Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
CanSat
CanSat — kosmos texnologiyalarının tədrisi üçün istifadə olunan kiçik peyk cihazlarıdır. Hazırlanmasında istifadə olunan texnologiyalar minüatürləşdirilmiş peyklərdə istifadə olunan texnologiyalar ilə oxşarlıq təşkil edir. İndiyə kimi heç bir Cansat nə yerin orbitinə çıxarılıb, nə də ki atmosferdən kənara çıxıb. Cansat yarışmalarında yükün (Cansat) həcminin standart soda dəmir qabının həcmində və çəkisinin 350 qramdan az olması tələb olunur. Cansatın antenaları xaricə quraşdırıla bilər, amma şərtlərə əsasən Cansat əsas roketdən ayrılmayana kimi ümumi diametr limiti (66mm) aşıla bilməz. Belə ki, antenalar yalnız ayrılışdan sonra açıla bilər. Cansatlar müəyyən hündürlüyə kimi kiçik roketlərlə çıxarılır. Hündürlük yarışmaların şərtinə əsasən dəyişik olur. Cansatlara çox zaman əlavə olaraq onun buraxılışdan sonra yerə qayıdan zaman zərbə almasını azaltmaq üçün paraşüt də quraşdırılır ki bu həm də Cansatı yenidən istifadə etmək imkanı verir. Cansatların kiçik ölçüsü və nisbi ucuzluğu imkan verir bu texnologiyadan kosmos sahəsinin tədrisi üçün istifadə edilsin.
Qucarat
Qücərat (qüc. ગુજરાત; hind. गुजरात; ing. Gujarat) — Hindistanın qərbində ştat. Mərkəzi — Qandinigar şəhəridir, Böyük şəhəri — Əhmədabad. 2011-ci il məlumatlarına görə əhalisi 60 383 628 nəfər (ştatların arasında 10-cu yer.). == Tarixi == Qücəratın Solanki sülaləsi 960-cı ildən 1243-cü ilədək bu ştatı idarə etmişdi. Sultan Mahmud Qəznəvi 1002-1026-cı illərdə 17 dəfə Hindistana hücum etmişdi. Onun şimal və şimal-şərq torpaqlarını, yəni Kəşmir, Pəncab, Qücərat əyalətlərini Qəznəvilər dövlətinə qatmış, Hindistandan çoxlu qənimət əldə etmişdi. Xələclər sülaləsindən Sultan Cəlaləddin Firuz şah 1290–cı ildən sonra Hindistanın əksər əyalətlərini ələ keçirməyə başladı.
Üçayaq
Üçayaq — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yaranmış qədim xalq rəqsi Naxçıvan və Şərur rayonlarında yaranmış "Tənzərə" rəqsindən xeyli fərqlənir. Bu rəqsdə oyunlar olmur, yəni rəqs xarakterli yallılardır. Yallı asta və sürətli hissələrdən ibarətdir.
Basat
Basat — Dastanda işlənən antroponimlərdən biri. Daş Oğuz bəyi. Aruzun kiçik oğlu, Qiyan Selciyin qardaşı. Təpəgözü öldürən qəhrəman. Eposun "Basat Təpəgözü öldürdüyü boy"u Basatın adı ilə bağlıdır. "V. V. Bartoldun tərcüməsində bu ad "Bisat" kimi verilmişdir. Lakin D-də sözün yazılışı da, Aruz qocanın itmiş oğlu haqqında ilxıçının verdiyi məlumat da ("At basubən qan sümürər") göstərir ki, həmin adı "Basat" kimi oxuyub-yazmaq doğrudur". Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən "Basat" antroponimi Türkiyə antroponimləri sistemində işlənməkdədir. Orxon Şaiq Gökyay Ali Rza Yalmanın "Türkmən oymakları" kitabına əsaslanaraq göstərir ki, "Basat" Güney Anadoluda "Busat" kimi işlənir.. "Dədə Qorqud" dastanında adama oxşayan şirə "Basat" adının verilmə səbəbi aydın şəkildə təsvir edilmişdir.
RASAT
RASAT — Araşdırma Peyki Türkiyənin və TÜBİTAK UZAY ın BiLSAT peykindən sonra sahib olduğu ikinci uzaqdan müşahidə peykidir. Yüksək keyfiyyətli optik göstərmə sistemi və Türk mühəndisləri tərəfindən hazırlanan yeni modullara malik olan RASAT, Türkiyədə hazırlanmış və istehsal edilən ilk yer müşahidə peykidir.
Tasat
Tatsat (yun. Τατζάτης), Tasat (erm. Տաճատ, translit. Tasat), və ya Tatsati (yun. Τατζάτιος) — erməni əsilli Bizans və Abbasi sərkərdəsi. O, 782-ci ildə dönəklik edərək Abbasilər xilafətinin tərəfinə keçmiş və Ərməniyyənin əmiri təyin olunmuşdur. == Həyatı == Tatsat erməni əsilli Andzevatsi zadəgan ailəsindən idi. Onun 750-ci illərdə Bizans imperiyasına gələrək imperator V Konstantinə (hak. 741–775) xidmət etməyə başladığı güman olunur. O, V Konstantinin hakimiyyəti dövründə türk əsilli bulqarlarla vuruşmuş, təqribən 760-cı ildə strateq vəzifəsinə yüksəlmişdir.
Urasa
Urasa - türk, anadolu və altay xalq mədəniyyətində və şamanizmdə nəfəs müalicəsi. İndiki vaxtda bir az da fərqli anlayışlarla qarışdırılaraq üfləməadı verilən, fövqəltəbii güclərlə əlaqəya keçilərək tətbiq olunan müalicə üsulu. Urasalamaq; bu əməliyyatı etməyi ifadə edir. == Uraz == Uraz - türk mədəniyyətində və xalq inancında taleh deməkdir. Uras, Oraz, Iraz olaraq da deyilir. Bəxt, şans deməkdir. Təsadüfləri təşkil etdiyine inanılan, yaxşı və ya pis vəziyyətləri təyin edən mücərrəd gücdür. Urasa anlayışı ilə əlaqəlidir. Namus, şərəf, ləyaqət kimi mənaları da vardır. == Etimologiya == (Ur) kökündən törəmişdir.
Qucarat dili
Qücərat dili Hind-avropa dil ailəsindən bir dildir və Hindistanın Qücərat əyalətində, Pakistan, Keniya, Tanzaniya və Uqandada bu dildə danışılır.
Qucarat sultanlığı
Qucarat sultanlığı — Hindistanın qərbindəki Qucaratda XV-XVI əsrlər arasında hökm sürən müsəlman dövlət. == Tarixi == 1298-ci ildə Əlaəddin Xələcin ələ keçirdiyi Qucarat bu tarixdən sonra Dehli sultanlarının təyin etdiyi valilərin idarəsinə daxil oldu. 1391-ci ildə III Məhəmməd tərəfindən Qucarat valiliyinə təyin olunan Zəfər xan, Tuğluqoğulları sülaləsinin çöküşündən yararlanaraq 1407-ci ildə Müzəffər şah (I Müzəffər) adıyla müstəqilliyini elan etdi. Nəvəsi I Əhməd (hökmdarlığı 1411-1442) sultanlığın gücünü ve nüfuzunu artırarak Qucarattaki Hindu racələrinin yanı sıra Malva, Xandeş və Dekkanın müsəlman sultanlarıyla savaşlar apardı. Paytaxtı, Anahilvaradan 1411-ci ildə qurdurduğu Əhmədabada daşıdı. Dövlətin ən uzun səltənət sürən hökmdarı Mahmud Begra (hökmdarlığı 1458-1511), Hindulara qarşı hazırladığı səfərlərlə Çampaneri alaraq buranı Məhəmmədabad adıyla paytaxt etdi. Mahmud Begranın hökmdarlığının sonuna doğru, Qərb və Cənubi Hindistanda Portuqallar yeni bir güc olaraq ortaya çıxdı. Portuqalların Hind ticaretini neredeyse tümüyle ələ keçirmələri, Misirli və Qucaratlı tüccarları çətin durumda bıraxdı. Mahmud Begra, Portekizlilere qarşı 1508-ci ildə Memlük sultanı Kansu Qavri ilə ittifaq qurduysa da, ardından Portuqallarla sülh bağlamaq məcburiyyətində qaldı. 1535-ci ildə Malvanı ələ keçirən Bahadır şahın (hökmdarlığı 1526-1537) Portuqallar tərəfindən öldürülməsindən sonra Qucarat sultanlığı parçalanmağa başladı.
Vaqif Ucatay
Vaqif Ucatay (Hüseynov Vaqif Hüseyn oğlu; 22 iyun 1955, Təkyə, Dəvəçi rayonu – 20 dekabr 2020, Bakı) — Azərbaycan rəssamı; Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvü (2006). == Həyatı == Vaqif Ucatay 22 iyun 1955-ci ildə Dəvəçi rayonununnun Təkyə kəndində anadan olub. 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin boyakarlıq fakultəsinə qəbul olmuşdur. 1973–1975-ci illərdə Krasnoyarsk şəhərində hərbi xidmətdə olmuş, 1978-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin boyakarlıq fakultəsini bitirmişdir. 1981–1987-ci illərdə Sankt-Peterburqda Repin adına Rəssamlıq Akademiyasının boyakarlıq fakultəsində təhsil alıb. 1993-cü ildən Əzim Əzimzadə adına Rəssamlıq Kollecində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur. 20 dekabr 2020-ci ildə 65 yaşında dünyasını dəyişib. == Yaradıcılığı == 1990-cı illərdən karikatura ilə ciddi məşğul olur. Əsərləri bir sıra kitab və jurnallarda çap olunub. 1993-cü ildən pedaqoq-rəssam kimi fəaliyyət göstərir.
Üçağac (Germi)
Üçağac (fars. اوچ اغاج‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 258 nəfər yaşayır (53 ailə).
Uaset (nom)
Necefet-pehtet (q.misir wAst, yun. ὁ Διοσπολίτης νομός, lat. Nomos Diospolites) — Yuxarı Misirin IV nomu (əyaləti). Nomun mərkəzi və Yuxarı Misirin paytaxtı Teben şəhəri olmuşdur. Əsas tanrısıları Amon, Mut, Xonsudur.
YAŞAT Fondu
YAŞAT Fondu və ya tam və orijinal adı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu — Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu. == Tarixi == “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb. == Məqsədi == Fond aşağıdakı şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə; işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə; == Himayəçilik Şurası == Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir. Fondun vəsaitinin formalaşdırılmasına və xərclənməsinə nəzarəti həyata keçirir; Fondun vəsaitinin formalaşdırılması və xərclənməsi istiqamətlərinə dair müzakirələr aparır, habelə daxil olan vəsaitin məbləği nəzərə alınmaqla, onun xərc istiqamətlərini müəyyən edir; Fondun vəsaitinin idarə edilməsi ilə bağlı kənar auditor yoxlamalarının keçirilməsinə dair tədbirlər görür; Fondun vəsaitinin idarə edilməsi ilə bağlı digər məsələləri həll edir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “YAŞAT” Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib: Abdullayev Çingiz Akif oğlu Alızadə Sevinc Əsgərxan qızı Aslanov Novruzəli Davud oğlu Aşina Məsud İbrahimov Mənsum İsrafil oğlu İsgəndərov Anar Camal oğlu Qasımov Balakişi Ələkbər oğlu Novruzov Cahangir Mütəllib oğlu Ramaldanov Şair Ramaldan oğlu Səfərəliyeva Rəna Teymur qızı Zəkiyev İlham Əzizağa oğlu Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Müvafiq Fərmanla Dövlət Agentliyi üçün aşağıdakı vəzifələr müəyyən edilib: Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş şəxslərin müraciətlərinin qəbulunu və onlara baxılmanı təmin etsin; Fiziki və hüquqi şəxslərin Fonduna könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımların (ianələrin) bank və ya poçt vasitəsilə, eləcə də elektron qaydada qəbulunu təşkil etsin; Fondun vəsaitlərinin idarə edilməsini və əlavə dəstək tədbirlərinin həyata keçirilməsini təmin edən informasiya sistemini formalaşdırsın; Fondun vəsaitlərinin idarə olunması ilə bağlı elektron hesabatlılığı, habelə daxil olan və xərclənən vəsaitin məbləği və istiqamətləri ilə bağlı məlumatların Fondun rəsmi internet səhifəsində yerləşdirilməsini və daim yenilənməsini təmin etsin; Fond vasitəsilə həyata keçirilən tədbirlərə könüllüləri cəlb etsin; Fondun vəsaitindən istifadəyə dair Himayəçilik Şurasına təkliflər versin; Fondun vəsaitinin idarə edilməsinə dair yarımillik və illik hesabatları, habelə digər zəruri məlumatları Himayəçilik Şurasına təqdim etsin. Dövlət Agentliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş şəxslərə Fond vasitəsilə göstərilən dəstək tədbirlərinin həmin şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərlə uzlaşdırılmasını, habelə bu sahədə informasiya mübadiləsini təmin etmək üçün müvafiq informasiya sistemlərinin inteqrasiyasını təşkil etsinlər. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə QAYDASI təsdiq edilib.
Üçqat akkreditasiya
Üçqat akkreditasiya (ing. Triple accreditation) ― idarəetmə təhsili verən bir ali təhsil qurumunun və ya həmin qurum nəzdnindəki elmi vahidin dünyamiqyaslı üç əsas akkreditasiyadan (AACSB, AMBA, EQUIS) keçməsi halı. Dünyada idarəetmə məktəblərinin 1%-i üçqat akkreditasiyalıdır. Proses iki ABŞ (AACSB və AMBA) və bir Avropa İttifaqı (EQUIS) mənşəli mötəbər akkreditasiya təşkilatının namizəd ali təhsil müəssisəsi, yaxud müvafiq vahidi üzərində uzunmüddətli monitorinqi ilə başlayır. Bu zaman kəsiyində əgər kriteriyalar ödənilərsə yalnız bu halda üçqat akkreditasiya olunur. Tələblərin yerinə gətirilməsi həm institusional, həm də intellektual potensial tələb etdiyindən dünya üzərində sözügedən akkreditasiyanı tamamlayan ali təhsil müəssisələri yaxud elmi vahidlər olduqca nüfuzlu hesab olunurlar. Məhz bu səbəbdəndir ki, dünya idarəetmə məktəblərinin yalnız 1% sözügedən titula malikdir.
Əhməd Yaşat
Əhməd Yaşat — mühacir, həkim, Azərbaycan Demokrat Birliyinin üzvü, Azərbaycan Kültür Dərnəyinin sədri. Azərbaycan Kültür Dərnəyi tərəfindən Ankarada nəşr edilən "Azərbaycan" jurnalının məsul müdiri. == Haqqında == Əhməd Şirinzadə 1917-ci ildə Şəkidə anadan olub. İbtidai və orta təhsilini Şəkidə bitirdikdən sonra Bakıda tibb üzrə təhsil alıb. Qış müharibəsi dövründə Əhməd Şirinzadə fin cəbhəsinə həkim kimi göndərilib. II Dünya Müharibəsində ön cəbhədə həkim kimi xidmət edən Əhməd Şirinzadə xidmət etdiyi hərbi birliyin tərkibində əsir düşüb. Əsirlikdən qurtulduqdan sonra Yaşat arxa cəbhədə həkim kimi çalışıb. II Dünya Müharibəsi bitdikdən sonra Almaniyadakı azərbaycanlıları qorumaq və onların SSRİ-yə verilməsinin qarşısını almaq üçün Rəsulzadənin təlimatı ilə Azərbaycan Demokrat Birliyi yaradılıb. Birliyin ilk üzvlərindən biri də Əhməd Yaşat olub. Müharibədən sonra Yaşat bir müddət Hannoverdə həkimlik edib.
Üçqat rabitə
Kimyada üçqat rabitə, bir kovalent tək əlaqədə adi iki əvəzinə altı əlaqə elektronunun iştirak etdiyi iki atom arasındakı kimyəvi rabitədir. Üçlü rabitələr ekvivalent tək rabitə və ya ikiqat rabitədən daha güclüdür. Ən çox yayılmış üçqat rabitə azot N2 molekulundadır; Ən çox yayılmış ikincisi, alkinlərdə tapıla bilən iki karbon atomu arasında olmasıdır. Tərkibində üçlü bağ olan digər funksional qruplar siyanidlər və izosiyanidlərdir. Dinitrogen və karbon monoksit kimi bəzi diatomik molekullar da üçqat bağlanır. Skelet formullarında üçlü bağ iki bağlı atom arasında üç paralel xətt (≡) şəklində çəkilir.
Uçuşa nəzarət rejimləri
Uçuşa nəzarət rejimləri — Kompyuter tərəfindən uçuş müddətinə görə uçuş məlumatlarının məsələn sürət və yüksəklik kimi məlumatların düzəldilməsi (buna FBW yəni Fly-by-wire deyilir) yəni uçuş nəzaətləri olan təyyarələrdə, uçuş nəzarət qaydaları siqnallarının çıxış siqnallarına funksional çevrilməsi, sensorlardan və başqa qaynaqlardan oxunma, aktuatorlar (hər hansı mexanizmanın bir hissəsidir. Bir mexanizm və ya sistemin hərəkət və idarə olunması üçün məsuliyyət daşıyır, məsələn bir klapan açmaq.) və digər çatış nöqtələrinin adətən uçuş nəzarət üsülları var; onlar istifadəçi interfeysində (yəni istifadəçi və kompüter sisteminin qarşılıqlı əlaqəsi olan vasitələr, xüsusi ilə də software və giriş cihazları istifadəsi.) üsulların tətbiqidir. Onların məqsədi insan nəzarəti girişlərinin uçuş nəzarət səthlərinə və nəticədə hərəkət yoluna müxtəlif vəziyyətlərə və ya uçuş rejimlərinə uyğun şəkildə tərcümə olunma üsulunu dəyişdirməkdir. Elektron uçuş nəzarətinin azaldılması, məsələn, uçuş nəzarət kompüteri kimi hesablamalı bir cihazın və ya ADIRU kimi məlumat verən hesablama qurğusunun uğursuzluğu ilə nəticələnə bilər. Elektron uçuş idarəetmə sistemləri (EFCS) həmçinin şiddətli havanı tanıyaraq və düzəldərək və balans pozulmanı azaldaraq sərnişinlər üçün daha rahat uçuş təmin etmək kimi, təyyarənin çox gərilməyə qarşı qorunması və ya sərnişinlər üçün daha rahat bir uçuş şərti ilə normal uçuşlarda gücləndirmə təmin edər. İki təyyarə istehsalçısı müxtəlif uçuş nəzarət rejimi (və ya qanunları) altında çıxış edə bilən birincil uçuş kompüterləri ilə ticari sərnişin təyyarələri istehsal edir. Ən yaxşı bilinənlər, Airbus A320-A380 modelinin normal, alternativ, düz və mexaniki qanunlarıdır. Boeingin FBW uçuş sistemi Boeing 777, Boeing 787 Dreamliner ve Boeing 747-8 də istifadə olunur. Bu təzə təyyarələr hava ağırlığını qorurkən təhlükəsizliyi və performansı artırmaq üçün elektronik nəzarət sistemləri istifadə edir. Bu elektronik sistemlər köhnə mexanik sistemlərdən daha yüngüldür və eyni zamanda təyyarəni yüksək gərilmə vəziyyətlerindən də qoruya bilir, dizaynerlərin həddindən artıq hazırlanmış parçaları azaltmalarına icazə verərək təyyarənin ağırlığını daha da azaldır.
Casa Sindical
Casa Sindical — (azərb. Həmkarlar İttifaqı evi‎ İspaniyanın Madrid şəhərində bir bina. Hal hazırda İspaniya Səhiyyə Nazirliyinin qərargahına ev sahibliyi edir. == Tarixi == FET, CONS həmkarlar ittifaqlarının o zamankı milli nümayəndəsi Fermin Sanz Oriyo tərəfindən dəvət edilən layihə üçün müsabiqə qaydaları 1949-cu ilin aprel ayında dərc edildi. o layihə, nəhayət, Francisco de Asis Cabrero və Rafael de Aburtoya keçmiş aequo-ya tapşırıldı. 1951-ci ildə bitən, III Milli Fəhlə Konqresinin qeyd edilməsindən yararlanaraq bəzi asılılıqlar 1955-ci ilin iyulunda açılmışdır. 27 oktyabr 1955-ci ildə Fransisko Franco tərəfindən rəsmi olaraq açılışı edildi. == Təsviri == Prado Muzeyinin qarşısında, 60 metr hündürlüyə çatan mərkəzi prizmatik 16 mərtəbəli kərpic qülləsi var. Landmark, ənənəvi estetikadan uzaqlaşaraq, memarlıq dili baxımından frankist rejimi tərəfindən müasir memarlığı qəbul etməsini simvolik olaraq qeyd etdi. Bu, tez-tez italyan faşist memarı Cüzeppe Terragninin əsərləri ilə əlaqələndirilmişdir.
Manga Time Kirara Carat
Manga Time Kirara Carat (まんがタイムきららCarat, Manga Taimu Kirara Kyaratto) — Houbunsha nəşriyyatı tərəfindən nəşr olunan Yaponiya aylıq seynen manqası jurnalı. Jurnalda əsasən yonkomalar nəşr olunur. İlk sayı 18 yanvar 2003-cü ildə işıq üzü görmüşdür. == Manqalar == A Channel (davam edir) Dōjin Work GA Geijutsuka Art Design Class (GA 芸術科アートデザインクラス) H・R Harumaki! Harumination (はるみねーしょん) Hidamari Sketch (ひだまりスケッチ) (davam edir) Himekurasu Ichiroo! K-On! Kamisama no Iutoori! Kill Me Baby (キルミーベイベー) (davam edir) Kuu Kuu Boku Boku Mayuka no Darling! New Game! (davam edir) Niko ga Santa OK Fantasista!
Təyyarənin uçuşa nəzarət səthləri
Aviasiya uçuşu nəzarət səthləri − pilota təyyarəni tənzimləməyə və nəzarət etməyə imkan verən aerodinamik qurğulardır. Uçuşa nəzarət səthinin inkişafı təyyarənin inkişafında kritik bir addım idi. Sabit qanadlı təyyarə dizaynında erkən səylər təyyarəni yerdən çıxarmaq üçün kifayət qədər qaldırıcı qüvvə yaratmağa müvəffəq oldu, ancaq təyyarələr uçduqdan sonra onları idarə etmək mümkün olmurdu. Effektiv uçuş nəzarətinin inkişafı sabit uçuşa imkan verən şeydir. Bu məqalə konvensional dizaynın sabit qanadlı təyyarəsində istifadə olunan nəzarət səthlərini təsvir edir. Digər sabit təyyarə konfiqurasiyaları müxtəlif nəzarət səthlərindən istifadə edə bilər, amma əsas prinsiplər qalır. Döner qanad təyyarələri (vertolyotlar) üçün idarəetmə (stick və rudder) üç fırlanma oxu ilə eyni hərəkətləri yerinə yetirir, lakin dönən uçuş nəzarətini (əsas rotor disk və quyruq rotor diskini) tamamilə fərqli şəkildə idarə edir. == İnkişafı == Rayt qardaşlar, ilk pratik nəzarət səthlərininin inkişafında böyük rolları olmuşdur. Modern idarəetmə səthlərindən fərqli olaraq qanad bükümü istifadə etdilər . Rayt patentini qəbuletmə cəhdində, Glenn Curtiss, Birleşmiş Krallıq'da təxminən 40 il əvvəl patentli olan idarəetmə səthlərini ilə eyni tipdə idilər.
Üçqat Sosialist Əməyi Qəhrəmanı
Üçqat Sosialist Əməyi Qəhrəmanı — 15 nəfər bu ada layiq görülmüşdür.
Üçqat Sovet İttifaqı Qəhrəmanı
Üçqat Sovet İttifaqı Qəhrəmanı (rus. Трижды Герои Советского Союза) — 3 nəfərə verilmiş SSRİ-nin qəhrəmanlıq medalı. Üçüncü dəfə Sovet İttifaqı qəhrəmanı adı verilən şəxslərə üç dəfə "Qızıl Ulduz" medalı verilir.
Üçqat zərbə (film, 1992)
Üçqat zərbə (ing. Triple Impact) — 1992-ci ildə ABŞ aktyoru Deyl Kukun iştirakı ilə çəkilən döyüş filmidir. == Məzmunu == Deyv və Ceyms peşəkar qaydasız döyüş ustalarıdır. Onlar itmiş qızılların axtarışındadırlar. Onlar əvvəlcə Banqkoka, sonra Amerikaya səyahət edirlər. Lakin onların səyahət zamanı düşmənləri gündən-günə artmağa başlayır... == Rollarda == == Xarici keçidlər == Üçqat zərbə — Internet Movie Database saytında.
CASA/IPTN CN-235
CASA CN-235 — İspaniyanın CASA və İndoneziyanın IPTN şirkətləri tərəfindən istehsal olunan yüngül nəqliyyat təyyarəsidir. Türkiyədə TAI tərəfindən lisenziya altında istehsal olunur. 11 noyabr 1983-cü ildə istehsal edilmişdir. 1 mart 1988-ci ildə xidmətə qəbul edilmişdir. Ən böyük istifadəçisi Türkiyədir. Arsenalında 52 ədəd CN-235 var. Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən 1991-ci ildən bəri istifadə olunur. Ayrıca Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı və Türkiyə Sahil Mühafizəsi Komandanlığı üçün TAI tərəfindən istehsal edilmişdir.
La casa de papel
La casa de papel (azərb. Kağız ev‎ və ya Kağız evi) və ya beynəlxalq adı ilə Money Heist (azərb. Pul soyğunu‎) – Aleks Pina tərəfindən yaradılmış 2017-ci il istehsalı İspaniya soyğun teleserialı. Serial İspaniyada 2 may 2017-ci ildən 23 noyabr 2017-ci ilə kimi bir mövsüm olmaqla iki hissəli yayımlanmış və 15 seriya davam etmişdir. Baş rollarda Ursula Korbero, Pako Tous və Alba Flores çıxış edirlər. 25 dekabr 2017-ci ildə serialın birinci hissəsi - 9 seriyası Netflix tərəfindən 13 seriya şəklində bütün dünyada buraxılmışdır. 2017-ci ilin sonunda Netflix serialın dünya üzrə rəqəmsal yayım hüquqlarını əldə etdi. Serialı 22 bölümdən daha qısa hissəyə bölən Netflix, birinci hissəni 20 dekabr 2017-ci ildə, ikinci hissəsini isə 6 aprel 2018-ci ildə yayımladı. 2018-ci ilin aprel ayında Netflix 16 yeni epizod sifariş edərək serialın büdcəsini əhəmiyyətli dərəcədə artırdı. 8 hissədən ibarət 3-cü hissə 19 iyul 2019-cu il tarixində nəşr edilmişdir.