Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
AKAK
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (QAKA) (rus. А́кты Кавка́зской археографи́ческой коми́ссии (АКАК)) — Qafqaz Canişini Baş İdarəsi arxivindən əldə edilmiş sənədlərin rəsmi nəşri. == Nəşrin içindəçilər == Aktlar 12 cilddən ibarətdir (VI cild 2 hissədə olmaqla).
Akaa
Akaa — Finlandiyada şəhər.
Akar
Blaj
Blaj (albom)
HEAT
Yüksək partlayıcılı tank əleyhinə mərmi (ing. high-explosive anti-tank) (HEAT) və ya Kumulyativ mərmi - kumulyativ effektdən istifadə olunan əsas artelleriya təyinatlı mərmi növüdür. Zirehli (tank, pzm və sairə), eləcə də dəmir-beton hədəfləri vurmaq üçün nəzərdə tutulur. Kumulyativ mərmi korpusdan, partlayıcı doldurucudan, kumulyativ çuxurcuqdan, partladıcıdan və trasserdən ibarətdir. Yüksək çıxış sürətini Neuman effekti ilə istifadə edərək möhkəm və qalın zirehi daha təsirli bir şəkildə vurur. Səs sürətindən 25 dəfə daha sürətli hərəkət edərək, zirehə yüksək təsir göstərir. Mərminin xarici hissəsi metal astarla örtülmüşdür. İkinci Dünya Müharibəsi dövründə misdən istifadə edilmişdir. Mərmi tank zirehinə çatmazdan 2 metr əvvəl əsasən bölünür və dağılır. HEAT mərmisinin effekttivliyi əsasən döyüş başlığının diametri ilə mütənasibdir.
Haka
Haka — Yeni Zelandiya maorilərin mərasim rəqsi və ya maori mədəniyyətində çağırış. Qrup tərəfindən həyata keçirilən duruş rəqsi, güclü hərəkətlər və ayaqların ritmik möhürlənməsi ilə müşayiət olunur.
Hakan
Hakan — türk kişi adı. Hakan Çalhanoğlu — İtaliya A Seriyası təmsilçilərindən olan İnter Milan klubunda çıxış edən Türkiyəli peşəkar futbolçu Hakan Şükür — Türkiyə futbolçusu, milliyyətcə albandır. Hakan Boyav — Türkiyəli aktyor. Hakan Fidan — Türk hərbçisi, bürokrat və Milli İstihbarat Təşkilatı (MIT) rəhbəri. Hakan Erol — Azərbaycan əsilli Türkiyəli bəstəkar və aranjimançı. Hakan Utangaç — Pentagram qrupunu qurmuşdur. Hakan Ünsal — Türkiyə milli futbol komandasının və Qalatasaray klubunun sabiq oyunçusu. Hakan Günday — Türk yazıçıdır. Hakan Peker — Türk rəqqas, bəstəkar, müğənni və musiqi prodüseridir. Hakan Yavuz — türkiyəli siyasi elmlər üzrə mütəxəsis və tarixçi.
Hako
Hako — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd Kənd əhalisi əsasən Yezidilərdən ibarətdir. Hako kəndində 1990-cı illərə qədər 100 ailə yaşayırdısa, indi burada cəmi 16 ailə qalıb.
Hekal
Solomon məbədi (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎) və ya İlk məbəd (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎: Beyt HaMikdaş) — Qədim Yerusəlimdə mövcud olmuş yəhudi məbədi. E.ə. 587-ci ildə Yerusəlimin mühasirəsindən sonra məbəd, Babil imperatoru II Navuxodonosorun göstərişi ilə dağıdılmış, e.ə. VI əsrdə isə onun yerində İkinci məbəd inşa edilmişdir. Yəhudi Bibliyasında qeyd edilir ki, İsrail krallığının hökmdarı Solomonun hakimiyyəti dövründə inşa edilmiş məbəd İudeya krallığı dövründə Yahveyə ithaf edilmiş və burada Əhd Sandığı saxlanılmışdır. Yəhudi tarixçi İosif Flavi qeyd edir ki, "məbəd, inşa edildikdən 470 il, 6 ay və 10 gün sonra yandırılmışdır", ravvin mənbələrindən Seder Olam Rabbah salnaməsində isə İlk məbədin e.ə. 832-ci ildə inşa edilməsi və e.ə 422-ci ildə dağılması bildirilir ki, bu da dini olmayan mənbələrdən 165 il sonra deməkdir. Yerusəlimdəki dini həssaslıqlar və siyasi qeyri-stabilliyə görə Məbəd dağı ərazisində yalnız məhdud miqdarda arxeoloji tədqiqatlar aparılmışdır.
Okan
Okan — ad. Okan Buruq — futbolçu, futbol məşqçisi. Okan Yeşilot — tarixçi. Okan xan — türk və altay mifologiyasında sülh ilahı.
Okay
Okay xan — türk və altay mifologiyasında sehrbaz ilahı. Su altında yaşayır. Su altında yaşayan, kənar dünya ilə əlaqəli bir cadugərdir. İnsan qanından meydana gələn dənizlər ilə əhatə olunmuş bir evi olduğu düşünülər. Yaşadığı qalanın ətrafındakı dənizlər insan qanından və qırmızıdır. Qalanın həyəti heyvan kılığındaki insanlarla doludur. Onları bu qılığa Okay soxmuşdur. Bazası dənizdə tavanı səmada olan bu qala tamamilə insan çənəsindən hörülmüşdür. Bəzən su içənləri saqqallarından tutaraq suya çəkər. (Oğ/Og/Ok) kökündən törəmişdir.
Skad
Skad — Soyuq müharibə dövründə SSRİ tərəfindən istehsal olunmuş taktiki ballistik raketdir. İkinci və Üçüncü dünya ölkələrinə geniş şəkildə ixrac edilmişdir. İlk istehsal olunmuş versiyasının adı R-11, sonrakı daha inkişaf etdirilmiş variantı isə R-17 Elbrus adlanır. "Skad" adı isə bu raketin NATO kod adıdır və bu ad daha çox istifadə olunur. Raketin sürəti maksimum Mach 5.0-dir (2 km/s). Skad-A 1951-ci ildə R-11 adı ilə dizayn olunan bu texnika "Skad" seriyasının ilk ballistik raketidir. Bir çox xüsusiyyətlərinə görə II Dünya müharibəsi zamanı Faşist Almaniyası tərəfindən istehsal olunan V-2 raketinin oxşarıdır. Bu raket Sovet mühəndisi Viktor Makeyev tərəfindən hazırlanıb. İlk uçuşunu 18 aprel 1953-cü ildə həyata keçirib. 13 dekabr 1953-cü ildən etibarən Zlatoust şəhərində yerləşən SKB-358 zavodunda istehsalına başlanıb.
Ukay
Qarabatdaq balıqçılığı – kiçik çaylarda balıq tutmaq üçün istifadə olunan ənənəvi metod. Əsasən Yaponiya və Çində yayılmışdır. Bu metodda xüsusi təlim keçilmiş qarabatdaqın köməyin istifadə olunur. Yaponiyada qarabatdaq balıqçılığı ukay (鵜飼) adlanır. Yaponiyada bu cür balıqçılığın tarixi VII–VIII əsrlərə gedib çıxır. Ən məşhur qarabatdaq balıqçılığı yeri Gifu prefekturasının Naqara çayıdır. Burada 1300 ildən çoxdur ki, qarabatdan balıqçılığı metodu ilə balıq tuturlar. Oda Nobunaqa bu çayda ukay metodu ilə tutulmuş ayunu elə bəyənmişdi ki, bu metodla balıq tutan yüzlərlə balıqçıya uşo titulu vermişdir. Qarabatdaq balıqçıları may–oktyabr aylarında kiçik qayıqlara minib çay axını boyunca hərəkət edirlər. Adətən bir qayıqda iki balıqçı və iki qayıqçı olur.
ŞKAS
ŞKAS (rus: Шпитальный-Комарицкий Авиационный Скорострельный (ШКАС) Shpitalni-Komaritski Aviatsionni Skorostrelni) — Sovet istehsalı olan pulemyotlardan biridir. Silah əksər sovet qırıcılarında və bombardmançılarında istifadə edilmiş və ŞVAK avtomatik topunu əsasını təşkil etmişdir. Mərmisinin çıxış sürəti 775-825 m/s, atış sürəti isə dəqiqədə 1800-3000 arasında olmuşdur.
Əhkam
Əhkam — Məsuliyyət yaşı olaraq təyin olunan həddi-büluğa çatmış hər bir ağıllı müsəlmanın edə biləcəyi hərəkətlərlə bağlı dini etiket və ya təsnifatı ifadə edən termindir. Etiketlər 8-ə bölünür. Bu 8 sinifdən ilk 5-in edilməsi; son 3 hərəkət edilməməsi lazım olan hərəkətlərdir. Bu mövzuda işlədilən digər ifadələr arasında “əmr” ciddi şəkildə icra edilməsi əmr edilənlər üçün, “qadağan” isə qəti şəkildə edilməməsi tələb olunan hərəkətlər üçün işlədilir. Fiqhdə insan davranışı müxtəlif kateqoriyalara bölünür. Fərz (mütləq zərurəti ifadə edən əməl və ibadət), Vacib (zəruri, daha aşağı dərəcədə mükəlləfiyyət), sünnə, müstəhəb (bəyənilən əməllər), halal, məkruh (çirkin hesab edilən; çox çirkin, təhrimi məkruh, az çirkin, tənzihi məkruh) haram (qəti qadağandır). Bu hərəkətlərin klassik şəriət anlayışında maddi və ya mənəvi ekvivalentləri var. Fərz, vacib və sünnə sayılan əməlləri tərk etmək, məkruh və haram sayılan işləri yerinə yetirməyə görə cəzalar verilir (had və ya tazir cəzaları). Bu gün insanların bu təsnifat əsasında etiketlənməsi və cəzalandırılması fundamental insan hüquqlarının ciddi şəkildə pozulmasını kimi nəzərdə tutur. Fərz - Allahın Quranda açıq və aydın şəkildə ifadə etdiyi sözlərdir.
Hvar
Hvar (xorv. Hvar, it. Lesina, lat. Pharia, yun. Χβαρ) — Xorvatiyaya məxsus ada. Ada Adratik dənizində, ölkənin cənub akvatoriyasında, Dalmatya sahillərində yerləşir. Ada yaxınlığında eyni adlı şəhər var. Ada öz adını yunan mənşəli Faros (Φάρος) (mayak) sözündən götürmüşdür. == Coğrafiyası == Adanın sahəsi — 299,66 km², uzunluğu — 68 km, eni — 10,5 km, sahil xəttinin uzunluğu — 254,2 km-dir. Adanın əhalisi — 11 103 nəfərdir (2001).
GFAJ-1
GFAJ-1 - Halomonadaceae ailəsinə aid bakteriya. ABŞ, Kaliforniya ştatındaki Mono gölünün qələvi və duzlu sularında NASA əməkdaşı geobioloq Felisa Wolfe-Simon tərəfindən tapılmış ektsremofil (aşırı duzlu, isti, pH və sairə şəraitlərdə yaşayan bakteriya grupu) bakteriyadır. 2010-cu ildə Science jurnalında dərc olunmuş məqalədə iddia olunur ki, bu bakteriya fosfor baxımından məhdudlaşdırıldıqda arsen kimi zəhərli elementi bu maddənin yerinə qismi olaraq istifadə edərək həyatına davam etdirmə qabiliyyətinə malikdir. Bu qeyri-adi nəticə geniş mübahisələrə səbəb olmuşdur. 2012-də aparılan araşdırmalar göstərmişdir ki, bu bakteriyanın DNT-sində arsenik yoxdur və bu ştam sadəcə arsen zəhərinə davamlı, fosfata eytiyac duyan bir orqanizmdir. Bu mikrob tapılana qədər elm canlı həyat üçün 6 elementin – karbon, hidrogen, nitrogen, oksigen, fosfor və sulfidin olmasını gərəkli sayıb. Bu elementlər DNT, protein, yağ və hüceyrələrdə olub. Ancaq Kaliforniya ştatındakı Mono gölündə tapılan bir mikrobun təməl molekullarında fosfor əvəzinə arsenium aşkarlanıb. “GFAJ-1” adı verilən bu mikrob bu günə qədər canlıların yaşaması üçün mümkünsüz sayılan, dənizlərlə müqayisədə 3 dəfə duzlu olan Mono gölündə yaşamağı bacarıb. Yaşam üçün yararsız sayılan bu mühitdə bu mikrobun yaşadığı üzə çıxıb.
Hakan Boyav
Hakan Boyav (10 yanvar 1964, Ödəmiş, İzmir ili) — Türkiyəli aktyor. == Həyatı və karyerası == Hakan Boyav 10 yanvar 1964-cü ildə İzmir ilinin Ödəmiş ilçəsində anadan olub. 1984-cü ildə Suphi Koyuncuoğlu Liseyini, 1987-ci ildə Doqquz Sentyabr Universiteti Gözəl Sənətlər Fakültəsini bitirdi. Universitet illərində yerli bir qəzetdə illüstrator və yumor yazarı kimi çalışıb. 1988-ci ildə Diyarbəkır Dövlət Teatrının quruluş heyətində yer aldı və 1988-ci ildən 1993-cü ilə qədər Diyarbəkır Dövlət Teatrında çalışdı. 1993–2003-cü illərdə Antalya Dövlət Teatrında çalışdı. 2003-cü ildən Ankara Dövlət Teatrında çalışır. Karikatura sahəsində Abdi İpekçi Sülh və Dostluq Mükafatı karikatura sahəsi mükafatı (1988) və Yunus Nadi Karikatura Mükafatı (1989) sahibidir.
Hakan Erol
Hakan Erol (10 avqust 1984, Ərzurum) — Azərbaycan əsilli Türkiyəli bəstəkar və aranjimançı. == Həyatı == 1984-cü il,10 avgustda Türkiyənin Ərzurum şəhərində doğulmuşdur. Əslən Qərbi Azərbaycan, Türkiyənin İğdır vilayətindəndir. Ana tərəfdən Əmirasan xan Qırxlı-Avşar (Təbriz xanı) soyundandır. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitenin İnstrumental İfaçılıq bölümünü bitirmişdir. 2014-cü ildən şairə, söz yazarı Leyli İsrafilova ilə evlidir. 2019-cu ildə Kaan adlı oğlu dünyaya gəlmişdir. 2018-ci ildə Türkiyə istehsalı "Dümdüzz Adam" filminin soundtrackini aranjiman etmişdir. == Karyerası == 2005-ci ildən musiqi sahəsində fəaliyyət göstərir. Peşəkar karyerasına isə 2010-cu ildən bəstəkar kimi fəaliyyətini davam etdirməkdədir.
Huan Tin
Huan Tin (2 iyul 1977) — Çini təmsil edən bədii gimnast. == Karyerası == Huan Tin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Huan Yin
Huan Yin (2 iyul 1977) — Çini təmsil edən bədii gimnast. == Karyerası == Huan Yin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Hulusi Akar
Hulusi Akar (12 mart 1952, Kayseri) — Türkiyənin sabiq milli müdafiə naziri (2018-2023). == Həyatı == Ordu generalı Hulusi Akar, 1972-ci ildə Türkiyə Quru Qoşunları Məktəbini və 1973-cü ildə Quru Qoşunları Piyada Məktəbini bitirmişdir. 1973–1980-ci illərdə müxtəlif birliklərdə və Quru Qoşunları Hərb Məktəbində Komanda Korpus Komandanlığı və Məlumat Əməliyyat xidmətinin zabiti vəzifələrində çalışmışdır. 1982-ci ildə Quru Qoşunları Hərb Akademiyasından, 1985-ci ildə Silahlı Qüvvələr Akademiyasından, 1987-ci ildə ABŞ Silahlı Qüvvələri Qərargah Kollecindən məzun oldu. Ali Baş Qərargahda daxil olmaqla müxtəlif qərargahlarda və birliklərdə Hərəkət və Təhsil rəisi, İcra zabitliyi və şöbə müdiri vəzifələrini icra etmişdir. Bundan başqa Quru Qoşunları Hərbi Akademiyanın Tədris işçisi və 1990–1993-cü illərdə İtalyanın Napoli şəhərində Müttəfiq Qoşunları Cənub Bölgə Komandanlığı Qərargahında Kəşfiyyat zabiti vəzifələrini icra etmişdir. 1993–1994-cü illərdə Türkiyə Quru Qoşunları Komandanlığının Xüsusi Qələm və Mətbuat, İctiamiyyətlə Əlaqələr Şöbəsi müdiri, 1994–1997-ci illərdə Ali Baş Qərargahın Xüsusi Qələm müdiri vəzifələrini yerinə yetirmiş, 1997–1998-ci illərdə isə Bosniya və Herseqovina Türk Vəzifə Qüvvələri Komandanlığında işləmişdir. 1998-ci ildə Briqada generalı rütbəsi ilə təltif edilmiş və bu rütbə ilə 1998–2000-ci illərdə Tuncəlidə Daxili Müdafiə Briqada Komandanlığı, 2000–2002-ci illərdə İtaliyanın Napoli şəhərində Müttəfiq Qoşunları Cənub Bölgə Komandanlığı Qərargah Plan və Prinsiplər şöbəsində işləmişdir. 2002-ci ildə general-mayor rütbəsi ilə təltif edilmişdir. General-mayor rütbəsi ilə 2002–2005-ci illərdə Quru Qoşunları Komandanlığı, 2005–2007-ci illərdə Quru Qoşunları Hərbi Akademiyası Komandanlığı vəzifələrini icra etmiş və 2007-ci ildə xidmətlərinə görə general-leytenant rütbəsi ilə təltif edilmişdir.
Hvan Hyuncin
Hwang Hyunjin (azərb. Hvan Hyoncin‎) və ya səhnə adı ilə Hyunjin (20 mart 2000, Seul) — Cənubi Koreyalı oğlan qrupu Stray Kids-in üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasına (KOMCA) görə, onun adına 17 mahnı var. == Haqqında == === İlk İllər === Hyunjin (현진) 20 mart 2000-ci ildə Cənubi Koreyaın Seul şəhərində anadan olub.Seul Sonqil İbtidai Məktəbini və Seul Songne Liseyini bitirib. O, bəzən Las-Veqası ziyarət edirmiş, burada Sam adını istifadə edirdi.O, JYP Entertainment-ə orta məktəbin üçüncü sinfində oxuyarkən qoşulub. Bir dəfə anası ilə alış-veriş edərkən JYP Entertainment tərəfindən stajyer olmaq üçün ona təklif göndərilib.2 il stajçı olmuşdur. Qrupun vizualı, əsas rəqqası, repçisidir. == Karyera == === Debütdən öncə === Stajçı olaraq Hyunjin Stray Kids realiti şousunda Stray Kids üzvləri və İtzy üzvləri ilə birlikdə iştirak etdi.Hyunjin-in dediyinə görə, JYP Entertainment-ə qoşulduqda heç bir şeydə lazımi bacarıqları yox idi, ona görə də hər şeyi sıfırdan öyrənməli idi. Hyunjin debütünü görünüşünə görə deyil, bacarığına görə etmək istəyirdi. Təcrübə illəri asan keçmədi, ilk vaxtlar rəqsdə o qədər də yaxşı deyildi və ona nifrət edirdi. Ancaq sonralar bu fikri dəyişdi, birlikdə məşq etdiyi təcrübəçilər sayəsində rəqsdən necə həzz alacağını öyrəndi.
Kajə (Sərdəşt)
Kajə (fars. كاژه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 200 nəfər yaşayır (37 ailə).
Khan Academy
Khan Academy və ya Xan Akamdemiyası — 2008-ci ildə Sal Xan tərəfindən yaradılan sinif daxilində və xaricində öyrənmək istəyənlərin özlərinə ən uyğun şəkildə öyrənə bilmələri üçün çalışma tapşırıqları, öyrədici videolar, interaktiv çalışmalar vasitəsilə şəxsiləşdirilmiş öyrənmə təcrübəsi vəd edən amerikan qeyri-kommersiya təşkilatı. Riyaziyyat, fizika, proqramlaşdırma, tarix, incəsənət, iqtisadiyyat və daha bir çox bunlar kimi mövzulara toxunur. Boşluqları və güclü cəhətləri aydınlaşdırıb uyğun olaraq tapşırıq vermə alqoritmamızdan istifadə edərək riyaziyyat üzrə ibtidai sinifdən universitet səviyyəsinə qədər bütün şagirdlərə bələdçilik edir. Sayt həmçinin daha mütəxəssisləşdirilmiş məzmun vəd etmək üçün NASA, Modern Sənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və MIT kimi qurumlarla əməkdaşlıq edir. Veb-sayt və onun məzmunu əsasən ingilis dilində verilir, bununla yanaşı, eyni zamanda, azərbaycan, benqal, bolqar, çin, çex, danimarka, ərəb, holland, fransız, gürcü, alman, ivrit, hindi, indoneziya, italyan, yapon, koreya, norveç, polyak, portuqal, serb, ispan, isveç, tamil, teluqu, türk, urdu və özbək dillərində də fəaliyyət göstərir. == Tarixçə == Qurumun qurucusu Salman Xan, ABŞ-nin Nyu-Orlean şəhərində bir benqallı ata və bir hind anasının övladı olaraq doğulub böyüdü. Massaçusets Texnologiya İnstitutunda üç fərqli sahə üzrə təhsil aldıqdan sonra dörd il ərzində Harvardda biznes idarəetməsi fakültəsi üzrə magistratura pilləsini qazandı. 2004-cü ilin sonlarına yaxın əmisi oğlu Nadiaya riyaziyyat tədris edərkən, bənzər kurs istəkləri tələbi ilə Youtube videolarını hazırlamağa başlayan Salman Xan, hazırladığı dərsləri yüksək qiymətləndirənlərin sıx marağına görə 2009-cu ildə işini tərk etmiş və 2010-cu ildən bəri "Khan Academy" adlı qeyri-kommersiya təşkilatı yaratmış və dərslər hazırlamağa başlamışdır. Məlumatın ehtiyacı olan hər kəs üçün sərbəst olacağına inanan Xan, maliyyə sektorunda uğurlu bir karyeradan imtina edərək, ən dəyərli bir şey olduğuna inandığı biliklərini paylaşmağı seçir. Khan Academy, qazanc üçün deyil, ianə ilə dəstəklənən və təhsil sahəsindəki sosial sahibkarlığın nümunəsidir.