Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Slava Ukraini
Ukraynaya eşq olsun! və ya Slava Ukraini! (Ukraynaca: Слава Україні!, Rom: Slava Ukraini!) Ukraynanın suverenliyi və müqavimətinin simvolu kimi tanınan, 2018-ci ildən isə Ukrayna Silahlı Qüvvələrinin rəsmi salamı kimi tanınan Ukrayna milli salamıdır. Salamlamaya adətən "Qəhrəmanlara eşq olsun!" (Ukraynaca: Героям слава! Rom: Geroyam slava!) sözü də müşayiət edir. Şüar ilk dəfə XX əsrin əvvəllərində, 1917-ci ildən 1921-ci ilə qədər davam etmiş Ukraynanın Müstəqillik Müharibəsi zamanı ukraynalılar arasında çox populyarlaşdığı zaman müxtəlif formalarda ortaya çıxmışdır. 1930-cu illərdən, xüsusilə İkinci Dünya Müharibəsində Stepan Banderanın Ukrayna Millətçiləri Təşkilatı və Ukrayna Üsyan Ordusu başda olmaqla müxtəlif Ukrayna millətçi qrupları, daha sonra isə Soyuq müharibə dövründə Qərbdəki Ukrayna diaspor qrupları və qaçqın icmaları tərəfindən istifadə edilmişdir. Sovet İttifaqında bu ifadənin nasistlərlə əməkdaşlıq edən şəxslərin şüarı olduğu əsas gətirilərək qadağan edilmiş, sovet və daha sonra isə Rusiya hakimiyyəti tərəfindən nüfuzdan salınmağa çalışılmışdır. Sovet İttifaqının dağılması ilə əlaqədar olaraq yenidən gündəmə gəlmiş və xüsusilə 2014-cü ildən sonra Rusiya-Ukrayna müharibəsi zamanı demokratiya və Ukraynanın müstəqilliyini vurğulamaq üçün yenidən istifadə edilmişdir. Ukrayna Futbol Federasiyasının məlumatına görə, "Ukraynaya eşq olsun!" Ukraynada geniş yayılmış bir salamlaşma formasıdır.
Lesya Ukrainka
Lesya Ukrainka (13 (25) fevral 1871, Novoqrad-Volınsk[d], Volın quberniyası[d], Rusiya imperiyası – 1 avqust 1913[…], Surami, Tiflis quberniyası, Rusiya imperiyası) — ukraynalı şairə. == Həyatı == Lesya Ukrainka dvoryan ailəsində doğulmuşdur. Anası Olyona Pçilka yazıçı idi. Uşaqlıqdan sümük vərəminə tutulan Ukrainka uzun illər Krımda, Gürcüstanda, İtaliyada və Misirdə yaşamalı olmuşdur. Əsasən tarix-filologiya ev təhsili almış, bir neçə əcnəbi dil öyrənmişdir. Yaradıcılığına Taras Şevçenkonun güclü təsiri olmuşdur. "Nəğmələrin qanadında" (1893), "Düşüncələr və arzular" (1899), "Əks-səda" (1902) şeir toplularında bütün xalqların ictimai və milli azadlığı uğrunda mübarizəyə çağırış ruhu hakimdir. "Babil əsiri" (1903), "Katakombalarda", "Payız nağılı" (hər ikisi 1905) poemaları, "Meşə nəğməsi" (1912, tamaşası 1918) dramı mifoloji və tarixi süjetlərlə səsləşir. Anadan olmasının 100 illiyi Ümümdünya Sülh Şurasının qərarı ilə qeyd edilmişdir. Lesya Ukrainka 1913-cü il avqust ayının 1-də Gürcüstanda vəfat edib, Kiyevdə dəfn olunub.
Ukraincə Vikipediya
Ukraincə Vikipediya — Vikipediyanın ukrain dilində olan bölməsidir. Bu günə gədər 1.333.490 məqalə yaradılıb.
Ukraine NOW
Ukraine NOW — Banda Agency tərəfindən yaradılmış və Ukrayna Nazirlər Kabinetinin qərarı ilə 10 may 2018-ci il tarixində təsdiqlənmiş Ukraynanın turistik brendi. 2018-ci ildə Ukraine NOW brendi Red Dot Design Award 2018 mükafatını qazanmışdır. Brendin loqotipində ölkənin adı, kommunikasiya mesajı səciyyəsi daşıyan NOW (ing. indi) yazısı və Ukraynanın yuxarı dərəcəli milli domeni olan UA piktoqramı yer almışdır. Loqotipin fərqli xüsusiyyətlərindən biri onun üzrəində dəyişikliklərin aparıla bilməsi imkanından ibarətdir. İstifadə zamanı məxsusi elementlər üzərində dəyişikliklərin aparılması mümkündür. Həmçinin, brend üçün çıxıntısız şrift kateqoriyasına aid edilən Ermilov Bold şrifti hazırlanmışdır. Şriftin adı avanqardçı rəssam Vasili Yermilovun adı ilə bağlıdır. Şriftin müəllifi rəssamın işlərindən ilhamlandığını bildirmişdir. Brendin üslubuna sarı, göy, qara rənglərdən istifadə xasdır.
Ukrain dili
Ukrain dili (ukr. українська мова) və ya ukraincə — Slavyan dillərinin şərqi slavyan dilləri yarımqrupuna daxil olan dil. Dünyada təxminən 45 milyon insan ukrain dilində danışır. Onların əksəriyyəti Ukraynada yaşayır. Ukraynanın rəsmi dilidir.. 13–22 aprel 2009-cu il rəsmi əhali siyahıyaalınmasına əsasən ana dili ukrain dili olan Azərbaycan vətəndaşlarının sayı 20.988 nəfərdir.
Lesya Ukrainka Muzeyi (Kiyev)
Lesya Ukrainka Muzeyi (ukr. Музей Лесі Українки) — 1962-ci ildə açılan Ukrayna Parnas muzeylərindən biri. == Tarixi == Muzey yazıçının 1890–1909-cu illərdə müxtəlif vaxtlarda yaşadığı evin on otağında yerləşir. Zirzəmidə, keçmiş mətbəxdə indi qarderob var. Sərgi iki mərtəbədə nümayiş etdirilir: yuxarıda Lesya Ukrainkanın, Kosaç ailəsinin digər üzvlərinin və şairəyə yaxın insanların həyat və yaradıcılığına dair fotoşəkillər və materiallar, habelə əlyazmalar, əsərlərin ilk nəşrləri və şəxsi əşyalar. Birinci mərtəbədə, yazıçının bacısı İsidoranın xatirələrinə görə, beş otaqda Kosaç ailəsinin mənzilinin interyeri əks olunur: yemək otağı, qonaq otağı, Lesyanın kiçik qardaşı Nikolay Kosaçın otağı, Lesyanın otağı. Ukrainkanın özü və anası Elena Pçilkanın otağı. Məsələn, bu kameralarda Yelena Pçilkanın topladığı tikmə nümunələri, Lesyanın əri Klyment Kvitkadan gümüş qablar və Lesya Ukrainkanın səfərindən gətirilmiş suvenir vaza nümayiş etdirilir. Muzey binasının fasadında Lesya Ukrainkanın büstü ilə vahid kompozisiya təşkil edən bürünc xatirə lövhəsi var. Müəlliflər: heykəltəraş Qalina Kalçenko, memar Anatoli İqnaşçenko.