UDUM

is. Udarkən udlaq əzələlərinin birdəfəlik hərəkəti, udma hərəkəti.
Qarı əvvəlcə uşağa xeyli su içirtdi və tapşırdı ki, son udumunu udmayıb ağzında saxlasın, elə ki püflədi, o vədə udsun. Ə.Vəliyev.

□ Bir udum – bir dəfəyə udulacaq qədər, bir dəfə udmaq üçün kifayət edəcək qədər, bir qurtum.
Dərviş handan-hana özünə gəldi, bir udum çay aldı, boğazını yaşladı, yenə danışmağa başladı. A.Divanbəyoğlu.
Qəhrəman stol üstündə buğlanan çay stəkanını əlinə alıb bir udum içdi. Ə.Vəliyev.

◊ Bir udumda – dərhal, bir anda, o saat.
Bir udumda konyak yoxa çıxdı. B.Bayramov.

Синонимы

  • UDUM qurtum — içim
UDULMAQ₂
UDUM-UDUM
OBASTAN VİKİ
Udumbara
Udumbara — "Cənnətdən gələn çiçək" adlandırılan nadir bitki növü Buddizm inanclarında yer alan, 3 min ildə bir dəfə çiçək açdığına inanılan udumbara çiçəyinin biri təsadüfən Çində aşkarlanıb. İndiyə qədər dünyada yalnız 15 dənəsi aşkarlanan udumbara çiçəyi 50 yaşlı Miao Vei adlı qadının paltaryuyan maşınının altında tapılıb. Çin rəsmiləri nadir rast gəlinən çiçəyin bir neçə millimetr böyüklüyündə olduğunu bildiriblər. Bu çiçəyin kökləri bir gündə 18 fərqli çiçək açaraq görənləri heyrətə salıb. Buddizm əfsanəsinə görə cənnətdən gələn çiçək sayılan udumbara dünyanın axarını dəyişən ən böyük qlobal hadisələr ərəfəsində çiçək açır. Nadir rast gəlinən bu çiçəyin 3 min ildə bir dəfə çiçəklədiyi söylənsə də, bu, hələ elmi cəhətdən sübut olunmayıb. Ona görə də bəziləri udumbaranın düşünüldüyü kimi nadir halda çiçəklədiyi qənaətində deyil.
Zaal Udumaşvili
Zaal Udumaşvili (gürc. ზაალ უდუმაშვილი; 27 fevral 1971, Tbilisi) — gürcü siyasətçi. 2020-ci illər arasında Gürcüstan Parlamentinin üzvü olub.

Значение слова в других словарях