Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Herat
Herat (fars. هرات‎, q.türk Häri) — Əfqanıstanın qərbində Herat vilayətinin mərkəzi olan şəhər. == Tarixi == Heratın tarixi əntik mədəni müəlliflər tərəfindən rəvayət edilmişdir. Yunan tarixçi Herodot, Heratın Orta Asiyanın buğda ambarı olduğunu yazmışdır. E.ə. 330-cu il ətrafında şəhər Makedoniyalı İsgəndər tərəfindən alındı. Daha sonra isə şəhər Selevkilərin əlinə keçdi. E.ə. 167-ci ildə də şəhərə Parflar sahib oldu. Sasanilər (226-652) dövründə Ağ Hun imperiyası ilə Sasanilər arasında keçən savaşlarda Herat straeteji bir önəmə sahib idi.
Heris
Heris və ya Heriz — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən və Heris şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıyaalınması əsasında bu şəhər 9,513 nəfər və 2,359 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər həm bölgədə, həm də xaricdə öz gözəl Heris xalıları ilə tanınır. == Zəlzələlər == 2012-ci il tarixində baş verən zəlzələlər zamanı şəhərdə xeyli sayda insan həlak olmuşdur. == Heris xalçaları == Heriz Xalçaları dünya səviyyəli keyfiyyəti üçün tanınır və olduqca davamlı və dayanıqlıdır.
Heriz
Heris və ya Heriz — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən və Heris şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıyaalınması əsasında bu şəhər 9,513 nəfər və 2,359 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər həm bölgədə, həm də xaricdə öz gözəl Heris xalıları ilə tanınır. == Zəlzələlər == 2012-ci il tarixində baş verən zəlzələlər zamanı şəhərdə xeyli sayda insan həlak olmuşdur. == Heris xalçaları == Heriz Xalçaları dünya səviyyəli keyfiyyəti üçün tanınır və olduqca davamlı və dayanıqlıdır.
Hetit
Hetit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Xassələri == Rəng – kristallarda qırmızımtıl-qonurdan qarayadək, incə - və xırdadənəli aqreqatlarda – sarı, sarımtıl-qonur, qonur; Mineralın cizgisinin rəngi – qonurdan narıncı - sarıyadək; Parıltı – kristallarda almaz, yarımmetal, sarımtıl və qırmızımtıl rəngli kütlələrdə – tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik təbəqələri işıq keçirir; Sıxlıq– hetitin– 4,3, hidrohetitin –3,8-4,2; Sərtlik – 5,0-5,5; Kövrəkdir; Ayrılma– {010} üzrə mükəmməl, {100} üzrə – orta; Sınıqlar – qeyri-hamar, pilləli, qabıqvari; Morfologiya – kristallar: iynə - və sütunvari; İkiləşmə: nadir hallarda dirsəkvari ikiləşmə rast gəlir; Mineral aqreqatları: axın formalı, sıx, məsaməli, böyrək- və torpaqvari kütlələr, stalaktitlər, sferolitlər, oolitlər, konkresiyalar, qabıqlar, ensiz haşiyələr, psevdomorfozalar, bəzən jeodalar; hötit, hidrohötit, lepidokrokit, hidrolepidokrokit, hidrohematitin, gil minerallarının, silisium oksidinin, habelə Al, Mn və b. hidroksidlərinin təbiətdə geniş yayılmış gizlikristallik qarışığı olan limonitin (qonur dəmir filizinin) mühüm tərkib hissələridir. == Mənşəyi və yayılması == Ekzogen şəraitdə əmələ gəlir. Dəmir minerallarının – siderit, pirit, maqnetit, dəmirli silikatların və b. aşınma məhsulu olub, ultraəsası süxurların, dəmirli kvarsitlərin və s. aşınma qabıqlarında müşahidə olunur. Limonitlər sulfid yataqlarının oksidləşmə zonalarının tipik əmələgəlmələridir; onlar əsasən yataqların üst hissələrində d ə m i r p a p a q l a r əmələ gətirir. Hötitin çökmə əmələgəlmələri dəniz və göl hövzələrinin sahilyanı zolağında kimyəvi yolla çökür.
Hərat
Herat-İranın Yəzd ostanının şəhərlərindən və Xatəm şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,795 nəfər və 2,751 ailədən ibarət idi.
Gildir (Heris)
Gildir (fars. گيلدير‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 809 nəfər yaşayır (187 ailə).
Gəmənd (Heris)
Gəmənd (fars. گمند‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 924 nəfər yaşayır (182 ailə).
Gəvic (Heris)
Gəvic (fars. گويج‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 768 nəfər yaşayır (16 ailə).
Herat (dəqiqləşdirmə)
Herat (İran) — İranın Yəzd ostanında şəhər. Herat vilayəti — Əfqanıstanın İranla həmsərhəd olan vilayəti. Herat — Əfqanıstanın qərbində Herat vilayətinin mərkəzi olan şəhər. Herat bəylərbəyliyi — 1510-1722-ci illərdə mövcud olmuş Səfəvilərin mühüm mərkəzlərindən biri.
Herat (İran)
Herat-İranın Yəzd ostanının şəhərlərindən və Xatəm şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,795 nəfər və 2,751 ailədən ibarət idi.
Herat bəylərbəyliyi
Herat bəylərbəyliyi — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. == Tarixi == I Şah İsmayıl Səfəvinin hakimiyyəti dövründə Herat üzərində Şeybanilər sülaləsilə münasibətlər pisləşdi və buda nəticədə 1510- cu ildə döyüşlə nəticələndi və Herat fəth edildi.Xarici siyasətdə digər məsələ Osmanlı türkləri ilə münasibətlərin kəskinləşməsində özünü büruzə verdi.Belə ki, bu iki türk səltənətlərinin qarşı-qaşıya durmasını tədqiqatçılar müxtəlif cür izah edirlər lakin son tədqiqatlar göstərir ki bu heç də xarici tarixçilərin iddia etdikləri şiə-sünni qarşıdurması deyil, bunun əsas səbəbi bu regionda iqtisad-siyasi maraqların toqquşmasıdır. 1510-cu il dekabrın 1-də Mahmudi kəndi (Mərv yaxınlığı)ərazisində özbəklərlə döyüş oldu və Şah İsmayıl qələbə çalaraq, hətta Şeybani xanı döyüşdə öldürür. Beləliklə Şah İsmayıl Xorasan, Mərv, Bəlx və Herat şəhərlərini ələ keçirir. Amu-Dəryadan tutmuş Fərata qədər ərazilər səfəvilərin hakimiyyəti altına keçdi. Herat Səfəvilər dövlətinin ikinci mühüm mərkəzinə çevrilir. Şah İsmayıl ın böyük оğlu Təhmasib mirzə Herat mərkəz оlmaqla Оrta Asiyaya vali təyin edilir. Şah İsmayıl 1510-cu ilin qışını yaza qədər Heratda keçirir. Bu vaxt о, elm və mədəniyyət xadimləri ilə maraqlanır, оnları ətrafına tоplayıb məclislər düzəltdirir, оnların bir qisminə Xоrasan, Bəlx, Mərv, Herat şəhərlərində yüksək vəzifələr verir, bir qismini isə Təbrizə göndərtdirir. 1510-cu ildən sonra Xorasan bəylərbəyliyi yarandı.
Herat müqaviləsi
Herat müqaviləsi — Qaraqoyunlular və Teymurilər arasında bağlanmış sülh müqaviləsi. == Tarixi == Qaraqoyunlu hökmdarı Cahan şah Teymuri Sultan Şahruxun 1447-ci ildə ölümündən sonra Teymuri şahzadələri arasında hakimiyyət uğrunda baş verən mübarizədən istifadə edərək 1450-ci illərdə Əcəm İraqını, bütün Qərbi İranı və Şərqi İranın bir hissəsini ələ keçirdi. Cahanşah 1458-ci ilin iyulunda irəliləyərək Xorasanı da ələ keçirdi və Teymurilərin paytaxtı Herata daxil oldu. Lakin burada möhkəmlənə bilmədi. Teymuri sultanı Əbu Səidlə sülh müqaviləsi bağlayan Cahanşah Xorasanı Teymurilərə güzəştə getdi, digər bölgələr isə Qaraqoyunlu hakimiyyəti altında qaldı.
Herat vilayəti
Herat vilayəti (puşt. هرات) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiya == Herat vilayəti ölkənin qərbində yerləşir. İranla həmsərhəddir. Vilayətin ərazisi 54,778 km², inzibati mərkəzi Herat şəhəridir. == Əhali == 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən vilayətin əhalisi 1 milyon 676 min nəfərdir. === Etnik tərkib === Əhalisinin 98%-i puştunlardan, qalanları isə türkmənlərdən və özbəklərdən ibarətdir. == Vilayətin rayonları == Adraskan Çişti Şərif Farsi Ghoryan Gulran Guzara Herat İncil (2002-ci ilə olan rəsmi məlaumata əsasən əhalisi 232 915 nəfərdir) - 55% taciklər, 40% puştunlar, 4% həzaralar, 1% türkmənlər. Karukh Kohsan (2002-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 30 100 nəfərdir) - 59.4% puştunlar, 35.3% taciklər, 5.1% bəluclar, 0.2% türkmənlər. Kushk Kuşki Kuhna (2002-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 32 000 nəfərdir) - 55% taciklər, 40% puştunlar, 5% həzaralar.
Herat yürüşü
Herat yürüşü — bir sıra müəyyən fasilələrlə baş verən toqquşmalardan və sonda Nadir xanın Abdali əfqanlarına qarşı hərbi əməliyyatlara başlaması ilə özünün kulminasiya nöqtəsinə çatan hərbi əməliyyatdır. Bu əməliyyata başlamamış Nadir xan özünün monarxı və şahzadəsi olan II Təhmasibə qarşı uğurlu yürüş etmişdi. Alçaldılmış Təhmasib də 4 may 1729-cu ildə Məşhəddən çıxaraq Nadirin Herat yürüşünə qatılmışdı. Beləliklə, Nadir Təhmasibin yürüş boyunca öz yaxınlığında olmasını təmin etmişdi. Bu yürüş Nadir xanın yeni hərbi biliklərə yiyələnməsinə və ya təcrübədən keçirməsinə səbəb oldu. Nəticədə o, ölümcül yüngül süvari ordulara qarşı döyüşə biləcək ordu modelini yarada bildi. Bu sistemdə yaradılmış ordu isə Damğan döyüşündə Gilzay əfqanlarının sayca üstün olan ordusunu məğlub etdi. == Arxa plan == Təhmasiblə problemləri həll etdikdən sonra Nadir kürdlər və yomut tayfaları üzərinə bir neçə yürüş həyata keçirdi. 1728-ci ilin yayında əfqanlara qarşı da bir neçə yürüş təşkil edilmişdi. Bu zaman Təhmasibin keçmiş sərkərdələri Məhəmməd Əli xan və qohumu Zulfiqar xan şahın adından çıxış edib mazandaran və Astrabadın yeni başçıları olduqlarını elan etdilər.
Herik qoyunu
Herik qoyunu – Azərbaycanda qoyun cinsi. Herik qoyunu bir sıra xarakterik nişanələrinə görə ləzgi qoyunu ilə yaxınlıq təşkil edir. Bu qoyun əsas etibarilə Şəki, Qax və ona qonşu olan rayonların ərazisində məlumdur. Bu qoyuna herik qoyunu ilə yanaşı, "bürc qoyunu" da deyilir.
Heris (Marağa)
Heris (fars. ‎‎هريس‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 215 nəfər yaşayır (47 ailə).
Heris (Mərənd)
Heris (fars. هريس‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 93 nəfər yaşayır (26 ailə).
Heris (Sərab)
Heris (fars. هريس‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,483 nəfər yaşayır (354 ailə).
Heris (dəqiqləşdirmə)
Heris
Heris (Şəbüstər)
Heris (fars. هريس‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,110 nəfər yaşayır (342 ailə).
Heris (Ərdəbil)
Heris (fars. هريس‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 277 nəfər yaşayır (68 ailə).
Heris xalçası
Heris xalçası və ya Heriz xalçası — Təbriz xalçaçılıq məktəbinə aid xalça növü.Heriz xalçaları olduqca davamlı və dayanıqlı və nəsillər boyu davam edə bilər. Bu xalçaların adları Təbrizin şimal-şərqində yerləşən "Geris" və ya "Gəpəz" qəsəbəsinin adları ilə bağlıdır. "Heris" xalçalarının bədii tərtibatı çox orijinaldır. Kompozisiya və detalların ümumi formaları əyri xətli bitki naxışlarından ibarət olan "Ləçəkturunc" kompozisiyasının əsasında yaradılmışdır. Ancaq vaxt keçdikçə bu kompozisiyanın naxışları punktirli olub və sərbəst xalça rəsmi əmələ gətirməyə başlayıb. Adətən xalçanın eskizsiz öz başına toxuyurdular. Burada təəcüblü bir şey yoxdur, çünki xalçatoxuyanlar başqa tip xalça toxuya bilmirdilər. Təxminən XVI-cı əsrdən indiyə kimi adət-ənənəyə uyğun olaraq Herisdə yalnız bu xalçanı toxuyurdular, ona görə də xalçatoxuyyanlar bu rəsmi çox gözəl bilirdilər. Qeyd etmək lazımdır ki, əhalisi həmçinin xovsuz xalça-palaz və kilimlərin istehsalı ilə tanınır.
Heris Şəhristanı
Heris şəhristanı (fars. شهرستان هریس‎) — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Heris şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 67 626 nəfər və 15 916 ailədən ibarət idi. Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. Yusif Vəzir Çəmənzəminlinin təxəllüsünü aldığı Çəmənzəmin kəndi məhz Heris şəhristanında, şəhristanın Xacə bəxşinin Məvazixan-i Şimali dehistanında yerləşir.
Heriz xalçaları
Heris xalçası və ya Heriz xalçası — Təbriz xalçaçılıq məktəbinə aid xalça növü.Heriz xalçaları olduqca davamlı və dayanıqlı və nəsillər boyu davam edə bilər. Bu xalçaların adları Təbrizin şimal-şərqində yerləşən "Geris" və ya "Gəpəz" qəsəbəsinin adları ilə bağlıdır. "Heris" xalçalarının bədii tərtibatı çox orijinaldır. Kompozisiya və detalların ümumi formaları əyri xətli bitki naxışlarından ibarət olan "Ləçəkturunc" kompozisiyasının əsasında yaradılmışdır. Ancaq vaxt keçdikçə bu kompozisiyanın naxışları punktirli olub və sərbəst xalça rəsmi əmələ gətirməyə başlayıb. Adətən xalçanın eskizsiz öz başına toxuyurdular. Burada təəcüblü bir şey yoxdur, çünki xalçatoxuyanlar başqa tip xalça toxuya bilmirdilər. Təxminən XVI-cı əsrdən indiyə kimi adət-ənənəyə uyğun olaraq Herisdə yalnız bu xalçanı toxuyurdular, ona görə də xalçatoxuyyanlar bu rəsmi çox gözəl bilirdilər. Qeyd etmək lazımdır ki, əhalisi həmçinin xovsuz xalça-palaz və kilimlərin istehsalı ilə tanınır.
Heşmətabad (Heris)
Heşmətabad (fars. حشمت اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.