Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Travnik
Travnik (bosn. Travnik, serb. Травник, xorv. Travnik) — Bosniya və Herseqovinada şəhər. Eyniadlı icmanın və Mərkəzi Bosniya kantonunun mərkəzi.
Franck
Franck — Qəhvə, çay və müxtəlif atışdırmalar (qəlyanaltılar) istehsal edən Xorvatiya şirkəti. 1883-cü ildə ortaya çıxan alman transmilli şirkəti Heinrich Franck Söhnenin tərkibində 1892-ci ildə qurulur. İkinci Dünya müharibəsindən əvvəl Franck qəhvə əvəzediciləri istehsal edir. Lakin məhsul çeşidi hazırda xeyli genişlənmişdir:çay, qəlyanaltılar, müxtəlif qatqılar, toz şəkər və ədviyyatlar daxildir. Şirkət 1992-ci ildə özəlləşdirilir. 2015-ci ildə Franck Intersnack ilə ortaqlığa girir və Adria Snack Company Ltd adı altında qəlyanaltıların istehsalı və satışı üçün ortaq bir müəssisə qurulur. 2017-ci ildə şirkət 125 illiyini qeyd edir == Ticarət markaları == === Franck Cafe === Franck sürətli hazırlıq və müxtəlif ləzzətlərlə xarakterizə olunan bir sıra içkilər (dərhal qəhvə və kapuçino) təklif edir. Bu çeşidə daxildir: kapuçino - Classic, Vanilya, Şokolad, Irish Cream, Coconut və ağ şokolad, Jaffa, Winter az şəkərli və kofeini olmayan, habelə Bananaccino və Jagodaccino - uşaqlar üçün isti içkilər; "klassik", "qızıl" və kafeinsiz versiyalarda dərhal qəhvə. Burada üçü birində və ikisi birində olan qəhvələr, kakao (ikisi birində) və soyuq qəhvə (Ice Coffee) == Adria Snack Company Ltd == Adria Snack Company Lt 2015-ci ildə əldə edilmiş razılığa əsasən qurulan Franck və Intersnack-in birgə müəssisəsidir. Tərəfdaşlığın məqsədi ləzzətli qəlyanaltılar sahəsində biznesin inkişaf etdirilməsinə yönəlmiş uzunmüddətli birgə strategiyanın həyata keçirilməsidir.
Frank
Frank — ad. Frank Qorşin — ABŞ aktyoru. Frank Şvalba-Hot — siyasətçi. Digər Frank (musiqi albomu) — Emi Uaynhausun birinci albomu.
Francis Lai
Fransis Ley (fr. Francis Lai; 26 aprel 1932[…], Nitsa, Dənizkənarı Alplar, Fransa – 7 noyabr 2018[…], VIII arondisman, Fransa) — fransız bəstəkarı, "Sevginin tarixi" (1970, ABŞ) filminə görə 1970-ci il musiqi nominasiyasında Oskar mükafatının laureatı. == Həyatı == 26 aprel 1932-ci ildə anadan olub. Estrada müğənnilərini müşahidə etməklə musiqi karyerasına başlayıb. 1960-cı illərin əvvəllərində kino bəstəkarı kimi tanınmağa başlayıb. Klod Leluşla uzun müddət və məhsuldar əməkdaşlığı olub. Edit Piaf, Julyett Qreko, İv Montan, Mirey Matye, Conni Halidey üçün mahnılar yazıb. Bu mahnıları həmçinin Tom Cons, Frenk Sinatra və Ella Fitzgerald oxuyub. Mahnılarının bəzilərini ("Sur notre étoile", "La Rose Bleue") özü ifadə edib.
Vladimir Kramnik
Vladimir Kramnik (rus. Влади́мир Бори́сович Кра́мник; 25 iyun 1975, Tuapse, Krasnodar diyarı) — rus şahmatçısı, qrosmeyster, 2000-ci ildən 2006-cı ilədək Klassik Dünya Çempionu, 2006-cı ildən 2007-ci ilədək Dünya Çempionu. 2000-ci ildə Londonda Harri Kasparova 16 oyunluq bir maçta qalib gəlmişdir. Bu maç FİDE üçün rəsmi dünya çempionatı sayılmasa da ümumi olaraq 2000-ci ildə Kramnik dünya çempionu hesab edilmiş, Kasparov bu maçdan bir qədər sonra 2005-ci ildə şahmatı buraxdığını açıqlamışdır. Olimpiadalarda üç dəfə komanda ilə, üç dəfə isə şəxsi qızıl medal qazanmışdır. Avropa (1992) və Dünya (2013) Komandalar arası Çempionatlarda qızıl medallar qazanmışdır. Kramnik sonuncu Şahmat üzrə Dünya Kubokunun qalibidir (2013). İki dəfə (2000, 2006) Şahmat Oskarına layiq görülmüşdür. Əhəmiyyətli turnirlərdə ilk ən böyük uğuru 1992-ci ildə Manilada keçirilən 33-cü Şahmat Olimpiadasında Rusiya komandasının birinci ehtiyat oyunçusu kimi qızıl medal qazanması olmuşdur. O zaman onun seçilməsi birmənalı qarşılanmamışdı, çünki 16 yaşı vardı və qrosmeyster deyildi, lakin bu seçimi Harri Kasparov dəstəklədi.
AMİ Frankı
Albaniya frankı
Albaniya frankı — Əhməd Zoğunun dövründə Albaniya Respublikasında və Albaniya Krallıöında istifadə olunan, 5 lekin köhnəlmiş versiyası olan valyutadır. Frank Albaniyada 1926-cı ildən 1939-cu ilə qədər istifadə edilmişdir.
Artemio Franki
Artemio Franki (22 yanvar, 1922 - 12 avqust, 1983) - İtaliyanın məşhur idman funksioneri == Həyatı == İtaliyanın məşhur idman funksionerlərindən Artemio Franki öz istedadını nəinki Apennin miqyasında eləcə də, beynəlxalq arenada göstərə bilmişdi. Bir müddət "Fiorentina"da çalışan təşkilatçı tədricən renomesini artıraraq, ölkənin yuxarı futbol dairələrinə doğru voyajına start verir. Federasiyanın rəhbərliyinə kimi qalxan Frankinin səriştəsi onun FİFA-nın vitse-prezidenti seçilməsini təmin edir. 1973–1983-cü illər arasında UEFA başqanı vəzifəsində çalışan futbol xadiminin uzun müddət Avropanın ali qurumuna rəhbərlik edəcəyi təxmin edilirdi. Lakin Frankinin avtoqəza nəticəsində dünyasını dəyişməsi bütün perspektivlərin üstündən xətt çəkdi. Onun kalço qarşısındakı əvəzsiz xidmətləri bü gün hamı tərəfindən qəbul edilir. 1960-cı illərin ortası italyan futbolunun dirçəməsi istiqamətindəki görülən layihələr ilk növbədə Frankinin personası ilə əlaqələndirilir. O zaman İFF prezidenti Avropa çempionatının ölkəsində keçirilməsini təmin etmiş, "Squadra Azzurra"nın beynəlxalq imicini bərpa etməsinə nail olmuşdu. Hal-hazırda İtaliyanın 2 stadionu - Florensiya və Sienada yerləşən arenalar onun adını daşıyır. Bununla yanaşı Apennində yerləşən bir çox idman qurğuları, məktəblər əfsanəvi prezidentin tarixi xidmətlərinin maddi daşıyıcısı kimi mövcuddurlar.
Burundi frankı
Burundi frankı (Fransızca: franc burundais; ISO 4217: BIF) - Burundidə istifadə edilən rəsmî pul vahididir. 1 Burundi frankı 100 sentimoya bərabərdir. Ancaq müstəqillik illərindən bu yana sentimo dövriyyəyə buraxılmır. Burundi frankı Burundi Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır. 6 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Burundi frankı = 0.000595760 ABŞ dolları.
Cibuti frankı
Cibuti frankı (ISO 4217 : DJF) — Cibutidə istifadə edilən rəsmî pul vahididir. Cibuti Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır. 1 Cibuti frankı 100 sentimoya bərabərdir. 10 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Cibuti frankı = 0.00567730 ABŞ dolları.
Fransa Frankı
Fransa frankı (Fransızca: franc français) Fransada işlədilən qədim pul vahididir. Fransa frankı ₣ və ya F hərifi ilə işarə edilir. 2002-ci ildə Fransa pul vahidinin avroya dəyişməsilə istifadəsi dayandırılmışdır. Fransa ilə yanaşı Andorra, Monako və Fransız Polinezyasında da istifadə olunub. Fransız frankı dünyada rezerv pul olaraq işlədilirdi. ABŞ dolları, Alman markı, İngilis sterlinqi və Yapon Yeninindən sonra 5-ci yeri tuturdu.
Komor frankı
Komor frankı — Komor adaları dövlətinin pul vahididir. Bir Komor frankı 100 santimə bərabərdir. Pul vahididin beynəlxalq işarəsi — KMF-dir. 1 yanvar 2003-cü ilə qədər valyutaların Ümumrusiya təyinedicisində Komor adaları frankı adlanırdı. Pul dövriyyəsində 10000, 5000, 2500, 2000, 1000 və 500 nominallı frank əsginaslarından və 250, 100, 50, 25, 10 və 5 nominallı frank sikkələrdən istifadə edilir. 2003-cü ilin başlanğıcında 1 ABŞ dolları 522,7 Komor frankına bərabər idi. == Əsginaslar == Dövriyyədə 2005-2006-cı il buraxılışlı 500, 1000, 2000, 5000 və 10000 frank nominallı əsginasları görmək olar. Köhnə — 1976 və 1986-cı il buraxılışlı əsginaslar ödəmə vasitəsidir və köhnəlmə müddətində dövriyyədən götürülür. == Valyuta məzənnəsi rejimi == Frankın məzənnəsi 491,96775:1 nisbətində avro (ISO 4217 kodu — EUR) ilə əlaqəlidir..
Kristina Franiç
Kristina Franiç (d. 22 may 1987; Split, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Kristina Franiç Xorvatiya 2012 Yay Olimpiya Oyunlarında Xorvatiya milli futbol komandasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Qranik döyüşü
Qranik döyüşü - e.ə. 334-cü ildə Makedoniyalı İskəndərlə Dara arasında ilk döyüş. Qranik çayı sahilində baş vermiş döyüşdə İskəndər Kiçik Asiya satrapının ləng hərəkət muzdur döyüşçü lərini məğlub etmişdir. Döyüşdən sonra makedoniyalılar xeyli qənimət əldə etmiş və Anadolunun içarilərinə doğru irəliləmişdir. Və bu döyüşdə Dara həlak olur İskəndər qalib gəlir.
Ruanda frankı
Ruanda frankı (ing. Rwanda Franc, fr. Franc rwandais) — Ruandanın pul vahididir və 1 Ruanda frank 100 santimə bərabərdir. Ruanda Almaniyanın əsarətindən Belçika əsarətinə keçidindən sonra 1916-cı ildən 1960-cı ilə qədər Şərqi Afrika rupisindən imtina etdi. Ruandanın və Burundinin frankı əvəz edilmiş şəkildə Belçika Konqosu frankı ilə əvəz olundu. Sonda — 1964-cü ildə Ruanda və Burundi üçün vahid valyuta kimi Ruanda frankı mübadiləyə daxil edildi. Mübadilədə 1, 5, 10, 20, 50 və 100 frank nominallı sikkələrdən istifadə olunur. Dövriyyədə müxtəlif nominallı: müxtəlif buraxılış illərinə məxsus 500, 1000, 2000 və 5000 nominallı Ruanda frankına rast gəlmək olar. 2004-cü ilə qədər buraxılmış bütün əsginaslar 1 yanvar 2010-cı il tarixindən ləğv edilmişdir.
Tobias Franek
Tobias Franek (29 iyul 1996) — Avstriyalı peşəkar kişi BMX velosipedçisi. Tobias Franek Avstriyanı beynəlxalq yarışlarda təmsil edir. Tobias Franek 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 34.356 saniyəlik nəticəsi ilə 76-cı yeri tutdu.
Xraçik Babayan
Xraçik Babayan (1 avqust 1996) — Ermənistanlı atıcı. Xraçik Babayan Ermənistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Xraçik Babayan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 621.5 xal toplayaraq 24-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
İsveçrə frankı
İsveçrə frankı (valyuta kodu ISO 4217 CHF və ya 756) — İsveçrə və Lixtenşteynin qanuni ödəniş vasitəsi. Bernard Lescaze, Une monnaie pour la Suisse. Hurter, 1999. ISBN 2-940031-83-5 Michel de Rivaz, The Swiss banknote: 1907–1997. Genoud, 1997. ISBN 2-88100-080-0 H. U. Wartenwiler, Swiss Coin Catalog 1798–2005, 2006. ISBN 3-905712-00-8 Otto Paul Wenger, Введение в нумизматику, журнал банка Кредит Свисс, август 1978 (fr.). Swissmint, 150 лет швейцарских монет: короткий исторический экскурс Arxivləşdirilib 2005-09-01 at the Wayback Machine. (ing.) Swissmint, Чеканка швейцарских монет с 1850 года, 2000.
Frank Dreyk
Frank Donald Dreyk (ing. Frank Donald Drake; 28 may 1930[…], Çikaqo, İllinoys – 2 sentyabr 2022, Aptos[d], Kaliforniya)- amerikalı astronom. == Həyatı == Çikaqoda anadan olub, Kornel Universitetinin elektronika fakültəsində təhsil alıb. Məşhur astronom Otto Struverin planet sistemlərinin yaranması haqqında olan mühazirələrini dinlədikdən sonra, onda digər planetlərdə həyat və sivilizasiyalara maraq oyandı. ABŞ hərbi dəniz donanmasında vəzifəsini yerinə yetirdikdən sonra o, ardıcıl olaraq Milli Radio Astronomiya Rəsədxanasında, Kornell və Kaliforniya universtetlərinde işləməyə başladı. Struve Dreykin dəstəyi ilə NRAO əsasında ("Ozma" layihəsi) 28 metrlik radio teleskop tikintisini təşkil etdi — dünyanın ilk, digər planetlərdə həyatın olub-olmamasını müəyyən etmək üçün qurulan, ölçü və qeyd cihazı. "Dreyk tənliyinin" yaradıcısıdır.
Frank Dövləti
Frank imperiyası və ya Frank dövləti (ing. Francia ya Frankia); (lat. regnum Francorum) — orta əsrlərdə yaranmış dövlət. 481-ci ildə Hlodviq tərəfindən yaradılıb. Çiçəklənmə dövrü Böyük Karlın dövrü olub. == Haqqında == 486-cı ildə Şimali Qalliyada frank işğalları nəticəsində Frank krallığı meydana gəlib, onun da başında salik (sahilboyu) frankların başçısı, Merovey nəslindən olan Xlodviq (486–511) durub. Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa girib. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi. 486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub edib. Xlodviq Qalliya torpaqlarını döyüşçülərinə və müttəfiqlərinə paylayıb.
Frank Kessye
Frank Yannik Kessye (fr. Franck Yannick Kessié; 19 dekabr 1996) — Fildişi Sahilili peşəkar futbolçu. "Barselona" klubunun və Fildişi Sahili milli komandasının yarımmüdafiəçisi . == Klub karyerası == Frank 2010-cu ildə yerli "Stella d Adjame" klubunun uşaq komandasında futbola başlayır. Klubun əsas komandasına 2014-cü ildə qoşulur. 2015-ci ildə İtaliyaya yollanaraq "Atalanta" klubu ilə müqavilə imzalayır. Gənc Frank 26 Avqustda "Çezena"ya bir mövsümluk icarəyə verilir. "Çezena"nın heyətində 26 sentyabrda B Seriyasında "Peruca"ya qarşı oyunda debut edir. . 2016/17 mövsümündən əvvəl "Atalanta"ya qayıdır. 21 avqust 2016-cı ildə A Seriyasında "Latsio" klubuna qarşı oyunda debut edir.
Frank Lampard
Frenk Ceyms Lempard (20 iyun 1978[…], Romford[d], Böyük London) — keçmiş peşəkar futbolçu. Futbolçu kimi, "Çelsi" klubunun bütün zamanlar üzrə ən yaxşı oyunçularından biri sayılmaqla yanaşı, o həm də öz dövrünün ən yaxşı yarımmüdafiəçilərindən hesab olunur.
Frank Miller
Frenk Miller (27 yanvar 1957[…], Olney[d], Merilend) — amerikalı komiks rəssamı və yazıçısı. Onun müəllifi olduğu komikslərə "Daredevil: Born Again", "The Dark Knight Returns", "Batman: Year One", "Sin City" və "300" daxildir. Miller noir və manqa üslublu komiksləri ilə tanınır. == Həyatı == Miller 27 yanvar 1957-ci ildə ABŞ-nin Merilend ştatında anadan olub. Uşaqkən həyatını komikslərin içində keçirib. Vaxtının çoxunu qorxu romanları və komikslər oxumağa sərf edirdi. Komiks yazmağa başlayanda vəziyyəti o qədər də ürəkaçan deyildi. == Karyerası == İlk hekayəsi 1977-ci ildə "Alatoran bölgəsi" (The Twilight Zone) adlı komiks jurnalında yayımlandı. 1979-cu ildə "Darevil"i yazmağa başlayanda diqqətləri öz üzərinə çəkdi. "Darevil"ə münasibət müxtəlif cür oldu.
Frank Norris
Bencamin Franklin Norris (ing. Benjamin Franklin Norris; 5 mart 1870[…], Çikaqo, İllinoys – 25 oktyabr 1902[…], San-Fransisko, Kaliforniya) — Amerikan yazıçısı, jurnalisti və romançısı. == Həyat və fəaliyyəti == Frank Norris 5 mart 1870-ci ildə İllinoys ştatının Çikaqo şəhərində anadan olmuşdur. Onun atası Çikaqolu biznesmen Bencamin, anası Qertrude Qlorvina Doqqet isə olmuşdur. 1890-cı ildə Berkli Kaliforniya Universitetinə daxil olmuş, 1894-cü ildə oranı bitirmişdir. Yaradıcılığında fransız yazıçısı Emil Zolyanın təsiri olmuşdur. 1892-ci ildə romantik poemaları "İnterval, Feodal Fransası nağılı" (ing. Yvernell, A Tale of Feudal France" romantik poemasını nəşr etdirmişdir. "Vandover və heyvan" (1895; nəşri 1914), "Maktiq" (1893-1897, nəşri 1899) romanlarında Amerika həyat tərzi tənqid olunur. Yaradıcılığının zirvəsi sayılan "Qaniçən" (1901, tamamlanmış "Taxıl eposu" trilogiyasının 1-ci hissəsi) tarixi romanında amerikan xalqının imperialist inhisarlara qarşı mübarzəsi təsvir olunur.
Frank Oyarand