İlya Frank
İlya Mixayloviç Frank (10 (23) oktyabr 1908, Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası – 22 iyun 1990[…], Moskva) — sovet fiziki. SSRİ Elmlər Akademiyasının akademiki (1968), Nobel mükafatı laureatı (1958), İki Stalin mükafatı (1946, 1953) və SSRİ Dövlət mükafatı (1971) laureatı.
1908-ci il 23 oktyabrda Sankt-Peterburqda riyaziyyatçı (sonralar professor) Mixail Lüdviqoviç Frank və Nijni Novqoroddan Sankt-Peterbura köçmüş tibb bacısı (sonralar pediatriya həkimi olan) Yelizaveta Mixaylovna Frankın (qızlıq soyadı Qratsianova) ailəsində anadan olub. İlya Frankın atası Moskva şəhərinin məşhur yəhudi ailəsindən idi — onun babası Moisey Mironoviç Rossiyanski 19-cu əsrin 60-cı illərində Moskvada yəhudi icmasının qurucularından biri olmuşdu. İlya Mixayloviçin babası Lüdviq Semyonoviç Frank (1844–1882)- Moskva Universitetinin 1872-ci il məzunu, 1863-cü il Polşa üsyanı zamanı Vilna quberniyasından Moskvaya köçmüşdür. Hərbi həkim kimi 1877–1878-ci illər Rusiya-Türkiyə müharibəsində iştirak etmiş və Müqəddəs Stanislav və Zadəganlar ordeni ilə təltif edilmişdir. Atanın qardaşı (İlya Mixayloviç Frankın əmisi) — rus dini filosofu Semyon Lüdviqoviç Frank; digər qardaşı rəssam, heykəltaraş, səhnə tərtibatçısı və kitab illüstratoru Leon (Lev Vasilyeviç) Zak (təxəllüsü Leon Rossiyanski, 1892–1980), 1910-cu illərdə eqo-futurist hərəkatının ideoloqlarından biri (poetik təxəllüsü Xrisanf ilə) idi. Ana tərəfdən babası Mixail Yakovleviç Qratsianov məmur idi. Nənəsi, Olqa Petrovna, mənəvi bir ailədən gəlmişdi. Onun atası keşiş Petr Makaroviç Krasovski "Adi insanlar üçün təlimlər" kitabının müəllifidir.