Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tapan
Tapan (Daşkəsən) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun inzibati ərazi vahidində kənd. Tapan — Tapanlı kəndinin digər adı.
Tapas
Tapas (isp. Tapa) — İspaniya mətbəxində yer alan qəlyanaltı çeşidi. Soyuq və isti növləri mövcüddur. İspaniyanın seçilmiş restoranlarında tapas mürəkkəb bir yeməyə çevrilmişdir. Mərkəzi Amerika ölkələrində bokas kimi tanınır. Meksikada isə buna bənzər yeməklər botana adlanır.
Tasat
Tatsat (yun. Τατζάτης), Tasat (erm. Տաճատ, translit. Tasat), və ya Tatsati (yun. Τατζάτιος) — erməni əsilli Bizans və Abbasi sərkərdəsi. O, 782-ci ildə dönəklik edərək Abbasilər xilafətinin tərəfinə keçmiş və Ərməniyyənin əmiri təyin olunmuşdur. Tatsat erməni əsilli Andzevatsi zadəgan ailəsindən idi. Onun 750-ci illərdə Bizans imperiyasına gələrək imperator V Konstantinə (hak. 741–775) xidmət etməyə başladığı güman olunur. O, V Konstantinin hakimiyyəti dövründə türk əsilli bulqarlarla vuruşmuş, təqribən 760-cı ildə strateq vəzifəsinə yüksəlmişdir.
Tapa
Tapa (est. Tapa) — Estoniyanın şimalındakı Lyaene-Virumaa bölgəsində şəhər. Tallin şəhərindən 80 km. cənubi-şərqindədir. Mühüm dəmiryol qovşağıdır. Əhali - 6700 nəfərdir. Öz inkişafını St.Peterburq - Baltiyski (indiki Paldiski) dəmiryolunun inşası ilə əlaqədardır. Etimologiyaya əsasən, Tapa sözü - Tappa (est. tappa), yəni öldürmək sözündən yaranıb. Bu da ki, ətraf bölgələrdə gedən müharibələr və döyüşlərlə əlaqədardır.
Hamada Talat
Hamada Talat (1 mart 1981) — Misirli atıcı. Hamada Talat Misiri 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hamada Talat birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 618.2 xal toplayaraq 39-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Talat Bulut
Talat Bulut (d. 23 mart 1956, Sarıqamış, Kars) —Türkiyə kino, teatr və serial aktyoru.
Talat Tunçalp
Talat Tunçalp (1 oktyabr 1915 — 2 yanvar 2017) — Türkiyəli keçmiş peşəkar velosiped yarışçısı. Tunçalp 1910-cu illərin ortalarında Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. Lakin bəzi mənbələrdə onun doğum ili fərqli olaraq, 1915, 1917 və 1919 kimi qeyd olunur. O, bir müddətdən sonra velosiped aldı və 1932-ci ildə özünün ilk sprint yarışlarında qələbə qazandı. 1933-cü ildən 1949-cu ilə qədər Tunçalp 16 dəfə yol yürüşü yarışlarında və 15 dəfə sprint yarışlarında Türkiyə Milli Çempionu olmuşdur. O, Berlində keçirilən 1936 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. O, fərdi yol yürüşü yarışında səkkizinci yeri tutdu. Komanda yarışında onun komandası medallar uğrunda mübarizə apara bilmədi. Tunçalp 1948 Yay Olimpiya Oyunlarında da iştirak etmişdir. Lakin fərdi yol yürüşü yarışını sona qədər başa vura bilmədi.
Tanat (mifologiya)
Tanat (Yunanca: θάνατος, ölüm) Yunan mifologiyasında ölüm tanrısı. Niksin oğlu, Hipnosun əkiz qardaşı, Hommerin "İliada" poemasında dünyanın sonunda, səhər və axşamın bir-birilə görüşdüyü və Atlantın göyü saxladığı yerdə yaşadığı göstərilir. Tanat dəmir ürəkli olub, tanrılara qarşı kinlidir. Tanat adətən əlində sönmüş məşəl tutmuş qanadlı gənc oğlan simasında təsvir edilir.
Tapan (Bolnisi)
Tapan, Disleli — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd.
Tapan (Daşkəsən)
Tapan — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. Kəndi Rza Nəbi oğlu Tapan adlı şəxs saldığına görə belə adlanmışdır. Kəndin adı "qoyun saxlamaq üçün ətrafı qamışla, yaxud ağac şaxları ilə hasarlanmış üstü açıq yer, axıl" mənasındadır. Azərbaycan dilinin cənub-qərb dialekt və şivələrində "tapan" "qoyunları saxlamaq üçün qamışdan tikilmiş axıl" mənası daşıyır. Azərbaycanın müxtəlif ərazilərində "tapan" sözü ilə bağlı xeyli mikrotoponim (Qubadlı rayonunun Zilanlı və Yuxarı Mollu kəndləri yaxınlığında Tapan dərəsi, Cəbrayıl rayonunun Şahvəlli kəndində Tapan yeri, Laçın rayonunun Birinci Tığik kəndində Tapanlı dağı və s.) də qeydə alınmışdır. Gürcüstan Respublikasının Marneuli rayonununda da Tapan dərəsi mövcuddur. Kəndin digər yerli adı Arazbarıdır. Yerli məlumata görə, kənd XIX əsrdə Qazax mahalından gəlmiş Rza Nəbi oğlu Tapan adlı şəxs tərəfindən köhnə yurd yerində salınmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qabaqtəpəçayın (Şəmkirçayın qolu) sahilində, Qalaca dağının ətəyində yerləşir.
Tapa Germoyev
Çermoyev Əbdülməcid (Tapa) Orutseviç (3 (15) mart 1882, Qroznı, Çeçenistan, Terek vilayəti, Rusiya imperiyası – 28 avqust 1937, Lozanna) – dağlı azadlıq hərəkatı liderlərindən biri, çeçen siyasi və dövlət xadimi, neft sənayeçisi. Vladiqafqaz realnı məktəbini və Nikolay süvari məktəbini bitirmiş (1901), II Nikolayın şəxsi mühafizə dəstəsində xidmət etmişdir (1901–06). 1908-ci ildə Qroznı şəhərinə köçmüşdür. 1913 ildə "Aldanneft" şirkətini təsis etmiş və Çeçenistanın ən varlı neft sahibkarı olmuşdur. 1912 ildə 4-cü Dövlət dumasına seçilmiş və burada Şimali Qafqaz dağlılarının mənafelərinin müdafiəçisi kimi məşhurlaşmışdır. Çermoyev xeyriyyəçi kimi də tanınırdı. "Nəşri-maarif" cəmiyyətinin təşkil etdiyi "Müsəlman gecələri" tədbirlərində iştirak etmişdir. Birinci dünya müharibəsi (1914–18) dövründə Qafqaz yerli süvari diviziyasının zabiti olmuş, "Vəhşi diviziya"nın tərkibində döyüşən çeçen süvari alayını təşkil etmişdir. Fevral inqilabından (1917) sonra Şimali Qafqaz dağlı azadlıq hərəkatının liberal-demokrat qolunun liderinə çevrilmişdir. Şimali Qafqaz dağlılarının siyasi həmrəyliyi və istiqlaliyyətinin qızğın tərəfdarı olmuşdur.
Tapa Çermoyev

Axtaran tapar (film, 1969)
Azərbaycan elmi tammetrajlı sənədli filmi rejissor Cavanşir Məmmədov tərəfindən 1969-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə respublikamızda elmin inkişafından, alimlərimizin beynəlxalq əlaqələrindən, elmin müxtəlif sahələrindəki nailiyyətlərindən danışılır. == Məzmun == Kinolentdə respublikamızda elmin inkişafından, alimlərimizin beynəlxalq əlaqələrindən, elmin müxtəlif sahələrindəki nailiyyətlərindən danışılır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Nurəddin Babayev Rejissor: Cavanşir Məmmədov Operator: Əlihüseyn Hüseynov Rəssam: Aleksandr Petuxov Bəstəkar: Tofiq Quliyev == İstinadlar == == Mənbə == Oqtay Salamzadə. "Daim sevinirsən". "Kommunist" qəzeti, 9 iyun 1970-ci il; səh. 4. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov.
Axtaran tapar (film, 1980)
Apata
Apata (yun.
Haput
Haput — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik qrupu olan haputluların məskunlaşdığı kəndlərdəndir. Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Haputlular Qədim Albaniyada yaşayan 26 tayfadan biri olan hər tayfasının nümayəndələridir . Hal hazırdada qonşu kəndlər Haputlulara öz dillərində Hər deyirlər. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir. Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göycay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndləri var idi. == Toponimikası == Haput kəndi Quba rayonunun Əlik i.ə.v.-də kənd.
Hapıt

Karat
Karat Bakı — Bakı şəhərində yaradılmış futbol klubu. Karat (ölçü vahidi) — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi.
Karpat
Karpat dağları — Mərkəzi Avropada dağ sistemi. Slovakiya, Macarıstan, Polşa, Ukrayna, Rumıniya, Serbiya və bir qədər də Avstriya ərazisində yerləşir. Karpat dağlarının yaşı 1,2 milyard ilə yaxındır. O, qədim dağlara aid olunur. == Geologiyası == Karpat dağları Alp dağlarının şərqə davamı hesab edilir. Bu dağlar Dunayın sol sahilində yerləşən Kiçik Karpatlarla başlayaraq, Şərqi Serbiya dağlarına qədər, oraq formasında, təxminən 1300 km məsafədə uzanır. Şərqi Avropa platforması ilə Pannon qurusunun arasında yerləşməsi Karpat dağları zonasında tektonik hərəkətlərin Alp dağlarına nisbətən bir qədər başqa formada baş verməsi ilə nəticələnmişdir. Karpat dağlarında qırışıq əmələgəlmə hadisəsi Alp dağlarına nisbətən bir qədər tez, yəni hələ mezozoy erasının ikinci yarısından başlamışdır. Bu sahədə qüvvətli qırışıqlı tektonik hərəkətlər paleogenin əvvəllərində başa çatmışdır. Neogen və dördüncü dövrdə orogenik hərəkətlər və qalxma amplitudu Karpat dağlarında Alplara nisbətən zəif getmişdir.
Manat
Manat — Azərbaycanda (işarəsi: ₼) və Türkmənistanda (işarəsi: m) işlənən əsas pul vahidi, valyuta. == Həmçinin bax == Azərbaycan manatı — Azərbaycanın pul vahidi. Türkmənistan manatı — Türkmənistanın pul vahidi.
Mapay
Mapay (ivr. ‏מִפְלֶגֶת פּוֹעֲלֵי אֶרֶץ יִשְׂרָאֵל‏‎) bəzən İsrail ərazisinin işçi partiyası — İsrailin mərkəzdən sol bir siyasi partiyasıdır.1968-ci ildə müasir İsrail İşçi Partiyasına birləşənə qədər İsrail siyasətində dominant bir qüvvə idi. Mapayın vəzifədə olduğu müddətdə geniş mütərəqqi islahatlar həyata keçirilirdi. Minimum gəlir, təhlükəsizlik və mənzil subsidiyaları, səhiyyə və sosial xidmətlərə pulsuz (və ya demək olar ki, pulsuz) təminat verən bir rifah halının yaradılması ilə xarakterizə olunur.
Nabat
Nabat-Meyvə şirəsilə qənd qarışığından hazırlanan şəffaf kristalik şirni növü.
Papaq
Papaq — baş geyimi. Azərbaycanda XX əsrin əvvəllərinə qədər kişilər arasında populyar milli baş geyimi. Digər Qafqaz xalqları arasında da geniş yayılmışdır. Azərbaycanda papaq əsasən qoyun xəzi və ya qaragüldən hazırlanırdı. Onların müxtəlif formaları və yerli adları mövcüd idi. Araqçını kənddən kənarda papaqsız taxmaq ədəbsizlik hesab olunurdu, bu, yalnız uşaqlara icarə verilirdi. Motal papaq — əsasən kənd əhalisinin yoxsul təbəqələri taxırdı. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar, konus formasında olurdu. Şələ papaq — forma etibarı ilə azca domba olub gen sağanağa malik idi. Ona "Yastı papaq", "Çoban papağı", "Yapba papaq", "Kopan papaq" da deyirdilər.
Papay
Qalat
Qalat (Qəzvin)
Hapaç
Hapaç (adıq ХьэпэкI) — 900-cü illərdə Zixiya padşahı. Hapaçın həyatı və ya hakimiyyətinin çox hissəsi haqqında çox şey məlum deyil. Məlumdur ki, o, atlı ordusu və müttəfiq knyazlıqları ilə 900-cü illərdə Xəzərlərin şəhəri olan Sarkelə hücum etmişdir. Xəzər ordusu məğlub olmuş, Sarkel knyazı və sağ qalan ordusu əsir götürülmüşdür.
Dalat
Dalat (vyet. Đà Lạt) — Vyetnamın mərkəzi dağlıq ərazilərində yerləşən şəhər, Lamdonq vilayətinin paytaxtı. Dəniz səviyyəsindən təqribən 1,475 metr yüksəklikdə Lanqbian platosunda yerləşir. Hanoydan 1,491 km, Hoşimin şəhərindən 300 km məsafədə yerləşir. Şəhərin adının lati dilindən yaranmışdır və mümkün tərcümələrdən biri də "lat tayfasının çayıdır". == İqtisadiyyatı == Şəhərin iqtisadiyyatını kənd təsərrüfatı (meyvə, gül, çiyələk, üzüm, qəhvə becərilməsi), şərabçılıq, turizm, elmi tərəqqi (Dalat Vyetnam elminin mərkəzlərindən biridir) təşkil edir.