Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lişniy adası
Lişniy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasından 2 km aralıda yerləşir. Bolşevik adasından Nenametnıy boğazı ilə ayrılır. Lişniy adasından cənubda Vstreçnıye adaları yerləşir. Lişniy adasının qrupa daxil ən yaxın adası arasında məsafə 400 metrdir. Ada ərazisi kiçik təpəciklərdən ibarətdir. == Təsviri == Cənubdan şimala doğru uzanır. Uzunluğu 6 km, eni 3,5 km təşkil edir.
Vışniy Voloçyok
Vışniy Voloçyok — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Disney+
Disney+ — "The Walt Disney Company" şirkətinə məxsus abunə əsaslı ABŞ video striminq xidməti. Platforma əsasən "Walt Disney Studios" tərəfindən istehsal olunan film və teleserialları yayımlayır, həmçinin "Disney", "Pixar", "Marvel", "Ulduz müharibələri" və "National Geographic" brendlərinin məzmununu reklam edir. "Disney+" platformasında orijinal filmlər və seriallar yayımlanır. "Disney+" 12 noyabr 2019-cu ildə ABŞ, Kanada və Niderlandda fəaliyyətə başlamışdır. Bir həftə sonra xidmət Avstraliya, Yeni Zelandiya və Puerto-Rikoda, 24 mart 2020-ci il tarixindən isə bəzi Avropa ölkələrində əlçatan olmuşdur.
Histiey
Histiey (q.yun. Ἱστιαῖος; e.ə. 493-cü ildə edam edildi) — Lisaqorun oğlu, İran hökmdarı I Daranın hakimiyyətinin ilk illərində Histiey, Kiçik Asiyada yerləşən Yunanistanın Milet şəhərinin tiranı idi. Hökmdar və tiranın maraqları üst-üstə düşdüyündən, o, I Daranın skiflərə qarşı yürüşü zamanı İrana sadiq qaldı. Miltiad İran ordusunu məhv etmək və bununla Kiçik Asiya yunanlarını iranlıların zülmündən qurtarmaq üçün Dunay üzərindəki körpünü dağıtmağı təklif edəndə, Hisitey buna qarşı çıxmış və tiranların yalnız iranlıların sayəsində şəhər hakimiyyəti əllərində saxladıqlarını xatırlatdı. Sonunda Miltiadın təklifi rədd edildi və Herodotun təsvir etdiyi kimi, "iranlılar xilas olundu". Daranın nədənsə Hisiteyə qarşı şübhəsi yarandı və onu sarayına çağırdı. Tezliklə o vətən həsrəti çəkməyə başladı və Şuş şəhərindən qaçmaq üçün kürəkəni və Miletdəki xələfi Aristaqoru Kiçik Asiya yunanlarını iranlılara qarşı qaldırmağa sövq etdi. Histiey ümid edirdi ki, Dara qiyamı yatırmaq üçün onu İoniyaya göndərəcək. O, həqiqətən də Kiçik Asiyaya göndərildi, lakin orada heçnəyə nail ola bilmədi, çünki Daranın qardaşı satrap I Artafern açıq şəkildə ona güvənmədiyini göstərirdi, Milet şəhərinin sakinləri isə onu düşmən kimi qarşıladılar.
Kişniş
Keşniş (lat. Coriandrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Yasnıy
Yasnı — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir Şəhərin əsası 1961-ci ildə qoyulub. 1979-cu ildən şəhər statusunu daşıyır. 2017-ci ildə şəhər əhalisi 15000 nəfər təşkil edib.
Disney
The Walt Disney Company (Volt Disney Kompani və ya sadəcə Disney) — əyləncə sənayesi üzrə dünyanın ən böyük konqlomeratı. 1923-cü ildə Volt və Roy Disney qardaşları tərəfindən əsası qoyulmuşdur.
Mişni
Mişni (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda kənd. Mişni (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (I) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (II) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (İran) — İranda kənd.
Disney Channel
Disney Channel — ABŞ-dən 24 saat yayımlanan televiziya kanalı. Kanal cizgi film və seriallar yayımlayır. Hədəf kütləsi ilk qurulduğunda 7 yaş qrupu uşaqlar olsa da zamanla dəyişmiş; proqramların məzmunu dəyişdikcə, izləyənlərin də yaş həddi də artmışdır. Kanalın sahibi Volt Disney şirkətidir.
Disney Junior
Disney Jr. — məktəbəqədər uşaqlar üçün telekanal.
Disney XD
Disney XD — efirə əsasən uşaq-yeniyetmə animasiya teleserialları yayımlayan The Walt Disney Company-yə məxsus rəqəmsal və peyk televiziyasının amerikan telekanalı. Yayım şəbəkəsinə 13 fevral 2009-cu ildən «Toon Disney» şirkətinin varisi olaraq başlamışdır. Onun hədəf auditoriyası — 6 yaşından 16 yaşına qədər olan oğlanlar və qızlardır. O, həmçinin yeniyetmələr üçün nəzərdə tutulmuş bəzi proqramları da yayımlayır. Bundan başqa, kanal ya kabel və peyk provayderləri tərəfindən təklif olunan ispan dili şəbəkə paketinin bir hissəsi kimi satılan ayrıca bir kanal kimi, ya da sistemə bağlı SAP seçimi ilə ayrıca audio xətt kimi ispan dilində audio müşaiyəti ilə təklif olunur. Bu kabel şəbəkəsindən alınan HDTV 720 p formatını seçən ABC/Disney şəbəkələrində peyk televiziyası provayderləri və telco IPTV provayderləri kimi bəzi digər kabel şəbəkə provayderləri tərəfindən də təklif olunur. == Tarixi == Disney XD 13 fevral, 2009-cu ildə şərq vaxtı ilə saat 12:00-da “Fines və Ferb” cizgi filminin “Biz qruplarımızı yenidən birləşdiririk” adlı epizodu ilə yayımlanmağa başlamışdır. Televiziya kanalı elə həmin gün şərq vaxtı ilə saat 19:00-da özünün ilk teleserialı olan “Əsl Aron Stoun” teleserialını çıxardı; iki hissənin premyerasının birinci hissəsi eyni vaxtda Disney XD və Disney Channel-da yayımlandı. Kanalın ilkin tərkibinə daxil olan yeni cizgi filmləri “Кid vs. Кet” və «JimmyTwo-Shoes» idilər.
Hüsniyə Məhərrəmova
Hüsniyə İkram qızı Məhərrəmova (30 sentyabr 1981, Bakı) — Azərbaycan teleaparıcısı, Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan şərhçisi və nümayəndə heyətinin rəhbəri. == Həyatı və fəaliyyəti == Hüsniyə Məhərrəmova 30 sentyabr 1981-ci ildə Bakıda anadan anadan olmuşdur. 1987–1998-ci illərdə Bakıda yerləşən 255 və 151 saylı orta məktəblərdə təhsil almışdır. O, orta məktəblə paralel musiqi məktəbində fortepiano şöbəsində də oxumuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti aktyorluq fakültəsinə qəbul olmuş, 2003-cü ildə oranı bitirdikdən sonra Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsinə daxil olaraq ikinci ali təhsilini almışdır. Eyni ildə "Sing Your Song" yarışmasında iştirak etmiş və burada üçüncü yeri tutmuşdur. Eyni zamanda, musiqişünaslıq üzrə magistratura pilləsində təhsilini davam etdirmişdir. Təhsil aldığı illərdə Hüsniyə Məhərrəmova fəaliyyət istiqamətini dəyişmiş və televiziyaya müraciət etmişdir. 2005-ci ildə İctimai Televiziya açılarkən burada müsabiqədən keçmiş və bir neçə gün sonra ilk efirinə çıxmışdır. 2014-cü ilin may ayınadək o, burada prodüser, musiqili və əyləncəli verilişlər departamentinin direktor müavini və aparıcı işləmişdir.
Maksim Mirnıy
Maksim Nikolayeviç Mirnıy (belar. Максім Мікалаевіч Мірны; doğulub 6 iyul 1977-ci ildə, Minsk, SSRİ) — Belarusiyalı peşəkar tennisçi, əməkdar idman ustası. Keçmişdə dünyadakı ilk raketkası (cütlükdə); qarışıq cütlərdə 2012 Olimpiya çempionu; cütlüklərdə Böyük Dəbilqə turnirlərinin 10 qat qalibi; cütlüklərdə ATP Final Turnirinin ikiqat qalibi (2006, 2011); 53 ATP turnirinin qalibi (onlardan biri təkdir). 29 Noyabr 2018-ci ildə idman karyerasının başa çatdığını elan etmişdir . == Bioqrafiyası == Maksim - Nikolay və Tatyana Mirnıyın iki oğlundan böyüyü idi; qardaşının adı Peterdir. Maksimin ailsə idmançı ailəsi idi: atası 1960-cı illərdə voleybolda SSRİ çempionatının elit divizionunda oynayıb, anası isə keçmiş üzgüçü olub, 1971-ci ildə 200 metr kəpənəkdə (butterfly) BSSR rekordunu müəyyənləşdirmişdir. Maksim 2004-cü ildə model Ksenia Rubçeniya ilə evləndi. Onların dörd övladı var: qızları Melaniya (2004) və Petra (2007), oğulları Demid (2009) və Trofim (2014). Maksim yeddi yaşından tennislə məşğuldur; uşaqlıqdan onun məşqiçisi zaman-zaman Amerikanın müxtəlif mütəxəssisləri tərəfindən köməklik olunan atası idi. Oyun karyerasından əlavə olaraq Mksimin bir sıra qeyri-idman layihələri var: Bradentonda, yerli tennis mərkəzindən aralıda Maksim öz pizza məkanını işlədir.
Nijniy Lomov
Nijniy Lomov — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir.
Nijniy Taqil
Nijniy Taqil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Nijnıy (ada)
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Nijnıy adası
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Rıbnıy yarımadası
Rıbnıy yarımadası — Taymır yarımadasının şimal-qərbində yerləşir. Materikin əsas hissəsindən Xutuqa Fiordu vastəsi ilə ayrılır. Kara dənizinin Pyasin və Minina körfəzləri onun sahillərini yuyur. Yarımada Tundra bitkiləri ilə örtülüdür. Şimalda Pessovıy adasından Sterleqov boğazı vastəsi ilə ayrılır. Sahilləri çox parçalıdır və fiordlar 15 km daxilə keçir. Yarımadada bir sıra çay və göllər vardır. Onlardan ən irisi Vısokoye gölü Taymırın ən irisidir. Yarımadada daimi yaşayış məntəqəsi olanasada burada balıqçı düşərgələrinə rast gəlmək olar. Yarımada bütünlüklə 1993-ci ildə təşkil olunan Böyük Arktik qoruğunun ərazisinə daxildir.
Uolt Disney
Volt Disney (ing. Walt Disney; 5 dekabr 1901[…], Çikaqo, İllinoys[…] – 15 dekabr 1966[…], Berbank, Kaliforniya) — ABŞ cizgiçi, rejissor, rəssam və prodüseri. The Walt Disney Company və Walt Disney Picturesin banisi. Volt Disney 5 dekabr 1901-ci ildə Çikaqoda irland,ingilis və alman əsilli çox kasıb bir ailədə dünyaya göz açmışdır. 1919-cu ildən etibarən Kanzas Siti şəhərində karikatura rəssamı işləmişdir. Daha sonralar Disney reklam kampaniyasına daxil olmuş və burada Y.Ayverksomla birgə işləməyə başlamışdır. Onlar bir yerdə Disneyin məşhur qəhrəmanlarının hazırlanması ilə məşğul olmuş, rəsm karikaturaları çəkərək "Gülməyin qramı" adlı film yaratmışlar. Bu formada ilk reklam çarxları fəaliyyətə başlamışdır. Bundan sonra Volt Disney özünün çox da böyük olmayan "Laf-o qramz" adlı şəxsi kompaniyasını yaratmışdır. Volt Disney rəsmlərdən ibarət nağıl filmləri olan "Göyçək Fatma", "Qırmızı papaq", "Çəkməli pişik" və başqalarını böyük ustaqlıqla yaratdı.
Volt Disney
Volt Disney (ing. Walt Disney; 5 dekabr 1901[…], Çikaqo, İllinoys[…] – 15 dekabr 1966[…], Berbank, Kaliforniya) — ABŞ cizgiçi, rejissor, rəssam və prodüseri. The Walt Disney Company və Walt Disney Picturesin banisi. Volt Disney 5 dekabr 1901-ci ildə Çikaqoda irland,ingilis və alman əsilli çox kasıb bir ailədə dünyaya göz açmışdır. 1919-cu ildən etibarən Kanzas Siti şəhərində karikatura rəssamı işləmişdir. Daha sonralar Disney reklam kampaniyasına daxil olmuş və burada Y.Ayverksomla birgə işləməyə başlamışdır. Onlar bir yerdə Disneyin məşhur qəhrəmanlarının hazırlanması ilə məşğul olmuş, rəsm karikaturaları çəkərək "Gülməyin qramı" adlı film yaratmışlar. Bu formada ilk reklam çarxları fəaliyyətə başlamışdır. Bundan sonra Volt Disney özünün çox da böyük olmayan "Laf-o qramz" adlı şəxsi kompaniyasını yaratmışdır. Volt Disney rəsmlərdən ibarət nağıl filmləri olan "Göyçək Fatma", "Qırmızı papaq", "Çəkməli pişik" və başqalarını böyük ustaqlıqla yaratdı.
Disney Jr.
Disney Jr. — məktəbəqədər uşaqlar üçün telekanal.
Ermənistan himni
Mer Hayrenik (erm. Մեր Հայրենիք, Bizim vətənimiz) - Ermənistanın dövlət himni. Ermənistan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət himni idi. 1 iyul 1991-ci ildə yenidən təsdiq olunub. Sözləri Mikael Nalbandyanın, bəstəkarı Barseq Kanaçyandır.
Filippin himni
Filippin dövlət himni — kompozisiyanın adı "Lupang Hinirang" ("Seçilmiş ölkə"). == Himnin sözləri == === Taqal dilində === Bayang magiliw Perlas ng Silanganan, Alab ng puso Sa dibdib mo’y buhay. Lupang hinirang, Duyan ka ng magiting, Sa manlulupig, 'Di ka pasisiil. Sa dagat at bundok, Sa simoy at sa langit mong bughaw, May dilag ang tula at awit Sa paglayang minamahal. Ang kislap ng watawat mo’y Tagumpay na nagniningning, Ang bituin at araw niya Kailan pa ma’y 'di magdidilim. Lupa ng araw, ng luwalhati’t pagsinta, Buhay ay langit sa piling mo; Aming ligaya, na 'pag may mang-aapi Ang mamatay nang dahil sa 'yo. === Azərbaycan dilinə tərcümə === Sevimli ölkə, Şərqin incisi, Yanan ürək Sənin sinəndə həmişə yaşayır. Seçilmiş ölkə, Sən — cəsarət beşiyisən, Sən işğalçılara Heç vaxt təslim olmazsan. Dənizlərdə və dağlarda, Havada və göy səmada, Hər yerdə şeirlərdə şöhrət, Və şirin azadlıqdan mahnı. Bayrağında qığılcım – Zəfərlə parlayır, Onun ulduzları və günəşi Əbədi sönməyəcək.
Finlandiya himni
Bizim diyar (fin. Maamme, isv. Vårt land) – Finlandiyanın dövlət himni. Musiqisi alman immiqrant Fredrik Paçiusa aid olan himnin isveç dilindəki original sözləri İohan Lüdviq Runeberqə məxsusdur. Himn bu musiqinin sədaları altında ilk dəfə 1848-ci il 13 mayda ifa olunub. Əslində bu sözlər Porvoonun 500 illiyi üçün yazılmışdı. Yubileydə çalınacaq və bu sözləri müşayiət edəcək musiqini də Runeberq məhz özü bəstələmişdi. "Bizim diyar"ın melodiyası eyni zamanda Estoniyanın “Ata yurdum, xoşbəxtliyim və sevincim” (est. Mu isamaa, mu õnn ja rõõm) adlı himninin musiqisi kimi istifadə olunub.
FİFA himni
FIFA himni, "FİFA"nın təşkil etdiyi turnirlərdə və beynəlxalq futbol maçlarında müsabiqədən əvvəl çalınan himndir. 1994 Dünya Çempionatından bu yana bütün FIFA turnirlərində çalınmaqdadır. Franz Lambert tərəfindən bəstələnmişdir və instrumentaldir. 2004-cü ildə FİFA-nın 100 iliyinə həsr olunmuş mərasimdə də istifadə edilən himn mərasim üçün Yapon Gota Yaşıkı tərəfindən hazırlanmışdır.