Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fasad
Fasad (fr. façade — üz, sifət) — bina və ya tikilinin ön, xarici tərəfi. Fasad metal çərçivədən və üzərinə çəkilmiş banner torundan ibarət irimiqyaslı konstruksiyadır. Baş fasad, yan fasadlar, küçə fasadları, həyət fasadı və s. fasadlar var. Fasadların mütənasibliyi, detalları və bəzəkləri adətən binanın təyinatı, üslub, fəza və konstruktiv həlli ilə şərtlənir. Müasir memarlıqda, xüsusilə kütləvi sənaye tikilisində geniş fəza ilə əhatə olunan binaların bütün fasadları eyni dərəcədə əhəmiyyətlidir. Fasadlar estetik göz oxşaması ilə yanaşı binanın təyinatını da diktə etməlidir.
Başad
Fitnə-fəsad
Fitnə Fitnənin lüğətdə mənası, qarışıqlarının çıxarılması və xalisləşdirilməsi üçün qızılın közərdilməsi deməkdir. Fitnə sözü bir nəfər və ya bir cəmiyyətdən asayiş və əmin-amanlığın alınması, iki və ya daha çox insanı bir-birinin canına salıb ikitirəlik yaratmaq, həmçinin xalqa əziyyət və işgəncə vermək deməkdir. == Fitnənin növləri == Qurani-Kərimdə müşriklərin törətdiyi fitnənin qətl törətməkdən də ağır günah olduğu qeyd olunur və bu fitnə aradan qalxanacan onlarla vuruşma tövsiyə edilir: "Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!. Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur." "Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçun ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır." Peyğəmbəri (s): "Üç şey fitnə törədər: gözəl saç, gözəl surət və gözəl səs." Əli ibn Əbu Talib: "Fitnə üç şeydədir: qadın düşkünü olmaq – bu şeytanın qılıncıdır, şərab içmək – bu şeytanın tələsidir və dirhəmə, dinara məhəbbət – bu isə şeytanın oxudur. Kim qadın düşkünü olsa, ömrünün faydasını görməz, kim şərab düşkünü olsa, cənnət ona haram olar. Kim dinar və dirhəmə məhəbbət bəsləsə, dünyanın nökəri olar." Fitnəkarlıq növlərindən biri də zalim hakimlər üçün casusluq etməkdir. Bunun böyük günah sayılıb bir çox ziyan və fəsadlarının adam öldürməkdən böyük olması isə çox aydın bir məsələdir. Çünki bir fitnəkar cəsusun çoxlu qətl və cinayətlərə səbəb olması mümkündür.
Asad Qayser
Asad Qayser (urdu اسد قیصر;15 noyabr 1969) — Pakistanlı siyasətçi, 2018-ci ilin avqust ayından milli məclisin sədri.Vəzifədən əvvəl o, Milli Assambleyanın üzvü idi. == Həyatı == Qayser 15 Noyabr 1969-cu ildə Pakistanın Suvabi rayonunda anadan olmuşdur. (Pakistan qəzetlərinin birində yazılanlara görə o, 15 noyabr 1968-ci ildə Marquzda anadan olmuşdur.) İlk təhsilini Marquzdakı Hökumət ali orta məktəbindən almışdır. Daha sonra Peşəvər Universitetini bitirib, incəsənət bakalavr dərəcəsi almışdır. 1995-ci ildə məzun olduqdan sonra Pakistanın Camaat-e-İslaminin bir hissəsi olan Pasbanın bölgü prezidenti oldu.
Farad (ölçü vahidi)
Farad (işarəsi: F) – elektrik tutumunun (işarəsi: C) vahididir. BS-də törəmə vahiddir. Bu termin ingilis fiziki və kimyaçısı Maykl Faradeyin şərəfinə adlandırılmışdır.
Santa-Mariya-del-Fiore kafedralının fasadı
Santa-Mariya-del-Fiore kafedralının fasadı (it. Facciata di Santa Maria del Fiore) — Florensiya kafedralının inşaatı tarixində ən mübahisəli məsələlərdən biridir. İnşasına Arnolfo Di Kambio tərəfindən başlamış fasad, XV əsrə kimi müxtəlif heykəltəraşlar tərəfindən hazırlanmış heykəllər tərəfindən bəzədilsə də, 1587-ci ildə həmin fasad sökülmüşdür. Bundan sonra dəfələrlə müxtəlif memarlar tərəfindən layihələr təqdim edilməsi və müsabiqələr təşkil olunmasına baxmayaraq, XIX əsrə kimi Florensiya kafedralının fasadı inşa edilməmişdir. XIX əsrdə Santa-Mariya-del-Fiore kafedralını fasadı Emilio de Fabrisin layihəsi əsasında inşa edilmişdir. Abidənin fasadının sökülməsi və yeni fasadın inşası ilə bağlı elmi mübahisələr davam etsə də, hazırkı fasad İtaliyada neoqotika memarlığının ən yaxşı nümunələrindən biri hesab edilir. Arnolfonun fasad üzərində nə vaxtdan işləməyə başlaması haqqında sənədlər olmasa da, arxeoloji qazıntılar zamanı müəyyən edilmişdir ki, fasadın inşasına daha erkən dövrdə - XIII əsrdə başlanılmışdır. Bu ilkin fasad qədim Santa-Reparta kilsəsində ibadətin davam etdirilməsi üçün binanı yararlı hala gətirmək məqsədi ilə inşa edilmişdi. Arnolfinin fasad layihəsinin tikilinin bütün fasadını əhatə etməsi haqqında dövrümüzə heç bir çetyoj və ya sənəd çatmasa da, onun işini dava etdirən memarlar fasad inşası işini portaldan on metr yuxarı qaldıra bilmişdir. Florensiya bələdiyyəsinin Arnolfonu vergi ödənişlərindən azad etməsi onun fasad üzərində əhəmiyyətli dərəcədə işləməsini göstərən faktlardan biridir: belə ki, böyük sənətkarların yaşayıb fəaliyyət göstərdiyi dövrdə hökumət heç də hər adama bu cür imkan yaratmırdı.
Basat
Basat — Dastanda işlənən antroponimlərdən biri. Daş Oğuz bəyi. Aruzun kiçik oğlu, Qiyan Selciyin qardaşı. Təpəgözü öldürən qəhrəman. Eposun "Basat Təpəgözü öldürdüyü boy"u Basatın adı ilə bağlıdır. "V. V. Bartoldun tərcüməsində bu ad "Bisat" kimi verilmişdir. Lakin D-də sözün yazılışı da, Aruz qocanın itmiş oğlu haqqında ilxıçının verdiyi məlumat da ("At basubən qan sümürər") göstərir ki, həmin adı "Basat" kimi oxuyub-yazmaq doğrudur". Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən "Basat" antroponimi Türkiyə antroponimləri sistemində işlənməkdədir. Orxon Şaiq Gökyay Ali Rza Yalmanın "Türkmən oymakları" kitabına əsaslanaraq göstərir ki, "Basat" Güney Anadoluda "Busat" kimi işlənir.. "Dədə Qorqud" dastanında adama oxşayan şirə "Basat" adının verilmə səbəbi aydın şəkildə təsvir edilmişdir.
Bаlаd
Balad — İraqın Səlahəddin mühafəzəsində şəhər.
Cavad
Cavad — Azərbaycanlı kişi adı. Cavad xan — Gəncə xanlığının sonuncu hökmdarı.
Damad
Mir Damad (1561, Qorqan – 1631) — İran filosofu, ilahiyyatçısı, avitsinenin neoplatonik İslam peripatetik fəlsəfəsinin nümayəndəsi. O, həmçinin İslam elmləri sahəsində alim və baş xadimi olmuşdur. Metavemik yaranma nəzəriyyəsinin müəllifidir. O, İsfahan məktəbinin əsas qurucularından biri idi. == Həyatı == Onun İslam fəlsəfəsinə əsas töhfəsi zamanın dərəcələrinə və zamanın ayrı-ayrı kateqoriyalarının ilahi təcəssüm kimi emanasiyasına dair yeni ifadəsidir. O, Avicenna və Suhravardi kateqoriyalarına əsaslanan bir izahat kimi xudus-e-dahri ("əbədi gələn") anlayışını təklif edərək, vaxt ərzində dünyanın yaradılması və ya yaradılmamasına dair mübahisəni həll etdi, Bir sözlə, o, yer və bütün göy cisimləri də daxil olmaqla, Allah istisna olmaqla, hər şeyin əbədi və müvəqqəti mənşəli olduğunu iddia etdi.
Elşad
Elşad — kişi adı. Elşad Abbaszadə — Kiçik çavuş. Şəhid. Elşad Bayramov — Şəhid. Elşad Məmmədov Elşad Məmmədov (icra başçısı) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonu İcra hakimiyyətinin başçısı. Elşad Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Elşad Mirbəşir — Siyasi elmlər namizədi Elşad Tahirov — Azərbaycan futbolçusu Elşad Şabanov — Elşad Ələsgərov — Elşad Fərəcullayev Elşad Quliyev Elşad Quliyev — Azərbaycan SSR elm və incəsənət xadimi. Elşad Quliyev (baş məşqçi) — keçmiş Azərbaycan futbolçusu, baş məşqçi. Elşad Quliyev (polkovnik-leytenant) — Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin şəhid polkovnik-leytenantı.
Fabada
Fabada (isp. fabada, fabada asturiana) — İspaniya, daha dəqiq deyilsə, Asturiya mətbəxinə aid ənənəvi yemək. Ağ lobya və kolbasadan hazırlanır. Yeməyin adı Asturiya dilində fabes sözündən yaranıb mənası yeməyin əsas ərzaqlarından biri olan lobya deməkdir. Fabada ilə oxşar yeməklər alman ayntopfu və İspan kosidosu hesab olunur.
Fansab
Fansab (ing. "fansub", ing. "fan subtitles" ("həvəskar subtitrlər") — həvəskarlar tərəfindən subtitrlar şəklində tərcümə edilmiş videomaterial (çox vaxt bu animelərdir). == Oxşar hallar == Fandab — həvəskar səsləndirmə (dublyaj). Dublyaj orijinal səsin olmayan yeni səs trekinin yaradılması deməkdir (orijinal səsin üstündən yazılan səs treki "voysover" və ya "overvoys" adlanır). Komikslərə gəldikdə skanleytı vurğulamaq olar. Ən sadə halda bu komiksə mətn faylın və ya çapın əlavə olunması, daha mürəkkəb versiyası isə skanlarda mətnin tərcümə olunmasıdır. == Hüquqi status == Fansabların hüquqi statusu hələ də birmənalı müəyyən olunmayıb. Fansabberlər və istehsalçılar arasında yazılmamış qanun var — istehsalçılar sabberləri təqib etmir, sabberlər isə məhsul bazarda rəsmi yayımlanandan sonra onun tərcüməsini dayandırırlar. Hətta bəzi istehsalçılar fansabberlərin işinin animenin populyarlaşmasına müsbət təsir gostərdiyini və bunun marketinq addımı kimi istifadə etməyini mümkün olduğunu düşünür.
Farsan
Farsan-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Farsan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26,219 nəfər və 5,665 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Fayda
Fayda - İqtisadiyyatda (ing. Utility) nisbi məmnunluğun ölçüsüdür. Bu ölçü istehlakçının seçimini və ümumi rifah vəziyyətini izah etmək üçün istifadə olunur. [mənbə göstərin] Utilitarianizm doktrinası faydanın maksimallaşdırılmasını cəmiyyətin nizamedici mənəvi meyar kimi görür. Bu iqtisadi məktəbin Ceremi Bentham (Jeremy Bentham) (1748–1832) və Con Stüart Mil (John Stuart Mill) (1806–1876) tərəfdarlarının sözlərinə uyğun olaraq, cəmiyyət bütun şəxslərin ümumi faydasını maksimallaşdırmalıdır. Başqa sözlərlə, "ən yüksək səadət ən çoxlara". == Fayda funksiyası == İqtisadi təhlildə istehlakçının davranışı daha asan fayda funksiyası ilə ifadə oluna bilər: u : X → R {\displaystyle u:X\rightarrow {\textbf {R}}} , belə ki, x > y əgər u(x) > u(y). Əgər istehlakçının üstün tutmaları tamam, əks, tranzitiv, və arasıkəsilməyəndirsə, onda onlar "u" fayda funksiyası ilə ifadə oluna bilərlər.
Fulad
Fulad Mirzə — Əmir İsfahanın azyaşlı oğlu. Fulad FK — İranın Əhvaz şəhərinin futbol klubu. Zaqe Fulad (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Fusan
Fusan (çin. ənən. 扶桑, sadə. Fúsāng) — Çin ədəbiyyatında ölkənin və Çin hibiskusunun adıdır. Fusanq ölkəsinin dəqiq olaraq hansı ölkə olduğu bilinmir. Tarixçilərin bəziləri Fusanı Yaponiya, digərləri isə Amerika hesab edir. Çin ədəbiyyatında Fusanq ölkəsini ilk dəfə tayvanlı bütpərəst kahin olan Xuey Şen təsvir etmişdir və bu ölkəni kəşf etdiyini demişdir (499-cu il) == İstinadlar == == Əlavə ədəbiyyat == Leyland, Charles Godfrey (1875) Fusang; Or, The Discovery of America by Chinese Buddhist Priests in the Fifth Century, New York: Barnes & Noble, 1973. Reprint: Forgotten Books (2010), ISBN 978-1-4400-7044-0. Vining, Edward P. (1885) Inglorious Columbus; or, Evidence that Hwui Shan and a Party of Buddhist Monks from Afghanistan Discovered America in the Fifth Century, A.D.. New York: D. Appleton and Company, ISBN 978-0-217-68056-1 Williams, S. Wells (1881): Notices of Fu-sang, and Other Countries Lying East of China, in the Pacific Ocean.
Qanad
Quş qanadı — quşlarda əzələ ilə hərəkət edən uçma orqanı. Həşərat qanadı — həşəratların çoxunda hərəkət edən uçma orqanı. Təyyarə qanadı — Qanadlı raket — pilotsuz idarə olunan uçuş aparatı.
Elşad Abbaszadə
Elşad Abdullayev
Elşad Abdullayev (25 sentyabr 1954, Kürdəmir rayonu) — Hüquq elmləri doktoru, professor, Azərbaycanda Gülərgeyt kimi adlanan Gülər Əhmədova olayının əsas təşkilatçısı. == Həyatı == Elşad Abdullayev 1954-cü il sentyabrın 25-də Kürdəmir rayonunda anadan olub. 1961-ci ildə 1 saylı orta ümumtəhsil məktəbinə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə BDU-nun Hüquq fakültəsinə qəbul olub, 1979-cu ildə isə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. 1985-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının dosenti olmuşdur. 2000-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının professoru olmuşdur. 23 aprel 2004-cü ildə RTA-nın ümumi iclasında Rusiya Dövlət Təhsil Akademiyasının üzvü seçilmişdir. 2005-ci ildə AR Təhsil Nazirinin sərəncamı ilə "Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.
Elşad Allahverdiyev
Elşad Allahverdiyev (27 iyun 1973) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Elşad Allahverdiyev 1994-cü ildə İtaliyada baş tutan Avropa Çempionatını beşinci pillədə başa vurdu. 1995-ci ildə isə Elşad Allahverdiyev İsveçrədə Avropa Çempionatında 11-ci, Birləşmiş Ştatlarda Dünya Çempionatında isə 18-ci pillədə qərarlaşdı. 1996-cı ilin martında Macarıstanda baş tutan Avropa Çempionatını beşinci pillədə başa vuran Elşad Allahverdiyev həmin ilin iyununda Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. Turnirin birinci görüşündə Elşad Allahverdiyev Macarıstan nümayəndəsi Yanos Forins ilə üz-üzə gəldi. Həmin görüşdə Elşad Allahverdiyev rəqibinə 4:0 hesabı ilə qalib gəldi və növbəti mərhələyə adladı. Bu mərhələdə isə onun rəqibi Cənubi Koreya nümayəndəsi Hvan San-O oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Elşad Allahverdiyev rəqibinə 4:5 hesabı ilə məğlub oldu və mübarizəsini təsəlliverici qrupda davam elədi. Bu qrupda onun birinci rəqibi Estoniya güləşçisi Küllö Koiv oldu. Həmin görüşdə Elşad Allahverdiyev rəqibinə 1:5 hesabı ilə məğlub oldu və nəticədə Atlanta Olimpiadasını 14-cü pillədə başa vurdu.
Elşad Ağayev
Elşad Baloğlanlı
Elşad Bayramov
Elşad Bayramov — Quba rayonunun Alpan kəndinin ilk şəhidi. == Həyatı == Elşad Bayramov 1971-ci ilin 29 aprelində anadan olmuşdur. 1988-ci ildə kənd orta məktəbini bitirmiş, bir müddət Sabir adına sovxozda fəhlə işləmişdir. 1989–1992-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmiş və 1992-ci iin iyul ayında Milli orduya yazılmışdır. Elşad şərəfli döyüş yolu keçmişdir. Torpaqlarımızın erməni qəsbkarlarından qorunmasında fədakarlıq göstərmişdir, amma onun bu döyüş yolu çox qısa olmuşdur. 1992-ci ilin sentyabrın 17-də Ağdərə rayonunun Çaldıran kəndi uğrunda gedən ağır döyüşdə şəhid olmuşdur. Cəbhə yoldaşlarından, Xucbala kənd sakini Sərvər Bağırov Elşadın şəhid olduğu anı xatırlayarkən deyir: "Heç ölməli oğul deyildi. O hamıya ürək dirək verirdi. Sentyabrın 17-də səhər saat 5 radələrində gördük ki, Çaldıran kəndi tərəfdən üstümüzə bir dəstə adam gəlir.
Elşad Fərəcullayev
Fərşad Əhmədzadə
Fərşad Əhmədzadə (23 sentyabr 1992, Urmiya) — əslən azərbaycanlı olan İran futbolçusu. Müxtəlif vaxtlarda Traktor Sazi və Persepolis futbol klublarının heyətində çıxış edib. 2012-ci ildə İranın 22 yaşlılardan ibarət milli komandasına çağırılıb. == Kariyerası == Fərşad Əhmədzadə öz karyerasına Tehranın Parseh futbol klubunda başlayıb. 2011–2012-ci il Azadegan liqasında 18 oyunda 2 qol vurub. 2012-ci ilin avqust ayında Persepolis klubu ilə beş illik müqabilə imzalayarıq klubun heyətində çıxış etməyə başlayır. Persepolisin heyətində ilk oyununu 19 dekabr 2012-ci ildə Hazfi kuboku uğrunda klubun Malavan klubunu 6-0 udduğu oyunda edib. Persepolisin heyətində çıxış etdiyi dövrdə iki dəfə İran milli futbol çempionatının və İran Superkubokunun qalibi olub. 2013-cü ilin yayında Əhmədzadə Təbrizin Traktor Sazi futbol klubunda çıxış etməyə başlayır. Bu klubda da çıxış etdiyi vaxt Hazfi kubokunun qalibi olur.