Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hötit
Hetit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Xassələri == Rəng – kristallarda qırmızımtıl-qonurdan qarayadək, incə - və xırdadənəli aqreqatlarda – sarı, sarımtıl-qonur, qonur; Mineralın cizgisinin rəngi – qonurdan narıncı - sarıyadək; Parıltı – kristallarda almaz, yarımmetal, sarımtıl və qırmızımtıl rəngli kütlələrdə – tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik təbəqələri işıq keçirir; Sıxlıq– hetitin– 4,3, hidrohetitin –3,8-4,2; Sərtlik – 5,0-5,5; Kövrəkdir; Ayrılma– {010} üzrə mükəmməl, {100} üzrə – orta; Sınıqlar – qeyri-hamar, pilləli, qabıqvari; Morfologiya – kristallar: iynə - və sütunvari; İkiləşmə: nadir hallarda dirsəkvari ikiləşmə rast gəlir; Mineral aqreqatları: axın formalı, sıx, məsaməli, böyrək- və torpaqvari kütlələr, stalaktitlər, sferolitlər, oolitlər, konkresiyalar, qabıqlar, ensiz haşiyələr, psevdomorfozalar, bəzən jeodalar; hötit, hidrohötit, lepidokrokit, hidrolepidokrokit, hidrohematitin, gil minerallarının, silisium oksidinin, habelə Al, Mn və b. hidroksidlərinin təbiətdə geniş yayılmış gizlikristallik qarışığı olan limonitin (qonur dəmir filizinin) mühüm tərkib hissələridir. == Mənşəyi və yayılması == Ekzogen şəraitdə əmələ gəlir. Dəmir minerallarının – siderit, pirit, maqnetit, dəmirli silikatların və b. aşınma məhsulu olub, ultraəsası süxurların, dəmirli kvarsitlərin və s. aşınma qabıqlarında müşahidə olunur. Limonitlər sulfid yataqlarının oksidləşmə zonalarının tipik əmələgəlmələridir; onlar əsasən yataqların üst hissələrində d ə m i r p a p a q l a r əmələ gətirir. Hötitin çökmə əmələgəlmələri dəniz və göl hövzələrinin sahilyanı zolağında kimyəvi yolla çökür.
Audit
Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onun maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür. Britaniya Audit Praktikasi Komitəsinin 1989-cu ildə verdiyi tərifə görə, Böyük Britaniyada audit “qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş bütün qaydalara riayət olunmaqla, müəssisənin mühasibat hesabatı barədə peşəkar fikir ifadə etmək məqsədi ilə həmin hesabatın xüsusi təyin edilmiş auditor tərəfindən müstəqil öyrənilməsi deməkdir.” Qanuna əsasən ABŞ-də səhmləri qiymətli kağızlar birjasında qiymətləndirilməyə buraxılan bütün səhmdar cəmiyyətlərinin maliyyə fəaliyyəti auditdən keçməlidir. Qərbdə (ABŞ) auditə verilən ən məqbul təriflərdən biri aşağıdakı kimidir: Audit (auditing) elə bir prosesdir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini müəyyənləşdirmək və bunu öz rəyində ifadə etmək üçün həmin informasiya haqqındə sübutlar toplayır və onları qiymətləndirir. Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi auditə aşağıdakı tərifi vermişdir. “Auditin – iqtisadi hərəkətlər və hadisələr haqqında obyektiv məlumatlar alınmasının və qiymətləndirilməsinin, onların müəyyən meyara uyğunluğu səviyyəsinin müəyyənləşdirilməsinin və nəticələrin əlaqədar istifadəçilərə verilməsinin sistemli prosesidir.” Amerika mütəxəssislərinin qeyd etdikləri kimi audit iqtisadi obyektin (müstəqil təsərrüfat bölməsinin) fəaliyyətinə və vəziyyətinə dair faktların və ya bu cür fəaliyyət və vəziyyət barədə informasiyanın toplanmasından və qiymətləndirilməsindən ibarət olan və müəyyən edilmiş meyarlar əsasında həmin fəaliyyətə keyfiyyət cəhətdən rəy verəcək səlahiyyətli sərbəst şəxs tərəfindən həyata keçirilən fəaliyyət növüdür. Deməli, audit dedikdə, maliyyə hesabatının müstəqil yoxlanması və bu barədə fikir ifadə olunması başa düşülür. Auditin kifayət qədər böyük tarixi var və müxtəlif tərcümələrdə “o dinləyir” və ya “dinləyici” mənalarını verir.
Bodie
Bodi (ing. Bodie) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən kabus şəhər. 1880-ci ildə şəhərdə 2.800 nəfər yaşayırdı. Qızıl hərisliyi dövründə şəhərdə əhali sürətlə artmışdır. 1900-cu ildə qızıl bloklarından birində işin zəifləməsi ilə, şəhər əhalisinin artımı dayanmış, 1910-cu ildən etibarən azalmağa başlamışdır. 1962-ci ildə kabus şəhərin yerləşdiyi ərazi milli parka çevrilmişdir. Hər il Bodie şəhərini 200 min turist ziyarət edir.
Bömit
Bömit — mineral == Haqqında == Bömit - rombik. Habitus lövhəvari. Ayrılma {010} üzrə mü­kəm­­məl. Aqreqat: gizlikristallik, paxlavari. Rəngi rəngsiz, ağ. Sərtliyi 3,5-4. Xüsusi çəkisi ~3. Çökmə və laterit boksitlərin mühüm tərkib hissəsi. Diaspor və hidrargillitlə assosiasiyasına rast gə­linir. Nefelinin hidrotermal dəyişməsi nəticəsində əmələ gəlir.
Eolit
Eolit (yun. ἔως – sübh çağı, dan şәfәqi, erkәn vә λίθος – daş sözündәn) – Nə vaxtsa hesab edilirdi ki, eolitlər ən qədim daş alətlər olub, amma indi hesab edilir ki, bunlar geofaktlardır (buzlaşma kimi tamamilə təbii geoloji proseslərin nəticəsində alınmış daş fraqmentlərdir). Eolitlərin tamamilə təbii mənşəyini göstərən daha çox sübutlar aşkar edilmişdir. == Biblioqrafiya == O'Connor, A. ‘Geology, archaeology, and ‘the raging vortex of the “eolith” controversy’, Proceedings of the Geologists' Association, 114 (2003). Terry Harrison (anthropologist), "Eoliths", in H. James Birx (ed), Encyclopedia of Anthropology (Sage, 2006). Roy Frank Ellen, "The Eolith Debate, Evolutionist Anthropology and the Oxford Connection Between 1880 and 1940," History and Anthropology, 22,3 (2011), 277-306.
Gedit
gedit — GNOME desktop mühiti üçün mətn redaktorudur. gedit Linuxdan əlavə Microsoft Windowsda və Mac OS X-də də işləyir. gedit - sintaksis işarələmə (highlight) xüsusiyyətinə malikdir.
Halit
Halit (daş duz) NaCl — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – rəngsiz, ağ, sarı, qırmızımtıl, qara, rəngi çox vaxt qarışıqlardan asılı olub, qeyri-müntəzəm, bəzən zonal xarakter daşıyır; Güclü deformasiyaya uğramış, yaxud silvinlə (KCl) sıx assosiasiya təşkil edən halit çox vaxt xal-xal rəngə boyanır. Bu, güman ki, K40-un və adətən onunla bağlı olan Rb87-un radioaktivliyi ilə əlaqədardır; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə (təzə sınıqlarda), yağlı, ipəyi; Şəffaflıq – şəffaf, yaxud yarımşəffaf; Sıxlıq – 2,1-2,2; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – kub {100} üzrə mükəmməl, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvarı; Başqa xassələr – çox yüksək istilikkeçirmə; zəif elektrikkeçirmə; suda asan həllolma; hidroskopiklik; şor dad; Morfologiya – kristallar: heksaedrik, bəzən oktaedrik, nisbətən az hallarda – sütunvari, tez-tez kristallik «qayıqcıq»lar; kub üzlərində çox vaxt qıfaoxşar pilləli oyuqlar olur; İkiləşmə: {111} üzrə nadir rast gəlir; Mineral aqreqatları: xırda dənəlidən nəhəngdənəliyədək massiv əmələgəlmələr, sıx lifli, ovuntulu kütlələr, bəzən stalaktit və stalaqmitlər, sızmalar, druzalar, nazik təbəqəçiklər. == Mənşəyi və yayılması == Tipik xemogen mineral olub, dəniz və şor göl sularının buxarlanması nəticəsində doymuş məhlullardan çökür. Çox vaxt əhəngdaşlarının, dolomitlərin və başqa çökmə süxurların içərisində qalın laylar təşkil edir. Duz laylarının böyük dərinliklərdə plastik deformasiyası və onların tez-tez üstdə yatan süxurlara daxil olması ilə duz günbəzlərinin əmələ gəlməsi əlaqədardır. İsti, quru iqlim şəraitində qapalı duzlu hövzələrin dibində özüçökən ovuntulu duz əmələgəlmələrinin kristalları toplanır. Bəzən halit sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında müşahidə edilir. Mineralın nazik təbəqəcikləri başqa duzlarla birlikdə səhra və çöl rayonlarında torpaq səthində şoranlıq əmələ gətirir.
Hapıt
Haput — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik qrupu olan haputluların məskunlaşdığı kəndlərdəndir. Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Haputlular Qədim Albaniyada yaşayan 26 tayfadan biri olan hər tayfasının nümayəndələridir . Hal hazırdada qonşu kəndlər Haputlulara öz dillərində Hər deyirlər. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir. Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göycay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndləri var idi. == Toponimikası == Haput kəndi Quba rayonunun Əlik i.ə.v.-də kənd.
Hetit
Hetit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Xassələri == Rəng – kristallarda qırmızımtıl-qonurdan qarayadək, incə - və xırdadənəli aqreqatlarda – sarı, sarımtıl-qonur, qonur; Mineralın cizgisinin rəngi – qonurdan narıncı - sarıyadək; Parıltı – kristallarda almaz, yarımmetal, sarımtıl və qırmızımtıl rəngli kütlələrdə – tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik təbəqələri işıq keçirir; Sıxlıq– hetitin– 4,3, hidrohetitin –3,8-4,2; Sərtlik – 5,0-5,5; Kövrəkdir; Ayrılma– {010} üzrə mükəmməl, {100} üzrə – orta; Sınıqlar – qeyri-hamar, pilləli, qabıqvari; Morfologiya – kristallar: iynə - və sütunvari; İkiləşmə: nadir hallarda dirsəkvari ikiləşmə rast gəlir; Mineral aqreqatları: axın formalı, sıx, məsaməli, böyrək- və torpaqvari kütlələr, stalaktitlər, sferolitlər, oolitlər, konkresiyalar, qabıqlar, ensiz haşiyələr, psevdomorfozalar, bəzən jeodalar; hötit, hidrohötit, lepidokrokit, hidrolepidokrokit, hidrohematitin, gil minerallarının, silisium oksidinin, habelə Al, Mn və b. hidroksidlərinin təbiətdə geniş yayılmış gizlikristallik qarışığı olan limonitin (qonur dəmir filizinin) mühüm tərkib hissələridir. == Mənşəyi və yayılması == Ekzogen şəraitdə əmələ gəlir. Dəmir minerallarının – siderit, pirit, maqnetit, dəmirli silikatların və b. aşınma məhsulu olub, ultraəsası süxurların, dəmirli kvarsitlərin və s. aşınma qabıqlarında müşahidə olunur. Limonitlər sulfid yataqlarının oksidləşmə zonalarının tipik əmələgəlmələridir; onlar əsasən yataqların üst hissələrində d ə m i r p a p a q l a r əmələ gətirir. Hötitin çökmə əmələgəlmələri dəniz və göl hövzələrinin sahilyanı zolağında kimyəvi yolla çökür.
Hobbit
Hobbit və ya Oraya və Geriyə (ing. The Hobbit, or There and Back Again) - ingilis yazıçısı Con Tolkin tərəfindən fentezi janrında yazılmış povestdir və 1937-ci ildə nəşr olunmuşdur. Faktiki olaraq, “Üzüklərin hökmdarı” romanı bu kitabın ardıdır. == Yaranma tarixi == Bir çox digər məşhur nağıl əsərləri kimi, "Hobbiti" də Con Tolkin uşaqları kiçik olanda onlar üçün qoşurdu. Yeni nağılı onların o qədər xoşuna gəlmişdi ki, o hətta öz uşaqları ilə bir yerdə öz uydurduqları dünyanın şəkillərini, xəritəsini də çəkirdi. Lakin, hekayə yarımçıq qaldı və Tolkin sadəcə əlyazmasının bir nüsxəsini çap etmişdi. Həmin nüsxəni o, hərdən dostlarına oxuması üçün verirdi. Tolkinin tələbələrindən biri bir gün "Allen & Unwin" nəşriyyat evinin redaktoru Süzanna Daqnellə söhbət edərkən, kitabın möhtəşəmliyindən ona danışır. Süzen öz növbəsində kitabı oxuyur və müəllifə məktubla müraciət edir ki, o, əsərin süjetini yekunlaşdırsın. Lakin, nəşriyyat evinin direktoru Stenli Anuin kitabın uğur qazanacağına o qədər də əmin deyildi.
Hoplit
Hoplit (yun. ὁπλίτης - "oplon") — eramızdan əvvəl 8-ci əsrdə Qədim Yunanıstanda meydana çıxan ağır piyada sinfinin döyüşçülərinə verilən addır. Hoplitlər elit və zirehli Yunan nizə piyadalarıdır. O, nizə piyadaları ilə eyni üstünlüklərə və çatışmazlıqlara malikdir, lakin daha güclü müdafiə qabiliyyətinə malikdir. Bununla belə, zirehlərinə və tutmalı olduqları mövqeyə görə, döyüş zamanı Nizəçilər ilə müqayisədə daha yavaş hərəkət edirlər. Falanks qaydasında (konvergent nizam) döyüşmək üçün silahlanmış Hoplitlər dizliklər, döş nişanları və dəbilqələr taxırdılar. Hər üç zireh bir və ya iki qat camış dərisindən və ya tuncdan hazırlanmışdı. Hoplitlər çiyinlərinə asılmış enli, dairəvi qalxan, uzun tunc sivri nizə (3,5-4 metr) və çiynindən asılmış tunc qılıncla silahlanmışlar. Daha sonra dərini at sidiyi ilə bərkitmə texnikası tətbiq olundu. Hoplitin silah komplektinə böyük dörtkünc qalxan, qılınc, dəbilqə və zireh daxil idi.
Hovil
Hovil — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.Hovil kəndi dəniz səviyyəsindən təxminən 800 metr hündürlüyündə malikdir Hətta Hovil kəndində çoxlu balağlar və şəlalələr vardır. Fransız səyyahı "Aleksandr Duma" Qafqaz Səfəri Bakı əsərində Hovil kəndin gözəlliyindən və Hovil kəndinin sakinlərinin qonaqpərvər olduğunu təsvir etmişdir == Əhalisi == Əhalisi 303 nəfərdir. == Toponimiyası == Oykonim talış dilində Hiyovil kimi tələffüz edilir.
Hədik
Hədik — Mərasim və mövsümi səciyyəli milli yemək növü. Əvvəlcədən islağa qoyulmuş buğda və qarğıdalını qazana töküb üzərinə su əlavə edib bişirirlər. Buğda bişib açıldıqdan (çatladıqda) sonra qazana lobya, noxud (yarıbişmiş), lərgə, mərcimək tökülür. Hədik süfrəyə verilərkən yanına qoz ləpəsi də qoyulur. Adətən uşaq ilk dişini çıxardıqda bişirilir və qonum-qonşuya paylanır. Məhərrəmlik zamanı (aşura günü), həmçinin payız və qış aylarında çərəz məqsədi ilə də bişirilir. == Həmçinin bax == Hədik Arxivləşdirilib 2015-05-28 at the Wayback Machine == Mənbə == Һәдик // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев .
Hədis
Hədis dedikdə Məhəmməd peyğəmbər barəsində rəvayət edilən şey nəzərdə tutulur. Ümumiyyətlə, hədis Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və ətrafında olanların hərəkətlərinə olan münasibətini ehtiva edən bir anlayışdır. == Tarixi == Müsəlmanlara görə İslam iki əsas sütunun – Qurani-Kərim və sünnənin əsasında duran sonuncu dindir. İslamın əsaslandığı ikinci sütundan – sünnədən – hədislərin tarixi haqqında. Doğrudur, bir çox alimlərə görə, Sünnə hədisdən daha geniş mənaya malikdir. Ancaq bunların arasında fərqin olmadığını düşünənlər də az deyildir. Hədis dedikdə Məhəmməd peyğəmbər barəsində rəvayət edilən şey nəzərdə tutulur. Ümumiyyətlə, hədis Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və ətrafında olanların hərəkətlərinə olan münasibətini ehtiva edən bir anlayışdır. Bunun üçün hədisləri çox vaxt [əl-əhədis əl-qavliyyə] – ( Məhəmməd peyğəmbərin dediyi, sözlə ifadə etdiyi hədislər), [əl-əhədis əl-filiyyə] – (Məhəmməd peyğəmbərin davranışını, etdiyi işləri, əməlləri, hərəkətlərini ifadə edən hədislər) və [əl-əhədis ət-təqririyyə] – Məhəmməd peyğəmbərin ətrafında olan insanların davranışlarına, hərəkətlərinə, dediklərinə olan təqriredici münasibətini bildirən hədislər) deyə üç qismə ayırırlar. Bəzən Məhəmməd peyğəmbərin fitri xüsusiyyətlərini, əxlaqı xarakterini də hədis məfhumuna daxil edirlər.
Hədət
Hədət əl-Həmra' (ərəb. الحدث الحمراء‎; mənası – Qırmızı Hədət) və ya Adata (q.yun. Ἃδατα) — Tavr dağları yaxınlıqlarında, indiki Türkiyənin cənub-şərqində qədim şəhər. Şəhər Bizans-ərəb müharibələrində əhəmiyyətli rol oynamışdır. == Coğrafiya == Şəhər Tavr–Aladağlar dağ silsəsinin təqribən 1,000 metr (3,300 ft) yüksəkliyində, Adıyaman vilayətinin Gölbaşı rayonundakı Ağsu çayı yaxınlıqlarında yerləşirdi. Şəhərin dəqiq yeri naməlumdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Houtsma, Martijn Theodoor, redaktorAl-Ḥadath // E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936, Volume III. Leiden: BRILL. 1987. səh. 187. ISBN 90-04-08265-4.
Kolit
Kolit (yun. κῶλον (kolon) + ίτις (itis) ; azərb. Yaralı kolit xəstəliyi‎) — kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi. Bu zaman bağırsaqda çoxsaylı yaralar əmələ gəlir, bağırsağın selikli qişası zədələnir, şişkinləşir, damar şəbəkəsi pozulur, nəticədə hətta qansızmalar yarana bilir. Yaralı kolit xəstəliyi hər yaşda rast gəlinməsinə baxmayaraq, sıxlıqla 16-40 yaş arasında görülür. Xəstəliyin yaranma səbəbi dəqiq bilinmir. Güman olunur ki irsi amil, immunitetin pozulması (bədəndə gedən autoimmun reaksiyalar), bəzi zərərli qidalar, bakteriya və viruslar xəstəliyin yaranmasında mühüm rol oynayır. == Xəstəliyin əlamətləri == Qanlı ishal selikli-çirkli-qanlı nəcis ifrazı defekasiyanın ağrılı olması qarında sancılar çəki azlığı və tempraturXəstəliyin kəskinləşmə və sakitlik dövrləri var. Kəskinləşmə dövründə insanda halsızlıq, oynaq ağrıları, ağızda yaralar meydana gələ bilər. Xəstəliyin diaqnostikası kolonoskopiya müayinəsinə əsasən aparılır.İlkin diaqnostika zamanı bağırsağın digər iltihabi xəstəliyi olan Kron xəstəliyini inkar etmək üçün patohistoloji müayinə aparılmalıdır.
Хаditа
Xadita (ərəb. حَدِيثَةٌ‎, al-Ḥadīthah) — İraqın Anbar mühafazasında şəhər.
Audit jurnalı
Audit jurnalı− sistemin subyektlərinin fəaliyyəti barəsində xronoloji nizamlanmış yazıların son nəticənin təftişi məqsədi ilə əməliyyatların, prosedurların yerinə yetirilməsinə və ya tranzaksiyalar zamanı hadisələrin baş verməsinə səbəb olan və ya şərait yaradan hərəkətlər ardıcıllığının bərpası, baxılması və analizi üçün yetərli olan verilənlər == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Bella Hadid
İzabella Xair Hadid (ing. Isabella Khairiah Hadid; 9 oktyabr 1996, Vaşinqton) — Fələstin əsilli amerikalı model. == Həyatı == Bella Hadid Kaliforniya ştatının Los -Anceles şəhərində teleaparıcı və keçmiş model Yolanda Hadid və Fələstinli Amerikalı multimilyonçu Məhəmməd Hadidin ailəsində anadan olmuşdur. Model müsahibəsində" Atam Amerikaya ilk dəfə gələndə qaçqın idi,həmişə çox dindar idi və bizimlə birlikdə dua edirdi, müsəlman olduğum üçün qürur duyuram "dedi. Bellanın böyük bacısı model Gigi Hadid və kiçik qardaşı Ənvər Hadid var.Hadidin həmçinin atasının əvvəlki evliliyindən Mariel və Alana adlı 2 bacısı var. Yeniyetmə ikən Bella Hadid atçılıq idmanında uğur qazandı və 2016 -cı ildə Rio -de -Janeyroda keçiriləcək Olimpiya Oyunlarında iştirak etməyi planlaşdırırdı, lakin sonradan sağlamlıq səbəbiylə məşq edə və yarışa bilmədi. Həkimlər qıza gənə dişləməsinin səbəb olduğu lyme xəstəliyi diaqnozu qoydular. Anası Yolanda və qardaşı Ənvər də eyni xəstəlikdən əziyyət çəkirlər. Ancaq qız təslim olmadı və 2014 -cü ilin payızında Nyu -Yorka köçdü. Burada fotoqrafiya ilə məşğul oldu.
Bəymirzə Hayit
Bəymirzə Hayit(d. 17 dekabr 1917, Nəməngan Rusiya Türkistanı - v. 31 oktyabr 2016, Köln Almaniya) — xüsusilə Türkistan və Orta Asiya mövzusunda araşdırma edən tarixçi və şərqşünas. == Həyatı == 17 dekabr 1917-ci ildə Nəməngan şəhərində dünyaya gəlmişdir. Yetkinlik yaşına çatdıqda artıq ədəbiyyata və sənətə maraq göstərirdi. 1930-cu illərin məhrumiyyətlərinə baxmayaraq 1939-cu ildə Daşkənd Universitetini bitirdi. Həmin il Qırmızı Orduya çağrıldı və burada leytenant olaraq xidmət etdi. Hayit 1939-cu ilin dekabrında Nəməngandan ayrıldı və Polşada eskadron tank komandiri olaraq yerləşdi. II Dünya müharibəsi zamanı Hayit 1941-ci ildə Alman əsirliyinə girdi. Sonra Alman Vermaxtın Türkistan legionunda zabit kimi xidmət etdi.
Carex hoodii
Carex hoodii (lat. Carex hoodii) — cilkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Cudit Forsa
Cudit Forsa (d. 7 iyun 1996) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Cudit Forsa, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Cudit Rayker
Cudit Rayker (alm. Judith Rakers‎; 6 yanvar 1976, Paderborn, Şimali Reyn-Vestfaliya) — Jurnalist, 2011 Avroviziya Mahnı Müsabiqəsinin aparıcılarından biri.
Cudit Ridli
Cudit Ridli (ing. Judith Ridley; 2 fevral 1946, Pitssburq, Pensilvaniya) — ABŞ aktrisasıdır. Ən yaxşı rolu Yaşayan ölülərin gecəsi filmində "Cudi" roludur. Bu filmdə iştirak edən Rassell Ştrayner ilə evlilikdən sonra filmlərdə adı Cudit Ştrayner (ing. Judith Streiner) kimi səslənirdi. Film karyerası boyu cəmi iki filmdə rol almışdır.
Cəbəl Hafit
Cəbəl Hafit (ərəb. جبل حفيت‎) — Əl-Əyn yaxınlığında, Birləşmiş Ərəb Əmirlikləri ilə Oman arasındakı sərhəddə yerləşən dağ. Dağın bir hissəsi Onam ilə sərhədi təşkil edir. Ancaq zirvə BƏƏ ərazisindədir. == Coğrafiya == === Oroqrafiya === Cəbəl Hafit 26 km uzunluğa və 4–5 km enə malikdir. Şimaldan cənuba doğru uzanır. Onun yamacları asimetrikdir və şərq yamacı daha sərtdir (25°-40°). 1249 metrə qədər yüksələn zirvədən şəhərin əsrarəngiz görünüşünü müşahidə etmək olur. Cəbəl Hafit bölgənin tarixi boyunca tanınmış bir məkan olmuşdur. hazırda isə məşhur turizm obyektidir.