Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Udabno monastırı
Udabno monastırı (gürc. უდაბნოს მონასტერი) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsi. Abidə, David Qareci lavrasının cənub-qərbində, böyük qayanın enişində yerləşir. == Təsviri == Udabno monastırı bir neçə mağara kilsəsindən ibarətdir. Kompleksin əsas tikilisi hündür və geniş zala malik olan Tanrı anası kilsəsidir. Kilsənin şimal tərəfində yerləşən girişi üç tağlı monumental arkada ilə vurğulanmışdır. Kompleksə həm də bir-birinin yanında yerləşən mağara sovmələr daxildir. Udabno mağarasının interyerlərini bəzəyən freskalar silsiləsində ilk dəfə ardıcıllıqla David Qarecinin həyatını əks etdirən səhnələr yer almışdır. Kilsə freskalarının ən alt qatı X əsrin II yarısına aid edilir. Lakin, bu tarix yalnız freskaların tarixinə aid edilməklə, monastırın özünün daha əvvəlki dövrə aid olması qeyd edilir.
Teodor Adorno
Teodor Lüdviq Vizenqrund Adorno (rus. Theodor Ludwig Wiesengrund Adorno; alman: [ˈteːodoːɐ̯ ʔaˈdɔɐ̯no] ( dinlə);; 11 sentyabr 1903[…], Frankfurt-Mayn, Prussiya, Almaniya imperiyası[…] – 6 avqust 1969[…], Fisp[d]) — Almaniya filosofu, sosioloqu, musiqişünası. O, Frankfurt məktəbinin nümayəndəsi olmuşdur. Adorno mədəniyyəti və cəmiyyəti ("Maarifçiliyin dialektikası", 1948, Maks Horkheymer ilə birlikdə), həmçinin "mənfi dialektika" ideyasını tənqid etmişdir. 1940-cı illərdə Adorno və onun əməkdaşları ABŞ-da faşizm üçün sosial-psixoloji ilkin şərt kimi "avtoritar şəxsiyyət" haqqında araşdırma aparmışdılar. "İşıqsız iztirab"ın protokol təsbiti kimi "yeni musiqi" konsepsiyasında o, yeni Vyana məktəbinin bəstəkarlarının yaradıcılığına diqqət yetirir. == Əsərləri == Kierkegaard: Construction of the Aesthetic (1933) Dialectic of Enlightenment (Maks Horkheymer ilə, 1944) Composing for the Films (1947) Philosophy of New Music (1949) The Authoritarian Personality (1950) Minima Moralia: Reflections from Damaged Life (1951) In Search of Wagner (1952) Prisms (1955) Against Epistemology: A Metacritique; Studies in Husserl and the Phenomenological Antinomies (1956) Dissonanzen. Musik in der verwalteten Welt (1956) Notes to Literature I (1958) Sound Figures (1959) Mahler: A Musical Physiognomy (1960) Notes to Literature II (1961) Introduction to the Sociology of Music (1962) Hegel: Three Studies (1963) Critical Models: Interventions and Catchwords (1963) Quasi una Fantasia (1963) The Jargon of Authenticity (1964) Night Music: Essays on Music 1928–1962 (1964) Negative Dialectics (1966) Alban Berg: Master of the Smallest Link (1968) Critical Models: Interventions and Catchwords (1969) Aesthetic Theory (1970) The Culture Industry (Routledge, 1991) Beethoven: The Philosophy of Music; Fragments and Texts (1993) The Psychological Technique of Martin Luther Thomas' Radio Addresses (2000) Kant's 'Critique of Pure Reason' (2002) Current of Music (2006) === Musiqi əsərləri === Für Sebastian Wedler (1919) 6 Studies for string quartet (1920) Piano piece (1921) String quartet (1921) 3 stories by Theodor Däubler for female chorus (1923–1945) 2 Pieces for string quartet, Op. 2 (1925/26) 7 short works for orchestra, Op.4 (1929) 3 Short Pieces for piano (1934) 2 songs for voice & orc == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Adorno, Theodor. Aesthetic Theory.
Udon
Udon (饂飩, adətən うどん kimi yazılır) — Yaponiya mətbəxində qalın buğda-un əriştəsi. Udon adətən kake udon kimi sadə formada əriştə şorbası kimi isti yeyilir. Daşi, soya sousu (şoyu) və mirin ilə hazırlanmış bulyon kakeciru adlanır. Ümumiyyətlə incə doğranmış yaşıl soğanlar ilə birlikdə servis edilir. == Qalereya == == Mənbə == Tsuji, Shizuo. (1980). Japanese cooking: A simple Art. Kodansha International/USA, New York.
Poco's Udon World
Poco's Udon World (azərb. Pokonun udon dünyası‎), Yaponiyada tanınan adı ilə Udon no Kuni no Kiniro Kemari (うどんの国の金色毛鞠, azərb. Udon ölkəsinin qızıl tük yumurcağı‎) və ya qısaca Udonnokuni — Nodoka Şinomaru tərəfindən yazılan manqa seriyası. 2012-ci ilin iyununda Shinchosha nəşriyyatının "Monthly Comic @ Bunch" jurnalında nəşr olunmağa başlamışdır və 15 fevral 2019-cu ildə kimi 12 tankobon cildi buraxılmışdır. Liden Films studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və 9 oktyabr 2016-cı ildə yayımlanmağa başlamışdır. == Məzmun == Sota Tavara Tokioda işləyən veb-dizaynerdir. Bir gün boya-başa çatdığı Kaqavada ailəsinə məxsus udon restoranını ziyarət etdiyində kiçik oğlan uşağı ilə rastlaşır. Lakin tezliklə onun tanuki (Yaponiya yenotu) olduğunu, sehr vasitəsilə özünü oğlan kimi maskaladığını kəşf edir. Əvvəlcə qarşılaşdığı vəziyyəti qəbul etməkdə çətinlik çəkən Sota sonda onun qayğısına qalmağa qərar verir və ona Poko adını verir. Manqa bu ikilinin başına gələn gündəlik macəralardan bəhs edir.
Udon no Kuni no Kiniro Kemari