Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pustoy adası
Pustoy adası — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Kara dənizində, Oktyabr İnqilabı adasından 700 metr qərbdə yerləşir. Jiloy yarımadası ilə Paris Kamunası yarımadası arasında kiçik adalar vardır: Kolosov adaları 9 km cənubda, Zabor 6,4 km cənubda və Blizkiy adası 4,5 km cənub-şərqdə yerləşir. Şimal-qərbdən cənub-şərqə 1,3 km uzunluğa, 800 metr enə malikdir. Hündülüyü böyük deyil. Ada alcaqboylu otlarla örtülü olur.
Eston
Estonlar Estoniyanın əksəriyyətini meydana gətirən və ölkənin rəsmi dili olan Eston dili danışan etnik qrupa verilən addır. Estonlar, minlərlə il əvvəl Ural dağlarına sonrakı həyatdan olduqları bölgəyə köç etmişlər.
JSTOR
JSTOR — 1995-ci ildə Amerikanın Nyu-York şəhərində əsası qoyulmuş elektron kitabxana. İlk yaradılanda elmi və akademik jurnalları daha sonra isə kitabları da arxivləşdirmək üçün istifadə olunan onlayn bir sistem. == Jstor haqqında == Jstor güclü bir tədqiqat və tədris platforması vasitəsilə geniş bir elmi məzmunu araşdırmağa kömək edir. Kitabxanalardan istifadə edən tədqiqatçılar, tələbələr və professor-müəllim heyətinin xərclərini azaldaraq, rəf sahəsini artırarkən həyati məzmunla əlaqələndirməsi, müstəqil tədqiqatçılara təqaüddən pulsuz və ucuz istifadə imkanı təmin etməsi və naşirlərin yeni auditoriyalara qovuşmalarına və məzmununun gələcək nəsillər üçün qorunmasına kömək etmək üçün akademik cəmiyyətlə əməkdaşlıq edir.
Rustov
Rustov — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycanın Quba rayonunda Böyük Qafqaz dağlarının ətəklərində yerləşən gözəl bir qəsəbədir. Qəsəbədə bir çox tarixi abidələr vardır. Qədim tarixə malikdir. Qəsəbədə olan tarixi abidələr və tapıntılar bunu sübut edir. 1587 də Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Rustov sancağı olmuşdur. Rustov oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Yerli tələffüz forması Rustadır.
Satoy
Satoy (v. 399) — Qafqaz Albaniyası çarı. Onun hakimiyyət illərini dürüst demək çətindir lakin çarlar siyahısında olduğu dəqiqdir.
Stoya
Stoya (15 iyun 1986, Uilminqton[d], Şimali Karolina) — serb və şotland əsilli ABŞ pornoaktrisası. "Stoya" onun ləqəbidir. "Stoya" ləqəbini pornofilmlərdə istifadə edir. Bu ad onun nənəsinin soyadının kiçildilmiş variantıdır. Əsl adı isə Cessika Stoyadinoviçdir. 15 iyun 1986-cı ildə doğulub.
Utoya
Utoya — Norveçin paytaxtı Oslo yaxınlığında ada. 22 iyul 2011-ci ildə burada 69 nəfərin ölümü ilə nəticlənən terror aktı baş vermişdir.
Uzboy
Uzboy — Mərkəzi Asiyanın səhralıq ərazisində keçən qurumuş çay yatağı. Türkmənistan ərazisində Sarıqamış çökəkliyindən başlayaraq Xəzər dənizi istiqamətinə istiqamətlənir. Onun zunluğu 550 kilometrdir. Həmdə axmaz göllər üçün ümumi ifadə kimi istifadə edilir. Bu qol enli bir yatağa malik olaraq, çoxlu sayda terrasvari enişlərə sahibdir. Bu terraslar nə vaxtsa mövcud olan şəlalələrin yerləridir. Bu çayın olduqca gursulu olmasına dəlalət edir. Qurumuş yataq boyunca çoxlu sayda su calılarının qalıqları müşahidə edilir. Bəziləri bu çayın Amudəryanın bir qolu olmasını deyirlər. O nə zamansa Xəzər dənizinə tökülürmüş Vladimir Afanasiev Obruçev Özünün Xəzər arxası regiona ekspedisiyası zamanı 1886 ildə Uzboy haqqında belə yazırdı: «Bala-İşem quyusundan 200 addım qərbdə, Sərdar Xivə karvan yolunun üzərində 40°15 ş.
Uştal
Uştal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Uştal kəndi Qalagah kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Soltankənd kəndi mərkəz olmaqla, Soltankənd kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin qədim adı Üştaladır. Adının mənası "üç" və "tala" sözlərinin mənasını verir. Yəni kənd üçtala adlanan ərazidə salınmışdır. Sonradan üçtala qısalaraq "Uştal" mənasını vermişdir. Kənd əvvəllər ermənilərin kompakt yaşadığı ərazi olmuşdur. Kənddə həmçinin erməni qəbiristanlığı var. Uştal kəndi İsmayıllı rayonundan 20 km cənub-qərbdə, Acınohur ön dağlığında yerləşir. Kənddə 3 sərin sulu bulaq, dərin yarğanlar, sıx meşə var.
Vetöy
Vetöy (fr. Vétheuil) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Valle-dyü-Sosseron. Əhalisi — 858 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 55 km şimal-şərqdə, Serji belediyyənin 27 km şərqdə yerləşir.
Stay
Stay (Tuci mahnısı)
Stoj.
Nikolay Stoyanov (bolq. Николай Андреев Стоянов; 21 noyabr 1883, Qrodno, Rusiya imperiyası – 9 oktyabr 1968, Sofiya, Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan botaniki. Nikolay Stoyanov toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Stojanov, N. Stefanoff, B. Флора на България (Flora of Bulgaria) (in two volumes, four editions: 1924-26, 1933, 1948 and 1965-1966, the latest edition along with B. Kitanov) Stoyanov, N. Опит за характеристика на главните фитоценози в България (An attempt to characterise the main plant communities in Bulgaria), Год. на СУ, ФМФ, vol. 3, 1941 Stoyanov, N. Kitanov B. Диви полезни растения в България (Useful wild plants in Bulgaria), Sofia, 1960. Alkanna stojanovii Kožuharov, 1989 Crepis stojanovii T.Georgiev, 1926 Ranunculus stojanovii Delip., 1971 Thymus stojanovii Degen, 1925 Viola stojanowii W.Becker, 1924 Kitanov B. Velinova, L., Николай Стоянов. Биобиблиография (Nikolai Stojanov: Biobibliography, Sofia, 1955. Markova, M. Сто години от рождението на акад.
Usta
Usta — çalışdığı sahəni yüksək səviyyədə bilən şəxs. Usta — konkret sənət üzrə təzə başlayan fəhlənin hamisi. Usta — Orta əsrlərdə sех lərin tamhüquqlu üzvü. Usta — XIX əsrdə İngiltərədə oğlana edilən müraciət. Usta — istehsalatda ilk mühəndis vəzifəsi. Usta — məişət xidməi sahəsində ixtisaslı fəhlə. İdman ustası — idmanda ixtisas dərəcəsi. Usta — masonluğa həsr edilmə dərəcəsi. Usta — müəyyən sahələrdə professionallıq dərəcəsi. Usta (film) — Polşa filmi , 2005-ci il, rejissor Pyotr Тşalski tərəfindən çəkilib.
Otöy
Otöy (fr. Auteuil Fransızca tələffüz: [otœj]) — Parisin 70 inzibati məhəlləsindən biri. 1860-cı ildə şəhərin 16-cı bələdiyyəsinin bir hissəsi olmuşdur. Otöy istixanalar bağı Bulon meşəsinin cənub kənarında yerləşən böyük bir istixana kompleksi içərisində yerləşən bir botanika bağıdır. Marsel Prust Otöydə dünyaya gəlir. "Azərbaycan Evi" Otöydə, Jeneral Delestren (Général Delestraint) küçəsində, № 31-də yerləşir.
Stoa
Stoalar, Qədim Yunan memarlığında küçə və ya agoranın yanında yerləşən örtülü, sütunlu qalereyalardır. Onlar inzibati və ticarət mərkəzləri kimi istifadə edilən ictimai yerlər idi. Onun yaradıcısının Aqnaptus adlı qədim yunan memarı olduğu qeyd edilir. Sonrakı nümunələr stoalar iki mərtəbəli inşa edilirdi və mağazalar və ya bəzən ofislərin olduğu İonik üslubda kolonları birləşdirirdi. Bu binalar ictimaiyyət üçün açıq idi; burada tacirlər mallarını sata, rəssamlar öz sənət əsərlərini sərgiləyə, dini məclislər keçirə bilərdilər. Stoalar tez-tez böyük şəhərlərin bazarlarını və ya agoraları funksiyasını görürdü Stoaların digər nümunələrindən içəridə və çöldə faydalı məkanları birləşdirən qoruyucu və təhlükəsiz mühitlər yaratmaq üçün istifadə olunurdu Kiprli Zenon tərəfindən qurulan Stoaçılıq fəlsəfə məktəbinin adı “stoa”dan götürülüb. Tağ altında mənasını verən stoa fəlsəfəsi tağın altına toplaşan filosoflar tərəfindən qurulmuşdur.
Eston dili
Eston dili (orijinal dildə eesti keel ) — estonların dili. Ural dillərinin fin-uqor budağının baltika-fin alt qrupuna aiddir. Estoniya və Avropa birliyinin rəsmi dilidir. Yazı sistemi Latın əlifbasına əsaslanır. Eston dili təxminən 1 milyon insanın ana dilidir. Onların əksəriyyəti (təxminən 900.000 nəfər) Estoniya sakinləridir. Estoniya dili səslərin üç dərəcə uzunluğu ilə (həm sait, həm samit) diqqət çəkir: qısa, uzun və ən uzun. Uzunluqdan asıllı olaraq sözlər fərqli mənalar verir. Dilin kodu — et və ya est (ISO 639-a uyğun olaraq). == Adı == Estlər xalqının adına ilk dəfə Tasitin (98-ci il) əsərlərində rast gəlinir, lakin, göründüyü kimi, bu etnonim Baltik tayfalarından birinə aiddir, çünki Tasitin təsvir etdiyi xalq Baltik dənizinin Visladan şərqdə olan sahilində məskunlaşmışdır, orada isə Baltika-Fin xalqları heç vaxt yaşamamışdılar.
Filipp Quston
Filipp Quston (tam adı:Phillip Goldstein; ing. Philip Guston; 27.7.1913, Monreal, Kanada - 7.6.1980, Nyu-York, ABŞ) - amerikalı rəssam. == Həyat və yaradıcılığı == Filipp Quston, Kanadada yəhudi mühacir ailəsində anadan olmuşdur. Ailəsi, Rusiya İmperiyasının Odessa şəhərindən Kanadaya və ordanda Los-Anceles şəhərinə köçümşüdür. O, gənc yaşlarınsan komikslər çəkməyə başlamışdı. Təhsilini Klivlənd rəsm məktəbində almağa başladı. XX əsrin 30-cu illərində Corc de Kirikonun metafizik realizm stilinə və həmçinin qocaman italyan rəssamları olan Andrea Manteni, Mazaçço, Paolo Uççelonun rəsm əsərlərinə diqqət ayırırdı. XX əsrin 30-cu illərin sonlarında Quston divar rəsmlərinin inkişafı haqqında dövlət proqramı üzərində işləyir, ancaq 40-cu illərin əvvəllərində dəzgah rəsmlərinə geri qayıdır. Filipp Qustonun əsas xüsusiyyəti ondan ibarət idi ki, o yeni rəsm əsərləri üzərində işləyərkən əvvəllki rəsmlərin fraqmentlərindən tez-tez istifadə edirdi. 1947-ci ildə Quston öz "Cəlladlar" (ing.
Frensis Aston
Frensis Aston(ing. Francis William Aston; 1 sentyabr 1877, Harborn — 20 noyabr 1945, Kembric) — İngiltərə kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1922). == Həyatı == Aston Frensis Vilyam (1877- 1945) Xorbornda (Birminhem yaxınlığında) anadan olmuş, İngilis fiziki və kimyaçısı, 1903- 1908- ci illərdə Birminhem Universitetində ingilis fiziki C. Poyntingin yanında fəaliyyət göstərmişdir. 1945- ci ildə Nəzəri və Tətbiqi Kimya Üzrə Beynəlxalq İttifaqın atom kütlələri komissiyasının sədri vəzifəsində işləmişdir. Radioaktiv olmayan elementlərin çoxlu sayda izotoplarını kəşf etdiyinə və tam ədədlər qaydasını yaratdığına görə 1922- ci ildə alim Nobel mükafatına layiq görülmüşdür. Frensis Aston 20 noyabr 1945-ci ildə vəfat edib.
Kapitan Kusto
Jak-İv Kusto (Jacques-Yves Cousteau) (d. 11 iyun 1910 - ö.25 iyun 1997), Fransız okean mütəxəssisi, dəniz zabiti və kino rejissoru. Kapitan Kusto adıyla tanınan Jak-İv Kusto 1910-cu ildə Fransada doğulub. İxtiraçılar okeanı fəth etmək üçün hər zaman cəsarətli ideyalar irəli sürüblər. Hələ eramızdan əvvəl IV əsrdə Aristotel üzüaşağı çevrilmiş qazandan istifadə edib onun içərisindəki havanın köməyi ilə suyun altında nəfəs alan dalğıcları təsvir edib. Bü cür suyadalma üsulu birinci dalğıc günbəzinin yaradılması üçün nümunə olub. Son bir neçə əsrdə insanlar cürbəcür materiallardan çoxlu sayda dalğıc kostyumu yaradaraq sınaqdan keçiriblər. Amma bu kostyumların çoxunun çəkisi ağır, özü isə narahat olub, dalğıcın suyun dibinə müstəqil enməsinə imkan verməyib. 1943-cü ildə iki fransız – tədqiqatçı Jak-İv Kusto və mühəndis Emil Qanyan "sualtı ağ ciyər" – akvalanq ixtira edərək okeanın öyrənilməsi sahəsində əsl inqilab edirlər. Kifayət qədər yığcam və rahat aparat olan akvalanq suyun altında müstəqil hərəkət etməyə imkan verir.
Kate Upton
Keyt Apton (ing. Kate Upton; 10 iyun 1992) — amerikalı model və aktrisa. == Həyatı == Keyt Apton 10 iyul 1992-ci ildə ABŞ-nin Miçiqan əyalətində anadan olmuşdur. Uşaqlığını Florida ştatının Melburn şəhərində keçirmişdir. == Karyerası == 2008-ci ildə "Miami Elite Model Managment" ilə müqavilə imzalayan Kate, sonradan Nyu-Yorka köçmüşdür və elə orada ilk dəfə modelliyə addım atmışdır. İlk dəfə Dooney&Bourke çanta markasının modeli olmuşdur. Daha sonra "Sports Illustrated Swimsuit Issue" üz qabığına çıxmışdır və müxtəlif mükafatlara layiq görülmüşdür. Həmin dövrdən, indiyədək Beach Bunny çimərlik geyimi və Victoria Secret üçün modellik edir. Həmçinin 2011-ci ilin iyul ayında, "Esquire" jurnalı tərəfindən "Yayın qadını" seçilmişdir. 2014-cü ildə Kameron Diaz və Lesli Mannla birlikdə "Digər qadın" filmində rol almışdır.
Ken Aston
Kennet Corc Aston — ingilis müəllim, hərbçi və futbol hakimliyinin inkişafına bir sıra mühüm töhfələr (sarı və qırmızı kart sistemi daxil olmaqla) vermiş futbol hakimi. == Həyatı və karyerası == Ken Aston 1 sentyabr 1915-ci il tarixində İngiltərənin Esseks qraflığının Kolçester şəhərində dünyaya gəlib.
Ketoy adası
Ketoy adası (rus. Остров Кетой) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Ada dairəvi formaya malik olaraq paralel istiqamətdə 10 km, meridian istiqamətdə isə 9 km uzunluğa malikdir. Hündürlüyü 1166 m, sahəsi isə 73 km² təşkil edir. Adada Pallas vulkanı fəaliyyət göstərir (990 m). Malaxitov gölü adanın mərkəzində kalderada yerləşir. Gölün eni 1,6 km, dərinliyi 110 metrdir. Buradan isə Stoçnı axarı okeana tökülür. Gölün səthi dəniz səviyyəsindən 667 metr yüksəklikdə yerləşir.
Ketrin Eşton
Ketrin Eşton, baronessa Eşton of Apholland (ing. Catherine Margaret Ashton, Baroness Ashton of Upholland, 20 mart 1956-cı il, Apholland, LankaşirBöyük Britaniya) — Böyük Britaniya və ümumavropa siyasi və ictimai xadimi, Avropa Birliyinin birinci xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi. Bu vəzifəyə 19 noyabr 2009-cu il tarixində Avropa Zirvəsinin sammitində 27 ölkə liderinin ümumi qərarı ilə təyin edilib. Bu postla yanaşı o Avropa komissiyasının birinci vitse-prezidenti olur.
Kotoy (Uçalı)
Kotoy (başq. Ҡотой, rus. Кутуево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uraz kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 40 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 16 km. ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 45 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Madlen Astor
Madlen Astor (ing. Madeleine Astor; 19 iyun 1893, Bruklin, Nyu-York ştatı – 27 mart 1940) — Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri. Yakob Astorun həyat yoldaşı. Titanik gəmisindən sağ qurtulmuşdur. Lakin həyat yoldaşı gəmidə batmışdır.