GÜNƏR

günün igidi, qəhrəmanı; işıqlı ər; Gün kimi oğlan.
GÜNƏLİ
GÜNXAN
OBASTAN VİKİ
Məstan Günər
Məstan Günər (tam adı: Əliyev Məstan Rəsul oğlu) — şair, publisist, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü (1976), Azərbaycan komsomolu mükafatı laureatı (1976), Azərbaycan Dövlət mükafatı laureatı (1980). Məstan Günər 1935-ci il iyulun 25-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olmuşdur. Tovuz şəhərində orta məktəbi bitirdikdən sonra APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1953-1957). İlk şerləri "Sosializm kəndi" rayon qəzetində dərc olunmuşdur. Lakin respublika mətbuatına 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap etdirdiyi "İsti köynək", "Körpü" şerləri ilə çıxmışdır. Həmin vaxtdan ciddi bədii yaradıcılığa başlamışdır. Publisistik və tənqidi məqalələrlə də çıxış edir. Onun ilk qələm təcrübələri, bir sıra lirik şerləri "Məstan Dəmirçioğlu", "Məstan Əsrikli", "Məstan Məsum" təxəllüsü ilə çap edilmişdir. İlk kitabları "Qartal", "Məsum Əliyev", "Məstan Əliyev", "Məstan" imzaları ilə dərc olunmuşdur. Son üç kitabı "Məstan Günər" təxəllüsü ilə nəşr edilmişdir.
Feza Günərgun
Feza Günərgun (1956, İstanbul) — Türk elm tarixçisi. == Həyatı == Türk elm tarixinin önəmli botaniklərindən olan Asuman Baytop və Turhan Baytopun qızıdır. Litsey təhsilini "Notre Dame de Sion" Fransız litseyində bitirdikdən sonra, 1980-ci ildə "İstanbul Universiteti"nin Kimya Mühəndisliyi Fakültəsini bitirmişdir. 1984-cü ildə "İstanbul Universiteti", Tibb Fakültəsi, Tibb Tarixi və Deontoloji fakultəsində etdiyi "14–17-ci əsrlərdə qeyri-üzvi kimyəvi dərmanlar" mövzusunda doktorluq işi ilə ilə M.Sc.Dr. adı aldı. 1985-ci ildə "İstanbul Universiteti" Ədəbiyyat Fakültəsi, Fəlsəfə Bölümü, Elm Tarixi Bölməsinə tədqiqatçı köməkçisi olaraq qatıldı. 1987-ci ildə dosent, 1993-cü ildə "elm tarixi dosenti", 1998-ci ildə professor oldu. 1997-ci ildə Kyotodakı Yapon Tədqiqatları İnstitutunda ziyarətçi tədqiqatçı vəzifəsində çalışmışdır. 2001-ci ilin yanvarından Elm Tarixi Bölməsinin müdiridir. 1989–2000 arasında Türk Bilim Tarixi Vəqfinin (TBTK) Baş Katibi, 1994–2001 arasında "Elm və Texnologiya Tarixi Komissiyası" nın sədr müavini , 1994–1998 arasında İstanbul Universiteti Elm Tarixi Muzey və Sənədlər Mərkəzi (BİMDOK) İdarə Heyətinin üzvü olaraq işləmişdir.
Qaramanoğlu Günəri bəy
Qaramanoğlu Günəri bəy (ö. 17 aprel 1300) — Qaramanoğulları bəyliyinin bəyi. Atası bəyliyin banisi Kəriməddin Qaraman bəydir. Qardaşı Mehmed bəyin 1277-ci ildə monqollar tərəfindən edamından sonra bəyliyi ələ aldı. Ancaq 1383-cü ildə bəyliyi monqol və Səlcuqluların tabeliyində çıxara bildi. Belə ki, Abaqa xanın ölümüylə Anadoluda siyasi boşluq yaranmış, Günəri bəy bir neçə dəfə Konyaya hücum edərək şəhəri darmadağın etmişdir. Ancaq 1287-ci ildə Erməni-Kilikiya çarlığına aid Tarsus şəhərinə hücum etməsiylə, Səlcuqlu və monqolların dəstəyini alan ermənilər bəyliyin mərkəzi Qaramanı işğal etdi. Şəhər yandırıldı və ardından Günəri bəy yenidən Səlcuqlu tabeliyini qəbul etdi. 1294-cü ildə Alaiyə liman şəhərini geri aldı. 17 aprel 1300-cü ildə vəfat etdi.