Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Darknet
Dark net və ya Darknet (Qaranlıq şəbəkə) internet daxilində yalnız xüsusi proqram təminatı, konfiqurasiyalar və ya avtorizasiya ilə əldə edilə bilən üst-üstə düşən şəbəkədir və tez-tez unikal fərdiləşdirilmiş rabitə protokolundan istifadə edir. İki tipik qaranlıq şəbəkə növü sosial şəbəkələr (adətən peer-to-peer bağlantısı ilə faylların yerləşdirilməsi üçün istifadə olunur), və anonimləşdirilmiş bağlantılar seriyası vasitəsilə Tor kimi anonimlik proksi şəbəkələridir. Terminologiyanın qeyri-rəsmi olmasına baxmayaraq, "darknet" termini məşhur İpək Yolu narkotik bazarı istifadə etdiyi zaman Tor Onion xidmətləri ilə əlaqələndirmək üçün əsas xəbər agentlikləri tərəfindən populyarlaşdı. Tor, I2P və Freenet kimi texnologiya təhlükəsizlik, anonimlik və ya senzura müqavimətini təmin etməklə rəqəmsal hüquqları müdafiə etmək üçün nəzərdə tutulmuşdu və həm qeyri-qanuni, həm də qanuni səbəblərdən istifadə olunur. Füsunçular, aktivistlər, jurnalistlər və xəbər təşkilatları arasında anonim ünsiyyət də SecureDrop kimi proqramlardan istifadə etməklə qaranlıq şəbəkələr tərəfindən asanlaşdırılır. == Terminologiya == Termin ilkin olaraq ARPANET-də gizli, mesaj almaq üçün proqramlaşdırılmış, lakin heç nəyə cavab verməyən və ya heç nəyi qəbul etməyən, beləliklə də qaranlıqda görünməz qalan kompüterləri təsvir edirdi. ARPANET-dən bəri qaranlıq şəbəkənin istifadəsi dostdan dosta şəbəkələri (adətən peer-to-peer bağlantısı ilə fayl mübadiləsi üçün istifadə olunur) və Tor kimi məxfilik şəbəkələrini əhatə etmək üçün genişləndi. Qaranlıq şəbəkə üçün qarşılıqlı termin axtarış motorları tərəfindən indeksləşdirilə bilən məzmuna istinad edərkən açıq şəbəkə və ya səth şəbəkəsidir. == Mənbə == "Darknet" 1970-ci illərdə təhlükəsizlik məqsədləri üçün ARPANET-dən (hökumət tərəfindən qurulan və İnternetə çevrilmiş hərbi/akademik şəbəkə) təcrid olunmuş şəbəkələri təyin etmək üçün yaradılmışdır. Darknet ünvanları ARPANET-dən məlumat ala bilərdi, lakin şəbəkə siyahılarında görünmürdü və pinglərə və ya digər sorğulara cavab vermirdi.
Harput
Harput Elazığda olan bir antik şəhərdir. E.ə. XX əsrdən qalıqlar var. Antik Harput yaşayış sahəsi, bir açıq hava muzeyi kimidir. Muzeyi, qalası, məscidləri , kilsəsi və buzlu mağarasıyla indiki vaxtda bir turizm mərkəzidir.
Harunun çubuğu
Harunun çubuğu — Tövratda Musanın qardaşı Harunun daşıdığı çubuq. == Təsviri == Harun Musanın böyük qardaşıdır, Levi qəbiləsinin nümayəndəsi kimi ona xüsusi vəzifələr verilmişdi. O, İsrail övladlarının səhrada səyahəti zamanı onların baş kahini kimi fəaliyyət göstərmişdir. Yəhudilərin kahinliyi Harundan sonra onun oğullarına tapşırılmışdı. Onun kahin paltarları şər ruhları öz zəngləri ilə qov qızılı fəqərələrlə bəzədilmişdi. Əlində buxurdan və çubuq tutmuşdi. Rəvayətə görə, İsrailin 12 qəbiləsi arasında birincilik uğrunda mübahisədə onların hər birinin başçısı özü ilə çubuq gətirirdi. Ertəsi gün məlum olmuşdu ki, Harunun gətirdiyi Levi qəbiləsinin çubuğu badam ağacına çevrilmişdi. Döllənməmiş meyvələr əfsanəsi orta əsrlərdə badamın bakirə təmizliyin simvolu kimi qəbul edilməsinə səbəb olmuşdur. Harun çubuğunun əfsanəsi Məryəmin əli üçün iddiaçılar arasından Yusifin seçilməsi hekayəsi üçün bir prototip rolunu oynamışdı.
Hartmut Miçel
Hartmut Miçel (18 iyul 1948, Lüdviqsburq, Ştutqart[d]) — alman biokimyaçısı, 1988-ci ildə kimya üzrə Nobel mükafatı laureatı. ABŞ Milli Elmlər Akademiyasının (1996), London Kral Cəmiyyətinin (2005 il), Çin Elmlər Akademiyasının (2000 il) əcnəbi üzvü. == Bioqrafiya və elmi işi == Hartmut Miçel 18 iyul 1948-ci ildə Lüdviqsburqda anadan olub. Hərbi xidməti başa vurduqdan sonra Tübingen Universitetində biokimya üzrə təhsil alıb, 1974-cü ildə oranı bitirib. Təhsilinin son ilində o, Dieter Osterheltin laboratoriyasında çalışıb, burada halobakteriyaların ATPase aktivliyini tədqiq edib. Artıq Osterheltin laboratoriyasında postdok kimi Miçel o dövrdə həll olunmayan membran zülalının kristallaşması problemi ilə məşğul olurdu. 1970-ci ildə Osterhelt bakteriorhodopsini kəşf etdi və onun təsir mexanizmini təklif etdi. 1978-ci ildə H. Miçel təsadüfən dondurucuya qoyulan bakteriorhodopsinin kiçik şüşəvari cisimlər əmələ gətirdiyini müşahidə etdi. Bu müşahidədən istifadə edərək və Osterheltin dəstəyini cəlb edərək, o, növbəti ili bakteriorhodopsinin kristallarını əldə etməyə çalışdı, baxmayaraq ki, o zaman membran zülalını kristallaşdırmaq rəsmi olaraq qeyri-mümkün hesab olunurdu. H. Miçel sonda bakteriorhodopsinin kristallarını əldə etməyi bacarsa da, onların qeyri-müntəzəm olduğu və rentgen şüalarının difraksiya tədqiqatları üçün uyğun olmadığı üzə çıxdı.
Harput qalası
Harput qalası (Süd qalası) — e.ə. XIII əsrin əvvəllərində Urartu krallığı tərəfindən qurulmuş olub cənubunda bir Urartı Açıq hava məbədi yerləşir. Qala VI əsrdə Fars hakimiyyətinə girmiş, XVII-XV əsrlərə aid I əsrdən etibarən Roma, Sasani, Bizans, Abbasi, Artukoğulları, Səlcuqlular, Dulkadiroğulları, Ağqoyunlular və Osmanlı Dövlətinin hakimiyyətlərinə girmişdir. Bu mədəniyyətlərə aid izləri qala divarları, qapılar və bürclər üzərində görünür, qalanın şimal-qərb uc hissəsində bir Artuk sarayının qalıqları yerləşir. Qalanın şərq hissəsində yerləşən Məryəm Ana kilsəsi IV əsrdə inşa edilmiş, bir divarı qalanın oturduğu qayaya oturan bir kilsədir. İç divarlarında bir çox kitabə görünür. İç qala və xarici qala olmaq üzrə iki hissəsindən meydana gəlmişdir. Xarici divarlar tamamilə dağıdılmışdır. Sadəcə Harputa girişdə bir bürc qalıq görünür. Süd qalası adlandırılan iç qala yalçın qayalar üzərində inşa edilmişdir.
Harput döyüşü
Harput döyüşü — Ağqoyunlu Uzun Həsən ilə Dulqədiroğulları bəyliyindən Məlik Arslan bəy arasında baş vermiş döyüş. Döyüş Uzun Həsənin qələbəsi ilə sonlanmış və şəhər Ağqoyunlu hakimiyyətinə girmişdir. == Tarixi == === Zəmin === Hələ Qara Yuluq Osman bəyin dövründə Ağqoyunlu bəyliyi Harputu ələ keçkrməyə çalışmış, 1428-ci ildə onlar Malatyaya qədər yürüşlər həyata keçirmiş və Harputu ələ keçirmişdilər. 1429-cu ildə Harputu Dulqədiroğullarının əlindən alan Osman bəy buranın idarəsini oğlu Əli bəyə buraxdı. Ağqoyunluların Harputu ələ keçirməsinə qəzəblənən Nəsrəddin Mehmed bəy 1433-cü ildə Məmlük sultanı Barsbəyin Ağqoyunlular üzərinə təşkil etdiyi yürüşə qatıldı. Lakin onların Diyarbəkiri mühasirəsi uğursuzluqla nəticələndi. Lakin Nəsrəddin bəy Harputdan əl çəkmədi və 1439-cu ildə şəhəri yenidən ələ keçirib Məmlükləri razı saldı ki, şəhər ona qalsın.Məlik Arslan bəy 1464-cu ildə Qaramanlıların mülkü olan Kayseriyə hücum etdi və Qaramanlılar Ağqoyunlulardan yardım istədilər. Hadisələrin bu cür inkişafı Dülqədiroğulları ilə Ağqoyunlular arasında münasibətlərin kəskinləşməsinə səbəb oldu.Uzun Həsən uzun müddət idi ki, Dülqədiroğullarının hakimiyyəti altında olan Harputu ələ keçirmək üçün fürsət axtarırdı. 1465-ci ildə Uzun Həsən Məmlük sultanına Dulqədirli elindəki Harput ilə Gərgəri dəyişdirməyi təklif etdi. Lakin Məmlük sultanı Harputun Dulqədirlilərə aid olduğunu bildirərərək təklifi rədd etdi.
Harut və Marut
Harut və Marut (ərəb. هاروت وماروتعدل‎) — Quranda adları çəkilən mələklər. Rəvayətə görə Harut və Marut sehrlə məşğul olur və insanlara sehrin sirrlərini öyrədirdilər. == Etimologiyası == Harut və Marut adları Ərəbcə olmadığı irəli sürülür. Bu adların hansı dildən gəlməsi ilə bağlı fərqli fikirlər irəli sürülmüşdür. Bəzilərinə görə bu adlar Süryanicə, Ermənicə, Hindcə, Əcəmcə və Musəvicə olduğunu deyilsə, də əsas görüş bu adların Sami dilindən gəlməsidir. Bir sıra tədqiqatçılar bu adların ilk dəfə Zərdüştün kitabı olan Avestada HaurVatat və Ameratat şəkildə keçdiyini qeyd edirlər. Ümumiyyətlə İslam dinində bəhs olunan Harut və Marut adları İslamdan əvvəlki din və mədəniyyətlərdə də rastlanılır. Bunlara Şumer, Akkat, Zərdüştlük və Hinduizmi göstərə bilərik. == Qurani-Kərimdə == Qurani-Kərimin Bəqərə surəsində bəhs olunan Harut və Marut adları keçmişdən günümüzə qədər mübahisəli bir mövzu olmuşdur.