Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hakaton
Hakaton (ing. Hackathon) — haker neologizmi, proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Sözün mənşəyi ingiliscə "hack" və "marathon" sözləri ilə bağlıdır və "haker marafonu" mənasını verir. Hakatonun əsas məqsədi keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hakerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlama və yeni biliklər qazanmalarına şərait yaratmaqdır. == Azərbaycanda == Hakaton hərəkatı Azərbaycanda əvvəli "Baku Google Technology User Group" ilə birgə həyata keçirilmiş, sonra sərbəst fəaliyyətə keçək "Hackathon Azerbaijan" adlı layihə ilə təmsil olunur. Layihənin əsas məqsədi yerli proqramçı və texnologiya həvəskarlarının öz biliklərini yoxlama, bir-birləri ilə yarışma, yeni və praktiki biliklər qazanmasını təmin etməkdir. Bu layihə çərçivəsində aşağıdakı istiqamətlərdə yarışma və olimpiadaların təşkili nəzərdə tutulur: İnformasiya təhlükəsizliyi; Android proqramlaşdırma; Windows Mobile proqramlaşdırma; Veb proqramlaşdırma; Veb təhlükəsizlik; Chrome üçün proqram əlavələrinin yazılması; Google API. IoT — Əşyaların İnterneti Game Jam — 3D oyun proqramlaşdırması Aquahack — Su mövzusunda keçirilən hakaton Təşkil olunan yarışma və olimpiadalarda qaliblərə qiymətli hədiyyələr verilir. Azərbaycanda Hakatonlar keçirildikdən sonra bir çox dəyişikliklər hiss edilməyə başlandı. Bunlara nümunəolaraq ilk Android Hakatonlardan sonra yaradılmış mobil tətbiqlər, 3D oyunlar, yaradıcı qruplar, şirkətlərin yaradılmasını göstərmək olar.
Haqatna
Haqatna (camorra dili Hagåtña [həˈɡɑtɲə], əvvəllər Аqanya, ingilis və ispan dillərində Agaña /əˈɡɑːnjə/) — şəhər, Quam adasının inzibati mərkəzi . Şəhər adanın qərb sahilində yerləşir. Əhalisi təqribən 1100 nəfərdir (2000-ci il). == Tarixi == Camorralıların burada ilk məskəni bizim eranın təqribən 500-cü ilində salınıb. 1668-ci ildə ispanlar yaşayış məskəni salırlar və adada ilk katolik kilsəsi inşa edirlər. 1898-ci ildə İspan-Amerika müharibəsindən sonra Filippin və Quam ABŞ-nin nəzarətinə keçir. 1940-cı ildə şəhərin əhalisi 10 min nəfərə çatır və ada əhalisinin yarısını təşkil edir. 8 dekabr 1941-ci ildə Quam Yaponiya tərəfindən işğal edilir. 1944-cü ildə onun azad edilməsində Aqanya ABŞ bombardımanından ciddi şəkildə dağılır və əhalinin çoxu adanın digər hissələrinə köçürlər. == İqtisadiyyatı == İqtisadiyyatının əsasını turizm təşkil edir, turistlərin 90 % yaponlar təşkil edir.
Balaton gölü
Balaton gölü— Macarıstanın Transdanubian regionunda yerləşən şirin sulu göldür. Mərkəzi Avropanın ən böyük gölü olmaqla yanaşı, regionun əsas turizm mərkəzlərindən hesab edilir. Gölü su axını ilə əsasən Zala çayı təmin edir və göldən yalnız Şio çayı başlanğıc götürür. Düzənlik cənub sahilləri kurort şəhərləri kimi tanındığı halda, şimal sahillərinin dağlıq regionları tarixi və əsas şərabçılıq regionları kimi tanınır. Balıqçılıq yaxşı inkişaf edib. Göl gəmiçiliyə yararlıdır. == Adı == Göl Macar dilində sadəcə olaraq Balaton kimi məlumdur. Adın yaranmasına çox güman ki, Slavyanca "palçıq" və ya "bataqlıq" mənasını verən blato sözü təsir göstərib (sloven. Blatno jezero, slovak. Blatenské jazero).
Cuzi Malato
Cuzi Malato (9 iyul 1971, Kataniya, Siciliya) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Cuzi Malato, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu.
Erlinq Haland
Erlinq Holann (21 iyul 2000, Lids, Birləşmiş Krallıq) — Premyer Liqada çıxış edən "Mançester Siti" və Norveç milli komandasında hücumçu kimi oynayan norveçli peşəkar futbolçu. Dünyanın ən yaxşı oyunçularından biri hesab edilən Holann sürəti, gücü, mövqe tutması və cərimə meydançasında finişi ilə tanınır. Holann Premyer Liqada debüt etdiyi mövsümdə 36 qol ataraq bir oyunçunun bir mövsümdə vurduğu ən çox qol rekordunu qırıb. Holann karyerasına Norveçin "Brune" və "Molde" klubları ilə başlayıb. O, 2019-cu ilin yanvarında Avstriyaya köçərək "Red Bull Salzburg" klubuna qoşulub. Bu klubdakı çıxışları ona Bundesliqada çıxış edən "Borussia Dortmund" klubuna keçid qazandırıb. 2022-ci ilin yayında o, 60 milyon avro (£51,2 milyon) qarşılığında "Mançester Siti" klubuna tranfer edilib. O, həmin il bütün yarışlarda atmış olduğu 52 qol ilə ən çox qol vuran Premyer Liqa oyunçusu olmuşdur. Holan həmçinin Liqanın "gənc oyunçusu" və "mövsümün oyunçusu" seçilib və eyni ildə hər iki mükafatı qazanan ilk oyunçu olub. Holann karyerası boyu bir neçə fərdi mükafat qazanıb və müxtəlif rekordlar qırıb.
Balaton gölü əməliyyatı
Balaton gölü əməliyyatı (alm. Plattenseeoffensive‎) — II. Dünya Müharibəsi zamanı Şərq Cəbhəsində baş verən son Alman döyüş hücumudur. Əməliyyat Macarıstan ərazisinin cənub-qərb hissəsində 6–16 mart 1945-ci il tarixləri arasında icra edilmişdir. Əməliyyat Almanca Plattensee Hücumu, Rusca Balaton Müdafiə Hərəkatı və İngiliscə Balaton Gölü Hücumu kimi tanınır. Hazırlıqları böyük bir gizlilik içində davam etdirilən döyüş, 6 mart 1945-ci ildə Balaton gölü yaxınlığında başlanılıb. Bölgə Rumıniya nefti itirildikdən sonra Almaniyanın neft ehtiyacını təmin edən son region olması səbəbindən çox əhəmiyyətli idi.
Halat toppuztikan
Halal toppuztikan (lat. Echinops ossicus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 60–80 sm, gövdəsi ağımtıl keçəli, kifayət qədər nazik, şırımlı, düz və ya əsasından yüksələn, sadə və ya çox vaxt budaqlanan çoxillik ot bitkisidir. Yarpaqları kifayət qədər yumşaq, oturaq, yarımgövdə həcmini artıran olub, dəyirmi qulaqcıqlıdır, uzunsov, oyuqlu lələkvari kəsilmiş və ya üçkünclü və ya yumurtaşəkilli hissələri və bölümləri olan, nazik tikanlarla qurtaran lələkvari bölümlüdür, kənarları tikanlı kirpiklidir, üst tərəfdən yaşıl səpələnmiş qısa tüklü və vəziciklidir, alt tərəfdən sıx ağımtıl keçə tüklüdür; yuxarı yarpaqları tikanaoxşar dişlidir. Başcıq şarşəkillidir, diametri 3–4 sm-dir. Qının genişlənmiş yarpaqcıqları düz sonluğu ilə sivriləşmişdir, kənarları daraqlı kirpiklidir, onlardan lap aşağıdakılar bir qədər qısa saplaqlı vəziciklidir. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), Kür düz., KQ şimal, KQ mərkəzi, Nax. dağ., Lənk. dağ.
Erlinq Braut Haland
Erlinq Holann (21 iyul 2000, Lids, Birləşmiş Krallıq) — Premyer Liqada çıxış edən "Mançester Siti" və Norveç milli komandasında hücumçu kimi oynayan norveçli peşəkar futbolçu. Dünyanın ən yaxşı oyunçularından biri hesab edilən Holann sürəti, gücü, mövqe tutması və cərimə meydançasında finişi ilə tanınır. Holann Premyer Liqada debüt etdiyi mövsümdə 36 qol ataraq bir oyunçunun bir mövsümdə vurduğu ən çox qol rekordunu qırıb. Holann karyerasına Norveçin "Brune" və "Molde" klubları ilə başlayıb. O, 2019-cu ilin yanvarında Avstriyaya köçərək "Red Bull Salzburg" klubuna qoşulub. Bu klubdakı çıxışları ona Bundesliqada çıxış edən "Borussia Dortmund" klubuna keçid qazandırıb. 2022-ci ilin yayında o, 60 milyon avro (£51,2 milyon) qarşılığında "Mançester Siti" klubuna tranfer edilib. O, həmin il bütün yarışlarda atmış olduğu 52 qol ilə ən çox qol vuran Premyer Liqa oyunçusu olmuşdur. Holan həmçinin Liqanın "gənc oyunçusu" və "mövsümün oyunçusu" seçilib və eyni ildə hər iki mükafatı qazanan ilk oyunçu olub. Holann karyerası boyu bir neçə fərdi mükafat qazanıb və müxtəlif rekordlar qırıb.