Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hangul
Hanqıl (kor. 한글 Hangeul, Cənubi Koreyada), (kor. 조선글 Chosŏn'gŭl, Şimali Koreyada)- Koreya əlifba sistemidir. Koreya əlifbası, loqoqrafik Çin simvolları olan Hancadan tamamilə ayrı əlifbadır. Koreya əlifbası XV əsrin ortalarında Coson krallığı zamanı yaradılmış və hazırda həm Şimali Koreya və həm Cənubi Koreyanın rəsmi əlifbadır. == Koreya yazısı == Koreya dilində mətnlərin yazılışında istifadə olunan fonetik hərfi-hecalı yazı. Koreyada bir neçə yazı sistemindən istifadə olunmuşdur. 1444-cü ildə hökmdar Böyük Seconun təşəbbüsü ilə hazırlanmış və 1446-cı ildən dövlət əlifbası kimi (çon əlifbası adlandırılmışdır) təsdiqlənmişdir. Müasir Koreya əlifbası 40 qrafemdən ibarətdir.
Hanium
Hassium (Hs) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 108-ci element. Element haqqında ilk etibarlı məlumat 1984-cü ildə Dubnada və bundan asılı olmayaraq Almaniyanın Qessen federal torpağında Darmştadt şəhəri yaxınlığında ağır ionların tədqiqatı laboratoriyasında alınmışdır. Bu qədim alman knyazlığının latınca adı Hassia idi və elementin də adı buradan götürülüb. Bu elementin də adında dolaşıqlıq var idi (əvvələr onu qanium adlandırırdılar).
Rankuh
Rankuh — İranın Gilan ostanında yerləşən şəhər.
Hallux
Hallux rigidus – ayağın IMTF oynaq yarığının daralması ilə bağlı hərəkət məhdudluğu və ya hərəkətsizlik. X-ray – OA mənzərəsi yaranır. PA-dan fərqli olaraq iltihab əlamətləri daha zəifdir. valgus – ayağın I barmağının tışa doğru əyilməsi.
Hanau
Hanau, Almaniya'nın Hessen vilayətinin bir şəhəridir. Qrimm qardaşları bu şəhərdə anadan olublar.Hessen vilayətinin 88 min nəfərlik nüfusu ilə altıncı böyük şəhəridir. == Əhali == Şəhər əhalisi 88.637 nəfərdir. Əhalinin 20% müxtəlif xalqlardır.Əsası isə Türkiyəli işçilərdi. == Qardaşlaşmış şəhərlər == Nöyi-sür-Sen, Fransa Yaroslavl, Rusiya == Şəkillər == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Hanau ilə əlaqəli mediafayllar var.
Handu
Handu-Arsakda qala adı. == Toponomik izahı == Şimali Qafqazda Anttübə (anttəpə) təpə adı ilə mənaca eynidir. Qədim türk dillərində anta, anda, andit- "izləmək", "keşik çəkmək" sözündəndir. Anta, anda dedikdə qaraulxana nəzərdə tutulur. Keçmişdə antalar (andalar) müəyyən bir ölkənin, əyalətin, elin (tayfanın) məskunlaşdığı ərazinin sərhədlərində gecələr keşikçilərin durduğu təpə yerlər idi. Keşikçi məntəqələri adlarındandır. Anta-(anda) sözündən düzəlmiş toponimlərin ( yaşayış məntəqə, dağ və təpə adlarının) qədim tarixi vardır. E.ə. VIII əsrdə Urartu çarının bir qaya yazısında Andamaniv və həmin əsrdə Cənubi Azərbaycan ərazisində Qızılüzən çayının hövzəsində Andia yaşayış məntəqə adları məlumdur. Şərqi Anadoluda Fərat çayının yuxarı axınında, onun sol sahilində Andit kənd, Şimali Qafqazda Stavropol quberniyasında Andi-Aqigöl və Andçay, Dağıstanda Andi dairə adı, And göysu çayının adı və Qunib dairəsində Andi kəndi.
Hallux valgus
Hallux valgus — Latınca tıbbi termin olub, baş ayaq barnağında olan deformasiya ya əyrilik, çəplik deməkdir. (lat. hallux — baş ayaq barmaq; lat.
Ophiophagus hannah
Adi kral kobrası (lat. Ophiophagus hannah) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin aspidlər fəsiləsinin kral kobrası cinsinə aid heyvan növü. Dünyanın ən uzun zəhərli ilan növüdür. Uzunluğu 6,7 m, kütləsi isə 9 kiloqrama qədər ola bilir. Bu növ Cənub-Şərqi Asiyadan Hindistana qədər çox geniş bir arealda yayılmışdır. Bu ilanların qidasını əsasən pitonlar və hətta öz növlərinin kiçikləri də daxil olan ilanlar təşkil edir. Kral kobralar mərcan ilanı (lat. Micrurus), tikanlı ilan (lat. Acanthophis) və qara mamba (lat. Dendroaspis polylepis) ilə birlikdə aspidlər fəsiləsinin ən çox öyrənilmiş dörd növündən biridir.
Sancuh (Sərdəşt)
Sancuh (fars. ‎سنجوه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 448 nəfər yaşayır (90 ailə).
Hanlin Akademiyası
Hanlin Akademiyası (çin. 翰林院) ― VIII əsrdə Tan sülaləsinin imperatoru Hsüançunq tərəfindən Çanqanda qurulmuş akademik və inzibati ali təhsil müəssisəsi idi. Akademiyaya üzvlük saray üçün katiblik vəzifələri yerinə yetirən elit bir qrup alimlə məhdudlaşırdı. Onun əsas vəzifələrindən biri Çin klassiklərinin təfsirinə qərar vermək idi. Bu, hökumət bürokratlarının daha yüksək səviyyəli dövlət vəzifələrinə çatmaq üçün keçməli olduğu imperiya imtahanlarının əsasını təşkil etdi. Sarayda işləyən rəssamlar da akademiyanın üzvü idi. Min sülaləsi dövründə, 1407-ci ildə akademiya nəzdində Tərcüməçilər Bürosu yaradılmışdı. Bu büroda tunqus, monqol, koreya, ryükyü, yapon, tibet, fars, Vyetnam, Myanmar dillərini öyrənən şöbələr təşkil edilmişdi. Daha sonra bu büroya Qədim Uyğur dili və Sanskrit şöbələri də əlavə edildi. 1511 və 1579-cu illərdə Lao və Tay dilləri əlavə edildi.
Aşina Anluo
Amrak xaqan - Taspar xaqanın oğlu idi. Qurultay tərəfindən xaqan seçilmişdi. Lakin elə həmin il İşbara xaqanın lehinə taxta iddia etməkdən əl çəkdi. == Həyatı == Amrak xaqan VI əsrdə hökm sürmüş Göytürk yabqusu və xaqanıdır. Hakimiyyət dövrü çox qısadır. Siyasi təzyiqlər onu xaqanlıqdan öz xoşu ilə əl çəkməyə məcbur etmişdir. Amrak şəxsi adıdır, xaqanlıq adı bilinməməkdədir. Çin qaynaqlarında adı Anluo Xaqan deyə keçməkdədir. Amrakın atası Taspar xaqan imperiyanın dördüncü xaqanı idi. Amrak 581-ci ildə atasının ölümü ndən sonra taxta keçdi.
Haluk Bilginer
Nihat Haluk Bilginer (5 iyun 1954, İzmir), Türk aktyor ve teatr direktoru.
Haluk Levent
Haluk Levent, (26 dekabr 1968, Adana) — Türk rok ifaçısı. == Həyatı == Adananın Yüreğir mahalındakı yamaclı məhəlləsində doğulmuşdur. Doqquz qardaşın səkkizincisi olan Haluk Levent, ailəsinin Nusayri olduğunu söyləmişdir.
Haluk Ləvənt
Haluk Levent, (26 dekabr 1968, Adana) — Türk rok ifaçısı. == Həyatı == Adananın Yüreğir mahalındakı yamaclı məhəlləsində doğulmuşdur. Doqquz qardaşın səkkizincisi olan Haluk Levent, ailəsinin Nusayri olduğunu söyləmişdir.
Naotake Hanyu
Naotake Hanyu (d. 22 dekabr 1979) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 17 oyun keçirib.
Ahmet Haluk Dursun
Əhməd Haluk Dursun (türk. Ahmet Haluk Dursun; 1957, Hereke[d], Kocaeli ili – 19 avqust 2019, Ərciş, Van ili) — Türk tarixçisi və bürokratı. == Təhsili və akademik karyerası == Əhməd Haluk Dursun Qalatasaray liseyini bitirib. İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Türkiyə Cümhuriyyətinin Yeni dövr və Tarix bölməsinindən məzun olub. Bundan sonra Mərmərə Universiteti Atatürk Təhsil fakültəsində işə başlayıb. Mərmərə Universitetində müasir dövrün tarixi üzrə magistr və doktorluq dərəcələrinə yiyələnib. == Vəzifələri == İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət A. Ş. Ümumi Müdir müşaviri olaraq Miniatürk Proyektinin hazırlanmasında vəzifə almış, Daxili İşlər Nazirliyi tərəfindən Türkiyə Turing və Avtomobil Təşkilatının İdarə heyəti üzvlüyünə təyin edilmiş, 2005–2006-cı illər ilə 2011-ci illər tarixlərində eyni təşkilatda prezident Vekilliyi vəzifəsini icra etmişdi. 2007-ci ildə İstanbul İl Mədəniyyət və Turizm Müdir Köməkçisi vəzifəsini icra etmişdi. 2006–2012-ci illərdə Ayasofya Muzeyinin prezidenti, 2009–2011-ci illərdə Ayasofya Muzeyinin direktoru vəzifələrində çalışmışdır. 2012-ci ilin iyul ayından etibarən 2014-cü ilin ortalarına qədər Topqapı Sarayı Muzeyinin direktoru təyin edilmişdi.
Hanyu Shuiping Kaoshi
Hanyu Shuiping Kaoshi (HSK; Çincə: 汉语水平考试), Çin dili səviyyəsi imtahanı olaraq tərcümə edilir, xarici tələbələr və xaricdəki Çinlilər üçün standart Çin (Mandarin Çin növü) dil biliklərinin standart imtahanıdır. İmtahan Çin Xalq Respublikası Təhsil Nazirliyinin bir qurumu olan Hanban tərəfindən aparılır. == Tarixi == HSK imtahanı ilk dəfə ÇXR-də 1990-cı ildə keçirilmişdir. Bir il sonra bir neçə xarici ölkədə keçirildi. TOEFL-in Çin ekvivalenti olan bu imtahanın nüfuzu dünyada durmadan artır. 2005-ci ildə Beynəlxalq Çin Dili Öyrənmə Cəmiyyətinin Yeddinci Konqresinin İkinci Plenar iclasında, ÇXR Xaricdə Tanıtma üzrə Dövlət Departamentinin (Hanban) Baş Katibi Xu Ling HSK imtahanını sadələşdirmək və populyarlaşdırmaq üçün islahatlar aparmağa başladı. 2009-cu ildə yeni imtahanın qurulması başa çatdı və 2010-cu ilin martından etibarən dünyada yeni HSK imtahanı keçirilməyə başladı. 2009-cu ilin sonunda dünyanın 41 ölkəsində HSK ixtisas imtahanı üçün 106 imtahan mərkəzi fəaliyyət göstərirdi. 2010-cu ilin əvvəlinə qədər onu keçən əcnəbilərin ümumi sayı 1 milyonu keçdi. 2010-cu ildən bəri dünya Konfutsi İnstitutları sisteminə HSK imtahanını vermək hüququ verilmişdir.
Şükrü Haluk Akalın
Şükrü Haluk Akalın (22 yanvar 1956, Adana) — 15 aprel 2001-ci ildən 12 yanvar 2012-ci il tarixinə qədər Türk Dilləri Dərnəyinin prezidenti vəzifəsini icra etmişdi. Qurumda keçirilən mətbuat konfransında Akalın vəzifəsindən könüllü olaraq xitam verildiyini və Hacettepe Universitetində müəllim vəzifəsinə qayıtdığını bildirdi. İlk və orta təhsilini Adanada bitirdikdən sonra İstanbuldakı liseydə təhsilini davam etdirmişdi.. Orta məktəb illərində Son Havadis və Yeni İstanbul qəzetlərində müxbir olaraq çalışmışdır. 1979-cu ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsinin "Türk dili və ədəbiyyatı" şöbəsini bitirdikdən sonra doktorantura təhsilini eyni şöbədə davam etdirmişdi. 1987-ci ildə doktorluq dissertasiyasını Saltuk-adı I (İcmal — Mətn) adlı tezisi ilə almışdır. 1989-cu ildə Çukurova Universiteti Fən-Ədəbiyyat Fakültəsi "Türk dili və Ədəbiyyatı" kafedrasına dosent təyin edildi. Eyni bölmədə 1990-cı ildə Türk Dili dosenti və 1996-cı ildə professorluq adını qazanmışdı. Çukurova Universitetində Türk dili kafedrasının müdiri vəzifəsində, Eyni Universitetin Türkoloji Araşdırma Mərkəzinin direktoru vəzifəsini də icra etmişdi. 1995-ci ildə rəsmi qəzetdə 15 aprel 2001-ci ildə dərc edilmiş üçtərəfli sərəncamla Elmi Komitənin baş üzvü seçildi və Türk Dili Birliyinin prezidenti təyin edildi.
Əhməd Haluk Dursun
Əhməd Haluk Dursun (türk. Ahmet Haluk Dursun; 1957, Hereke[d], Kocaeli ili – 19 avqust 2019, Ərciş, Van ili) — Türk tarixçisi və bürokratı. Əhməd Haluk Dursun Qalatasaray liseyini bitirib. İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Türkiyə Cümhuriyyətinin Yeni dövr və Tarix bölməsinindən məzun olub. Bundan sonra Mərmərə Universiteti Atatürk Təhsil fakültəsində işə başlayıb. Mərmərə Universitetində müasir dövrün tarixi üzrə magistr və doktorluq dərəcələrinə yiyələnib. İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət A. Ş. Ümumi Müdir müşaviri olaraq Miniatürk Proyektinin hazırlanmasında vəzifə almış, Daxili İşlər Nazirliyi tərəfindən Türkiyə Turing və Avtomobil Təşkilatının İdarə heyəti üzvlüyünə təyin edilmiş, 2005–2006-cı illər ilə 2011-ci illər tarixlərində eyni təşkilatda prezident Vekilliyi vəzifəsini icra etmişdi. 2007-ci ildə İstanbul İl Mədəniyyət və Turizm Müdir Köməkçisi vəzifəsini icra etmişdi. 2006–2012-ci illərdə Ayasofya Muzeyinin prezidenti, 2009–2011-ci illərdə Ayasofya Muzeyinin direktoru vəzifələrində çalışmışdır. 2012-ci ilin iyul ayından etibarən 2014-cü ilin ortalarına qədər Topqapı Sarayı Muzeyinin direktoru təyin edilmişdi.
Haulun yeriyən qəsri (anime, 2004)
Haulun yeriyən qəsri (ハウルの動く城 Hauru no uqoku şiro) - Studio Ghibli tərəfindən 2004 ildə çəkilən tammetrajlı animasiya filmi. İngilis yazıçısı Diana Uinn Consun eyniadlı əsəri əsasındə yaradılıb. Filmin rejissoru Hayao Miyazakidir. 2006 ilin Oskar mükafatına ən yaxşı tammetrajlı cizgi filminə görə nominasiya olmuşdur, lakin mükafatı “Volles və Qromit” cizgi filmi əldə etdi. Miyazakinin dediyinə görə qəsrin obrazı rus nağıllarından götürülüb. == Məzmun == Paralel dünya, Avropanın XIX əsri. Sadə papaqçı Sofinin həyatı sirli sehrbaz Haulun yeriyən qəsrini gördükdən sonra tamamilə dəyişir. O, Sofini ona sataşan iki hərbçidən xilas edir və Sofi ona vurulur. Lakin bu ona baha başa gəlir – qısqanc cadu Sofinin cavanlığını və gözəlliyini əlindən alır. Sofi doğma evini tərk etməli və cadunu pozmaq üçün yola düşməli olur.
Haulun yeriyən qəsri (cizgi filmi, 2004)
Haulun yeriyən qəsri (ハウルの動く城 Hauru no uqoku şiro) - Studio Ghibli tərəfindən 2004 ildə çəkilən tammetrajlı animasiya filmi. İngilis yazıçısı Diana Uinn Consun eyniadlı əsəri əsasındə yaradılıb. Filmin rejissoru Hayao Miyazakidir. 2006 ilin Oskar mükafatına ən yaxşı tammetrajlı cizgi filminə görə nominasiya olmuşdur, lakin mükafatı “Volles və Qromit” cizgi filmi əldə etdi. Miyazakinin dediyinə görə qəsrin obrazı rus nağıllarından götürülüb. == Məzmun == Paralel dünya, Avropanın XIX əsri. Sadə papaqçı Sofinin həyatı sirli sehrbaz Haulun yeriyən qəsrini gördükdən sonra tamamilə dəyişir. O, Sofini ona sataşan iki hərbçidən xilas edir və Sofi ona vurulur. Lakin bu ona baha başa gəlir – qısqanc cadu Sofinin cavanlığını və gözəlliyini əlindən alır. Sofi doğma evini tərk etməli və cadunu pozmaq üçün yola düşməli olur.