşmioğlu ilə evlənmişdir. Taner Ölmez 9 avqust 1986-cı ildə Tuncelidə anadan olmuşdur. Taner Ölmez, İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr şöbəsinin tələbəsidir. Gənc aktyor İstanbulun Qızıl serialındakı çıxışı ilə diqqət çəkib. Çarşı, Kül və Ateş və Tatar Ramazan'ı əhatə edən Taner Ölmez İtirilmiş Şəhər tərəfindən geniş tanınıb. 1.79 sm boyu və 65 kilo ağırlığında. Uğurlu oyunçu Taner Ölmez ilə yanaşı Ülker Albeni, Ülker Sunny və Piyale Pigafest reklam çarxlarında da iştirak etdi. Dünyaca məşhur The.
Tuncer Gülənsoy
Tuncer Gülənsoy (türk. Tuncer Gülensoy) — Türkiyənin məşhur dilçi alimi, türkoloq, elmlər doktoru, professor Tuncer Gülənsoy 30 yanvar 1939-cu ildə Türkiyənin Uşak şəhərində anadan olmuşdur. Atasının dövlət qulluğu vəzifəsi olduğundan o, ibtidai təhsilini müxtəlif məktəblərdə almışdır. Əvvəlcə Uşak Qazi Mustafa Kamal ilk okulu, daha sonra Əhməd Midhət Əfəndi İbtidai məktəbi (1951), Uşak Liseyində (1959) oxumuşdur. Ankara Universiteti Türk Dili və Ədəbiyyatı bölümünü (1963) bitirmişdir. Bir müddət Uşak ilçəsinin kəndlərində əvəzedici müəllim işləmiş, Türk Kültürü Araşdırma İnstitutunda elmi araşdırıcı kimi işləmişdir (1963-1970, 1972-1973). 1967-ci ildə professor Əhməd Temirin rəhbərliyi altında doktorluq dissertasiya üzərində işləməyə başlamışdır. 1970-ci ilin yanvarında müdafiə etdiyi “Monqolların gizli tarixi”ndə hal şəkilçiləri və cümlələrdə istifadəsi” adlı dissertasiya işi ilə filologiya elmləri doktoru adını almışdır. Daha sonra Ankara Universitetinə assistent kimi fəaliyyətə (1974). 15 oktyabr 1976-cı ildə o, Amerika Birləşmiş Ştatlarının Texas ştatındakı Texas Tech Universitetinə (Lubbock-Texas) qonaq professor kimi getmiş və prof.
Tunel (funikulyor)
F2 xətti — Türkiyənin İstanbul şəhərində olan yeraltı metrosu. 1863-cü ildə Londonda xidmətə verilən yeraltı sərnişin daşıma sistemlərindən sonra inşa edilən dünyanın ən qədim 2-ci yeraltı sərnişin daşıma sistemidir. 17 yanvar 1875-ci ildə açılmışdır. Ümumi uzunluğu 573 metr olan Tunelin inşasına 1871-ci ildə başlandı və tikinti 1874-cü ildə tamamlandı. 1910-ci ildə elektrik sistemə keçən tunel, 1939-cu ildə İETT ümumi müdiriyyətinə təhvil verildi. 1970-ci ildə bir Fransız firması tərəfindən tamamilə yenilənən tunel, 90 saniyədə Qalata ilə Bəyoğlunun bir-birinə bağlamaqdadır. 2009-ci ilin statistikasına görə hər gün orta hesabla 15 min sərnişin daşıyan tunel, ildə ortalama 64 min 800 dəfə səfər edir və ortalama 37 min kilometr yol qət edir. Tüneli hal-hazırda İstanbul Elektrik Tramvay və Tunel İşlətmələri (İETT) işlədir. Fransız mühəndis Eugene Henri Gavand, 1867-ci ilin mayında İstanbula gəlir, Qalata ilə Bəyoğlu arasındakı gündə ortalama qırx min adamın enib çıxdığını təsbit edir. Buna görə də lift tipində bir dəmiryolu layihəsi hazırlayıb İngilis hökumətindən kredit alıb Osmanlı hökumətinə təqdim edir.
Tunel (pirsinq)
Tunel — qulağın sırğalıq nahiyyəsinə taxılan halqa şəklində və böyük ölçüdə olan bəzək əşyası. Adi sırğadan dəliyin böyük diametri ilə fərqlənir. Həmçinin sonradan həmin dəliyin bağlanma prosesi Plaq (ing. plug — «tıxac») adlanır. Tunel və Plaqlar hələ qədim dövrlərdən məlum idi, çünki qulaqların modifikasiyası hələ Afrika kontinentində yaşayan erkən insanlar tərəfindən təcrübələnirdi. Xalqların Afrika materikindən yeni ərazilərə köçməsi ilə tunel də Avrasiya və digər kontinentlərə də yayıldı. Arxeoloji qazıntılar tunellərin Qədim Misirdə, İnd vadisi mədəniyyətində, Hind-Çində və Mezoamerika mədəniyyətlərində geniş istifadəsini təsdiqləyir. Mohenco-Daroda aparılan arxeoloji qazıntılarda çoxlu sayda qulaq dəliklərini genişləndirmək üçün istifadə edilən alətlər və halqalar aşkar edilmişdi. İnd vadisi boyunca yaşayan xalqlarda tunel və plaqlar kundala (sanskr. कुण्डलिन्; “halqalarla bəzədilmiş qulaqlar”) adlanırdı.
Uzunüzgəc tunes
Uzunüzgəc tunes (lat. Thunnus alalunga) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin skumbriyakimilər dəstəsinin skumbriyalar fəsiləsinin tunes cinsinə aid heyvan növü. Tropik və ilıq okeanlarda və Aralıq dənizidə tapılar. Boyu 140 sm və ağırlığı 60,3 kq-a çata bilər. Çox qiymətli bir qida balığı olan tunes, gəmilərdən qarmaq ilə ya da gəminin arxasından süründürülən şəbəkələrlə ovlanar. Konservlərdə satılan tunes arasında ən yüksək keyfiyyətlisidir.
Uzunüzgəcli tunes
Uzunüzgəc tunes (lat. Thunnus alalunga) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin skumbriyakimilər dəstəsinin skumbriyalar fəsiləsinin tunes cinsinə aid heyvan növü. Tropik və ilıq okeanlarda və Aralıq dənizidə tapılar. Boyu 140 sm və ağırlığı 60,3 kq-a çata bilər. Çox qiymətli bir qida balığı olan tunes, gəmilərdən qarmaq ilə ya da gəminin arxasından süründürülən şəbəkələrlə ovlanar. Konservlərdə satılan tunes arasında ən yüksək keyfiyyətlisidir.
You Tuber
YouTuber və ya Yutuber — YouTube üçün video hazırlayıb paylaşan və bu videolarla məşhur olan şəxslərə verilən ad. YouTube 14 fevral 2005 tarixində PayPal işçiləri Chad Hurley, Steve Chen və Jawed Karim tərəfindən yaradıldı. İlk YouTube kanalı "Jawed" 23 aprel 2005 eyni adlı YouTube qurucusu tərəfindən yaradıldı. Me adlı qısa bir vlog klibi olan zooparkda ilk YouTube videosu olaraq tarixə keçdi. 2005-ci ilin oktyabrında YouTube, YouTube kanallarına abunə olmaq xüsusiyyətini tanıtdı. 2015-ci ilin oktyabrından etibarən 100.000-dən çox abunəyə sahib 17.000-dən çox YouTube kanalı və bir milyondan çox abunəyə sahib təqribi 1.500 YouTube kanalı var. Bu rəqəmlər 2019-cu ilinin yanvarında ən az 250.000 abunəyə sahib 44.000 kanala çatdı. "YouTuber" sözü "YouTube" sözündən əmələ gəlib. Bu sözün Azərbaycan dilində tam mənası "Yutubçu" deməkdir amma, Azərbaycan dilində "Yutuber" kimi işlənir. YouTuber-lər Google AdSense hesabından gəlir əldə edə bilərlər.
Aslıhan Güner
Aslıhan Güner (17 dekabr 1987, İstanbul) — Aktyor. == Həyatı == 17 dekabr 1987-ci ildə İstanbulda anadan olub. Barış Manço Mədəniyyət Mərkəzində aktyorluq təhsili alan Aslıhan Güner 2002-ci ildə yayımlanan Sirlər Dünyası serialı ilə ilk dəfə kameralar qarşısına keçib. 9 iyun 2013-cü ildə Şefkat Tepe serialında tanış olduğu Mert Kılıç ilə evləndi.
Taner Savut
Taner Savut (10 avqust 1974, İzmir – 6 fevral 2023, Antakya) – Türkiyə idman direktoru və keçmiş futbolçusu. Müdafiəçi mövqeyində çıxış etmişdir. Əslən rizəli ailədən olan Taner Savut futbola 12 yaşında "İzmirspor" klubunun aşağı yaş qruplarında başlamışdır. 1994-cü ildə "İzmirspor" klubunda ilk peşəkar futbol oyununa çıxmışdır. 1997-ci ildə "Fənərbaxça" klubuna transfer olmuş və klubla 30 oyun oynamışdır. Avrokuboklardakı yeganə oyununu 29 sentyabr 1997-ci ildə UEFA Kuboku çərçivəsində "Styaua"ya qarşı keçirmiş və komandası 2:1 hesabı ilə məğlub olmuşdur. Daha sonra "Göztəpə", "Siirtspor", "Sakaryaspor", "Alanyaspor" klublarında çıxış etmişdir. 7 sentyabr 2002-ci ildə "Sivasspor" səfərinə gedən "Sakaryaspor" avtobusunun qəzaya uğraması nəticəsində 6 nəfər ölmüş, lakin o, yaralı olaraq qurtulmuşdur. "Tokatspor" klubunda oynadıqdan sonra 2011-ci ildə futbolçu karyerasını başa vurmuşdur. Karyerası boyunca 500-ə yaxın rəsmi oyuna çıxmış, Türkiyə Super Liqasında 71 oyunda 1 qol vurmuşdur.
Tuncer Bakırhan
Tuncer Bakırhan (1970, Qayadibi[d], Qars ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı, DEM Partiyasının həmsədri. Tuncer Bakırhan 1970-ci ildə Qars ilinin Susuz ilçəsində anadan olub. İbtidai və orta təhsilini Qarsda alıb. Bursa Uludağ Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. Siyasi fəaliyyəti ərzində HEP, DEP, HADEP, DEHAP, DTP, BDP, HDP və DEM üzvü olub. 2003-2005-ci illərdə DEHAP sədri olub. 2014-cu ildə Siirt bələdiyyəsinin sədri seçilib. 2016-cı il noyabrın 16-da “PKK/KCK üzvü olmaq” ittihamı ilə həbs edilib və əvəzinə qəyyum təyin edilib. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Siirt ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. 15 noyabr 2023-cü ildə HEDEP həmsədri seçilib.
Senecio tener
Emilia tenera (lat. Emilia tenera) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. Senecio tener O.Hoffm.