Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hiromi Hara
Hiromi Hara (d. 19 oktyabr 1958) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 75 oyun keçirib, 37 qol vurub.
Hiromi Kocima
Hiromi Kocima (d. 12 dekabr 1977) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hiromi İkeda
Hiromi İkeda (d. 22 dekabr 1975) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 119 oyun keçirib, 4 qol vurub.
Borjomi
Borjomi (gürc. ბორჯომი Borcomi) — Gürcüstannın cənub-qərbində kurort şəhəri, Samtsxe-Cavaxeti bölgəsində şəhərdir. Şəhər öz məşhur Borjomi mineral suyu ilə tanınır. Borjomi mineral suyu keçmiş SSRİ ölkələrində çox məşhurdur. Borjomidə XVIII əsrdə inşa edilmiş Romanov sülaləsinin malikanələri qorunub-saxlanılmışdır. == Nəqliyyat == Borjomi Borjomi-Bakuriani dəmiryolunun son stansiyasıdır. == Kurort == Borjomi kurortu Gürcüstanın cənubi-qərbində, Kür çayı sahilində, dəniz səviyyəsindən 810–850 m hündürlükdə yerləşir. Borjomi aşağı dağ yamac kurortlar sırasına daxildir və hər tərəfdən iynəyarpaqlı və sıxyarpaqlı meşələrlə örtülmüşdür. İqlimi həm qış, həm də yay aylarında mülayim temperatur müşahidə olunur. == Qalereya == == Partnyor şəhərlər == Borjominin aşağıdakı şəhərlərlə partnyor əlaqələri vardır: ABŞ Filippi, Qərbi Virciniya 2006-cı ildən == Xarici keçidlər == Borjomi-Kharagauli National Park Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine Borjomi Mineral Water Company Borzhom.
Haramı
Birinci Haramı — Füzuli rayonunun qəsəbə inzibati ərazi dairəsi. 19 iyun 2009-cu ildən 1 №-li Qayıdış adlanır. İkinci Haramı — Füzuli rayonunun qəsəbə inzibati ərazi dairəsi. 19 iyun 2009-cu ildən 6 №-li Qayıdış adlanır. Haramı düzü — Füzuli rayonunda böyük bir sahəni əhatə edən ərazi. "Haramı" yarımstansiyası — Füzuli SES-ə aid elektrik yarımstansiyası. Haramı (İran) — İranda kənd. Haramı dağı — Ordubad rayonu ərazisində dağ. (Hünd. 1316,7 m.) Haramı aşırımı — Ordubad rayonu ərazisində aşırım.
Hiroki
Hiroki — ad. Hiroki Yamada — Yaponiya futbolçusu.
Hiroşi
Hiroşi — ad. Hiroşi Yoşida — Yaponiya futbolçusu.
Hormis
Horonu
Horonu — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Horonu Yardımlı rayonunun Yolocaq inzibati ərazi vahidində kənd. Viləş çayının sahilində Qələbaşı dağının yamacındadır. Oykonim Talış dilindəki hor (mal yemləmək üçün təknə) və honi və ya honu (bulaq) sözlərinin birləşməsindən əmələ gəlib, "təknəli bulaq" mənasındadır. Yaşayış məntəqəsi salındığı ərazidəki bulağın adı ilə adlandırılmışdır.
Moroni
Moroni (fr. Moroni, ərəb. موروني‎) — Komor adalarının paytaxtı, Nqazica muxtar adasının inzibati mərkəzi, ölkənin ən iri şəhəri. Hesab edilir ki, şəhərin adı malaqasi dilidə olan moron — "sahil" sözündən yaranıb ya da Kartala vulkanına işarə olaraq "odun ürəyi" deməkdir. Digər versiyaya görə ad Oundroni sözündən yaranıb "rifah" deməkdir. Şəhərdə dəniz portu və şahzadə Səid İbrahim adına beynəlxalq aeroport vardır. Moronidə kənd təsərrüfatı və emal müəssisələri vardır. 1886–25 iyul 1912-ci ildə Moroni Bambao sultanlığının paytaxtı olub. 1962–6 iyul 1975-ci ildə Fransa nın dəniz ərazisi Komor adalarının paytaxtı olub. 6 iyul 1975-ci ildən Moroni müstəqil Komor adalarının paytaxtıdır.
Tsromi
Tsromi (gürc. წრომი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 443 nəfər idi. 2014-cü ildə 316 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, XI cild, səh.
Vorsmi
Vormsi (est. Vormsi, isv. Ormsö) — sahəsinə görə Saaremaa, Hiyumaa və Muhu adalarından sonra Estoniyanın dördüncü böyük adasıdır. İnzibati cəhətdən Lyaenes qəzası ərazisinə daxildir. Ada Moonzund arxipelaqına daxildir. Baltik dənizinin şərqində qərrlaşır. Qərbində yerləşən Hiyumaa adasından 12 km enə malik olan Muhu boğazı ilə ayrılır. Sahəsi 93 km² təşkil edir. Ada əttsfında 30 yaxın kiçik adalar vardır. Onlarla birlikdə sahəsi 109 km²-dir.
Tomomi
Tomomi — ad. Tomomi Fucimura — keçmiş Yaponiya qadın futbolçusu. Tomomi Miyamoto — keçmiş Yaponiya qadın futbolçusu. Tomomi Seo — keçmiş Yaponiya qadın futbolçusu.
Oromo
Oromolar (amhar dilindən tərcümədə "Oromo" – "torpaq axtaran avaralar") — Efiopiya və Keniyada yaşayan xalq. Sayı təxminən 25 milyon nəfərdir. Гемечу К. М. Традиционная культура Оромо: генезис и эволюция. Монография / Гемечу Кедир Мохаммед; Моск. гос. ун-т культуры и искусств М.: Моск. гос. ун-т культуры и искусства, 2000. — 198 с. Кобищанов Ю. М. Оромо // Народы и религии мира / Гл.
Harami yaylaqları
Harami yaylaqları — Ermənistan Respublikasının cənubunda, keçmiş Qafan rayonunda, Gığı dərəsi ərazisində yerləşən yaylaq. Yaylaqdan qədim zamanlardan Sovet dövrünə kimi Cəbrayıl, Füzuli elləri mal-qara otarılması üçün istifadə edib. Gığı dərəsində Acıbac kəndindən yuxarıda Sarıdərə çayının başında yerləşən Harami yaylaqları qədim yaylaq yerlərindən biridir. Yaylaq ərazisində eyniadlı ərazicə iri Harami qəbiristanlığı da yerləşib ki, burada yaylaq vaxtı dünyadan köçənlər dəfn ediliblər. Erməni qadağalarına baxmayaraq Azərbaycanlıların Qafan rayonu ərazisindən deportasiyasına kimi Cəbrayıl rayonunun Hovuslu, Horovlu (Horavlı), Şahvəlli (Şahvəlili), Qovşudlu (Qovşud), Mahmudlu, Çərəkən fermaları Harami yaylaqlarına gəliblər. Yaylaq yaxınlığındakı azərbaycanlı kəndləri ilə Cəbrayıl rayonunda yerləşən kəndlər arasında qohumluq münasibətləri bugünə kimi qalır.
Haramı aşırımı
Haramı (Hərəmi) — Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında, Biləv kəndindən 4 km qərb-cənub-qərbdə aşırım (hünd. 1290,0 m). Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarının aşınması nəticəsində yaranmış gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir. HƏRƏMİ AŞIRIMI – Ordubad rayonu ərazisində Haramı aşırımının əhali arasında işlədilən başqa adı.
Haramı dağı
Haramı (Hərəmi) — Ordubad rayonu ərazisində dağ (hünd. 1316,7 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında, Biləv kəndindən 4 km qərb-cənub-qərbdə zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir. HƏRƏMİ DAĞI – Ordubad rayonu ərazisində Haramı dağının əhali arasında işlədilən başqa adı.
Haramı düzü
Haramı düzü — Füzuli rayonunu və Beyləqan rayonunun böyük bir sahəni əhatə edən ərazi. == Toponimikası == Toponim 2 sözdən ibarətdir. Düz coğrafi termini mənfi relyef forması ifadə edir. Oronimiyada enişi, yoxuşu, təpəsi, çuxuru olmayan,ümumi fondan çox da kənara çıxmayan hamar relyef səthinə düz deyilir. Oronimin tərkibindəki haram sözü ərəbcə "qadağan edilmiş", "yasaq olunmuş", "toxunulmaz", "haram mala əl uzadan", "yolkəsən", "quldur", "qaçaq","soyğunçu" mənalarındadır. Ərazi vaxtilə bu düzlərdə məskən salmış qaçaq-quldurlara (Azərbaycanın bəzi zonalarında onlar haramı adlanır) görə belə adlandırılmışdır. Bəzi araşdırıcılar isə oronimin tərkibində olan haramı sözünü İran dillərindəki hor/har ("isti") komponenti ilə əlaqələndirir.Bu yerlər xüsusilə yay aylarında çox isti olur. Şamaxı rayonu ərazisində, Udulu kəndinin cənub-qərbində Haramı dağı, Quba rayonu ərazisində Qudyal çayının sahilində yerləşən Haramtala dağı toponimləri də bu qəbildən olan coğrafi adlardandır. == İstinadlar == == Xarici keçidlər == armenianvandalism.
Hiroci İmamura
Hiroci İmamura (d. 27 aprel 1949) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Hiroki Fuciharu
Hiroki Fuciharu (d. 28 noyabr 1988) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Hiroki Mizumoto
Hiroki Mizumoto (d. 12 sentyabr 1985) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Hiroşi Yoşida
Hiroşi Yoşida (d. 11 fevral 1958) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib, 1 qol vurub.
Hiroşi Şibutani
Hiroşi Şibutani (6 aprel 1967) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Hiroşi Şibutani Yaponiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Hiroşi Şibutani Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Hiroşi Şibutani Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Horomos monastırı
Horomos monastırı — Türkiyə Cümhuriyyətinin Qars ilinin Ani şəhər xarabalığının 15 km şimal-şərq tərəfində yerləşən və orta əsrlərə aid erməni abidəsi. == Tarixi == Monastır Arpaçayın sahilində yerləşir və monastıra yeganə yol bu çayın sahili ilə uzanan çətin keçilən yoldur. Ani çarlığının ən mühüm dini və mədəni mərkəzlərindən biri olan bu monastırın kral I Abbasın (943–953) dövründə inşa edildiyi bildirilir. XI əsr erməni tarixçisi Stefanos Asogik monastırın qədim bir karvan yolu üzərində inşa edildiyini bildirir. Baqratilər xanədanının mərkəzinin 961-ci ildə Qarsdan Aniyə köçürülməsindən sonra Horomos monastırının əhəmiyyəti daha da artmışdır. Belə ki, Baqratilər monastırdan bir krallıq qəbrstanı kimi istifadə etməyə başlamışdılar. 982-ci ildə ərəblərin yürüşündən sonra monastır yandırılmış, lakin qısa zaman sonra yenidən bərpa edilmiş, həmçinin yeni şapel inşa edilərək istifadə edilməyə başlanmışdır. 1064-cü ildə türklərin Anini fəth etməsindən sonra monastır rahat həyatını sürməyə başlamışdır. Monastırın divarındakı 1180-ci il tarixli kitabə buranın böyük dini mərkəz olmasından bəhs edir. Horomos həmçinin XIII əsrdə Anini idarə edən gürcü mənşəli Mxraqdzeli xanədanı üçün də məzarlıq rolunu oynamışdır.
Koroşi dialekti
Koroşi dialekti (Bəlucca: کوروشی)—Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərindən və Bəluc dilinin dialektlərindəndir ki fars ostanının cənubunda yaşayan bəluclar tərəfindən danışılır. Koroşi dialektində danışanların sayı 2006-cı ildə 1000 nəfər olduğu təxmin edilib.