Haramı aşırımı | |
39°32′40″ şm. e. 45°48′40″ ş. u.HGYO | |
Hündürlüyü | 1290,0 m |
Ölkə | Azərbaycan |
Haramı (Hərəmi) — Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında, Biləv kəndindən 4 km qərb-cənub-qərbdə aşırım (hünd. 1290,0 m). Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarının aşınması nəticəsində yaranmış gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir. HƏRƏMİ AŞIRIMI – Ordubad rayonu ərazisində Haramı aşırımının əhali arasında işlədilən başqa adı. [1]