Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Andhra Pradeş
Andhra Pradeş (urdu: آندھرا پردیش; teluqu: ఆంధ్ర ప్రదేశ్; hind: आन्ध्र प्रदेश; ingilis: Andhra Pradesh) — Hindistanın cənub-şərq hissəsində ştatdır. Cənubda Tamilnad, qərbdə Karnataka, şimalında Maxaraştra, Madya Pradeş və Orissa ştatları ilə qonşudur. Şərq sərhəddini Benqal Körfəzi təşkil edir. Adını, qədim zamanlardan bəri bu ərazilərdə yaşayan və özlərinə aid Teluqu dilində danışan Andhra xalqından götürmüşdür. Ərazisi: 275.068 km², əhalisi: 75,727,000. Paytaxtı və ən böyük şəhəri Heydərabaddır. == Tarixi == Bu ərazilərdə e.ə. 3 əsrdən etibarən bir çox knyazlıqlar hakimiyyətdə oldu. Buddizim burada yarandı. 12 və 13 cü əsrlərdə hökümdarlar, Andhranın ərazisini genişlətdilər.
Arunaçal-Pradeş
Arunaçal-Pradeş (hind अरुणाचल प्रदेश) — Hindistanın şimal-şərqində ştat. Əhalisi 1.382.611 nəfərdir (dövlətlər arasında 27-ci yer; 2011-ci ilə əsasən). Bölgə Hindistan və Çin arasında ərazi mübahisəsi mövzusudur. Əcnəbilərin bu bölgəyə girişi ciddi şəkildə tənzimlənir.
Himaçal Pradeş
Himaçal Pradeş (sanskr. हिमाचल प्रदेश) - Hindistanın ştatlarından biri. Paytaxtı Simla şəhəridir. Hindistanın şimalında yerləşir. Sahəsi 55 673 km2 olan ştat təbii gözəlliklərə malikdir. Şimalında Cammu-Kəşmir, şərqində Çin (Tibet), cənub-şərqində Uttar Pradeş, cənubunda Haryana, qərbində Pəncab əyalətləri var. "Qarlı Dağ" mənasını verən Himaçhal adı Himalay dağlarından gəlir. Himçal Pradeşdəki fermerlər əsasən qoyun və keçi yetişdirirlər, hüsusilə qəbilə bölgələrində.
Madhya-Pradeş
Madhya-Pradeş (hind मध्य प्रदेश) — mərkəzi Hindistanda ştat. Əhalisi 72 597 565 nəfər (ölkədə 6-cı yer). Paytaxtı Bhopaldır. Digər böyük şəhərlər Qvalior, İndore, Cəbəlpurdur. Əsas dil hindi dilidir.
Uttar-Pradeş
Uttar-Pradeş ([hind. उत्तर प्रदेश; urdu. اتر پردیش) — Hindistanın əhalisinə görə ən böyük ştatıdır. Ərazisi 238.566 kvadrat kilometr, əhalisi isə 200 milyona yaxındır. Mərkəzi Lakhnau şəhəridir. Ən böyük şəhəri Kanpurdur. Ştatın adı hind dilindən tərcümədə "Şimal torpağı mənasını verir.
Uttar Pradeş
Uttar-Pradeş ([hind. उत्तर प्रदेश; urdu. اتر پردیش) — Hindistanın əhalisinə görə ən böyük ştatıdır. Ərazisi 238.566 kvadrat kilometr, əhalisi isə 200 milyona yaxındır. Mərkəzi Lakhnau şəhəridir. Ən böyük şəhəri Kanpurdur. Ştatın adı hind dilindən tərcümədə "Şimal torpağı mənasını verir.
Xəyanətə uğramış inqilab
Xəyanətə uğramış inqilab: SSRİ nədir və o, hara gedir? (rus. Преданная революция: Что такое СССР и куда он идёт?) — 1936-cı ildə Lev Trotski tərəfindən yazılmış 1930-cu illərdə SSRİ-nin vəziyyəti haqqında kitab. Bu, müəllifin ən mühüm əsərlərindən biridir. Məqalədə sovet siyasi rejimi təhlil edilir: o, "deformasiyaya uğramış fəhlə dövləti" və "bürokratik mütləqiyyət" kimi müəyyən edilir və onun gələcək inkişafını proqnozlaşdırır; Sovet Rusiyası ilə nasist Almaniyası arasında paralellər aparılır; qarşıdan gələn müharibə haqqında proqnoz verilir. Kitab stalinizmi tənqid edir. Bir çox dillərə tərcümə edilmişdir; Sovet İttifaqında ilk dəfə 1991-ci ildə nəşr edilib.
Rameş Sippi
Rameş Sippi (sindhi رمیش سپی; 23 yanvar 1947, Kəraçi, Britaniya Hindistanı) — Hindistan rejissoru. == Həyatı == Rameş Sippi 23 yanvar 1947-ci ildə Kəraçidə anadan olub. Ən yaxşı filmləri: "Zita və Gita", "Qisas və qanun".
Rameş Talvar
Rameş Talvar – hind kino, teatr, televiziya rejissoru, prodüseri və aktyorudur. 27 sentyabr 1944-cü ildə Pakistanda anadan olub. Məşhur kinorejissor, yazıçı və dramaturq Saqar Sərhadinin qardaşı oğludur. O 1969–1979 illər ərzində rejissor Yaş Çopranın assistenti olub. 1977-ci ildən başlayaraq rejissor kimi fəaliyyətə başlayıb. Rameş Talvar Doosara Aadmi (1977), Baseraa (1981), Sawaal (1982), Duniya (1984), Zamana (1985), Sahibaan (1993) filmlərinin rejissoru olub. Onun Baseraa adlı filmi ona ən yaxşı rejissor işinə görə Filmfare və Doosra Aadmi mükafatlarını qazandırmışdır.
Rameş Zəkiyev
Rameş Gülverdi oğlu Zəkiyev (27 iyun 2001, Şahağac, Astara rayonu — 15 oktyabr 2020, Hacıməmmədli, Ağdam rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rameş Zəkiyev 27 iyun 2001-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olmuşdur. 10 yaşı olanda atası Gülverdi Zəkiyev vəfat etmişdir. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə yollanmışdır. Həqiqi hərbi xidmət müddətində Ağdam rayonunun Baharlı kəndində xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Rameş Zəkiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində minaatan olaraq iştirak etmişdir.Ağdam istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 15 oktyabr 2020-ci ildə səhər saatlarında Ağdam rayonunun Hacıməmmədli kəndində minamyot mərmisinin düşməsi nəticəsində 2 döyüşçü yoldaşı ilə birgə həlak olmuşdur. Onun cənazəsi 20 oktyabr 2020-ci il doğulduğu boya başa catdığı Astara rayonunun Şahağac kəndinə gətirib dəfn etdilər. Dəfn mərasimində rayon icra nümayəndəsi də iştirak etmişdi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rameş Zəkiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rameş Zəkiyev ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mali i Qrames
Mali i Qrames (alb. Mali i Gramës) ― Korab dağ silsiləsinin Albaniya hissəsində yerləşən dağ. Mali i Qramesin hündürlüyü 2345 metr yüksəkliyə çatır. Dağın ətrafında bir çox göl yerləşir, onlar içərisində eyni adı paylaşan Qrames gölü də yer alır, hansı ki eyni zamanda Korab dağının ən böyük gölüdür. Məkan Korab dağından təxminən kilometr yarım qərbdədir, hansı ilə ki, o, uzun silsilə vasitəsi ilə birləşir.Qrames olaraq zirvənin özü, eyni zamanda Korab silsiləsinin təxminən səkkiz kilometr uzunluğundakı bütün cənub-qərb qolu adlanır. Şimal hissədə Qrames axını dərin kanyondan terasa axır. Onun şərqində Qrames gölünə (dəniz səviyyəsindən təqribən 1750 metr hündürlükdə) rast gəlmək olar.Qramesi əhatə edən bölgədə bir neçə gips yatağı tapılıb. Bölgədə təbii abidələr içərisindən "Karst i Malit të Bardhë", "Pasqyrat e Gramës"də selen yatağı və "Bjeshka e Zonjave"də kar relyef formalarının xatırlatmaq olar.Dağın şimal tərəfində Mali i Qrames dik qayalarla qırılır. Cənub-qərbdəki kəndlərdən dağın şimal-şərqindəki mövsümi otlaqlara əsas giriş zirvədən keçir. Cənub tərəfdə Seryan və cənub-qərbdə Zimur dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən dağın ən yüksək kəndləridir.
Andhra Pradeş ştatında dəmiryolu qəzası (2016)
Andhra Pradeş ştatında dəmiryolu qəzası (hind हीराखंड एक्सप्रेस ट्रेन हादसा) - Hindistanın cənub-şərq hissəsində yerləşən Andhra Pradeş ştatında 2017-ci ilin 21 yanvar tarixində yerli vaxtla saat 11:00-da baş vermiş dəmiryolu qəzası. == Arxa plan == Qəza Hindistanın Orissa və Andhra Pradeş ştatlarının sərhədində yerləşən Kuneru stansiyası yaxınlığında baş verib. Caqdalpur şəhərindən Bxubaneşvar şəhərinə hərəkət edən qatarda 600 nəfərdən çox sərnişin olub. Qatarın qəza törətməsinin əsas səbəbi kimi hərəkverici vaqonun relslərdən çıxması göstərilir. Ümumilikdə 22 vaqondan ibarət olan qatarda, lokomotiv və 8 vaqon relsdən çıxıb. Xilasedicilərin ilk qrupu hadisə baş verəndən 40 dəqiqə sonra hadisə yerinə çatıblar. İlkin məlumatlara əsasən dəmiryolu qəzası nəticəsində 41 nəfər həlak olub, 68 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Andhra Pradeş ştatında dəmiryolu qəzası (2017)
Andhra Pradeş ştatında dəmiryolu qəzası (hind हीराखंड एक्सप्रेस ट्रेन हादसा) - Hindistanın cənub-şərq hissəsində yerləşən Andhra Pradeş ştatında 2017-ci ilin 21 yanvar tarixində yerli vaxtla saat 11:00-da baş vermiş dəmiryolu qəzası. == Arxa plan == Qəza Hindistanın Orissa və Andhra Pradeş ştatlarının sərhədində yerləşən Kuneru stansiyası yaxınlığında baş verib. Caqdalpur şəhərindən Bxubaneşvar şəhərinə hərəkət edən qatarda 600 nəfərdən çox sərnişin olub. Qatarın qəza törətməsinin əsas səbəbi kimi hərəkverici vaqonun relslərdən çıxması göstərilir. Ümumilikdə 22 vaqondan ibarət olan qatarda, lokomotiv və 8 vaqon relsdən çıxıb. Xilasedicilərin ilk qrupu hadisə baş verəndən 40 dəqiqə sonra hadisə yerinə çatıblar. İlkin məlumatlara əsasən dəmiryolu qəzası nəticəsində 41 nəfər həlak olub, 68 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.