Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baolok
Baolok (vyet. Bảo Lộc) — Vyetnamda şəhər, vilayət hökumət şəhəri,. == Tarixi == Tarixi adı B'Lao olmuşdur.Şəhər Ma xalqının torpaqlarında yerləşir. 1899-cu ildə Fransa müstəmləkəçiləri oraya gəldilər və Bintxuana yol tikmişdilər. Yuxarı Donqnay vilayəti 1 yanvarda yaradılmış, beş il sonra Binxuan vilayəti ilə birləşdirilmişdi. 1920-ci ildə Yuxarı Donqnay yenidən ayrılmışdı. 1958-ci ildə Vyetnam Respublikası hökuməti onu Lamdonq adlandırmışdı. Həmin vaxtdan şəhər fəal şəkildə böyüməyə başlamışdı. 8 aprel 2010-cu ildə şəhərə əyalət tabeliyində olan şəhər statusu verilmişdir.
Nazmi Solok
Nazmi Solok (türk. Nazmi Solok; d. 1876, Balıkəsir ili, Osmanlı İmperiyası – ö. 1956, İstanbul, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1896-ci ildə hərbi məktəbə daxil olmuş və 1899-ci ildə oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 12 mart 1918-ci ildə Müstəqil 50-ci tümən komandiri kimi xidmət göstərdi. 27 mart 1918-ci ildə Bağdad döyüşündə əsir götürüldü və 12 iyun 1920-ci ildə əsirlikdən azad edildi. 2 oktyabr 1939-cu ildə təqaüdə çıxdı. 1956-cı ildə İstanbulda vəfat etdi.
Naş qolos
Naş qolos — gündəlik ədəbi, ictimai-siyasi, menşevik qəzeti. == Tarixi == 1-ci nömrəsi 1918-ci il yanvarın 6-da, sonuncu (59-cu) nömrəsi həmin ilin martında Bakıda çıxmışdır. Qəzet redaksiya heyəti tərəfindən buraxılırdı. Erməni-daşnak silahlı dəstələrinin Bakıda Azərbaycan xalqına qarşı törətdiyi Mart soyqırımı (1918) günlərində "Naş qolos" şəhərdəki vəziyyəti təsvir edərək yazmışdı: "Hər yerdə meyitlər qıc olmuş, eybəcər hala salınmışdır. Təzəpir məscidinin yanında ağır mənzərə var. Məscid atəşdən zərər çəkmişdir. İbadətgahın təhqir olunması geniş kütlələrin qəlbini göynədir, meyitlər onları daha çox narahat edir. Nifrət və təhqir zəhərinin necə dərinliyə işlədiyi hiss olunur. Bu düşmənçiliyi aradan qaldırmaq, bu nifrətin qəzəbli intiqam hissinə çevrilməsinin qarşısını almaq üçün çox iş görmək lazım gələcək" ("Naş qolos", 24 mart, 1918-ci il).
Nqolo Kante
Nqolo Kante (fr. N'Golo Kanté; 29 mart 1991, Paris) — Mali əsilli Fransız futbolçu, İngiltərənin Çelsi klubunun və Fransa millisinin müdafiə yarımmüdafiəçisi. 2018-ci ildə Dünya Çempionu. 2020/21 UEFA Çempionlar liqası qalibi.
Pyotr Qolov
Pyotr Dolqov (21 fevral 1920, Dolqovo[d], Tambov quberniyası – 1 noyabr 1962, Volsk, Saratov vilayəti) — Sovet Hava Qüvvələrinin polkovniki, Sovet İttifaqı Qəhrəmanı, SSRİ İdman ustası. Dolqov, paraşütlə sürətlə hərəkət edərkən vəfat etmişdir.
Uenlok və Mandevil
Uenlok və Mandevil (ing. Wenlock and Mandeville) — 2012-ci il London Yay Olimpiya Oyunlarının talismanları 2012-ci il London Yay Olimpiya Oyunlarının ilk talismanları metal rəngdə Venlok və Mendevill adlı iki təkgözlü məxluqlar seçilmişdir. Maç Venlok kəndində XIX əsrdə idman oyunları keçirilib. Həmin oyunlar Pyer de Kuberteni Ümumdünya Olimpiya Oyunlarının yaradılmasına ruhlandırıb. Bukinhemşir qraflığında yerləşən Stouk Mandevill hospitalı isə Paralimpiya Oyunlarının dünyaya gəldiyi yer kimi göstərilir. Olimpiadanın talismanı olan kimi Venlok əllərində olimpiya halqalarının sayı qədər — 5 qolbaq gəzdirir. Mendevill isə öz baş forması ilə Paralimpiya Oyunları simvolunu təkrarlayır. Hər iki məxluqun alnında sarı fonarlar yanır. Bu isə London taksilərinin üstündəki analoji işarəni əks etdirir. Bu talismanları rəssam Maykl Morpuqro hazırlamışdır.
Uqolnoy Kopi adası
Uqolnoy Kopi adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın mərkəzində yerləşir. Ziçi adaları tərkibinə daxildir. Siqler və Qrili adaları arasında yerləşir. Ada dairəvi formaya malikdir. Diametri 3.5 km-dir. Hündürlüyü 393 metrdir. Adada buzlaq yoxdur.
Cövdət Qüdrət Solok
Cövdət Qüdrət Solok (1907, Konstantinopol – 10 iyul 1992, İstanbul), “Yeddi Meşale” ədəbi cəmiyyətinin yaradıcılarından biri, türk yazıçısı və ədəbiyyat tarixçisi. Yazıçı Cövdət Qüdrət adı ilə tanınır. == Həyatı == C.Qüdrət 7 fevral 1907-ci ildə İstanbulda anadan olub. O, doqquz yaşında olarkən Mosul döyüşündə atasını itirdi. Anasının səyləri ilə oxuyub. O, 1933-cü ildə İstanbul Darülfünunun hüquq fakültəsini bitirib. O, Kayseri lisesində (17.04.1934 – 25.09.1938), Ankara Dövlət Konservatoriyasında (27.09.1938 – 20.07.1939) diksiya və ədəbiyyat müəllimi, Ankara Erkek lisesində (03.07.1939 – 31.08.1943) və Atatürk lisesində (31.08.1943 – 24.12.1945) və ədəbiyyat müəllimi, Nəşr İdarəsinin sifarişi ilə İnönü Ensiklopediyasında ədəbi katib vəzifəsində çalışıb (24.12.1945 – 06.10.1950). Yazıçı Demokrat Partiya hökuməti dövründə Bitlis orta məktəbinə türk dili müəllimi təyin edildikdən sonra istefa verib (23.10.1950). Qısa müddət İstanbul və Ankarada vəkil (1951-1954), Türk Dil Qurumunda redaktor, “Bilgi” nəşriyyatında məsləhətçi (1967-1970), Siyasi Elmlər Fakültəsi, Mətbuat və Yayım məktəbində müəllim olaraq işləyib (1970-1973). C.Qüdrət ədəbi fəaliyyətə 1927-ci ildə “Sərvət-i Fünun” jurnalında şeirlə başlayıb.