HƏRİF

is. [ ər. ]
1. Gözə tanış gəlməyən, şübhəli görünən tip; subyekt.
Bu hərif kimdir? O hərif haradan gəldi? – [Mehralı:] Müxtəsər, bankdan bizim çeklərlə pul alanda hərifləri qamarlayıblar. S.Rəhman.
[Yusif:] Həriflər daşımağa macal tapmayıblar, özləri əkilsə də, çuvallar şahid qalıb… B.Bayramov.

2. məc. Bic, çoxbilmiş, tez başa düşən, tez duyan, ayıq. Yaman hərifdir.
– Bəhram hərif olduğu üçün Qulunun bu mehribanlığına əhəmiyyət vermədi və … bu nəvazişdən sonra əməli bir təklif olacağını gözlədi. Çəmənzəminli.
[Hacı Murad:] Amma o da hərifdir, özünü o yerə qoymuşdu ki, guya heç bir zaddan xəbəri yoxdur. S.S.Axundov.

3. Yüngül söyüş məqamında işlədilir.
[Altunbay:] Sən də, Toğrul, xristian hərif, yaxın gəl! C.Cabbarlı.
[Ağasəfər:] Adə, ey … çayqıraqlı pəzəvəng hərif! Qrammofon niyə susdu? Ə.Əbülhəsən.

// məc. Alçaq, yaramaz (adı çəkilməyə layiq olmayan adam haqqında).
– Nə var? – Nə oldu? – Həriflər özgə bir səngərə doldu. S.Vurğun.
Bombatək partlaram döyüş zamanı; Bütün hərifləri edərəm zəlil. S.Rüstəm.

4. dan. Oyun yoldaşı; oyundaş. Hərif uduzdu.
– Uşaqlardan biri o birilərinə him ilə bildirirdi ki, gələn hərif xamdır. H.Sarabski.
Hərifin biri həmişə istər ki, aşıqlar alçı dursun, o birisi də gözünü dikib tovxanlara müntəzir olar. Ü.Hacıbəyov.

5. klas. Sirdaş, yoldaş, munis.
Bildim, qəmini sənin, ki çoxdur; Qəm çəkməyə bir hərif yoxdur. Füzuli.

6. bax rəqib 2-ci mənada.
Qara pəhləvan gördü, yox, hərif çox qüvvətlidir. Koroğlu”.

Синонимы

  • HƏRİF qanmaz — anlamaz
  • HƏRİF rəqib — düşmən — əleyhdar

Антонимы

  • HƏRİF HƏRİF – ARİF O öz məsələsinə arifdir (C.Cabbarlı); Doğrusu, hərifin təklifi xoşuma gəldi (Çəmənzəminli)

Этимология

  • HƏRİF Ərəbcə “yoldaş” deməkdir. Hərf isə səsin yazıdakı işarəsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
HƏRİ
HƏRİLKİ
OBASTAN VİKİ
Ac həriflər (film, 1993)
Ac həriflər tammetrajlı bədii televiziya film-tamaşası rejissor Ramiz Həsənoğlu tərəfindən 1993-cü ildə ekranlaşdırılmışdır. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşada hadisələr Həsən dayının(Yaşar Nuri) yeməkxanasında cərəyan edir. Həmin gün Həsən dayının heç bəxti gətirmir. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Film-tamaşada əsas rolları Yaşar Nuri, Cahangir Novruzov, Nazim Abbas, Tofiq Tağızadə, Bəhram Osmanov, Hüseynağa Atakişiyev, Kərim Kərimov, Məmmədkamal Kazımov, Arif Mədətov və Ədalət Ziyadxanov ifa edirlər. == Məzmun == Film-tamaşada hadisələr ilk baxışda çox sadədir. Ötən əsrin əvvəllərində tipik bir Azərbaycan şəhərindəki yeməkxanaların birində, daha doğrusu, Həsən dayının (Yaşar Nuri) yeməkxanasında baş verən hadisələr və söhbətlər dövrün koloritini canlandırır. Həsən dayı və onun yeməkpaylayanı Zərbəli (Bəhram Osmanov) buraya gələn “ac həriflər”in kələyinin qurbanı olurlar. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər.
Ac həriflər (hekayə)
Ac həriflər (komediya) — "Ac həriflər" 1911-ci ildə yazılmış kiçik həcmli səhnə əsəridir, vodevil janrında yazılmışdır. "Ac həriflər", "Millət dostları" səpkili komediyaları realist aktyor məktəbinin formalaşmasında, teatrların repertuarında dəyərli yer tutmuşdur. Əsərdə hadisələr ilk baxışda çox sadədir. Ötən əsrin əvvəllərində tipik bir Azərbaycan şəhərindəki yeməkxanaların birində, daha doğrusu, Həsən dayının yeməkxanasında baş verən hadisələr və söhbətlər dövrün koloritini canlandırır. Həsən dayı və onun yeməkpaylayanı Zərbəli buraya gələn “ac həriflər”in kələyinin qurbanı olurlar. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Bəxtsiz Həsən dayı və Zərbəlinin acizliyi də gülüş doğurur. Bu yeməkxanaya gələnlərin hərəsi bir sənətin sahibidirlər. Müştərilər içərisində “quru bəylər” də az deyil. Lakin onların heç biri yediyinin pulunu vermək istəmir.
Ac həriflər (pyes)

Значение слова в других словарях

брачу́ющиеся капти́роваться куро́рт расспра́шиваться ра́чий своеобы́чно систематизи́рование ядоно́сный дире́кторство лицеме́рно очковтира́тельница подгоня́льщик ро́бкий тенево́е правительство транскриби́ровать amnestic indiscernible natant polyglottic strophae towy зацеловать оборот суперфосфат сутяжнический