Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
AKAK
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (QAKA) ( rus. А́кты Кавка́зской археографи́ческой коми́ссии (АКАК)) — Qafqaz Canişini Baş İdarəsi arxivindən əldə edilmiş sənədlərin rəsmi nəşri. == Nəşrin içindəçilər == Aktlar 12 cilddən ibarətdir (VI cild 2 hissədə olmaqla).
Akaa
Akaa — Finlandiyada şəhər.
Akar
Makartur evkalipti (lat. Eucalyptus macarthurii) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Növün nümayəndələri Uels ştatının Cənub-şərq hissəsində, Şimali-Şərqi Avstraliyada dəniz səviyyəsindən 600-700 m hündürlükdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 45 m-ə çatan, şaxələnmiş, sıx çətirli ağacdır. Qabığı kobud, bəzən pulcuqvari, sınan, yaşlılarda çox qalın və dərin şırımlı, qopub töküləndir. Cavan yarpaqları qarşı-qarşıya düzülüşlü, oturaq, neştərvari, açıq yaşıl rəngli, uzunluğu 2,5-8,5 sm, eni 1-4,5 sm, açıq yaşıl, bəzən göyümtüldür. Çoxillik yarpaqları növbəli, parlaq, saplaqlı, ensiz-neştərvari və ya oraqvari olub, uzunluğu 9-30 sm, eni 1-2,5 sm-ə çatır, qısa, ucu bizdir. Çiçək çətirləri 4-8 çiçəkli olmaqla qoltuqda yerləşir, çiçək saplaqları 5-12 mm uzunluqda, yumru və ya bir az künclü, qönçələri oturaq, silindrik və ya yumurtavari olub, uzunluğu 10 mm, diametri 5 mm, parlaq, künclü, konusvari qapaqlı, uzunluğuna görə kasacıq borucuğuna bərabərdir. Meyvələri ayaqda, yarımşarşəkilli olub, uzunluğu 5 mm, diametri 6 mm, xırda diskli və 3-4 qısa, qabarıq laylıdır. Abşeronda aprel-iyul aylarında çiçəkləyir.
Blaj
Blaj (albom)
HEAT
Yüksək partlayıcılı tank əleyhinə mərmi (ing. high-explosive anti-tank) (HEAT) və ya Kumulyativ mərmi - kumulyativ effektdən istifadə olunan əsas artelleriya təyinatlı mərmi növüdür. Zirehli (tank, pzm və sairə), eləcə də dəmir-beton hədəfləri vurmaq üçün nəzərdə tutulur. Kumulyativ mərmi korpusdan, partlayıcı doldurucudan, kumulyativ çuxurcuqdan, partladıcıdan və trasserdən ibarətdir. Yüksək çıxış sürətini Neuman effekti ilə istifadə edərək möhkəm və qalın zirehi daha təsirli bir şəkildə vurur. Səs sürətindən 25 dəfə daha sürətli hərəkət edərək, zirehə yüksək təsir göstərir. Mərminin xarici hissəsi metal astarla örtülmüşdür. İkinci Dünya Müharibəsi dövründə misdən istifadə edilmişdir. Mərmi tank zirehinə çatmazdan 2 metr əvvəl əsasən bölünür və dağılır. HEAT mərmisinin effekttivliyi əsasən döyüş başlığının diametri ilə mütənasibdir.
Haka
Haka — Yeni Zelandiya maorilərin mərasim rəqsi və ya maori mədəniyyətində çağırış. Qrup tərəfindən həyata keçirilən duruş rəqsi, güclü hərəkətlər və ayaqların ritmik möhürlənməsi ilə müşayiət olunur.
Hakan
Hakan — türk kişi adı. Hakan Çalhanoğlu — İtaliya A Seriyası təmsilçilərindən olan İnter Milan klubunda çıxış edən Türkiyəli peşəkar futbolçu Hakan Şükür — Türkiyə futbolçusu, milliyyətcə albandır. Hakan Boyav — Türkiyəli aktyor. Hakan Fidan — Türk hərbçisi, bürokrat və Milli İstihbarat Təşkilatı (MIT) rəhbəri. Hakan Erol — Azərbaycan əsilli Türkiyəli bəstəkar və aranjimançı. Hakan Utangaç — Pentagram qrupunu qurmuşdur. Hakan Ünsal — Türkiyə milli futbol komandasının və Qalatasaray klubunun sabiq oyunçusu. Hakan Günday — Türk yazıçıdır. Hakan Peker — Türk rəqqas, bəstəkar, müğənni və musiqi prodüseridir. Hakan Yavuz — türkiyəli siyasi elmlər üzrə mütəxəsis və tarixçi.
Hako
Hako — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd Kənd əhalisi əsasən Yezidilərdən ibarətdir. Hako kəndində 1990-cı illərə qədər 100 ailə yaşayırdısa, indi burada cəmi 16 ailə qalıb.
Hekal
Solomon məbədi (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎) və ya İlk məbəd (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎: Beyt HaMikdaş) — Qədim Yerusəlimdə mövcud olmuş yəhudi məbədi. E.ə. 587-ci ildə Yerusəlimin mühasirəsindən sonra məbəd, Babil imperatoru II Navuxodonosorun göstərişi ilə dağıdılmış, e.ə. VI əsrdə isə onun yerində İkinci məbəd inşa edilmişdir. Yəhudi Bibliyasında qeyd edilir ki, İsrail krallığının hökmdarı Solomonun hakimiyyəti dövründə inşa edilmiş məbəd İudeya krallığı dövründə Yahveyə ithaf edilmiş və burada Əhd Sandığı saxlanılmışdır. Yəhudi tarixçi İosif Flavi qeyd edir ki, "məbəd, inşa edildikdən 470 il, 6 ay və 10 gün sonra yandırılmışdır", ravvin mənbələrindən Seder Olam Rabbah salnaməsində isə İlk məbədin e.ə. 832-ci ildə inşa edilməsi və e.ə 422-ci ildə dağılması bildirilir ki, bu da dini olmayan mənbələrdən 165 il sonra deməkdir. Yerusəlimdəki dini həssaslıqlar və siyasi qeyri-stabilliyə görə Məbəd dağı ərazisində yalnız məhdud miqdarda arxeoloji tədqiqatlar aparılmışdır.
Okan
Okan — ad. Okan Buruq — futbolçu, futbol məşqçisi. Okan Yeşilot — tarixçi. Okan xan — türk və altay mifologiyasında sülh ilahı.
Okay
Okay xan — türk və altay mifologiyasında sehrbaz ilahı. Su altında yaşayır. Su altında yaşayan, kənar dünya ilə əlaqəli bir cadugərdir. İnsan qanından meydana gələn dənizlər ilə əhatə olunmuş bir evi olduğu düşünülər. Yaşadığı qalanın ətrafındakı dənizlər insan qanından və qırmızıdır. Qalanın həyəti heyvan kılığındaki insanlarla doludur. Onları bu qılığa Okay soxmuşdur. Bazası dənizdə tavanı səmada olan bu qala tamamilə insan çənəsindən hörülmüşdür. Bəzən su içənləri saqqallarından tutaraq suya çəkər. == Etimologiya == (Oğ/Og/Ok) kökündən törəmişdir.
Skad
Skad — Soyuq müharibə dövründə SSRİ tərəfindən istehsal olunmuş taktiki ballistik raketdir. İkinci və Üçüncü dünya ölkələrinə geniş şəkildə ixrac edilmişdir. İlk istehsal olunmuş versiyasının adı R-11, sonrakı daha inkişaf etdirilmiş variantı isə R-17 Elbrus adlanır. "Skad" adı isə bu raketin NATO kod adıdır və bu ad daha çox istifadə olunur. Raketin sürəti maksimum Mach 5.0-dir (2 km/s). == Variantları == === SSRİ === Skad-A 1951-ci ildə R-11 adı ilə dizayn olunan bu texnika "Skad" seriyasının ilk ballistik raketidir. Bir çox xüsusiyyətlərinə görə II Dünya müharibəsi zamanı Faşist Almaniyası tərəfindən istehsal olunan V-2 raketinin oxşarıdır. Bu raket Sovet mühəndisi Viktor Makeyev tərəfindən hazırlanıb. İlk uçuşunu 18 aprel 1953-cü ildə həyata keçirib. 13 dekabr 1953-cü ildən etibarən Zlatoust şəhərində yerləşən SKB-358 zavodunda istehsalına başlanıb.
Ukay
Qarabatdaq balıqçılığı – kiçik çaylarda balıq tutmaq üçün istifadə olunan ənənəvi metod. Əsasən Yaponiya və Çində yayılmışdır. Bu metodda xüsusi təlim keçilmiş qarabatdaqın köməyin istifadə olunur. == Yaponiya == Yaponiyada qarabatdaq balıqçılığı ukay (鵜飼) adlanır. Yaponiyada bu cür balıqçılığın tarixi VII–VIII əsrlərə gedib çıxır. Ən məşhur qarabatdaq balıqçılığı yeri Gifu prefekturasının Naqara çayıdır. Burada 1300 ildən çoxdur ki, qarabatdan balıqçılığı metodu ilə balıq tuturlar. Oda Nobunaqa bu çayda ukay metodu ilə tutulmuş ayunu elə bəyənmişdi ki, bu metodla balıq tutan yüzlərlə balıqçıya uşo titulu vermişdir.Qarabatdaq balıqçıları may–oktyabr aylarında kiçik qayıqlara minib çay axını boyunca hərəkət edirlər. Adətən bir qayıqda iki balıqçı və iki qayıqçı olur. Balıqları cəzb etmək üçün içində od olan vedrələrdən istifadə olunur.
ŞKAS
ŞKAS (rus: Шпитальный-Комарицкий Авиационный Скорострельный (ШКАС) Shpitalni-Komaritski Aviatsionni Skorostrelni) — Sovet istehsalı olan pulemyotlardan biridir. Silah əksər sovet qırıcılarında və bombardmançılarında istifadə edilmiş və ŞVAK avtomatik topunu əsasını təşkil etmişdir. Mərmisinin çıxış sürəti 775-825 m/s, atış sürəti isə dəqiqədə 1800-3000 arasında olmuşdur.
Akan dili
Akan dili – akanların dillərindən biridir. Mərkəzi və Cənubi Qanada yayılmışdır. Bu dildə 7 milyondan artıq adam danışır. Akan Dili kva dillərinin tano qolunun mərkəzi qrupuna aiddir və qohum abron dili ilə birlikdə akan yarımqrupunu təşkil edir. Daha geniş mənada "Akan" termini elmi ədəbiyyatda tano qolunun ümumi adı kimi işlədilmişdir və bu, hazırda akan xalqlarının adında saxlanılmaqdadır. Bu termindən çvi birliyinin adı kimi də istifadə olunmuşdur. Akan Dilindəki sait səslərə yüksəkliyinə görə çarpazlaşmış tipli ahəngdarlıq xasdır. Arxa damaq samitinin olmaması və ön palatal samitlərin (ky, gy, hy) dodaqlanan cütlüklərlə (tw, dw, hw) mövcud- luğu bu dil üçün səciyyəvidir. Akan Dilində qrammatik və leksik əhəmiyyətli 2 yumşaq ahəng var. Adlar tək və cəm kateqoriyalara ayrılır.
Akan qalası
Akan qalası – Kəlbəcər rayonunun Həsənriz kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Qala divarları daxilində müxtəlif dövrlərə aid, kobud yonulmuş daşlardan tikilmiş tikililərin, o cümlədən tağtavanlı binanın qalıqları və məzar daşları qalmışdır. == Təsviri == Saxlanmış divar qalıqlarından görünür ki, böyük ərazini əhatə edən Akan qalası ərazinin müdafiə sistemində mühüm rol oynamışdır. Qala, Həsənriz kəndindən şimal-şərqdə, böyük dağın ətəyində, Akan çayının sahilində, iki tərəfdən dərin yamaclarla əhatə olunmuş əlçatmaz ərazidə yerləşir. Qala divarları daxilində müxtəlif dövrlərə aid, kobud yonulmuş daşlardan tikilmiş tikililərin, o cümlədən tağtavanlı binanın qalıqları və məzar daşları qalmışdır.Qalanın şimal-şərq hissəsində yerlşən gizli yeraltı yol, çayın kənarında kərpicdən tikilmiş dörd zallı hamam binasına aparır. Hamamın divarlarında horizontal yerləşdirilmiş keramik borulaq qalmışdır. Onlardan biri 11, digəri 7 sm diametrə, ümumilikdə 36 sm uzunluğa malikdir. Ehtimal ki, borular istixanadan su verilməsi üçün istifadə olunmuşdur. == İstinadlar == == Ədəbiyyat == Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989 Бархударян, С. Свод армянских надписей, вып. 5.
Arzu Okay
Arzu Okay — Türkiyə kino aktrisasıdır. Hazırda Fransada yaşayır ve həyat yoldaşından boşanmışdır. Arzu Okayın keçmiş həyat yoldaşından bir qız övladı vardır.
Blaj (albom)
Blaj (rus. Блажь, azərb. Şıltaqlıq‎, həmçinin kimi tanınan rus. Я тебя люблю, azərb. Mən səni sevirəm‎) — Nikolay Noskovun debüt studiya albomu.
Blaj (şəhər)
Blaj (rum. Blaj; mac. Balázsfalva; alm. Blasendorf‎) — Rumıniyanın Alba judetsində yerləşən şəhər. Şəhərin 20 630 nəfər sakini var. Şəhərin oriyentiri buranın Transilvaniyadakı Roma Yunan Katolik Kilisəsinin mədəni və vacib dini mərkəzi olduğunu göstərir. == Tarixi və etimologiyası == Şəhər tarixən "Kiçik Roma" olaraq adlandırılıb.
Conni Huan
Conni Huan (5 oktyabr 1962) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Conni Huan Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Conni Huan Kanadanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Conni Huan Kanadanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Daliya Skay
Dahliya Skay (10 avqust 1989 – 30 iyun 2021, Los-Anceles, Kaliforniya) — amerikalı pornoqrafiya aktrisasıdır. == Həyatı == Dahliya Skay 10 avqust 1989-cu ildə dünyaya gəldi. 2010-cu ildə Bailey Blue ləqəbini götürərək pornoqrafiya sənayesinə başladı. 2014-cü ildə səhnə adının müəllif hüquqlarının əlində olan institusional geyim firmasının xəbərdarlıq göndərdiyinə görə adını dəyişdirdi. 30 iyun 2021-ci ildə Los-Anceles, Kaliforniya-da bir avtomobilin içində silahla vurulmuş halda ölü olaraq görüldü. Ölümündən sonra New York Daily News-da yer alan bir xəbərə görə səlahiyyətlilər hadisənin intihar olduğu qərarını verdi.
Dschinghis Khan
Dschinghis Khan (alman dilindən — "Chenghis Khan") 1979-cu ildə musiqi prodüseri Ralf Siegel tərəfindən dördüncü yeri tutduğu Eurovision Mahnı Müsabiqəsində iştirak etmək üçün Almaniyada yaradılan Qərbi Alman diskoteka qrupudur. O, daha çox "Dschinghis Khan", "Moskau", "Rocking Son of Dschinghis Khan" kimi mahnıları ifa etməklə tanınır.
GFAJ-1
GFAJ-1 - Halomonadaceae ailəsinə aid bakteriya. ABŞ, Kaliforniya ştatındaki Mono gölünün qələvi və duzlu sularında NASA əməkdaşı geobioloq Felisa Wolfe-Simon tərəfindən tapılmış ektsremofil (aşırı duzlu, isti, pH və sairə şəraitlərdə yaşayan bakteriya grupu) bakteriyadır. 2010-cu ildə Science jurnalında dərc olunmuş məqalədə iddia olunur ki, bu bakteriya fosfor baxımından məhdudlaşdırıldıqda arsen kimi zəhərli elementi bu maddənin yerinə qismi olaraq istifadə edərək həyatına davam etdirmə qabiliyyətinə malikdir. Bu qeyri-adi nəticə geniş mübahisələrə səbəb olmuşdur. 2012-də aparılan araşdırmalar göstərmişdir ki, bu bakteriyanın DNT-sində arsenik yoxdur və bu ştam sadəcə arsen zəhərinə davamlı, fosfata eytiyac duyan bir orqanizmdir.Bu mikrob tapılana qədər elm canlı həyat üçün 6 elementin – karbon, hidrogen, nitrogen, oksigen, fosfor və sulfidin olmasını gərəkli sayıb. Bu elementlər DNT, protein, yağ və hüceyrələrdə olub. Ancaq Kaliforniya ştatındakı Mono gölündə tapılan bir mikrobun təməl molekullarında fosfor əvəzinə arsenium aşkarlanıb. “GFAJ-1” adı verilən bu mikrob bu günə qədər canlıların yaşaması üçün mümkünsüz sayılan, dənizlərlə müqayisədə 3 dəfə duzlu olan Mono gölündə yaşamağı bacarıb. Yaşam üçün yararsız sayılan bu mühitdə bu mikrobun yaşadığı üzə çıxıb. Arsenium kimyəvi elementlər cədvəlində fosfordan sonra gəlir və bu iki elementin fiziki olaraq atom böyüklükləri bir-birinə bənzəyir.
Hakan Boyav
Hakan Boyav (10 yanvar 1964, Ödəmiş, İzmir ili) — Türkiyəli aktyor. == Həyatı və karyerası == Hakan Boyav 10 yanvar 1964-cü ildə İzmir ilinin Ödəmiş ilçəsində anadan olub. 1984-cü ildə Suphi Koyuncuoğlu Liseyini, 1987-ci ildə Doqquz Sentyabr Universiteti Gözəl Sənətlər Fakültəsini bitirdi. Universitet illərində yerli bir qəzetdə illüstrator və yumor yazarı kimi çalışıb. 1988-ci ildə Diyarbəkır Dövlət Teatrının quruluş heyətində yer aldı və 1988-ci ildən 1993-cü ilə qədər Diyarbəkır Dövlət Teatrında çalışdı. 1993–2003-cü illərdə Antalya Dövlət Teatrında çalışdı. 2003-cü ildən Ankara Dövlət Teatrında çalışır. Karikatura sahəsində Abdi İpekçi Sülh və Dostluq Mükafatı karikatura sahəsi mükafatı (1988) və Yunus Nadi Karikatura Mükafatı (1989) sahibidir.
Hakan Erol
Hakan Erol (10 avqust 1984, Ərzurum) — Azərbaycan əsilli Türkiyəli bəstəkar və aranjimançı. == Həyatı == 1984-cü il,10 avgustda Türkiyənin Ərzurum şəhərində doğulmuşdur. Əslən Qərbi Azərbaycan, Türkiyənin İğdır vilayətindəndir. Ana tərəfdən Əmirasan xan Qırxlı-Avşar (Təbriz xanı) soyundandır. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitenin İnstrumental İfaçılıq bölümünü bitirmişdir. 2014-cü ildən şairə, söz yazarı Leyli İsrafilova ilə evlidir. 2019-cu ildə Kaan adlı oğlu dünyaya gəlmişdir. 2018-ci ildə Türkiyə istehsalı "Dümdüzz Adam" filminin soundtrackini aranjiman etmişdir. == Karyerası == 2005-ci ildən musiqi sahəsində fəaliyyət göstərir. Peşəkar karyerasına isə 2010-cu ildən bəstəkar kimi fəaliyyətini davam etdirməkdədir.