Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vyatka
Nuxrat və ya Vyatka (tatar. Нократ, Noqrat, çuvaş Нухрат, Nuxrat, mar. Виче, Viçe, d.mari Вичӹ, Viçı, udm. Ватка́, Vatka, rus. Вятка, Vyatka) — Rusiyanın Avropa hissəsində bir çay, Çolman çayının (İdil basseyni) ən böyük sağ qolu və ölçüdə Belayadan sonra ikinci. Çayın uzunluğu 1314 kilometrdir, ümumi sahəsi isə 129 000 km².
Hatra
Hatra (ərəb. الحضر‎ al-Ḥaḍr) — İraqın Ninəvə mühafazası və Cəzirə yaylasında yerləşən qədim şəhər xarabalıqlarıdır. Dairəvi formalı plana malik olan şəhər xarabalıqlarının ümumi sahəsi 500 hektardan çoxdur. Əsası Selevkilər dövründə — e.ə. III–II əsrlərdə qoyulmuş Hatra şəhəri, çiçəklənmə dövrünü Parfiyalıların hakimiyyəti dövründə — b.e. I–II əsrlərində yaşamış, 257-ci ildə isə dağıdılmışdır. Özündə ərəb və yaxın şərq elementləri ilə zəngin Ellinizm və Qədim Roma dövrü memarlığının nadir nümunələrini birləşdirən Hatra şəhəri 1985-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdi. 7 mart 2015-ci ildə Hatra şəhərinin qalıqları İŞİD silahlıları tərəfindən dağıdılmışdır.
İvanka Tramp
İvana Mari Tramp (30 oktyabr 1981, Manhetten, Nyu-York ştatı) — amerikalı biznes ledi və 2017–2021-ci illərdə ABŞ-nin 45-ci prezidenti olan Donald Trampın böyük qızı. Atasının prezidentliyi dövründə Prezident Administrasiyasında baş məsləhətçi, həmçinin İqtisadi Təşəbbüslər və Sahibkarlıq İdarəsinin direktoru olub. O, Trampın birinci arvadı İvananın qızıdır və yəhudi əri Jared Kuşnerlə evlənməzdən əvvəl musəviliyi qəbul etmiş, Amerikanın birinci ailəsinin ilk yəhudi üzvüdür. O, ailəyə məxsus Trump Təşkilatının icraçı vitse-prezidenti idi. O, həm də atasının "The Apprentice" televiziya şousunda iclas otağının hakimi idi. O, 2017-ci ilin mart ayında Tramp Təşkilatından ayrılaraq atasının prezident administrasiyasında Jared Kushnerlə birlikdə baş məsləhətçi vəzifəsinə təyin olundu. Onun federal işçi ilə eyni məhdudiyyətlərə məruz qalmadan məxfi materiallara çıxışı olması ilə bağlı etik narahatlıqlar qaldırıldıqdan sonra Tramp könüllü olaraq "federal işçilərdən tələb olunan maliyyə açıqlaması formalarını" təqdim etməyə və eyni etika qaydalarına riayət etməyə razılıq verdi. Ağ Evdə xidmət edərkən o, 2018-ci ilin iyul ayına qədər öz geyim brendi biznesini idarə etməyə davam edirdi, bu da etik narahatlıqları, xüsusən də maraqların toqquşmasını gündəmə gətirirdi. İvanka hələ Donald Tramp administrasiyasında rəsmi işçi olmamışdan əvvəl prezidentin yaxın çevrəsinin bir hissəsi hesab olunurdu.
Haka
Haka — Yeni Zelandiya maorilərin mərasim rəqsi və ya maori mədəniyyətində çağırış. Qrup tərəfindən həyata keçirilən duruş rəqsi, güclü hərəkətlər və ayaqların ritmik möhürlənməsi ilə müşayiət olunur.
Vaka
Vaka (gürc. ვაყა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 1423 nəfər idi. 2014-cü ildə 1160 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, IV cild, səh.
Catalpa ovata
Yumurtavari katalpa (lat. Catalpa ovata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin katalpa cinsinə aid bitki növü. Mərkəzi Çində yayılmışdır. Təbii şəraitdə hündürlüyü 10 m-ə çatan ağacdır. 10 yaşında hündürlüyü 3,5 m-ə və çətirinin diametri təxminən 2 m-ə çatır. Çiçəklərinin uzunluğu 2,5 sm, iri, zəngvaridir, sarı xallı zolaqlı, üstü ağ, altdan al-qırmızı rəngdə olub, salxımlara yığılmışdır.İyun ayının ortalarında çiçəkləyir. Meyvələri sentyabrda əmələ gəlir, 5 sm uzunluğunda, qutucuqdur, əvvəlki növlərə nisbətən çox qısadır və tam yetişmir. Katalpalar toxumlarla və yay qələmləri ilə çoxalır. Katalpanın iri və zərif yarpaqları küləkdən zədələndiyi üçün onları küləkdən qorunan günəşli yerdə əkmək məsləhət görülür. Torpaq qarışığı çürüntüdən, torfdan və qumdan (3:2:1:2) hazırlanır.
Eucalyptus ovata
Eucalyptus ovata (lat. Eucalyptus ovata) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Haçka İK
Hvala, ne!
Hvala, ne! (azərb. Təşəkkür edirəm, yox!‎) — Sloveniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Lea Sirk "Hvala, ne!" mahnısı ilə Sloveniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Sloven dilində səslənən mahnı Lea Sirk və Tomi DeKlerk tərəfindən bəstələnmişdir.
Hvasa (müğənni)
An He-cin (kor. 안혜진), 23 iyul 1995, Concu) və ya səhnə adı ilə Hvasa (kor. 화사) – Cənubi Koreyalı müğənni, repçi, mahnı müəllifi, bəstəkar və model. 2014-cü ildə Mamamoo qız qrupunun üzvü olaraq debüt etmişdir. Musiqisinə təsir etmiş ifaçı kimi Beyonse-ni göstərir. Yazı və bəstəkarlıqda iştirak etdiyi "Twit" rəqəmsal sinqlı ilə 2019-cu ilin fevral ayında solo sənətçi kimi debüt etmişdir. 2020-ci ilin mart ayında Hvasa ingilis müğənni Dua Lipa ilə birlikdə Lipanın "Physical" mahnısının remiksi üçün koreyaca sözləri əlavə edib. 2020-ci ilin avqust ayında isə 10 oktyabrda "Don't Touch Me" adlı sinql ilə debüt edən dörd nəfərdən ibarət "Refund Sisters" adlı (kor. 환불 원정대) superqrupun üzvü biri olaraq debüt etmişdir. "Maria" adlı EP-i ilə Hvasa ABŞ iTunes albomları çartında üst sıralarda yer alan ilk koreyalı qadın solo sənətçisi olmuşdur.
Kurmancan Datka
Kurmancan Datka (1811-1907) - qırğız qəhrəmanı, böyük türk anası. Datka bir ünvan olub, hökmdar, general, idarəçi kimi mənalarda istifadə olunur. Kurmancan Datka isə göstərdiyi şücaətlər nəticəsində bu ünvana iki dəfə layiq görülüb. Bu hadisə sadəcə Orta Asyada deyil, bütün türk və islam aləmində görünməmiş bir hadisə idi. Kurmancan 1811-ci ildə Oş şəhərinə yaxın Madi qışlağında Munquş nəslinin Bargi qəbiləsindən olan bir əkinçi ailəsində dünyaya göz açıb. 1832-ci ildə Xokand xanlığının baş naziri və baş komandiri Alimbek Datka ilə evlənib. Bu evlilikdən cütlüyün 5 oğlu və iki qızı dünyaya gəlir. Hətta bəzi mənbələrə əsasən 96 yaşında vəfat edən Kurmancan Datkanın uşaqlarının, nəvələrinin və nəticələrinin sayı 100 nəfərdi. Rusiya 1700-cü illərdən etibarən islam dini əleyhinə fəaliyyətə keçdi. 1742-ci ildə qəbul edilən qərara əsasən məscidlər ancaq rusların və yeni vaftiz edilənlərin yaşadıqları yerlərdə tikilə bilərdi.
Listera ovata
Neottia ovata (lat. Neottia ovata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin neottia cinsinə aid bitki növü.
Matka kanyonu
Matka (mak. "matka" - uşaqlıq) — Makedoniyanın paytaxtı Skopyedən 15 km cənub-qərbdə yerləşən kanyon. Sahəsi 5 000 hektardır. Kanyonda yerəşən Matka gölü ölkənin ən qədim süni su hövzəsidir. 1938-ci ildə Treska çayı üzərində qurulan bənd nəticəsində kanyonda həmdə sünü Matka gölü meydana gəldi.Treska çayı üzərində yaradılmış bu göl ətrafında bir çox orta əsr monastrları və onlarca karst mağaraları mövcuddur. Ərazi ölkənin ən populyar turist bölgələrindən biridir. Suva dağlarını vertikal kəsən Treska çayı axdığı yataqda dik qayalı yamaclar, kiçik dağ vadiləri, dərələr və çoxlu karst mağaraları yaratmışdır. Mağaralar həm quruda, həm də, su altında mövcuddur. Bunlardan ən gözəl və böyükləri Vrelo, Krishtalina və Ubava mağaralarıdır. Mağara Treska çayının sağ sahilində , bənddən 2 km uzaqlıqda yerləşir.
Melongena ovata
Badımcan (lat. Solanum melongena) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Tərkibində karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkər [3,2 %] olmaqla yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları da vardır. Badımcan istisevən birillik bitkidir. Əsasən Moldaviyada, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. Badımcan quruluşuna görə iri meyvə olub, qabıqla örtülmüşdür. Daxilində qalın ətli hissəsi və çoxlu toxumu vardır. Badımcanın tərkibində 4,2% şəkər, 1,3% sellüloza, 0,2% üzvi turşu, 0,5% kül, 0,6% zülal, 0,5–0,7% pektin maddəsi, 0,0044–0,093%-ə qədər solanin qlükozidi vardır. Yetişib ötmüş badımcanın tərkibində solanin qlükozidi nisbətən çoxdur. Kal badımcanın tərkibində 0,8–3,7% nişasta olur.
Mentha hakka
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Mentha ovata
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Məhəmməd Hatta
Məhəmməd Hatta (12 avqust 1902[…], Bukittinqqi[d], Niderland Ost-Hindi – 14 mart 1980[…], Cakarta) İndoneziyanın ilk vitse-prezidenti, sonra isə ölkənin baş naziri vəzifəsində işləyib. İndoneziyanın ilk prezidenti Sukarno da daxil olmaqla İndoneziyanın müstəqilliyi üçün Hollandiyadan qarşı mübarizə aparmışdır. Hatta Qərbi Sumatra, Niderland Ost-Hindində (İndoneziya) anadan olmuşdur. İlk təhsilinden sonra Niderland Ost-Hindinin holland məktəblərində və sonra 1921-ci ildən 1932-ci ilə qədər isə Hollandiyada təhsil alıb. Hatta 12 Avqust 1902-ci ildə Fort De Kokda (indi Bukittinggi kimi tanınır) məşhur və güclü İslam ailəsində dünyaya gəldi. Onun babasına Payakumbuh yaxınlığındakı Batuhampar şəhərində uləma kimi hörmət edilirdi. Atası Hacı Məhəmməd Cəmil o səkkiz aylıq olarkən vəfat etdi və altı bacısı və anası ilə birlikdə yaşadı. Minhanqkabau ənənəsinin matriarxaizm cəmiyyətində olduğu kimi anasının ailəsində böyüdü. Anasının ailəsi zəngin idi və Hatta məktəbdə Quranı bitirməklə yanaşı hollandca da öyrəndi. 1913-1916-cı illərdə Bukittinqqidə Sekolah Melayu ('Malay Məktəbi') bitirdikdən sonra Padanq şəhərində holland dili ibtidai məktəbi (ELS və ya Europeesche Lagere Məktəbi) bitirdi.
Plantago ovata
Plantago ovata (lat. Plantago ovata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü.
Prunella ovata
Adi boğazotu (lat. Prunella vulgaris) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin boğazotu cinsinə aid bitki növü. Hündürlüyü (3) 8-40 (60) sm, gövdəsi düzduran və yaxud əyilib qalxandır, çılpaq və ya nahamar tüklü, uzun sürünən kökümsovlu çoxillik ot bitkisidir. Yarpaqları saplaq üzərindədir, uzunluğu 2-6 sm, eni 1-3 sm-dir, yumurtaşəkilli və ya yumurtaşəkilli-uzunsov, adətən pazşəkilli olur, uc hissədə küt və ya sivritəhər, kənarları tamkənarlı və ya seyrək dişlidir. Çiçək qrupu başcıq və ya sünbülşəkilli, yumurtaşəkilli və ya uzunsov olub, onun əsasında bir cüt oturaq yarpaq yerləşir. Çiçək qrupunda çiçək köbəsi yığılmışdır. Tac bənövşəyi, bəzən isə ağ rəngdə olur, uzunluğu 8-12 mmdir, 1,5-2 dəfə kasacıqdan uzun və ya ondan az fərqlənir, tacın borucuğu düzdür. Fındıqcalar yumurtaşəkilli və ya ellipsvari, hamar, parlaq, bayır tərəfi yastı və uzunluğu 2 mm-ə qədərdir. May ayında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir. Azərbaycanın bütün rayonlarında, nadir halda Kür-Araz oval.
Rhus ovata
Rhus ovata (lat. Rhus ovata) — sumaqkimilər fəsiləsinin sumaq cinsinə aid bitki növü.
Scutellaria ovata
Scutellaria ovata (lat. Scutellaria ovata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin başlıqotu cinsinə aid bitki növü.
Trias ovata
Bulbophyllum oblongum (lat. Bulbophyllum oblongum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Hind-Çin üçün endemik növdür. Bulbophyllum burkillii Gage Bulbophyllum moulmeinense Rchb.f. Trias oblonga Dendrobium tripterum Wall. ex Hook.f. Trias ovata Lindl.
Uiçiro Hatta
Uiçiro Hatta — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
İvata (şəhər)
İvata (yapon dilində: 磐田市 İvata-si) Yaponiyanın Şizuoka prefekturasında şəhər. Şəhərin ərazisi 164,08 km² , əhalisi 164 792 nəfər (1 avqust 2014-cü il , əhalinin sıxlığı hər km²-ə 1004,34 nəfər. İvata şəhəri Honşu adasında Çubu regionunun Şizuoka prefekturasında yerləşir. Xamamasu, Fukuroi şəhərləri və Mori qəsəbəsi ilə həmsərhəddir . Şəhərin əhalisi 164 792 nəfərdir (1 avqust 2014-cü il). Əhalinin sayının 1980-cı ildən 2005-ci ilədək dəyişməsi aşağıda əks olunmuşdur .
Pollinirhiza ovata
Neottia ovata (lat. Neottia ovata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin neottia cinsinə aid bitki növü.