Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Udel
Udel (rus. уде́л) — qədim Rusiyada knyaz və onun ailəsinin ayrı-ayrı üzvlərinə məxsus olan yerlər, torpaqlar, mülklər. Hər bir böyük knyazlıq udellərə, yəni ayrı-ayrı knyaz ailəsinin üzvlərinə məxsus olan kiçik mülklərə ayrılırdı. Richard Pipes. Russia under the old regime. New York: Charles Scribner's Sons. 1974. ISBN 0-684-14826-9. Udel // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.
Adel
Adel (ing. Adele), Adel Lori Blue Edkins (ing. Adele Laurie Blue Adkins) — Britaniya müğənni və söz yazarı. == Həyatı == 2006-cı ildə bir tanışının Adeleyə aid parçanı Myspace`ə göndərməsindən sonra XL Recordings ona səs yazma müqaviləsi təklif edir. 2008-də BBC-nin "2008-in səsi" yarışmasının qalibi olur. Daha sonrakı il BBC-nin "2008-ci ilin səsi" mükafatını qazanır. İlk albomu sayılan 19 ilə o, bir çox tənqidçilərin təqdirini qazanmışdır. Birləşmiş Krallıqda 4 dəfə platin mükafatı almışdır. Bundan başqa 2009-cu ildə Gremmi mükafatına layiq görülüb və "İlin ən yaxşı qadın pop vokalçısı" adını qazanmışdır. "21" adlı albomu ilə Ginnesin Rekordlar Kitabına daxil olmuşdur.
Adəl

Duel
Duel — iki şəxs arasında olan mübahisənin silahla həll edilməsi. Duel əsasən şərəf, namus və ya millət kimi anlayışlara qarşı açıq və ya dolayı təhqir edildiyi zaman XIX əsr kübar mühitində geniş istifadə edilmişdir. Məşhur insanlarda duel döyüşlərində iştirak etmişlər. Dahi rus şair Aleksandr Puşkin dueldə öldürülmüşdür. Amerika Birləşmiş Ştatlarının 3-cü vitse-prezidenti Aaron Burr isə duel nəticəsində ağır yaralanmışdır. == Tarixi == Qədim dövrlərdə qəbilələr arasında olan mübahisələrin həll edilməsində dueldən çox istifadə edilirdi. Həmin duel döyüşləri müasir döyüşlərdən xeyli fərqlənirdi. Əsas fərq ilk duel döyüşləri zamanı odlu silahdan istifadə edilmirdi. Hər iki qəbiləninin rəisi və ya fiziki baxımdan ən sağlam olan şəxsin iştirakı ilə keçirilən döyüşlərdə soyuq silahdan istifadə edilib, edilməməsi əvvəlcədən müəyyənləşirdi. Tərəflər arasında mübarizə bir tərəfin digərini tam məğlub edib, sonda ölürməsinə qədər davam edirdi.
Adel Ekzarkopulos
Adel Ekzarkopulos (fr. Adèle Exarchopoulos; 22 noyabr 1993, Paris) — Fransa aktrisası, Kann kinofestivalının "Qızıl Palma Budağı" mükafatının ən gənc sahibi. O, bu mükafata "Adelin həyatı" filmindəki roluna görə layiq görülüb. == Həyatı və karyerası == Adel Parisin XIX dairəsində, de Fet meydanı yaxınlığında böyüyüb. Onun atası Didye Ekzarkopulos gitara ifaçılığı müəllimi, anası isə tibb bacısı olub. Adelin özündən kiçik iki qardaşı var. Aktrisanın babası əslən yunan olub. Adelin valideynləri qızlarının utancaqlığını aradan qaldırmaq üçün, onu doqquz yaşında aktyorluq kursuna yazdırıblar. O, bu kursa 2005-ci ilədək getməyə davam edib, məhz bu ildə onun aktrisa kimi kinoda debütü olub. O, Martha filmində debüt edib.
Adel Hüqo
Adel Hüqo (24 avqust 1830[…], Paris – 21 aprel 1915, Süren) — fransız yazıçısı Viktor Hüqonun 5 övladından ən kiçiyi. Gənc qadın olarkən şizofreniyaya düçar olur, Britaniya ordusunda xidmət edən zabitin onun sevgisini rədd etməsi onda bu zabitə qarşı romantik asılılıq yaradır. "Sevgi fobiası" adlandırılan Adel sindromu onun adı ilə bağlıdır. 1975-ci ildə fransız rejissor François Truffaut tərəfindən çəkilən "Adel H.-nin hekayəsi" adlı film Adel Hüqonun gündəliklərində yazdıqlarına əsaslanır. == Uşaqlığı == Adel Fuşe və Viktor Hüqonun son övladı olan Adel Hüqo maddi vəziyyəti yaxşı olan bir ailədə və mədəni mühitdə böyüyür. Piano çalmağı çox sevən Adel gözəlliyi və uzun qara saçları ilə məşhur idi. Bir sıra məşhur Parisli rəssamlar onun portretini çəkmişdi. Viktor Hüqonun siyasi səbəblərə görə sürgün edilməsindən sonra ailə 1851-ci ildə Cörsi adasına köçdü və 1870-ci ilə qədər orada qaldı. Adel sevgi asılılığının səbəbi olan Albert Pinsonla da məhz burada tanış oldu. == Xəstəliyi və Pinsonu təqib etməsi == 1856-cı ildə Adelin ruhi xəstəliyinin əlamətləri açıq-aydın sezilməyə başladı.
Adel Kutuy
Adel Kutuy (tatar. Гадел Кутуй; 28 noyabr 1903 – 15 iyun 1945) — Sovet tatar elmi fantastika yazıçısı, şair və dramaturq, jurnalist, müharibə müxbiri. == Bioqrafiya == Adel Kutuy Tatarski Kanadey kəndində (indiki Penza vilayətinin Kuznetsk rayonunda) anadan olub. 1922-ci ildə Kazana köçür və 5 ildən sonra tatarların ən görkəmli beş yazıçısından biri kimi tanınır. 1927-ci ildə Şamil Osmanovun dəvəti ilə oktyabr inqilabının 10 illik yubileyində birinci Kazan yayım stansiyasında diktor işləyir. Vladimir Mayakovskidən təsirlənərək LEF, SULF, yəni Sul Cəbhəsi — Sol Cəbhə tatar yaradıcılıq birliyini qurur. 1930-cu ildən sonra ən məşhur romanlarını yazır. 1942-ci il mayın 25-də könüllü olaraq Qırmızı Ordu sıralarına yollanır. Qərb və Don cəbhələrində 75-ci Əlahiddə Qvardiya minaatan diviziyasının tərkibində döyüşür. Stalinqrad döyüşündə fərqləndiyinə görə "İgidliyə görə" medalı ilə təltif edilir.
Adel Massad
Adel Massad (24 iyun 1964) — Misiri təmsil edən stolüstü tennisçi. == Karyerası == Adel Massad Misiri 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Adel Torpağı
Adeli torpağı (fr. Terre Adélie) — Fransanın idarə etdiyi Antarktika sektoru. Ərazinin sərhədləri Antarktidanın sahili boyunca keçir və bu koordinatlarda yerləşir: 66°12′ c.g. 136°11′ ş.u. и 66°48′ c.g., bu nöqtələrdən sərhəd Cənub qütbünə qədər 2600 kilometrliy uzunluğunda qitənin içərinə gedir. Sahil xəttinin ümumi uzunluğu təxminən 350 km təşkil edir. Adeli torpağı 432 min kilometrdən çox sahə tutur, və o, demək olar ki, tamamilə buzla örtülürüb. Buranın sahilləri 1837-ci ildə franssız dənizçi Jul Dyumon Dyurvill tərəfindən tapılmışdır və arvadının şərəfinə Adeli adını qoymuşdur. 12 yanvar 1956-cı ildən ərazidə Fransanın Dyuomon d'Yurvil adlı daimi illik elmi-tədqiqat qütb stansiyası fəaliyyət göstərir. Stansiya antarktik sahilində bu koordinatlarda yerləşir: 66°40′ c.g.
Udey Hüseyn
Uday Hüseyn Al-Tikrit (18 iyun 1964, Bağdad — 22 iyul 2003, Mosul), keçmiş İraq lideri Səddam Hüseyn'in böyük oğludur. Səddam Fədailəri ilə bir çox media quruluşunun başında olmuşdur. Gənclik Televiziyası və Babil qəzetinin sahibi olan Udey ayrıca həftəlik 7 qəzet, televiziya kanalları, bir gecə klubu və aralarında İngilis musiqi parçaları da çalan bir kanalın da olduğu çoxlu sayda radionun sahibi olmuşdur. Udeyin də qardaşı Qusey kimi ən böyük qazancının neft qaçaqçılığı olduğu deyilirdi. 1998-ci ildə Babil Universitesində "soyuq müharibənin ardından dünya" adlı 400 səhifəlik tezis ilə doktorluq ali dərəcəsi alan Udey 2000-ci ildə də İraq Milli Məclisinin üzvü idi. Olimpiya Komitəsi və Jurnalistlər Birliyinin rəhbərliklərini də məhz Udey etmişdir. 22 İyul 2003-cü il tarixində ABŞ əsgərlərinin keçirdiyi basqınında, qardaşı Qusey ilə birlikdə Mosulda öldürülmüşdür. İblisin əkizi filmində Udey Hüseynin həyatı əsas mövzu obyektidir.
İohan Edel
İohan Vilhelm Edel və ya İvan Edel (1863, Çerniqov quberniyası[d] – 14 fevral 1932, Bakı) — alman əsilli rusiyalı memar, dövlət müşaviri. Hacınskinin evi, Mitrofanovun evi, Qrifonlu ev kimi Bakıdakı bir çox tarixi binaların memarı. İohan Edel 1863-cü ildə Çerniqov quberniyasının, Borznensk uyezdində yerləşən alman koloniyası Bilovaçda, sonradan Bakı mayakında işləyəcək alman zadəgan nəslindən olan Vilhelm Edelin ailəsində anadan olub. Pravoslav kilsəsində vəftiz olunduqdan sonra İohan Vasilyeviç adını alır dünyada isə İvan Vasilyeviç kimi tanınır. Moskva Rəsm, Heykəltəraşlıq və Memarlıq Məktəbində təhsil aldığı müddətdə o, lüteran dua evinin məktəbin və pastoratın layihəsini hazırlayır. 1886-cı ildə isə Bakıdakı lüteran cəmiyyəti üçün yeni layihə hazırlayır, lakin bu layihəyə əsasən yalnız məktəb və Evangelik lüteran kilsəsi tikilir. A. Savrasovdan dərs alan o məktəbi qızıl medalla bitirir. Bu medalı o, "Hamamda" rəsminə görə alır. Əmisi və atası Bakıda işlədiklərinə görə tezliklə o da, 1880-ci illərin əvvəlində Bakıya gəlir. 1888-ci ildə Edel Marinski Qadın Gimnaziyasında rəsm dərsi keçməyə başlayır.
İohann Edel

Kavkaz-Uzel
Kavkazskiy Uzel (rus. Кавказский узел; ing. Caucasian Knot), bəzi azərbaycandilli mənbələrdə Qafqaz Düyünü — Qafqaz regionu haqqında ingilis və rus dillərində xəbərlər yayımlayan onlayn xəbər saytı. 2001-ci ildə yaradılan saytın baş redaktoru Qriqori Şvedovdur. Sayt siyasətə və insan hüquqları məsələlərinə, o cümlədən mətbuat azadlığına xüsusi diqqət yetirir. == Tarixi == 2001-ci ildə sayt "Memorial" hüquq müdafiə təşkilatı ilə əlaqəli layihə kimi fəaliyyətə başlamış, lakin daha sonra müstəqil jurnalistika saytına çevrilmişdir. 2003-cü ildə ingilis dilli versiyası açılıb. Sayt ABŞ və Qərbi Avropadakı bir sıra xeyriyyə təşkilatları tərəfindən maliyyələşdirilir. 2011-ci ildə aylıq təxminən 1,8 milyon oxucusu var idi. == Komanda == Saytın təhlükəsizlik səbəblərinə görə redaksiyası yoxdur.
Kavkazskiy Uzel

Kavkazskıy Uzel

Maykl Del
Maykl Saul Del (ing. Michael Dell;23 fevral 1965[…], Hyuston, Texas, ABŞ), Dell Computer-in qurucu ortağı, icra heyəti başçısı (CEO) və ümumi müdiridir.
Uilyam Uel
Vilyam Vel (24 may 1794[…], Lankaster[d] – 6 mart 1866[…], Kembric) – ingilis alimi, filosofu, dinşünas, keşiş və tarixçi. Vilyam Vel Lankaşir şəhərində, dülgər ailəsində anadan olub. O oxuduğu gimnaziyada riyaziyyatdan yüksək göstəricilər göstərib və xüsusi 1812-ci ildə təqaüdə layiq görülüb.1814-cü ildə isə poeziyaya görə ona Qızıl kansler medalı verilib. O 1817-ci ildə Kembric ittifaqının prezidenti, 1841-ci ildə kollecin sahibi olur. O 1828-ci ildən 1832-ci ilədək minerologiya , 1838-ci ildə 1855-ci ilədək fəlsəfə professoru olub. Vel 1866-cı ildə Kembricdə atdan yıxılaraq dünyasını dəyişib . Vilyam Vel elmin müxtəlif sahələri ilə məşgul olaraq uğur qazanan insan olub. O dünya Okeanındakı qabarıb-çəkilmə üzrə tədqiqat aparıb və buna görə Kral medalı alıb. onun mexanika, fizika, geologiya, astronomiya və iqtisadiyyat üzrə məqalələri çap edilib. Bundan başqa o şeir yazır, traktat hazırlayır, Heteni tərcümə edir və eyni zamanda moizələr yazır və teologiya üzrə materiallar hazırlayırdı.
Ulan-Ude
Ulan-Ude — Rusiya Federasiyasında yerləşən şəhər Buryatiya Respublikasına daxildir 2016-cı ildə şəhər əhalisi 430.000 nəfər olmuşdur. Əhalinin 62 faizi rus, 32 faizi buryatlardan ibarətdir.
Ulan Ude
Ulan-Ude — Rusiya Federasiyasında yerləşən şəhər Buryatiya Respublikasına daxildir 2016-cı ildə şəhər əhalisi 430.000 nəfər olmuşdur. Əhalinin 62 faizi rus, 32 faizi buryatlardan ibarətdir.
21 (Adel albomu)
«21» — Britaniyalı müğənni Adelin ikinci studiya albomu .Albom 2011 -ci ildə buraxılmışdır. Albom 25 milyon nüsxədən çox satılaraq, UK Album Chart 23 həftə (rekord) və Billboard 200 də 24 həftə bir nömrədə yer tutaraq , ilin ən çox satılan albomu oldu. 12 fevral 2012- ci ildə Grammy mükafatlandırılmasında albom "ilin ən yaxşı albomu" nominasiyasının qalibi oldu .
Adel Əl-Fakir
Hans-Ulrix Rudel
Hans-Ulrich Rudel (2 iyul 1916[…] – 18 dekabr 1982[…], Rozenxaym, Bavariya), İkinci Dünya müharibəsi dövründə Alman bombardmançı təyyarə pilotu olmuşdur. 2 iyun 1916-cı ildə Konradsvaldauda anadan olmuş, 4 dekabr 1936-cı ildə isə Almaniya Hərbi Hava Qüvvələrinə daxil olmuşdur. 1938-ci ilin iyun ayında isə zabit və baş kursant kimi Qraz ben/Sturzkampfgeschwader 168-in tərkibinə daxil olmuşdur. Rudel çox çətin olan yeni texnikaları öyrənmiş, məhz buna görə də 1 yanvar 1939-cu ildə döyüş uçuşları üçün yararlı hesab edilərək əməliyyat kəşfiyyatı hazırlığı məqsədilə Hildesheim Kəşfiyyat Uçuşları Məktəbinə göndərilmişdir. Həmin tarixdə ona leytenant hərbi rütbəsi verilmişdir. Təlimini başa çatdırdıqdan sonra Prenzlau de Fernaufklärungsgruppe 121-ə (Uzun Məsafəli Kəşfiyyat Qrupu) təyin olunmuşdur. İkinci dünya müharibəsinin əvvəllərində baş vermiş olan Polşa kampaniyası zamanı o, Breslaudan Polşa üzərində uzun məsafəli kəşfiyyat missiyaları (müşahidəçi kimi) məqsədilə uçmuşdur. Rudel 1939-cu il oktyabr ayının 11-də ikinci səviyyəli Dəmir Xaç medalına layiq görülmüşdür. Oberleutnant (ober-leytenant) rütbəsi ilə Britaniya müharibələrində iştirak etmişdir. Rudel Almaniyanın Sovet İttifaqını işğal planı olan Barbarossa əməliyyatı zamanı — 23 iyun 1941-ci ildə həyata keçirilmiş olan ilk dörd döyüş əməliyyatında iştirak etmişdir.
Məhəmməd Bassem Adel
Məhəmməd Bassem Adel (ərəb. بسام العدل‎) - Suriya Hərbi Hava Qüvvələrinin mayor rütbəli pilotu. Suriya Hərbi Hava Qüvvələrinə məxsus MiQ-23 qırıcı təyyarəsini 1989-cu ildə İsrailə qaçırmışdır.
Sofiya Yablonskaya-Uden
Sofiya Yablonskaya-Uden (ukr. Яблонська-Уден Софія, 15 may 1907 – 4 fevral 1971, Fransa) — Ukrayna və fransız yazıçı, jurnalist, səyyah və fotoqraf. Sofiya Yablonskaya-Uden 1907-ci il mayın 15-də Germanov kəndində keşiş ailəsində anadan olub (indiki Lvov vilayəti, Pustomitivski rayonu, Tarasovka kəndi). Birinci Dünya müharibəsi illərində Taqanroqda təhsil aldığı vaxt Rusiyaya gəlir. 1921-ci ildə isə vətənə qayıdır, müəllim gimnaziyasında, dram studiyasında oxuyur, Lvovda ticarət məktəbini bitirir. Onun uğurlu aktyorluq karyerası olacağı proqnozlaşdırılır. Lakin o, hər şeydən əl çəkərək 1927-ci ildə sənədli filmlərin çəkiliş texnikasına yiyələnmək üçün Parisə gedir. Oradan onun dünya üzrə səyahətləri başlayır. Fransadan əvvəlcə Mərakeşə, daha sonra Port-Səid, Cibuti, Seylon vasitəsilə Fransız Hind-Çininə gedir. Laos, Kamboca, Yunnan əyaləti (Çin), Siam, Malay arxipelaqı, Yava və Bali, Taiti adaları, Şimali Amerika (ABŞ və Kanada), Avstraliya və Yeni Zelandiya adalarını ziyarət edir.
Formentera-del-Sequra
Formentera-del-Sequra (isp. Formentera del Segura) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 4,3 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4364 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 45 km uzaqlıqda yerləşir.
Dəli
Dəlilik və ya çılğınlıq yarı qalıcı, ağır bir zehni pozğunluqdur. Ümumiyyətlə bir zehni xəstəlik tipindən törəyir. Dəlilik termini tibbi bir termin olmaqdan çox hüquqi və mədəni bir termindir. Dəlilik Modernizmlə birlikdə inkişaf edən bir anlayışdır. Əvvəllər ruhi çətinliklər Amerikada intellektual bir rəftar kimi qəbul edilib. Dickensin Lord Artur Günahı adlı kitabında buna bənzər təsvir də vardır. Postmodern mədəniyyət isə yaratdığı bütün dəyişənləri yazıdığı kimi dəliliyə də istisna edir. Bu cür xəstəliklər şəxsiyyət pozğunluğundan meydana gələ bilər.