Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alunit
Alunit — Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – sarımtıl, qırmızımtıl çalarlı ağ, boz, qəhvəyi, qonur, yaşılımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində sədəfi; Şəffaflıq – yarımşəffaf, şəffaf; Sıxlıq – 2,7-2,8; Sərtlik – 3,5-4,0; Kövrəkdir; Ayrılma – {0001} üzrə mükəmməl; Sınıqlar – qabıqlı, tikanlı ; Başqa xassələr: kəskin ifadə olunmuş piroelektrik xassələri; Morfologiya – kristallar: nadir rast gələn kiçik ölçülü psevdokubik, lövhəvari, romboedrik; Mineral aqreqatları: sıx xırda dənəli, ovuntulu giləoxşar torpaqvari kütlələr, badamvari əmələgəlmələr. == Mənşəyi və yayılması == Turş və orta tərkibli vulkanitlərin sulfat turşusunun təsiri ilə metasomatik dəyişilməsi prosesində əmələ gəlir. Solfatarların təsirinə məruz qalmış süxurlarda daha intensiv təzahür edir. Mineralın iri kütlələri törəmə kvarsitlər içərisində yerləşir. Hidrotermal — metasomatik dəyişilmiş damaryanı süxurlarda da rast gəlir. Sulfid yataqlarının oksidləşmə zonasında və H2SO4 ilə zəngin olan aşınma qabıqlarında da müşahidə olunur. Alunitin çökmə süxurlarda — gillərdə, əhəngdaşlarında və s. əmələ gəlməsi onlarda olan piritin oksidləşməsi ilə bağlıdır. Birlikdə rast gəldiyi minerallar: kvars, kaolinit, halluazit, hidrargillit, gips və s.
Uacit
Uto ya Uacet — Qədim Misirə aid Nil deltasında yerləşmiş qədim Buto şəhərinin və ümumiyyətlə Aşağı Misirin hökmdarlarının mühafizəkarı gözlüklü ilan - kobra cildində ilahə. Qədim əfsanəyə görə papirusrəngli ilahə İsidaya Horu Setdən xilas edərkən Nilin delta bataqlığında gizlədilməsində ona kömək etmiş və Horu bəsləmişdir. Buna uyğun yunan mfologiyasındakı rəvayət isə Leto ilə bağlıdır. Leto (yun. Λητώ miken yazılarında ra-to) - yunan mifologiyasında titan ilahə, Koy və Febanın qızı, Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası. Fironlar öz hakimiyyətlərinin mənbəyini, döyüşlərdə məğlubedilməzliklərini Aşağı Misirin mühafizəçisi Uacetin mərhəmətində görürlərmiş. Bu məqsədlə də Misir hökmdarları onun əksini baş örtüyünün alın hissəsində daşıyarmışlar.
Aluçin (Çaroymaq)
Aluçin (fars. الوچين‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (16 ailə).
Ulucay Akif
Ulucay Akif oğlu Məmmədov (14 may 1995; Bakı, Azərbaycan) — azərbaycanlı yazıçı, şair, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü. Ulucay Akif 1995-ci il mayın 14-də Bakı şəhərində anadan olub. Mərhum şair Akif Səmədin oğludur. 2001–2012-ci illərdə E.Əliyev adına 162 saylı tam orta məktəbdə təhsil alıb. 2013–2017-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Rus dili bölməsində bakalavriat pilləsi üzrə təhsil alıb. 2017–2019-cu illərdə həmin fakültədə "Publisistik Jurnalistika" ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildən Ulucay Akif imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 2016–2018-ci illərdə fəaliyət göstərən Azərbaycan Yazıçılar Birliyinin və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan III "Gənc Ədiblər Məktəbi"nin məzunudur. 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
Lucia Mee
Lucia Quinney Mee "BEM" (1999 – 24 may 2020) — Şimali İrlandiyalı aktivist. Kampaniya Şimali İrlandiya ölkəsində təşkil edildi, o, rəhbərlik etdiyi orqanların çatışmazlığı səbəbindən yalnız səkkiz yaşında idi. O, erkən yaşda üç qaraciyər transplantasiyası edən onun ölkədə ilk idi. 2016-cı ildə "transplantasiya oyunları"nda (orqan transplantasiyası üzrə yüngül atletika üzrə Dünya Çempionatı) iştirak edib. O, həmçinin "canlı yüksək profilli donata qürurlu" (canlı yüksək qürurla ianə) adlı səsləndi orqan transplantasiyası təbliğ etmək üçün bir kampaniya təşkil etmişdir.
Luçio Dalla
Luçio Dalla (it. Lucio Dalla; 4 mart 1943[…], Boloniya – 1 mart 2012[…], Montrö[d], Vo kantonu) — italyan bəstəkar və müğənni. == Həyatı == Luçio Dalla 1943-cü ildə İtaliyanın Bolonya şəhərində doğulub. Əvvəl caz ifaçısı olub, klarnetdə çalıb. 1964-cü ildən mahnıları ilə tanınmağa başlayıb. Məşhur italyan müğənni Canni Morandi üçün mahnılar yazıb. Dallanın "Piazza Grande", "Luna all", "Anno che verra" mahnıları çox sevilir. == "Karuzonun xatirəsinə" == Onu dünyada ən çox tanıdan mahnı 1986-cı ildə əfsanəvi opera müğənnisi Enriko Karuzoya həsr etdiyi "Karuzonun xatirəsinə" (Caruso) mahnısıdır. Təsadüfən Neapoldakı otellərin birində qalan Luçio Dalla Karuzonun burada vəfat etdiyini öyrənir. Otelin sahibləri ona Karuzonun son günləri barədə danışırlar.
Zəylik alunit yatağı
Zəylik alunit yatağı — dünyada ən böyük alunit yataqlarından biri ola­raq, filizləşmənin miqyasına, yaranma şəraitinə və layşəkilli yatımına görə çox nadirdir və Azərbaycan Respublikasının və dünyanın başqa yataqla­rından kəskin surətdə fərqlənir. Yataq Daşkəsən sinklinalının orta və üst yura vulkanogen və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş şimali-şərq qanadında yerləşir və sənaye ehtiyatları 170 mln. tondan çoxdur. Minerallar paragenezinə alunit, kaolinit (dikkit), kvars, xalsedon, pirofillit, serisit, diaspor, züniit, korund, hematit və flüorit daxildir. Hipergen minerallardan qalluazit, limonit, tək-tək hallarda isə kalsit, gips və başqa­larına rast gəlinir. Yataq Daşkəsən rayonunda, Quşçu körpüsündən 18 km məsafədə yerləşir. Azərbaycanda ən iri faydalı qazıntı obyektlərindən biri və istismar edilən yeganə alunit yatağıdır. Zəylik alunit yatağı Gəncə Gil-Torpaq Kombinatının mineral-xammal bazası kimi 1964-cü ildən istismar olunur 1990-cı ilin əvvəllərinə qədər istismar olunmuşdur. Yatağın qalıq ehtiyatları 160 mln. tondan çoxdur.
Göybəy Uluç
Göybəy Uluç (türk. Gökbey Uluç) — türk əsilli yazıçı, bir neçə roman müəllifi. 1988-ci ildə İğdırda doğulub. 2011-ci ildə yazdığı hekayələr XXI əsrin ən yeni türk ədəbiyyat nümunəsi olaraq qəbul edilib. == Kitabları == Dede Korkut Betiği (Dədə Qorqud Kitabı), 640 s. 2015 İstanbul Göktürkçe Öğreniyorum (Göytürk dili Öyrənirəm), 164 s. 2014 Bakı Irk Bitig, 120 s. 2013 Bakı Ustan Gönüle (Ağıldan Könülə), 208 s. 2013 İstanbul Yazışmalık (Yazışmalıq), 300 s.
Luçi Sulla
"Luçi Sulla" ( it. Lucio Silla Lucio Silla ) — musiqili dram (it. dramma per musica ), V.A. Motsartın operası, J. da Gamerra'nın librettosu. P. Metastasio tərəfindən redaktə edilmişdir. Premyerası: 26 dekabr 1772-ci il Milan, Reggio Ducale Teatrında baş tutmuşdur. Lutsi Korneli Sulla eramızdan əvvəl 138–78-ci illərdə yaşamış Roma diktatorudur. Eyni zamanda I.K.Bax və P. Anfossinin eyni adlı operalarının qəhrəmanı olmuşdur. == Süjet == Motsartın əsərinin əsası İtalyan opera seriyasına xas olan məcburiyyət və hisslərin ziddiyyətindən götürülmüşdür.. Baş qəhrəman Luçi Sulla, Senator Cecilionun nişanlısını əlindən alıb özünü isə Romadan qovur. O, geri qayıdaraq qızın namusu uğrunda mübarizəyə başlayır.
Ulçi dili
Ulçi dili — ulçilərin dili. Tunqus-mancur dillərinə aiddir. Rusiyanın Xabarovsk diyarının Uliç rayonunda yayılıb. Rusiyada 2010-cu ildə danışanların sayı — 154 nəfər idi. 2002-ci ildə isə danışanlar 732 nəfər idi. Uzun müddət uliç dili nanay dilinin dialekti hesab edilirdi, 1990-cı illərdən öz əlifbasını və ayrı dil statusunu alıb. İbtidai məktəbdə dərslər keçilir, tədris ədəbiyyatı var. «Амурский маяк» rayon qəzetində materiallar dərc edilir. Bədii dili formalaşmayıb. İlk dəfə dil üçün əlifba variantı latın qrafikası əsasında hazıtlansa da qəbul edilməmişdi Aşağıdakı hərfləri ar idi: A a, ā, B в, C c, D d, Ӡ ӡ, E e, ē, Ә ә, ә̄, F f, G g, H h, I i, ī, J j, K k, Ǩ ǩ, L l, M m, N n, Ņ ņ, Ŋ ŋ, O o, ō, P p, R r, S s, T t, U u, ū, Ụ ụ, ụ̄, W w.