Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ubır
Bit
Bit (ing. binary digit) — minimal informasiya vahidi olub 0 və ya 1 rəqəmlərindən (ikilik kod) hansısa biri deməkdir. Bit "binary digit" sözlərinin qısaltmasıdır və kompüterdəki ən kiçik informasiya vahididir. Bu termin ilk dəfə 1946-cı ildə Con Taki tərəfindən istifadə edilmişdir. Bir baytın tək qiyməti 0 və ya 1-dir. Bir çox kompüter sistemlərində 8 bit bir baytdır. Bəzi sistemlərdə səkkiz bit bir bayt yerinə oktet olaraq istifadə edilir. Bir baytın yarısı (dörd bit) nibbl adlandırılır. Əsas informasiya vahidi bayt, minimal informasiya vahidi isə bitdir. 1 bit = 1 dərəcə (0 və ya 1); 1 bayt = 8 bit; 1 kilobayt = 1024 bayt; 1 meqabayt = 1024 Kbayt; 1000 000 bayt = 106 bayt 1 giqabayt = 1024 Mbayt; 1000 000 000 bayt = 109 bayt 1 terabayt = 1024 Gbayt.
Ahmet Ümit
Ahmet Ümit (1960[…], Qaziantep) — Türkiyə şairi və yazıçısı. Daha çox kriminal janrında olan romanları ilə tanınmışdır. == Həyatı == === Kommunist dövr === Ahmet Ümit 1960-cı ildə Türkiyənin Qaziantep şəhərində 7 uşaqlı ailənin ən kiçiyi kimi anadan oldu. Atası xalça satıcısı, anası dərzi idi. İbtidai təhsilindən sonra Qaziantep Atatürk Liseyinə girdi. 14 yaşında siyasi baxışına görə 24 dostu ilə birlikdə Qaziantepin xaricinə sürgün edilmiş və təhsilini Diyarbəkirin Erqani ilçəsində tamamlamışdır.1979-cu ildə Mərmərə Universitetinə daxil oldu. Tələbəlik illərində tanış olduğu Vildan xanım ilə evliliyindən Gül adında bir qızı oldu (1981). 1980-ci il çevrilişindən sonra Ahmet Ümit kommunist dərnəklərdə işləməyə başladı. 1982-ci ildə "Ana Yasaya yox" kampaniyasına qatıldı. Divarlarda afişa yapıştırarkən həbs olunan dostları üçün hekayə şəklində yazdığı əsər təxəllüsü "K. Yalçın" imzası ilə əvvəlcə "Atılım" jurnalında, daha sonra Praqada 40 dildə nəşr olunan "Sülh və Sosializm Problemləri" jurnalında çap olundu.
Ubin adası
Ubin adası (malay Pulau Ubin) — Sinqapur dövlətinin ərazisinə daxil olan ada. Ölkənin şimal-şərqində yerləşir. Gözəl təbiətinə görə insanlar tərəfindən qədim zamanlardan ziyarət edilir. Hazırda isə turistik bölgə sayılır. Adada 2012-ci il məlumatına görə 38 nəfər yaşayır. Ən hündür yeri Bukit Puaka təpəsidir (75 m). İnzibati baxımından Şimal-Şərq regionuna daxildir. Adanın adı malay dilindən tərcümədə "Qranit adası" mənasını verir. == Nəqliyyat == Adaya Çanqi sərnişin limanından bərə ilə getmək mümkündür. Adaya 10 dəqiqə müddətində çatmaq mümükündür.
Ubıx dialekti
Ubıx dili - Ubıxların dili, Abxaz-adıq dillərindən biridir. Sadəcə Türkiyədə rast gəlinir. Bu dildə yazıb-yaradan sonuncu tanınmış yazıçı Tofiq Əsənç 1992-ci ildə vəfat etmişdir.
Ubıx dili
Ubıx dili - Ubıxların dili, Abxaz-adıq dillərindən biridir. Sadəcə Türkiyədə rast gəlinir. Bu dildə yazıb-yaradan sonuncu tanınmış yazıçı Tofiq Əsənç 1992-ci ildə vəfat etmişdir.
Ümit Davala
Ümit Davala (30 iyul 1973, Manhaym, Baden-Vürtemberq) — Türkiyənin keçmiş milli futbolçusu və hazırkı məşqçisi. Davala 1996–2001-ci illər arasında "Qalatasaray"-da işlədiyi müddətdə 4 Super Liqa, 3 Türkiyə Kuboku, 1 UEFA Kuboku və 1 UEFA Super Kubokunun qalibi olub. Davala Türkiyə ilə beynəlxalq yarışlarda 41 oyun keçirib, 4 qol vurub. O, 2002-ci ildə FIFA Dünya Kubokunda bürünc medal qazanan Türkiyə yığmasının tərkibində yer alıb. == Həyatı == Ümit Davala 1973-cü ildə Almaniyanın Manheym şəhərində anadan olub. Türkiyədə "Gənclərbirliyi", "Diyarbəkirspor" kimi komandalarda oynadıqdan sonra 1995–1996-cı il mövsümündə "Qalatasaray"a keçib. O, "sarı-qırmızılar"ın heyətində 4 dəfə Türkiyə çempionu, UEFA kuboku və Superkubokun qalibi olub. Sağ cinah yarımmüdafiəçisi qısa müddət İtaliyada "Milan" və "İnter"də oynadıqdan sonra Almaniyanın "Verder" klubuna transfer olub. 2003-cü ildə "Verder"in heyətində Almaniya çempionluğunu qazanıb. Üç il sonra isə o, futbolçu karyerasına son qoyub.
Ümit Erdim
Ümit Erdim (15 iyun 1985, Kocaeli ili) — teatr və kino aktyoru. == Həyatı == 15 iyun 1985-ci ildə Kocaelidə doğulub. İbtidai təhsilini orada aldıqdan sonra, İzmit Atılım Anadolu Liseyini başa vurdu. 1998–2003 illəri arasında "Kocaeli Bələdiyyəsi Şəhər Teartı" nda bir müddət fəaliyyət göstərmişdir. 1997-ci ildə Böyle mi Olacaktı adlı serialda qonaq aktyor olaraq başladığı Hayat Bilgisi, Gönül və Selena adlı kinolarda davam etmişdir. Bir çox serialda rol almışdır. İştirak etdiyi "Can Dostum" adlı yarışmada birinci olmuşdur. === Yer Aldığı Seriallar === Böyle mi Olacaktı?
Ümit Özat
Ümit Özat (30 oktyabr 1976, Ankara) — türk professional futbol meneceri və keçmiş oyunçu. == Həyatı == Ümit Özat 30 oktyabr 1976-cı ildə Ankarada anadan olub.
Ümit Ünal
Ümit Ünal (14 aprel 1965, Tirə, İzmir ili) — türk rejissor və ssenarist. == Həyatı == 1985-ci ildə 9 İyul Universitetinin İncəsənət Fakültəsinin Film Televiziya ixtisasını bitirib. Universitet vaxtında çəkdiyi qısa filmlər müxtəlif mükafatlara layiq görülüb. Yazdığı ilk ssenari olan “ Teyzem”( Xalam) 1986-cı ildə Milliyyet Qəzetinin Ssenari Müsabiqəsində birincilik qazanıb və bu ssenari Halit Refiğ tərəfindən ekranlaçdırılıb. 1986- 1993-cü illər ərzində yazdığı səkkiz ssenari əsasında film çəkilib. Ilk filmi olan “9”u 2001-ci ildə yazdı və filmə rejissorluq etdi. Bu film 2003-cü il Xarici Film üzrə Oskar Mükafatı üçün Türkiyə temsilçisi olaraq seçildi və müxtəlif festivallarda mükafatlandırıldı. Dörd kitabı işıq üzü görüb.
Ümit Karan
Ümit Karan (1 oktyabr 1976, Almaniya) — Türkiyənin keçmiş milli futbolçusu və məşqçisidir. == Klub karyerası == Karyerasına Almaniyanın Berlin komandası Herta Zehlendorfda başlayıb. Herta Zehlendorfun ardından Türkiyəmspor Berlinə yollanıb. Bunun ardınca Super Liqaya keçdi və Gençlerbirliği'nde oynamağa başladı. 2001-ci ildə "Qalatasaray" a keçib və yenidən komandasının çempionluğunda böyük pay sahibi olub. 2004-2005 mövsümünün ikinci yarısında "Qalatasaray "ın baş məşqçisi Gheorghe Hagi ilə fikir ayrılığı nəticəsində Borussia Mönchengladbach, Hannover 96 və DSC Arminia Bielefeld ilə müqavilə masasına oturdu. Lakin Ümit Karan Bundesliqa komandalarının təkliflərini rədd etdi; son anda Böyükşəhər Bələdiyyəsi Ankaraspor ilə anlaşdı . 2005-ci il mövsümünün sonuna kimi "Ankaraspor"da çıxış edən Ümit Karan icarə müqaviləsi başa çatdıqdan sonra "Qalatasaray"a qayıdıb. 2005-2006 mövsümündə yenidən "Qalatasaray"da oynamağa başlayan Ümit Karan mövsüm ərzində 17 qolla bombardir olub. Amma zədəsi səbəbindən mövsümü bağladı.
Ümit Özdağ
Ümid Özdağ (3 mart 1961, Tokio[d]) — türkiyəli siyasətçi, professor və yazıçı. Münhen Lüdviq-Maksimilian Universiteti və Qazi Universitetində ali təhsil aldıqdan sonra uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş və 2001-ci ildə professor elmi adını almışdır. 2006-cı ildən "XXI Əsr Türkiyə İnstitutu"nun təsisçisi və rəhbəridir. Buna qədər isə 1999-cu ildə "Avrasiya Strateji Araşdırmalar Mərkəzi"ni, 2003-cü ildə isə "Diyanət Araşdırmalar Mərkəzini" təsis etmişdir. == Həyatı == Sonralar MHP qadın qollarının ilk rəhbəri olacaq Könül Özdağ və Milli Birlik Komitəsi üzvü olaraq 27 may çevrilişinə qatılan mayor Müzəffər Özdağın oğlu olaraq 3 mart 1961-ci ildə anadan olmuşdur. Milli Birlik Komitəsi içində Alparslan Türkeş ilə birlikdə hərəkət edən atasının 13 noyabr 1960-cı ildə Yaponiyaya hökumət müşaviri olaraq göndərilməsinə görə Tokioda anadan olmuşdur. İbtidai və orta təhsilini TED Ankara kollecində almışdır. Bakalavr təhsilini Münhen Lüdviq-Maksimilian Universitetində siyasi elmlər, fəlsəfə və iqtisadiyyat fakültələrində tamamlamış və magistr təhsilini Türkiyədə planlı inkişaf və dövlət planlama təşkilatı üzərində tamamlamışdır. Dr. Burçin Özdağ ilə evlidir və Alp adından bir oğlu vardır.
Bit (böcək )
Lələkyeyənlər (lat. Phthiraptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin psocodea dəstəsinə aid heyvan parvdəstəsi.
Bit bazarı
Bit bazarı (alm. Flohmarkt‎, fr. Marché aux puces, ing. Flea market, Car boot sale, Swap meet, fin Kirpputori) — insanların köhnə, işlənmiş və ya sadəcə olaraq faydalı olmayan əşyaları satıb aldıqları yer. Həm də bit bazarında antikvarlar, əntiq əşyalar, kolleksiya əşyaları və digər xüsusi maraq doğuran mallar satılır və alınır. Mallar adətən olduqca ucuzdur və onların keyfiyyəti istehsal yeri, üsul (əldə qayırma və ya zavod), bu anda əşyanın populyarlığı, habelə birja bazarının özünün ölçüsü kimi bir neçə amildən asılıdır. Bəzən bir bit bazarında malların qiyməti bütövlükdə şəhər üzrə orta qiymətlərdən asılı ola bilər. "Bit bazarı" adı və anlayışı fransızcadan gəlir. Bu tip bazar çox vaxt mövsümi olur. Bununla belə, son illərdə bu cür bazarların "formal" və "daimi" olmasıda müşahidə olunur.
Bit cərəyanı
Bit cərəyanı (ing. The Beat Generation) — 1940-cı illərin ortalarında Kolumbiya Universitetinin tələbə dairəsində formalaşmağa başlamışdır. 1940-cı illərdə Nyu Yorkdakı Kolumbiya Universitetində ədəbi çevrədə tanış olan bir qrup gənc tələbə, Böyük böhrandan sonra məqsədsizcə otostop ilə Amerikanı gəzməyə başlayır. Getdikləri hər əyalətdə yeni insanlarla tanış oldular və adı hələ qoyulmasa da sistemə, ənənəyə və həyat tərzlərinə müxalif bir kütlə meydana gəlməyə başladı. Nyu York mərkəz olmaq üzrə, Denver və San Fransiskoda toplaşdılar. Qrup daxilində incəsənətin fərqli sahələri ilə maraqlananlar olsa da, Bit cərəyanı ən çox ədəbiyyat sahəsindəki işləri ilə ön plana çıxırdı. Cek Keruakın «Yolda» (On The Road, 1957), Allen Qinzberqin «İnilti» (Howl, 1956), Vilyam Berrouzun «Çılpaq səhər yeməyi» (Naked Lunch, 1959) əsərləri dövrün ən çox tanınan əsərləri idi. "Bit Cərəyanı" birləşməsi ilk dəfə 1948-ci ildə Cek Keruak tərəfindən dilə gətirilmişdir. Cərəyanın əsas nümayəndələri isə Keruak'la yanaşı Allen Qinzberq və Vilyam Berrouz olmuşdur. 1960-cı illərdə Bit cərəyanı, Amerikan gənclərinə ilham qaynağı olmuş, musiqidən kinoya, şerdən romana hər sahədə təsirini göstərməyə başlamışdı.
Bit doldurma
Bit doldurma (Bit stuffing) – ötürülən verilənlər axınına əlavə bitlərin artırılmasıdır. Bu ona görə edilir ki, hər hansı xüsusi bitlər ardıcıllığı yalnız qəti müəyyənləşdirilmiş mövqelərdə dursun. Məsələn, HDLC, SDLC və X.25 kimi verilənlərin ötürülməsi protokollarında bir sətirdə ardıcıl altı ədəd 1 yalnız kadrın (verilənlər blokunun) başlanğıcında və sonunda gələ bilər. Ona görə də axında ardıcıl beş bitin qiyməti 1 olursa, bit doldurma vasitəsilə axına qiyməti 0 olan bit əlavə edilir. Artırılmış sıfırlar qəbuledici stansiya tərəfindən uzaqlaşdırılır, bununla da verilənlərin ilkin şəkli bərpa edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bit müstəvisi
Bit müstəvisi– kompüter qrafikasında: birlikdə pikselin rəngini göstərən çoxqatlı bit toplusunun bir “qatı”; Ənənəvi olaraq pikseli göstərən bitlər ardıcılllığı yaddaşın bir baytında saxlanılır. Bit müstəvilərində isə pikselin bütün bitləri yaddaşın müxtəlif sahələrində saxlanılır; götüntünün hər bir pikselinin birinci informasiya biti bir sahədə (müstəvidə, qatda), ikinci bitlər qrupu başqa sahədə və s. saxlanılır. Bir bit müstəvisi vasitəsilə iki rəngi (adətən, ağ və qara), iki bit müstəvisi vasitəsilə dörd rəngi və s. göstərmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Stock-keeping unit
SKU (Stock Keeping Unit) — Hissələr şəklində anbarda olan inventar vahidinin qeydə alınan miqdarı formasında tərif verilir. Məhsulun özəlliyi, formasi və ölçüsü barədə xüsisiyyətlərdir. Bu xüsusiyyətlər məhsulun anbarlaşma metodunu və yerini təyin edər. Məhsulun xüsusiyyətləri və görüləcək işlərin üsullarına görə istifadə ediləcək avadanlıqlar da dəyişə bilər.
8-Bit (studiya)
8-Bit (株式会社エイトビット, Kabushiki-gaisha Eito Bito) — 2008-ci ilin sentyabrında təsis edilmiş Yaponiya animasiya studiyası.
Bit-yönlü protokol
== Bit-yönlü protokol == Bit-yönlü protokol(bit-oriented protocol)– verilənlərin ötürülməsinin simvol sətrləri kimi yox, bitlərin arasıkəsilməz axını kimi aparıldığı protokol. Ötürülən bitlər hər hansı simvollar toplusunun simvolları kimi məzmun daşımadığından bit-yönlü protokolda idarəetmə üçün ehtiyat simvollardan deyil, bitlərin xüsusi ardıcıllığından istifadə edilir. Bit-yönlü protokola misal olaraq Beynəlxalq Standartlaşdırma Təşkilatının (INTERNATIONAL ORGANIZATION FOR STANDARDIZATION, ISO) müəyyənləşdirdiyi HDLC (High-Level Data Link Control) protokolunu göstərmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ən kiçik qiymətli bit
Ən kiçik qiymətli bit (en. least significant bit (LSB)) – bir və ya daha artıq bayt ardıcıllığında: ikilik ədədin aşağı mərtəbə (adətən, ən sağdakı) biti. Kompüterdə verilənlər ikilik say sisteminin rəqəmləri ilə təsvir olunur. Verilənlərin bu cür təsviri ikilik kod adlanır. İnformasiyanın ikilik rəqəmlərlə yazılması ikilik kodlaşdırma, ikilik rəqəmlərin özləri isə bit (ing. binary digit — ikilik rəqəm) adlanır. Bit — informasiyanın ən kiçik ölçü vahididir. Bit çox kiçik vahid olduğundan, kompüter texnikasında informasiya vahidi kimi 8 bitdən ibarət olan baytdan istifadə edilir. Baytda hər bir bit yalnız iki qiymət — 0 və 1 ala bilər. Ən kiçik qiymətli simvol (en.
Sonic the Hedgehog (16-bit)
Sonic the Hedgehog (16-bit) (yap. ソニック・ザ・ヘッジホッグ Sonikku dza Xedzixoqqu, azərb. Kirpi Sonik‎) — "Sonic Team" oyun kompaniyası tərəfindən 1991-ci ildə yaradılan, macəra oyunudur. İlk dəfə Şimali Amerika və Avropada 23 iyun 1991-ci l tarixində istehsal edilmişdi. Yaponiyada isə həmin ilin 26 iyul tarixində buraxılmışdı. Bu versiyada çoxlu sayda qrafikaların düzəlişi edilmişdi."Sonic the Hedgehog" videooyunu tənqidçilər tərəfindən müsbət rəy qazanmışdır. Videooyunun istehsalı kommersiya cəhətdən müvəffəqiyyət əldə etmişdir. Bu isə oyunların hazırlanması ilə məşğul olan "Sega Mega Drive/Genesis" kompaniyasını məşhurlaşdırmış və "Kirpi Sonik" personajı bu kompaniyanın rəmzinə çevrilmişdi. Videooyunun məşhurluğu digər seriyaların yaradılmasına şərait yaratmışdı. == Hekayə == Oyunun birinci seriyasında Kirpi Sonik (ing.
Sonic the Hedgehog (16 bit)
Sonic the Hedgehog (16-bit) (yap. ソニック・ザ・ヘッジホッグ Sonikku dza Xedzixoqqu, azərb. Kirpi Sonik‎) — "Sonic Team" oyun kompaniyası tərəfindən 1991-ci ildə yaradılan, macəra oyunudur. İlk dəfə Şimali Amerika və Avropada 23 iyun 1991-ci l tarixində istehsal edilmişdi. Yaponiyada isə həmin ilin 26 iyul tarixində buraxılmışdı. Bu versiyada çoxlu sayda qrafikaların düzəlişi edilmişdi."Sonic the Hedgehog" videooyunu tənqidçilər tərəfindən müsbət rəy qazanmışdır. Videooyunun istehsalı kommersiya cəhətdən müvəffəqiyyət əldə etmişdir. Bu isə oyunların hazırlanması ilə məşğul olan "Sega Mega Drive/Genesis" kompaniyasını məşhurlaşdırmış və "Kirpi Sonik" personajı bu kompaniyanın rəmzinə çevrilmişdi. Videooyunun məşhurluğu digər seriyaların yaradılmasına şərait yaratmışdı. == Hekayə == Oyunun birinci seriyasında Kirpi Sonik (ing.
Sonic the Hedgehog (8-bit)
Sonic the Hedgehog (8-bit) (yap. ソニック・ザ・ヘッジホッグ Sonikku ca Xedzixoqqu, azərb. Kirpi Sonik‎) — Ancient oyun şirkəti tərəfindən 1991-ci ildə yaradılan, macəra oyunudur. Bu oyun versiyası 16-bit versiyasından dizayn və raundlarına görə fərqlənir. == Hekayə == "Sonic the Hedgehog (8-bit)" versiyasının hekayəsi "Sonic the Hedgehog (16-bit)" versiyasının hekayəsi ilə eynidir.
Sonic the Hedgehog 2 (16 bit)
Sonic the Hedgehog 2 (Sonic the Hedgehog 2 (16-bit)) - Sega oyun kompaniyası tərəfindən 1992-ci ildə yaradılan macəra oyunudur. Oyunun bu seriyasında məşhur Kirpi Sonikə Miles "Tails" Power adlı tülkü dostu kömək edir. Bu oyunun birinci hissəsindən sonra ən çox satılan oyun olmuşdur. == Geympley == Bu oyunda ilk dəfə olaraq Kirpi Sonikə kömək edən Miles "Tails" Power adlı tülkü kömək edir. Onun iki quyruğu olduğuna görə ləqəbi "Teyls" olur. Oyunda 12 raund vardır. Telz Sonikin çətin anda köməyinə gəlir. Həmçinin, Teylz ilə mümkündür. Sonik 50 üzük topladıqdan və tullandıqdan sonra "Super Sonik"ə çevrilir.
Abcit
Abcit Tiflis quberniyasının Siqnax qəzasında çay adı. == Toponimkası == Abcit- Tiflis quberniyasının Siqnax qəzasında çay adı. Qədim türk dillərində av - "ov" və çit - " qamış (qarğı) alaçıq" sözlərindən ibarətdir.
Abjit
Abjit — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Abjit Balakən rayonunun Qaysa inzibati ərazi vahidində kənd. Qoyuntəpə dağının ətəyindədir. Yaşayış məntəqəsi ikinci dünya müharibəsindən sonra yaradılmışdır. Kəndin adı eyni adlı çayın adından alınmışdır. 2014-cü il məlumatına görə bu kənddə heç kim yaşamır.
Albit
Albit — mineral - Na[AlSi3O8]. == Haqqında == Plagioklazın izomorf sırasının son üzvü. Kris­tallik quruluşun nizamlanmasından asılı olaraq struktur növ müxtəlifliyi ayrılıb: yüksək albit, aşağı albit, aralıq albit. Morfoloji növləri: qəndəbənzər albit, geniş lövhəli albit, leystli albit, klevelandit. Albit qələvi metasomatitlərin, peqmatitlərin və b. süxurların əsas tərkib hissəsidir. == Albit ikiləşməsi == Albit ikiləşməsi albit qanununa tabe olan ikiləşmə. İkiləşmə oxu (010), bitişmə müstəvisi (ikiləşmə tikişi) (010). Triklinik çöl şpatlarında (turş plagio­klazlar və mikroklin) çox geniş yayılmışdır. Adətən polisintetikdir.
Audit
Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onun maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür. Britaniya Audit Praktikasi Komitəsinin 1989-cu ildə verdiyi tərifə görə, Böyük Britaniyada audit “qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş bütün qaydalara riayət olunmaqla, müəssisənin mühasibat hesabatı barədə peşəkar fikir ifadə etmək məqsədi ilə həmin hesabatın xüsusi təyin edilmiş auditor tərəfindən müstəqil öyrənilməsi deməkdir.” Qanuna əsasən ABŞ-də səhmləri qiymətli kağızlar birjasında qiymətləndirilməyə buraxılan bütün səhmdar cəmiyyətlərinin maliyyə fəaliyyəti auditdən keçməlidir. Qərbdə (ABŞ) auditə verilən ən məqbul təriflərdən biri aşağıdakı kimidir: Audit (auditing) elə bir prosesdir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini müəyyənləşdirmək və bunu öz rəyində ifadə etmək üçün həmin informasiya haqqındə sübutlar toplayır və onları qiymətləndirir. Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi auditə aşağıdakı tərifi vermişdir. “Auditin – iqtisadi hərəkətlər və hadisələr haqqında obyektiv məlumatlar alınmasının və qiymətləndirilməsinin, onların müəyyən meyara uyğunluğu səviyyəsinin müəyyənləşdirilməsinin və nəticələrin əlaqədar istifadəçilərə verilməsinin sistemli prosesidir.” Amerika mütəxəssislərinin qeyd etdikləri kimi audit iqtisadi obyektin (müstəqil təsərrüfat bölməsinin) fəaliyyətinə və vəziyyətinə dair faktların və ya bu cür fəaliyyət və vəziyyət barədə informasiyanın toplanmasından və qiymətləndirilməsindən ibarət olan və müəyyən edilmiş meyarlar əsasında həmin fəaliyyətə keyfiyyət cəhətdən rəy verəcək səlahiyyətli sərbəst şəxs tərəfindən həyata keçirilən fəaliyyət növüdür. Deməli, audit dedikdə, maliyyə hesabatının müstəqil yoxlanması və bu barədə fikir ifadə olunması başa düşülür. Auditin kifayət qədər böyük tarixi var və müxtəlif tərcümələrdə “o dinləyir” və ya “dinləyici” mənalarını verir.
Biot
Biot (fr. Biot) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Antib-1, Antib-2 və Antib-3 kantonu . Kommunanın sahəsi 15,54 km², əhalisi 8791 nəfərdir (2006) artım tendensiyası ilə: 8791 nəfər (2012), əhalinin sıxlığı 647,0 nəfər / km²-dir. == Əhalisi == 2007-ci ildə əhalinin sayı — 8995 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 8791 nəfər.
Bist
Bist — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bist Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gilan çayı (Arazın qolu) ilə ona soldan birləşən Nəsiravaz çayı arasında, Zəngəzur silsiləsinin yamacındadır. Oykonimin fars. best sözündən olub, "dərə, vadi" mənasında, təsərrüfatla əlaqədar yaranmışdır, "karvansara sahibi" mənasında işlənməsi haqqında mülahizələr var. Lakin toponimiyada Bist adının fars. "iyirmi" mənalı soz kimi kəndin yaranması ilə bağlılığı haqqındakı fikir daha ağlabatandır. Bu fikrə görə, kəndin əsası 20 ailə tərəfindən qoyulduğu üçün ona Bist (iyirmi ailə) adı verilmışdır. Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən şimal-qərbdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarında, Zəngəzur silsiləsinin ətəyindədir.
BuBi
"BuBi" (rəsmi olaraq: MOL BuBi) — Macarıstanın Budapeşt şəhərində velosiped paylaşma şəbəkəsidir. Adı, Budapeşt və Bicikli (macar dilində velosiped) sözlərindən yaradılmış və "baloncuq" mənasını verir. 2019-cu ilin may ayına kimi şəbəkə 143 dok stansiyadan və 1846 velosipeddən ibarət idi. == Tarixi == BuBi layihəsi Budapeşt Bələdiyyəsi tərəfindən 2008-ci ildə yaradılmışdır. Bu layihə üçün kapital qoyuluşu təqribən 900 milyon HUF (təxminən 3 milyon €) təşkil edir. Bu məbləğin 85% -i Avropa Birliyi, qalan 15% -i isə yerli hökumət tərəfindən ödənilir. Təxminən 250 milyon HUF (təxminən 800.000 €) illik əməliyyat xərcləri ən böyük inteqrasiya edilmiş neft və qaz qrupu olan MOL tərəfindən ödənilir və Macarıstanda bir yanacaqdoldurma məntəqəsi şəbəkəsini idarə edir, buna görə də layihə "MOL Bubi" adlandırılmışdır. Təchizat və proqram təminatı və velosipedləri özündə birləşdirən Nextbike-nin velosiped paylaşma sisteminin həyata keçirildiyi hər yerdən fərqli olaraq Budapeştdə bu sistem Nextbike tərəfindən idarə edilmir. Budapeştdə bu sistem T-Systems və Csepel tərəfindən idarə olunur. Normalda nextbike-nin velosiped paylaşma sisteminin digər tətbiqlərində velosipedlər Nextbike-nin öz istehsal salonuna toplanaraq dünyaya çatdırılır, lakin Budapeştdə velosipedlər Macar velosiped istehsalçısı Csepel tərəfindən istehsal olunur və yığılır.