Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qustav Şpet
Q.Q.Şpet — rusiyalı filosof, psixoloq, pedaqoq, Rusiya İncəsənət Elmləri Akademiyasının həqiqi üzvü (1921) və vitse-prezidenti(1923—1929). == Həyatı == 30-cu illərə qədər şəxsiyyətin inkişafının, mədəniyyətinin rolunu inqilabaqədərki ənənələr üzərində davam etdirməyə çalışan istiqamət də var idi. Bu istiqamətin yaradıcısı Q.Q.Şpet (1879- 1937) idi. Onun yaratdığı istiqamət marksizmə alternativ kimi nəzərdə tutulmuşdu. Kiyev Gimnaziyasını bitirdikdən sonra Şpet 1898-ci ildə Kiyev Universitetinin fizika- riyaziyyat fakültəsinə daxil olur. Psixologiyaya olan marağı onu tarix-filologiya fakültəsinə keçməyə sövq edir. O, 1905-ci ildə universitet təhsilini başa vurur və Çelpanovun tələbəsi olur. Çelpanov Moskvaya köçdükdən sonra Şpeti də ora dəvət edir. O, əvvəlcə Ali Qadın kurslarında, Şanyav Universitetində, 1910-cu ildən sonra Moskva Universitetində dərs deyir. 1907-ci ildə Çelpanov və Trubetskoyun zəmanəti ilə Moskva Psixoloqlar Cəmiyyətinə həqiqi üzv seçilir.
Aspekt
Aspekt – görünüş, baxış. Əşya, hadisə və anlayışlara münasibət, nöqteyi-nəzər. Hadisənin perspektivi. Nəzəri baxış, nəzəri nöqtə. Tədqiq olunan predmet, hadisə və ya anlayışın müəyyən baxımdan nəzərdən keçirilməsi, təhlili. Predmetin, hadisənin bir cəhəti, onun başqa predmet və hadisələrlə münasibətinin, yaxud əlaqəsinin bir forması. Bu və ya digər obyektə müəyyən elm nöqteyi-nəzərindən yanaşma. Məsələn, fəlsəfi aspekt, iqtisadi aspekt və s.
Küsnət
Küsnət (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küsnət (Qəbələ) — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Küsnətqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Muşket
Muşket (lat. musca; mənası – milçək) — iriçaplı, fitilli tüfəng. 1520-ci illlərdə İspaniyada yaranmış, ardınca Avropada geniş yayılmışdır. Kaliribli 22 millimetrədək, məsafəsi 250 metrədək idi. Lülənin ağzından doldurulurdu. Sonralar çaxmaqdaşılı tüfənglə əvəz edilmişdir. Rusiyada XIX əsrin əvvəllərinə qədər çaxmaqdaşılı tüfənglər də muşket adlandırılırdı. == İstinadlar == == Əlavə ədəbiyyat == Мушкет // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Rüşvət
Rüşvət — hər hansı bir vəzifəli şəxsə verilən pul və ya əşya şəklində maddi sərvətdir. Rüşvət korrupsiyanın əsasını təşkil edir. Rüşvətdə iştirak edən vasitəçi 3 ildən 5 ilədək azadlıqdan məhrum edilir. == Ölkələrə görə rüşvət == Papua Yeni Qvineyada aparılan tədqiqat mədəni normanı korrupsiya üçün əsas səbəb kimi əks etdirir. Rüşvət PNG-də ictimai xidmətləri yerinə yetirmənin yayılmış bir üsuludur. Papua sakinləri rüşvəti qanunsuz bir əməl kimi görmürlər, onlar rüşvəti "tez pul qazanmaq və yaşamağı davam etdirmək" üçün bir yol kimi qəbul edirlər. Bundan başqa, əsas nəticələr göstərir ki, korrupsiya mədəni bir norma çevrildikdə, rüşvət kimi qanunsuz əməllər pis kimi qəbul edilmir və qanunsuz və qanuni əməllər, qərarlar arasında aydın sərhədlər minimallığa çatır, rəy əsasında, peşə qaydalarına əsaslanmayaraq.Rusiya'da aparılan tədqiqat rüşvətin ixtisaslaşmış huquqşünaslar və dövlət işçilərinin baxışı ilə "marginal sosial fenomen" olduğunu göstərir. Rus qanunu rüşvəti rəsmi bir cinayət kimi tanıyır. Nəticədə, rüşvət əleyhinə tədbirlərin tətbiq edildiyi yeganə yer kimi ictimai məhkəmələr kimi qanuni platformalar mövcuddur. Lakin həqiqətdə, rüşvəti yalnız "qanun müfəssəsləri və məhkəmələr" tərəfindən həll etmək mümkün deyil.
Sudet
Sudet Mərkəzi Avropada bir dağ silsiləsidir. Sudet dağları Almaniyanın şərqindən Polşa və Çexiyaya qədər uzanır. Ən hündür zirvəsi Çexiya-Polşa sərhədində yerləşən Karkonoşe dağlarındakı Sněžka adlı yerdir. Sudet dağları 1602 metrə qədər hündürlüyə malikdir. Dağ silsiləsinin Çexiya hissəsindəki aktiv geomorfoloji hissəsi Krkonošsko-jesenická soustavadır. (“Krkonoše-Jeseníky”). Karkonoşe dağları son on ildir ki, qış idman oyunlarına ev sahibliyi edir.
Süjet
Süjet (fr. sujet - əşya, predmet) — Ədəbi əsərin məzmununu təşkil edən, ardıcıl inkişaf edən hadisələr. Fransız sözü olub,əsərdə təsvir olunan mahiyyət və hadisə deməkdir. Süjet ssenariyə oxşar struktura malikdir: aydın başlınğıc, dinamik inkişaf, kulminasiya və final. Bədii filmdə adətən 3, ən çox 7 süjet xətti olur. D.N.Uşakovun lüğətində bədii əsərin əsas məzmununun şərh edildiyi hərəkət və hadisələrin məcmusu. == Süjet nədir? == Əsli fransızca olan süjet sözünün bədii ədəbiyyatda mənası hərəkət, hadisə və tiplərin əsərdəki məzmunla əlaqədar olan məcmusudur. O, xarakterləri açmaq, konkret hadisələri cəmləşdirmək üçün bir vasitədir. Süjet epik, dramatik, hətta lirik əsərlərdə də olur.
Sürət
Sürət — gedilən yolun zamana nisbətinə bərabər olan kəmiyyətdir. Düsturla ifadəsi isə belədir: v = s t {\displaystyle v={\frac {s}{t}}} Burada s-düzxətli bərabərsürətli hərəkətdə gedilən yol, t - həmin yolu getmək üçün sərf olunan zaman, v - isə sürətdir. Sürət vahidləri 1 s m s a n {\displaystyle 1{\frac {sm}{san}}} (SQS sistemində), 1 m s a n {\displaystyle 1{\frac {m}{san}}} (BS sistemində) -dir. Cismin hərəkət halı təkcə sürətin qiyməti ilə deyil, həm də hərəkətin istiqaməti ilə xarakterizə olunduğundan sürət vektorial kəmiyyətdir.
Uacet
Uto ya Uacet — Qədim Misirə aid Nil deltasında yerləşmiş qədim Buto şəhərinin və ümumiyyətlə Aşağı Misirin hökmdarlarının mühafizəkarı gözlüklü ilan - kobra cildində ilahə. Qədim əfsanəyə görə papirusrəngli ilahə İsidaya Horu Setdən xilas edərkən Nilin delta bataqlığında gizlədilməsində ona kömək etmiş və Horu bəsləmişdir. Buna uyğun yunan mfologiyasındakı rəvayət isə Leto ilə bağlıdır. Leto (yun. Λητώ miken yazılarında ra-to) - yunan mifologiyasında titan ilahə, Koy və Febanın qızı, Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası. Fironlar öz hakimiyyətlərinin mənbəyini, döyüşlərdə məğlubedilməzliklərini Aşağı Misirin mühafizəçisi Uacetin mərhəmətində görürlərmiş. Bu məqsədlə də Misir hökmdarları onun əksini baş örtüyünün alın hissəsində daşıyarmışlar.
Usenet
Usenet yaxud User Network (azərb. İstifadəçi şəbəkəsi‎) — Ünsiyyət və faylları dərc etmək üçün istifadə olunan kompüter şəbəkəsi. Usenet istifadəçilərin də göndərə bildiyi xəbər qruplarından ibarətdir. Məlumatlar serverlərdə saxlanılır və onlar bu məlumatları öz aralarında mübadilə edirlər. Usenet müasir veb-mədəniyyətin inkişafına böyük təsir göstərib: ayama (NICKNAME), smaylik (SMILEY), imza (SIGNATURE), moderator, trollinq (TROLLING), flud (FLOOD), fleym (FLAME), BAN, FAQ və SPAM kimi anlayışların geniş yayılmasına təkan verib. Usenet bu gün də geniş istifadə olunan “qocaman” şəbəkələrdəndir. O, geniş ictimaiyyətin İnternetə çıxışının olmadığı vaxtda – 1980-ci ildə meydana çıxıb. Sistem Duke Universitetində işlənib hazırlanıb. Hazırda Usenet ayrıca şəbəkə olmayıb, İnternetin bir hissəsidir. Praktiki olaraq Usenet-trafikin hamısı İnternet üzərindən ötürülür, məlumatların formatı və onların ötürülmə üsulu elektron poçta çox bənzəyir.
İapet
İapet ( yun. Ἰαπετός) — yunan mifologiyasında tanrı titan. Geya və Uranın oğlu, Klimenanın əri. Atlant, Prometey, Epimetey və Menetiyin atası. İapet titanomaxiyada Zevsə qarşı iştirak etdiyinə görə qardaşları kimi Tartara atılmışdır.
Sünət
Sünnət — kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin bir qisminin və ya hamısının kəsilib atılması. Qadın sünnətiYaşayış məntəqələriSünnət-i Ülya (Xoy) — Xoyda kənd. Sünnət-i Süfla (Xoy) — Xoyda kənd.
Aspe
Aspe (isp. Aspe) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 70,9 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 20360 nəfərə çatmışdır.
Speg.
Karlo Luici Speqazzini, və ya Karlos Luis Speqazzini (it. Carlo Luigi Spegazzini или it. Carlos Luis Spegazzini, 20 aprel 1858 – 1 iyul 1926, La Plata) — İtaliya-Argentina botaniki, mikoloqu. == Əsərləri == Aşağıdakı əsərləri var: Fungi Patagonici. Spegazzini, Cárlos, Publication info: Buenos Aires, P. E. Coni, 1887. Contributed by: New York Botanical Garden. Plantae novae v. criticae Reipublicae Argentinae. [Decas III]. Spegazzini, Cárlos, Publication info: La Plata, Solá, Sesé y Cia.
User
İstifadəçi (ing. User) — Mühafizə olunan, yaxud çoxistifadəçi kompüter sistemində: istifadəçinin sistemə və onun resurslarına müraciət etmə vasitələri. Adətən, sistem inzibatçısı tərəfindən yaradılan istifadəçinin hesabı istifadəçi haqqında informasiyadan (məsələn, adından və istifadəçinin tanınması və sistemə "daxil olması" üçün, eləcə də sistemdən və onun resurslarından istifadə edə bilməsi məqsədilə müəyyən hüquqları ona vermək üçün tələb olunan şəxsi paroldan) ibarət olur. İstifadəçinin təyin etdiyi verilənlər tipi (ing. User-defined data type) — Proqramda, adətən, verilmiş proqramlaşdırma dilində istifadə olunan verilənlər tiplərinin kombinasiyası kimi təyin olunan xüsusi verilənlər tipi. İstifadəçiyə münasib (ing. User-friendly) — Öyrənilməsi asan, istifadəsi rahat (yüngül) olan sistem haqqında işlədilən termindir. İstifadəçilər qrupu (ing. User group (UG)) — Eyni bir kompüter sisteminə, yaxud proqram təminatına maraqlarına görə birləşmiş insanlar qrupu. Bəzi üzvləri böyük və nüfuzlu qurumlar olan istifadəçi qrupları yeni başlayanları dəstəkləyir və üzvlərinin ideya, informasiya mübadiləsi etmələri üçün forumlar təşkil edirlər.
Aspekt (coğrafiya)
Aspekt (yun. Aspectus- görünüş) - vegetasiya dövrü ərzində bitkinin inkişaf fazasının və bitmə şəraitinin dəyişilməsilə əlaqədar fitosenozun xarici görünüşü. Bitkilərin inkişaf fazaları fəsillərə görə dəyişildiyindən fitosenozun xarici görünüşü də dəyişilir. Bu, çəmənlərdə, bozqırlarda və enliyarpaqlı meşələrdə daha aydın nəzərə çarpır. Aspekt müxtəlif illərdə iqlim şəraitinə görə də dəyişə bilir.Aspekt adətən, bitkilərdə üstünlük təşkil edən, onun həyatında böyük rolu olan rəngin adına əlavə edilir. Məsələn, cilin quru yarpaqlarının qonur aspekti, xoruzgülünün qızılı-sarı aspekti və s. == Aspektləşdirmə == Aspektləşdirmə ilin mövsüm tskillərinin (erkən yaz, yaz, yay, payız və qış) bitki və heyvan qruplarının xarakterinə, xarici görünüşünə (aspekt) və aktivliyinə təsir dərəcəsinin müşahidəsi və təsvir edilməsidir.
Aspelt qəsri
Aspelt Castle (fr. Château d'Aspelt) ― Lüksemburqun cənubundakı Aspelt məntəqəsində yerləşən və 1590-cı ildə Barokko üslubunda inşa edilmiş bir yaşayış yeri. == Tarixi == Qalaya aid ilk yazılı mənbə 1132-ci ilə aid Theoderich von Wied-in Echternach salnaməsində tapıla bilər.
Dipsacus asper
Kələkötür fırçaotu (lat. Dipsacus asper) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin fırçaotu cinsinə aid bitki növü.
Eppet-Belkey
Eppet-Belkey — Oqonnyor-Belkyoydere adalar qrupuna daxil olan və yaşayışı olmayan qumlu ada. İnzinati cəhətdən Yakutiyanın Anabar milli rayonu ərazisinə daxildir. Ada Olenok çayının deltasında, Oqonnyor-Kubata körfəzində yerləşir. Şimaldan Olenok körfəzi, cənubdan Ulaxan-Ues qolu onun sahillərini yuyur. Qonşu adalar: qərbdən — Oççuquy-Eppet-Arıta, cənubdan Oqonnyor-Arıta, cənub-şərqdən Şved-Mayaktax-Arıta. Ən hündür nöqtədi 2 metrdir.
Eupatorium asper
Eupatorium asper (lat. Eupatorium asper) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
Huqo Kapet
Huqo Kapet (940, Durdan[d], Fransa metropoliyası – 24 oktyabr 996, Les Juifs[d]) — əvvəlcə frankların hersoqu (960–987), sonra onların kralı (987–996), Kapetinqlər kral sülaləsinin banisi. Qısa hakimiyyəti dövründə o, taxt-tac üçün Karolinqlər sülaləsinin son nümayəndələri ilə və Reyms arxiyepiskopluğu uğrunda Müqəddəs Taxt-tacla mübarizə aparmaqla məşğul olmuşdur. == Həyatı == === Mənşəyi === Ata tərəfdən Huqo Kapet Robertinlərin nəcib bir Frank ailəsindən idi. Frank əyalətindəki bir çox digər böyük ailələr kimi, sülalə də Karolinqlərin əcdadları olan Pipinidlərin ailə mülklərinin yerləşdiyi Reyn və Meuse çayları arasındakı ərazidən gəlir. Robertinlərin əcdadları, bu dairənin digər nümayəndələri kimi, hökmdarlarla qohumluq əlaqələri ilə bağlı idilər, onlar faktiki olaraq say vəzifələrini miras aldılar və gücləri, digər şeylər arasında, böyük monastırlara arxalanırdı. Həmçinin Robertinlərin əcdadlarının ixtiyarında ya onlara məxsus olan, ya da qrafın vəzifəsinə şərəf kimi bağlı olan geniş torpaqlar var idi. Hakimiyyətinin əsasını qoyan Robertinlər sülaləsinin banisi, indiki ən çox yayılmış versiyaya görə, Vormsqau qrafları ailəsindən olan Güclü Robert idi. O, əcdadlarının Reyn mülklərindən Neustriyaya köçdü və burada geniş və zəngin mülklər aldı. Onlar tək bir torpaq kompleksini təmsil etmirdilər və ilkin olaraq adı yox idi. Şərti olaraq, onlara "Robertine Dövləti" deyilir.
Karl Espen
Karl Espen — 15 iyul 1982-ci ildə anadan olmuş Norveç müğənnisi. Karl Espen Norveçi 2014 Avroviziya Mahnı Müsabiqəsində "Silent Storm" mahnısı ilə təmsil edəcək.
Küsnət (Quba)
Küsnət — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. == Tarixi == Quba rayonunun ən qədim kəndlərindən biridir. == Toponimikası == Küsnət oyk., sadə. Qəbələ r-nunun Qəbələ şəhər i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Kənd Quba r-nunun Küsnət kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır; Quba r-nunun Küpçal i.ə.v.də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi əvvəlcə indiki Vladimirovka kəndinin yerində idi və Dağıstanın Küsnət kəndindən qədimdə gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdı. Rus ailələri ora köçürüldükdən sonra küsnətlilərin bir hissəsi indiki Küsnət kəndinin əsasını qoymuş, digər hissəsi isə Qəbələ r-nuna gedərək Küsnət kəndini yaratmışdılar.
Küsnət (Qəbələ)
Küsnət — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Küsnət adına həmçinin Quba rayonunda da rast gəlinir. Qəbələ rayonundakı Küsnət kəndinin sakinlərinin də elə Qubadan gəldiyi güman olunur. Kənd ağsaqqallarının dediyinə görə XIX əsrin əvvəllərində Quba rayonunun Küsnət kəndində iki tayfa arasında dava düşür, nəticədə tayfalardan biri öz yurdunu tərk etməli olur. Həmin tayfa öz var-dövlətini, qoyun sürülərini götürərək dağları aşaraq Qəbələyə (keçmiş Nuxa qəzası, Qəbələ sultanlığı) keçirlər. Dağların qoynunda yerləşən bu ərazini özlərinə yurd seçirlər və burada da məskunlaşırlar. Əhalinin bir qisminin isə erməni-müsəlman davası dövründə qadın və uşaqları qorumaq üçün Qubadan köçüb burda məskunlaşdığı deyilir. Azərbaycan maarifçi nəsrinin müəllifi general-mayor, əslən Qəbələdən (Qutqaşın mahalı) olan İsmayıl bəy Qutqaşınlı (1806–1869) yaylaqlanmaq üçün bura — Küsnət kəndinə gəlirmiş. Onun burada yay evi də olmuşdur. İ. Qutqaşınlının da əsasən, XIX əsrin birinci yarısında yaşayıb yaratdığını nəzərə alsaq, deməli, kənd sakinlərinin dediyi kimi bu kənd XIX əsrin ilk illərində və bəlkə də daha əvvəl yaranıbdır.
Küsnət qazma
Küsnətqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qəçrəş bələdiyyəsinin tərkibindədir. == Tarixi == Küsnət qazma kəndi Quba rayonunun qədim yaşayış məskənlərindən biridir. Burada dəqiq məskunlaşma tarixi bilinmir. Amma o da məlumdur ki, onlarla üz-üzə olan Küsnət kəndindən köçüb gələnlər burada ilk məskunlaşanlar olmuşlar. Küsnət kəndi Qımıl-qazma kəndi ilə qonşudur. Bu iki kənd bir-birinə qohumdur. == Toponimikası == Küsnətqazma oyk., mür. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylağının ətəyindədir.